11
P u b l i s i s t i k a
(Məqalələr)
12
Keçid dövrü məngənəsində
1980-ci ilin sonlarında keçmiş SSRİ-nin iqtisadi və siyasi
baxımdan iflasa sürüklənməsi, imperiya daxilində güclənən
etnik-milli qarşıdurmalar, habelə milli özünüdərk proseslərinin
güclənməsi digər respublikalarla yanaşı, Azərbaycana da uzun
illərdən bəri şüurumuzda kök atmış milli ideyanı - milli
müstəqilliyi bərpa etməyə imkan yaratdı.
Bildiyimiz kimi hər bir millətin formalaşmasında milli mənəvi
dəyərlər, və yaxud milli mentalitet mühüm rol oynayır. Milli
mənəvi dəyərlər geniş məna kəsb edir və millətin bütün
tarixini, mədəniyyətini, incəsənətini, fəlsəfəsini, ədəbiyyatını
özündə əks etdirir. Milli mentalitet isə daha çox insanların
ictimai şüurundakı dünyagörüşün özünəməxsusluğunun
ifadəsidir. Bu baxımdan, milli mentalitet milli mənəvi
dəyərlərdən milli özünüdərkə bir keçid rolunu oynayır. Hər bir
xalqda milli mənəvi dəyərlərin qiymətləndirilməsi o zaman
meydana çıxır ki, həmin xalqda milli oyanışa, milli özünüdərkə
ehtiyac yaranır. Yəni milli mentalitet dedikdə, hər bir xalqın
özünəməxsus psixoloji, mədəni, dini və fəlsəfi həyat tərzi başa
düşülür. Hər hansı bir millət özünü başqa xalqlardan
fərqləndirmədən, onun keçmişinə məxsus olan milli
xüsusiyyətləri müəyyənləşdirmədən milli istiqlal uğrunda
mübarizə apara bilməz.
Millətin milli inkişafı onun əsas strategiyasını təşkil edən
milli ideologiyasından asılıdır. Milli ideologiyanın ilk növbədə
məram və məqsədləri olmalıdır ki, bu da həmin millətin
şüuruna hakim kəsilməlidir.
Müasir dövrdə hər bir xalqın milli ideyası onun gələcək inkişaf
yolu, taktiki və strateji hədəfləri, habelə beynəlxalq
münasibətlər sistemindəki yeri barədə aydın təsəvvür yaradır.
Milli ideyanın hədəflədiyi, önə çəkdiyi məqsədlərin
mahiyyətindən asılı olaraq xalqların və dövlətlərin beynəlxalq
13
miqyasda imici formalaşır. Milli ideya dövlətlərin sosial-
iqtisadi və intellektual resurslarını konkret siyasi məqsədlər
naminə səfərbərliyə alır, milli ideologiya isə bu prosesdə bir
növ vasitəçilik edir. Əgər fərdin fəaliyyətini stimullaşdıran əsas
amil onun məqsəd və arzularıdırsa, dövlətlərin uğur və
inkişafını təmin edən başlıca meyar məhz milli ideyadır.
Yeni əsrdə millətlərin öz müqəddaratlarını müəyyən etməsi,
xalqların uzun illərdən bəri böyük dövlətlər tərəfindən
“müstəmləkəçilik” boyunduruğundan xilas olması, milli şüurda
oyanışın baş verməsi, keçmiş steorotiplərdən azad olmaq üçün
yeni mücadilələrin meydana gəlməsi və bu yolda hamının
səfərbər olması heç də asan olmayacaq. Çünki bu mübarizədə
yeni milli təfəkkür tərzinin formalaşması vacibdir. Uzun
illərdən bəri şüurumuzda kök salmış sovet təfəkkür tərzini
asanlıqla silib atmaq mümkün olacaqmı? Bu gün biz buna
hazırıqmı?! Keçid dövrü adlandırdığımız bu gündə bizdə baş
verən proseslərə azca da olsa nəzər yetirmək, günümüzün
reallıqlarını əks etdirən bir çox qəbahətlərimizi işıqlandırmaq
məncə yerinə düşər. Çünki bugünkü qəbahətlər bizim deyil,
bizə yad cəmiyyətdən, yad ünsürlərdən miras qalmış, milli
mentalitetimizə qətiyyən yaraşmayan, əxlaqımıza zidd olan
kənar qüvvələrin təsiri ilə cəmiyyətimizə zorla tətbiq etdirilmiş
xarakterik xüsusiyyətlərdir.
Ammaömürdən gedən illərin bizdən çox şeylərin götürüb
apardığını nədənsə unuduruq. Həyatımızın bu çətin anlarında
insanların ruhuna hakim kəsilmiş sərvətməndlik, kapital əxlaqı
cəhətdən bizi doğrudan da böyük imtahan qarşısında
qoymuşdu. Vaxtilə burjua ölkələrində geniş təbliğ olunan
fikirlər artıq günümüzün reallığı ilə səsləşməkdədir. Əlbəttə, o
zamanlar biz də burjua ideoloqların fikirlərinin sosializm
baxımından həmişə tənqid atəşinə tuturduq. Ancaq bu gün
onların fikirlərinin reallığını etiraf etmək məcburiyyətində
qalırıq. Çünki cəmiyyətdə rastlaşdığımız saysız-hesabsız
danılmaz faktlar bu fikirləri sübut edir. Onların fikrincə,
14
bəşəriyyətin uzun sürən təkamülü prosesində, daha doğrusu,
sivil dövlətlərdə əxlaqsızlıq, qəbahət və rəzalət içərisində
olanlar, hiyləgərlər, “mühitə uyğunlaşanlar” yaşayış uğrunda
mübarizədə, xeyirxah əməllər sahiblərini, əxlaq cəngavərlərini
sıxışdırıb aradan çıxartmışlar. Bunun nəticəsində cəmiyyətdə
əxlaqca cırlaşma, əxlaqi tənəzzül prosesi baş verir, xeyirxah
əməllərin sayı getdikcə azalır, əxlaqsızlığın, qəbahətlərin, şər
əməllərin sayı isə həddindən artıq çoxalır. Əsl əxlaq
qəhrəmanların yerini əxlaqsızlar tutur. Cəmiyyətdə
insanpərvərlikdən əlçəkmə prosesi baş verir, əxlaqsızlar,
mənəviyyatca kasıb adamlar, riyakarlar, tamahkarlar,
mərdimazarlar, paxıllar, qisasçılar əsas aparıcı qüvvəyə
çevrilirlər.
Beləliklə, heyvanilik insaniyyətə üstün gələrək, vaxtilə
boğulub gizlədilən vəhşi heyvani instinktlərin inkişafı üçün
geniş meydan açılır.
Bəli, burjua alimi Hobbsun ilkin kapital yığımı dövründədediyi
“insan insanın canavarıdır” sözləri indi daha aydın “insan ən
yırtıcı heyvandan da yırtıcıdır, qəddardır”, “insan öz
xoşbəxtliyindən daha çox başqalarının bədbəxtliyindən həzz
alır”, “müasir insan vəhşiləşmişdir” kimi fikirləri ilə əvəz
olunur.
Ancaq bu fikirlərlə tamamilə razılaşmaq da düzgün
olmazdı. Nə qədər ki, cəmiyyətdə diqqət mərkəzində olmağı
sevməyən, ancaq bütün ömrünü, amalını xalqının tərəqqisinə,
əxlaqi və mənəvi cəhətdən zənginləşməsinə xidmət göstərən
alimlərimiz, sənət adamlarımız, yaradıcı ziyalılarımız var bu
fikirləri özümüzə yaxın buraxmamalıyıq.
Bu gün laqeydlik məngənəsində sıxılan insanları oradan ancaq
inam xilas edə bilər. Heç kəs şöhrətə, rütbəyə, vəzifəyə
arxalanıb öz insanlıq vəzifələrini unutmamalıdır. Ancaq təəssüf
doğurası odur ki, şöhrət doymazları şöhrət qanadları altına elə
sığınıblar ki, cəmiyyətdə gedən əxlaqi tənəzzülün sanki onlara
qətiyyən aidiyyatı yoxdur. Çünki bu sübut olunmuş bir faktdır
Dostları ilə paylaş: |