40
erməni sərkərdəsi Vaçe Mamikonyan Sanatürkün dəstələrini Payta-
karana sıxışdırdı. II Sapur Sanatürkə kömək etmədi. Sanatürkün bu
döyüşdə həlak olduğu göstərilir. Sanatürk həlak olsa da, onun ermə-
nilərə vurduğu zərbə onların xristianlığı yaymaq yolu ilə Azərbay-
can torpaqlarını işğal etmək planlarını birdəfəlik iflasa uğratdı.
Sanatürklə bağlanmış sazişə görə şimal tayfalarından biri olan hun-
lar Albaniyanı 4 il erməni müdaxiləsindən qorudular. Sasani hökm-
darı II Şapur öz qohumu Arşaki nümayəndəsi Urnayrı (343-371)
hakimiyyətə gətirdi. Albaniya daxildə qismən müstəqillik siyasəti,
xarici siyasətdə isə Sasani şahı II Şapurla müttəfiqlik münasibətləri
saxlayırdı. II Şapur Ermənistanın havadarı olan Romaya qarşı yürüş
təşkil etdi. 359-cu ildə Amid yaxınlığında başlanan döyüş II Şa-
purun qələbəsi ilə başa çatdı (8, s. 181). Albaniyanın Arsax (Qara-
bağ), Marlar ölkəsi (Naxçıvan), Kaspiana və s. vilayətləri geri qay-
tarıldı. Sasani şahı II Şapur xristian dininə qarşı təqibi gücləndirdi.
Roma imperatoru Valent (364-378) Ermənistanda Roma təsirini
bərpa etmək üçün 371-ci ildə Dzirav döyüşünə başladı (2, s. 69).
Döyüşdə romalıların köməyi ilə ermənilər qalib gəldi. Urnayr ağır
yaralandı. Azərbaycan Uti, Şakasen, Girdiman vadisi və Kolt (Alba-
niyanın qərb vilayəti) vilayətlərindən məhrum oldu. İtirilmiş
vilayətlər 387-ci ildə Roma ilə İran arasında bağlanmış müqaviləyə
əsasən geri qaytarıldı. Ermənistan hər iki dövlət arasında bölüş-
dürüldü, erməni qurumuna son qoyuldu.
IV əsrin əvvəlində Albaniyada xristianlıq yayılmağa başladı.
Lakin bu dini yalnız Qarabağın dağlıq hissəsində yaşayan feodal
əyanları qəbul etdilər. Sasani şahı I Yezdəgerd xristianlığa imkan
verir, II Yezdəgerd (438-457) xristianlığa qarşı mübarizəni güclən-
dirir. Şah Albaniyanın və başqa ölkələrin hakimlərini Ktesifona
çağırtdıraraq onları atəşpərəstliyi qəbul etməyə məcbur edir. Yezdə-
gerdin bacısı oğlu alban hökmdarı II Vaçe (440-463) dayısının təz-
yiqi ilə xristianlıqdan imtina edir, atəşpərəstliyi qəbul edir. Sünik
hökmdarı Vasak Albaniyada Sasani dini uğrunda mübarizə aparır.
Albaniyada feodallar 2 qrupa bölünürdü: iri feodallar patrik-
lər, 2-ci qrupa isə xırda və orta feodallardan ibarət azadlar (farsca
41
nəcib) daxil idilər-(patriklərin vassalı hesab olunurdular). Onlar
ruhanilər kimi can vergisindən azad idilər, alban və Sasani hökm-
darlarına xidmətə görə torpaq payı alırdılar. V-VII əsrlərdə Alba-
niyada feodal münasibətləri hakim mövqe qazandı. Feodal torpaq
sahibliyi 2 yolla formalaşdı: 1) feodalın şəxsi mülkü olan torpaq
üzərində irsi mülkiyyət olub dastakert adlanırdı; 2) xostak-şərti
torpaq mülkiyyəti, hakim nümayəndələrə vassal xidməti müddə-
tində dövlət tərəfindən müvəqqəti verilən torpaq. Əhalinin əsas
hissəsini istehsalçılar-kəndlilər təşkil edirdi. Adsız-sansız adamlar
sırasında sənətkarlar, dəmirçilər, daşyonanlar, dülgərlər, xarratlar,
zərgərlər daxil idilər. V əsrdə əsirlərlə yanaşı caniləri də qula çevi-
rirdilər. Albaniyada da xaraq və gezit vergiləri toplanırdı.
Azərbaycanda bütün inzibati və məhkəmə hakimiyyəti Sasani
mərzbanlarının əlində toplanmışdı. Onların ölüm hökmü çıxarmaq
hüququ var idi. Sasani şahları köçürmə siyasəti aparırdılar. Bu siya-
sət etnik dayaq yaratmaq və torpaqsız İran kəndlilərini münbit tor-
paq sahələri ilə təmin etmək məqsədini güdürdü. Fars ləhcələrində
danışan əhali- tatlar strateji əhəmiyyəti olan ərazilərdə məskun-
laşdırılırdı. Əsl mənası “yad, özgə” deməkdir. “Tat” anlayışı həm
İrandan çıxmış farsları, həm də türk mənşəli etnosları (uyğur, tab-
qacları) bildirirdi.
