Microsoft Word 30 Eklampsiya doc



Yüklə 374,73 Kb.
Pdf görüntüsü
səhifə2/13
tarix23.09.2017
ölçüsü374,73 Kb.
#1236
1   2   3   4   5   6   7   8   9   ...   13

 

 

6



İxtisarların siyahısı 

 

AHTV    – aktivləşdirilmiş hissəvi tromboplastin vaxtı 



ALT     – alanin aminotransferaza 

AST     – aspartat aminotransferaza 

ASV   – 

ağ ciyərlərin süni ventilyasiyası 



AT  

  – arterial təzyiq 



A-V    – 

atrio-ventrikulyar 



BRDS   – 

böyüklərin respirator distress sindromu 



CMV    – 

həcmə nəzarət edərək məcburi ventilyasiya 



DAT     – diastolik AT 

DDL     – disseminasiya olunmuş damardaxili laxtalanma  

EKQ     – elektrokardioqrafiya 

Ə/D   – 

əzələ daxilinə 



FiO

B

2

B

     – nəfəslə alınan qaz qarışığında oksigenin fraksion konsentrasiyası 



GFR     – qlomerulyar filtrasiyanın sürəti 

I/E   

– 

nəfəs alma və nəfəs vermə fazalarının davam 



  

 

 



etmə müddətinin nisbəti 

KBÇ   – 

kəskin böyrək çatışmazlığı 



KQÇ    – kəskin qaraciyər çatışmazlığı 

KT  

  – kompüter tomoqrafiyası 



LDH     – laktatdehidrogenaza 

MAO     – monoaminooksidaza 

MRT     – maqnit rezonans tomoqrafiyası 

OFT     – ortofenantrolin testi 

pCO2     – karbon qazının parsial təzyiqi 

PDFF     – polidifenilenftolid 

PEEP    – nəfəs vermənin sonuna yaxın müsbət təzyiq 

pO2     – oksigenin parsial təzyiqi 

PT   

– 

protrombin 



QF   

– 

qələvi fosfataza 



SAT     – sistolik AT 

SİMV    – sinxron fasiləli əvəz edici ventilyasiya 

SL  

  – dil altına (sublinqval) 



TQM     – turşu-qələvi mübadiləsi 

ÜİX     – ürəyin işemik xəstəliyi 

ÜST     – Ümumdünya Səhiyyə Təşkilatı 

ÜYT   – 

ürək yığılmalarının tezliyi 



V/D     – vena daxilinə  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

 

7



Protokol doğuşayardım müəssisələrinin anestezioloq-

reanimatoloqları üçün nəzərdə tutulmuşdur. 

 

Pasiyent qrupu: ağır preeklampsiya və eklampsiya vəziyyətində 

olan qadınlar. 

 

Protokolun tərtib olunmasında məqsəd

 

ağır preeklampsiya və eklampsiyanın diaqnostikasına və 



müalicəsinə yanaşmaların standartlaşdırılmasının təmin edilməsi; 

 



ana və perinatal xəstələnmə  və ölüm göstəricilərinin 

yaxşılaşdırılması; 

 

əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin və ondan istifadə 



imkanının artırılması.  

ÜMUMİ MÜDDƏALAR 

T

Preeklampsiya spesifik hamiləlik patologiyası olub, hamiləliyin 



20 həftəsindən sonra inkişaf edən hipertenziya və proteinuriya ilə 

səciyyələnir (

T

C)

T



Preeklampsiya, adətən, doğuşdan 48 saat sonra geriyə inkişaf edir 

T

(C)

T

.



T

 



Eklampsiya preeklampsiyanın ağırlaşması olub, hamilə 

qadınlarda başqa serebral problemlərlə  əlaqəsi olmayan qıcolma 

aktivliyi və ya koma ilə təzahür edir. 

T

Eklampsiya əsasən hamiləliyin 



3-cü trimestrində və doğuşdan sonra 48 saat ərzində inkişaf edə bilər, 

lakin bəzi hallarda eklampsiya hamiləliyin 20 həftəsindən başlayaraq 

və ya doğuşdan 23 gün sonra da meydana çıxa bilər

T

 



T

(C). Eklampsiya 

bəzən hamilə qadınlarda ilkin preeklampsiya əlamətləri olmadan da 

müşahidə oluna bilər

T

 



T

(C).

T



Epidemiologiya 

T

Ağır preeklampsiya və eklampsiya az hallarda rast gəlinsə 



də, hamiləliyin çox ciddi fəsadı hesab olunur. Statistik 

məlumatlara görə,  İngiltərədə hamilə qadınlar arasında ağır pre-

eklampsiyanın rast gəlmə tezliyi 5/1000, eklampsiyanın rast gəlmə 

tezliyi isə 5/100000 təşkil edir. Eklampsiyadan ölüm halları 1,8%, 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




 

 

8



eklampsiyanın başqa ağırlaşmaları 35% təşkil edir.  ABŞ-da hamilə 

qadınlar arasında preeklampsiya halları təqribən 5-7% təşkil edir.  

T

Ağır preeklampsiya hamilə qadınların ölümünə  səbəb olan 

xəstəliklər sırasında qanaxma və emboliyalarla birlikdə ilk 3 yeri 

bölüşdürür. Preeklampsiya kəskin böyrək çatışmazlığı, 

serebrovaskulyar və kardiovaskulyar ağırlaşmalar, DDL sindrom ilə 

təzahür edir və ana ölümü riskinin artmasına səbəb olur.

TTP


  

T

Risk faktorları 

T

Risk faktorları arasında mikrovaskulyar patologiyaya səbəb olan 



xəstəliklər üstünlük təşkil edir: 

 



T

Xronik hipertenziya (B) 

 

T



Şəkərli diabet (B) 

 



T

Damar və birləşdirici toxuma xəstəlikləri 

 

T



Antifosfolipid sindromu 

 



T

Böyrək xəstəlikləri (B) 

T

Digər risk faktorları hamiləliyin özü ilə  və ya hamilə qadının 



sağlamlıq vəziyyəti ilə əlaqədardır

T

Hamiləliklə əlaqəli faktorlar: 

 



Xromosom anomaliyaları (D) 

 



Çoxdöllü hamiləlik (B) 

 



Oositin donasiyası və ya donor sperması ilə inseminasiya (D) 

 



Dölün  anadangəlmə inkişaf qüsurları (C) 

 



Hamiləlik zamanı sidik traktı infeksiyaları (D) 

Ana ilə əlaqəli faktorlar: 

 

Yaşı 35-dən artıq (B) 



 

Yaşı 20-dən az (B) 



 

Ailə anamnezində preeklampsiya (B) 



 

İlk hamiləlik (B) 



 

Əvvəlki hamiləlikdə preeklampsiya (B) 



 

Spesifik tibbi şərtlər: hamiləlik diabeti, piylənmə, trombofiliya (B) 



 

Stress (D) 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




Yüklə 374,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə