Baba ocağı
233
yaxınlaşıb onun yanında oturdu, Rövşən bəyin
başını qaldırıb rahatlamaq istədi:
- Rövşən bəy...
Rövşən bəy Qulamın üzünə baxdı:
- Qulam...- deyib bir qədər fasilə verdi,
danışmağa çətinlik çəkirdi, gözləri yumulurdu.
Qulam:- Rövşən bəy, döz, bir az da döz,-
dedi.
- Yox, Qulam, mənimki bura qədərdi. Məhər-
rəmi Anastas vurmuşdu, mən sənə demirdim,
istəmirdim qan tökülsün.
- Bilirdim, fürsət axtarırdım əlimə düşmürdü.
- Anastası vurdum.
- Bildim...
- Mən Əylisi çox sevirəm, buradan Araza
baxırdım. Arazdan o yana da bizim ellərdi...
- Bilirəm...
- Qulam...
Rövşən bəyin üzü döndü, başı yana düşdü.
Qulam qışqırdı, səsi dağlara dəyib əks-səda
verdi:
- Rööövşəəənnn...
Ədif bəy əsgəri salam verdi, papağını başından
çıxartdı, yanındakı əsgərlər də papaqlarını
çıxartdılar.
Ağ at şahə qalxdı, kişnədi. Qulamın qonur və
Ədif bəyin qara kəhəri də ağ atın dərdinə şərik
oldular, ona qoşulub kişnədilər.
Nizami Muradoğlu
234
Qəssab Yaqubun ət dükanının yanında dayanmış
Nabatalı gördüyü mənzərədən şoka düşmüşdü. Hər
şeyini itirmiş Nabatalının yeganə təsəllisi Rövşən
bəyin ümidli sözləriydi, indi Rövşən bəyi də itirirdi.
Nabatalı yaxşı bilirdi ki, Rövşən bəyin yeganə
düşməni Arakeldi. Qulamın qışqırıq səsini eşidəndə
yuxudan ayılan kimi oldu, kimsə “Rövşən bəy
öldü”- dedi. Nabatalı daha dözə bilmədi, əlini
uzadıb Yaqubun ət baltasını götürdü, necə tulladısa
Arakelin başı iki yerə parçalandı. Erməni dığaları
saxladıqları silahları işə salmağa çalışdılar, atəş
açıldı. Amma əks tərəflər burun-buruna dayan-
dığından silahdan istifadə etmək müşkül məsələyə
çevrildi, aləm qarışdı, ermənilər və qaçqınlar
əlbəyaxa oldular. Yerli türklər və Ədif bəyin əsgər-
ləri aranı sakitləşdirməyə çalışsalar da, mümkün
olmadı. Qan su yerinə axırdı.
Petros ayaqlar altında fəci şəkildə can verdi,
Arakel öz cəzasına çatdı, ölüm onu daha ağır
cəzalardan qurtardı, çünki Əylisdə hadisələrin bu
şəkildə cərəyan etməsinin əsas baiskarı o idi. Saşa
ağır yaralandı və o gündən sonra Əylisi tərk etdi.
Keşiş Mikayıla heç kim əl qaldırmadı, hamı onun
gözəl insan, qayğıkeş bir ruhani olduğunu bilirdi,
bir neçə il sonra Əylisdə də ömrünü başa vurdu.
Baba ocağı
235
Petrosun ölümündən sonra qaçaq Səməd ortalığa
çıxdı, təsərrüfat işləriylə məşğul olmağa başladı.
Nabatalı həddən artıq qəzəbliydi, atdığı balta
Arakelin başını parçalayanda erməni dığaları onun
üstünə hücum etdilər. Amma Nabatalı çox güclü
olduğundan erməniləri şil-küt edib sağ-salamat
qurtardı. Nabatalıya “qırdı-çatdı” dedilər. O vaxtdan
Nabatalının adı “Qırçat” qaldı, sonralar bu ad təhrif
olnub “Qıcat” kimi formalaşdı.
Baba Əylis bazarının arxasında Dırnıs aşırımına
keçən yerdə, Səbətkeçməz çığırında keşik çəkirdi. Bir
neçə gün öncə Rövşən bəyin toplantı zamanı
sayıqlığı artırmaq haqqında könüllülərə verdiyi
təlimatdan sonra Səbətkeçməzdə post qurulmuşdu.
Səhərdən postda dayanmış Teymuru Baba
əvəzləmişdi, Teymur toplantıdan bir xəbər bilmək və
yemək gətirmək məqsədilə mərkəzi meydana
enmişdi. Baba səbətkeçməz daşının arxasında oturub
gözləyirdi.