Dini zəmində Sasani hakimiyyətinə qarşı narazılıqlardan
birinə Vardan Mamikopyan başçılıq edirdi. O, ilk növbədə Sasani
hakimiyyətinə meyl göstərən vilayətləri tutdu. Erməni dəstələrindən
biri Atropatenaya çatdı. Alban hökmdarı II Vaçe Sasanilərə qarşı
mübarizəyə qoşulmamışdı. 450-ci ildə Xalxal (Qazax bölgəsində)
yanında döyüşdə Sasani dəstələri məğlub oldu (8, s. 185-186). Qaf-
qaz dağlarından Bürk başda olmaqla lpinlər albanlara köməyə gəldi.
Ermənilər, gürcülər, xristian albanlar Qafqaz dağlarındakı “Hun ke-
çidinə” gəlib çatdılar. Yezdəgerd tərəfindən tikilmiş qalanı tutub,
əhalini taladılar. Alban sülaləsindən olan Vahan qalaya rəis təyin
edildi. Vasaq Albaniyaya və Arsax vilayətinə məktubla elçilər
göndərdi və Vardan Mamikonyanın tərəfdarlarına sığınacaq veril-
məməsini tələb etdi. Albaniya Sasanilərə qarşı mübarizəyə qoşul-
42
madı, yalnız Arsax vilayətinin xristianları Vardan Mamikopyana
qoşuldu. II Yezdəgerd Ön Qafqaza Mihr-Nerseyin başçılığı altında
ordu göndərdi. Xristianlığa qarşı təqibi dayandırdı. Albaniyanın
Aran hissəsində köhnə dinlərə, atəşpərəstliyə ibadət bərpa edildi.
451-ci ilin may ayının 26-da Maku yaxınlığındakı Avarayr
çölündə Mamikopyanın dəstəsilə Sasani ordusu arasında döyüşdə
Vardan Mamikopyan öldürüldü (2, s. 72), xristianlar Aranı tərk
edib, Arsax meşələrinə və dağlara qaçdılar.
457-ci ildə II Yezdəgerdin vəfatından sonra II Vaçe atəşpə-
rəstlik dinindən imtina edib, xristianlığı qəbul etdi. O, Albaniyada
xristianlığı yaymaqla Sasani hakimiyyətinin tabeçiliyindən çıxmaq
istədi. II Vaçe Çora dərəsini tutdu, maskutları öz tərəfinə çəkdi. O,
Qafqazın 11 hökmdarı ilə ittifaqa girdi. İlk dövrdə Sasani şahı Firuz
qohumu II Vaçeni xoşluqla yola gətirmək istəyir, lakin Vaçenin
dönüklüyündən sonra Firuz Haylandur (Onoqur) hunlarını alban
hökmdarına qarşı müharibəyə qaldırdı. Onlar 462-ci ildə Albani-
yaya soxuldular və 463-cü ildə II Vaçenin hakimiyyətdən əl çək-
məsi ilə bitdi. Vaçenin xahişi ilə atasının miras qoyduğu mülk, min
evdən ibarət təsərrüfat şah Firuz tərəfindən onun sərəncamına veril-
di. O, adi zahid həyatı sürməyə başladı. Vaçedən Mömin Vaçaqana
kimi 30 il Albaniya hökmdarsız qaldı. Sasani hakimiyyətinə
tabeliyində idi. Sasani şahı Balaş (484-488) III Mömin Vaçaqanın
Albaniyada hökmdar olmasına razılıq verdi. İranda hakimiyyətə I
Qubad gəldi. III Vaçaqan hakimiyyətə müvəqqəti olsa da Arsax
ərazisində, 493-cü ildə isə (493-510) Albaniyada tam sahib oldu. O,
xristian dinin təbliğinə başladı. III Mömin Vaçaqan 498-ci ildə
Aquen kilsə məclisini çağırdı və xristian dininə aid qanunlar qəbul
etdi. O, vergilərin miqdarını müəyyənləşdirdi.
510-cu ildə Sasanilər Ön Qafqazda müstəqil dövlət qurum-
larını ləğv etdi. Albaniyada Sasani məzrbanlığının uzunmüddətli
hökmranlığı dövrü (510-629) başlandı (8, s. 189).
III əsrdə Maninin başçılığı ilə Sasani dövlətində azadlıq
hərəkatı yayıldı. Bu hərəkat yüksək zümrələrin ağalığına qarşı yö-
nəlmişdi və məzdəkilər hərəkatına güclü təsir göstərmişdi. 481-529-
Dostları ilə paylaş: |