İlk güllə səsindən Baba güllənin lap yaxında
açıldığını başa düşdü. Səngərdən boylanıb baxdı.
Qarşıda parağalı Aşotun silahlı quldur dəstəsi görü-
ndü.
Baba postda tək olsa da, əlverişli mövqe tutması
onu cəsarətləndirirdi. Düşməni xeyli yaxına buraxıb
nişangaha gətirdi, arada bir güllə məsafəsindən də
az yer qalırdı. "Ya Allah" deyib nişan aldı. Güllə
açıldı. Qarşıda gələnlərdən biri yerə sərildi. “Bu,
Nizami Muradoğlu
236
atamın əvəzi”, - dedi ovçu Baba. Düşmən vəlvələyə
düşdü. Babanın mövqeyinə güllə yağış kimi yağdı.
Sərt qayalara dəyən güllələr əks-səda verib vahimə
yaradırdı. Babanın ikinçi gülləsi açıldı. Bu dəfə də
əks tərəfdən dəhşətli bir qışqırıq eşidildi. “Bu,
qardaşımın əvəzi”, - dedi Baba.
Atəş daha da şiddətləndi. Ovçu Babanın başını
qaldırıb nişan almaq imkanı yoxdu. Hərdən boşuna
atmaq məçburiyyətində qalırdı.
Düşmən ovçu Babanın arxasına keçməyə çalışır-
dı. Ovçu Baba isə arxadan təhlükə gözləmədiyindən
özünü ançaq qarşıdan gələn güllələrdən qoruyurdu,
kiminsə sıldırım qayanı aşıb ona yaxınlaşa biləçəyini
heç təsəvvürünə də gətirmirdi. Elə bu zaman
kürəyinə söykənən lülənin soyuqluğu bir anda
bütün bədəninə yayıldı, qolları boşaldı, beşaçılan
əlindən yerə düşdü. Gicgahlarında aramsız olaraq
bir səs duydu, ölümdən o yana yol yoxdu. Bütün
çəsarətini topladı. Qılınçı çəkməyi ilə yerində
fırlanmağı bir oldu. Ançaq eyni zamanda düşmənin
gülləsi də açıldı və Babanın kürəyini yaralayıb keçdi.
Qılınçın zərbəsi isə düşmənin başını bədənindən
ayırıb yerə sərmişdi.
Atışma səsini eşidib Əylisdən könüllü türk
əsgərləri köməyə yetişdi. Savaş daha da şiddətləndi.
Erməni quldurları böyük itki verərək darmadağın
edildi, tək-tük salamat qurtaranlar qaçdılar. Gələnlər
Baba ocağı
237
bədənindən ayrılmış başın parağalı Aşotun oldu-
ğunu bildirdilər.
Arakelin məktubuna əsasən Əylis ermənilərinə
köməyə gələn Aşotun silahlı dəstəsini görmək Ara-
kelə qismət olmadı. Amma sağ qalan digər ermənilər
Əylis meydanında Aşotun nizəyə keçirilmiş başını
uzun zaman gördülər.
Niydehin quldur dəstəsi Xorxat yüksəkliyini ələ
keçirməyə çalışırdı. Ordubad şəhərindən gələn
könüllülər, Cəlil paşanın ətrafında olan qaçqınlar
dəstəsi və Ədif bəyin tabeliyində olan təlimatçı
əsgərlərdən bir qrupu və Nehrəmdən köməyə gələn
vətənpərvərlər
Andranikin
qoşununa
qarşı
vuruşurdular. Şiddətli və qanlı döyüşlər gedirdi.
Andranikin qoşunu Ordubada girə bilmədi. Amma
hər iki tərəfdən yüzlərlə adam həlak oldu.
Axşama yaxın ara sakitləşdisə də, narın qar
yağmağa başladı. Ədif bəy əsgərləri ilə hər iki
tərəfdən ölənlərin meyitlərinin dəfnini təşkil etdi.
Rövşən bəyi və savaş zamanı öldürülmüş iki türk
əsgərini ilk şəhid Məhərrəmin yanında dəfn etdilər.
Xorxat döyüşlərində şəhid olan könüllülərin
əksəriyyəti Xorxat dağında dəfn edildi. Cəlil paşa və
Ədif bəyin təlimatçılar bölüyündən yeddi əsgər də
bu döyüşdə şəhid oldu. Cəlil paşanın və yeddi türk
əsgərinin nəşi Əylisə gətirildi və şəhidlərin yanında
dəfn edildi.
Nizami Muradoğlu
238
Əylisin şəhidlər məzarlığında on iki şəhid on iki
qardaş kimi yan-yana uyudu.
Şəhidlər məzarlığının baş tərəfinə qardaş
Azərbaycan və Türkiyə cümhuriyyətlərinin aylı-
ulduzlu bayraqlarını sancdılar.
Ədif bəy şəhid olan Rövşən bəyin, Cəlil paşanın
və doqquz türk əsgərinin şərəfinə yaylım atəşi
açılması haqqında əmr verdi. Dalbadal açılan yaylım
atəşləri Əlbaba qayasında əks-səda verib Aladaşın
üzərində əsdi, Arazın o biri sahilinə qədər gedib
çatdı.
Anastası düşdüyü dərədə it ölüsü kimi sürüyüb
bir çuxura quyladılar. Daşnaklar gecəynən Arazı
keçib Əylisi tərk etdilər, öz günahları ucundan
qorxub bir daha geri qayıtmadılar. Sahibsiz evlərdə
qaçqınlar yerləşdi, sahibsiz qalan dükan-bazar
yağmalandı.
O vaxtlar Qarabağ talanı haqqında çox danışır-
dılar. Qarabağ müharibəsini də ermənilər başlat-
mışdı. Mahnı da yazılmışdı:
Qarabağda talan var,
Zülfün üzə salan var.
Gedirsən tez də qayıt,
Gözü yolda qalan var.
Əylis savaşı bu ətrafda Qarabağ müharibəsini
yaddan çıxartdı. Bir il Əylisin düzlərində ac-yalavac
Baba ocağı
239
qalan qaçqınlara qarşı ermənilərin qeyri-insani
rəftarı onların qəzəbini coşdurmuşdu. Ədif bəyin
onları qoruyacağı haqqında verdiyi sözə görə er-
mənilər saymazlıq göstərir, bu gün-sabah And-
ranikin müvəqqəti hökümətinin bu yerlərdə ha-
kimiyyətinin qurulacağına inanır, qaçqınların həyat
səviyyəsinin düzəldilməsinə heç bir köməklik gös-
tərmir, qiymətləri qaldırır, bir növ iqtisadi çətinliklər
yaradırdılar.
Qaçqınların isə artıq səbir kasası dolub daşırdı.
Qaçqınların himayədarı Rövşən bəyin öldürülməsi
qaçqınların hərakatına təkan verici qüvvəyə çevrildi.
Əylis dağıldı, Əylisdə talan oldu, hətta Əylis talanına
Nehrəmdən belə bütün kəndlərdə müvəqqəti
məskunlaşan qaçqınlar qoşuldular. O vaxtlar belə bir
bayatı yarandı:
Əylisdə talan oldu,
Qarabağ yalan oldu.
Gedənlər qayıtmadı,
Qalanlar nalan oldu.
***
Nizami Muradoğlu
240
EPİLOQ ƏVƏZİ
Əylisi tərk etməyən sadə, zəhmətkeş ermə-
nilərə heç kəs dəyib toxunmadı, onlar ömürlərinin
sonuna qədər burada türklərlə mehriban bir ailənin
üzvləri kimi yaşadılar.
Erməni qızı Tamara Məmiyə iki ekiz oğul bəxş
elədi, onlardan birinin adını Telman, digərinin adını
Rövşən qoydular. Uşaqlar böyüyüb Əylisdə
qalmadılar, Rusiyanın mərkəzi şəhərinə-Moskvaya
gedib orada bisnes qurub ticarət ilə məşğul oldular.
Yaydan - yaya Əylisə gəlib valideynlərinin yanında
dincələr, Rövşən bəyin məzarını sayğıyla ziyarət
edərlər.
Rövşən, Rövşən bəyin evini əsaslı şəkildə təmir
etdirdi. Rövşən bəyin çəkdiyi portretlər bu evin
daimi eksponatlarıdır. Selcanın portreti evin yuxarı
başında əbədi olaraq özünə məskən salıbdı. Selcan
özü də ölənə qədər hər yay nəvəsi ilə Əylisə gəlir,
Rövşən bəyin məzarını ziyarət edirdi.
Cəlil paşanın ölümündən altı ay sonra bir qızı
dünyaya gəldi və nəsli artıb çoxaldı.
Hərtün arvadı Haykanuş ilə yenə də öz köhnə
evində yaşayırdı, axşamlar Fariz və Hidayət gəlirdi,
yenə də çalıb oxuyurdular. Ması arvadın oynamağı
Baba ocağı
241
gələndə yenə də Hərtünün qapısı açıqdı. Bu evdən
həmişə musiqi səsi gələrdi. Hərtünün oğlu Jora
İrəvana daha yaxşı iş üçün getdi.
Erməni Minasın iki yetim qızı qalmışdı; Taniko
və Arsenik. Taniko ilə kəndin müəllimi Mirzə Rahab
evləndi. Arsenik ilə qaçqınlardan Mustafa bəy ailə
qurdu, sonra köçüb İrana getdilər, nəsilləri artıb
davam elədi.
Sovet hakimiyyəti kənd müəllimi Mirzə Rahabı
yüksək vəzifəyə irəli çəkdi, o, maarif komissarı oldu,
iqtisadi imkanları xeyli genişləndi. Taniko
qonşuluqda böyüyən bir qarnı ac, bir qarnı tox olan
azərbaycanlı uşaqlara hərdən ya bir tikə çörək, ya bir
alma verib onların məhəbbətini qazandı. Bütün
gününü bu uşaqlara erməni mahnıları öyrətməklə
keçirən Taniko Əylisdə baş verən hadisələri təhrif
edərək danışır, həm də onlarda “məzlum” erməni
xalqına qarşı bir məhəbbət oyadırdı.
Nazar kişi bacısını, bacısı uşaqlarını yanına alıb
Əylisi daimi yaşayış məskəni seçdi.
Nuhgədiyi kəndindən gələn qaçqınlar Əylisin
yuxarı başında məskən saldılar, yaşadıqları yeri
Nuhgədiyi məhəlləsi adlandırdılar, bu gün də orada
yaşayırlar. Yaylağa qalxanda yollarını qədim Nu-
hgədiyi kəndindən salır, keçmiş günləri xatırlayırlar.
Zöhrənin ərini ermənilər Oxçuda yandır-
mışdılar. Zöhrə bir yaşlı oğlu Savalanla qaçqınlara
qoşulub Əylisə gəlib çıxmışdı. Sahibsiz və tam
Nizami Muradoğlu
242
köməksiz olduğundan İman həmişə onun işlərinə
kömək edirdi. Sonra aralarında eşq macərası yarandı
və evləndilər.
Zəngəzur qaçqınları qaçan daşnakların evlərinə
yerləşdilər, onların da evlərini daşnaklar zəbt
etmişdi, əvəz-əvəz oldu. Zəngəzur Ermənistana
veriləndən sonra öz ata-baba yurdlarına qayıtmaq
ümidini birdəfəlik itirdilər, yığcam halda yaşadıqları
məhəlləni Qarabağ məhəlləsi adlandırdılar.
Yerli türklər öz həyatlarını davam etdirdilər,
yerli türklərdən heç kəs qaçan erməni evinə yaxın
düşmədi. Hacı Nəcəf ağa, Aslan baba, Qafar kişi,
Bəyməmməd, Alxan kişi, Kəblə Əhməd, Məşədi
Bağır, Hayrik, Zəkəriyyə, Qurd Ağamir yenə də
yaxın və mehriban idilər, bir-birlərinin xeyir-şərində
iştirak edirdilər.
Kəblə Əhməd nəvələrini, arvadı Heyran xa-
nımı, gəlinini Arazın o tayından yenidən Əylisə
qaytardı. Kəblə Əhmədin ailəsi bir ildən bir qədər
artıq Siyarı kəndində qalmışdı. Kəblə Əhməd tez-tez
bir neçə günlüyə yoxa çıxırdı. Sonralar məlum
olmuşdu ki, Kəblə Əhməd Əylisdə qalan oğlanları
Məşədi Bağır və Məsumla görüşmək üçün kəndə
qayıdırmış.
Bir ildən sonra Kəblə Əhməd ailəsi ilə birlikdə
kəndə qayıdanda Əylisin əvvəlki mənzərəsindən
əsər-əlamət qalmamışdı. Əylisin xarabalığa çevrilmiş
mənzərələrini görəndə Heyran nənə və Xanım ağladı.
Baba ocağı
243
Balaca Məleykə də anasına qoşulub ağladı. Sonra
Heyran nənə qara təsbehini çıxarıb dəfələrlə çevirdi,
istixarə etdi, Allaha yalvarıb şükür dilədi. Heyran nənə
övladlarının sağ-salamat olduğuna, evlərinin dağılma-
dığına şükür edirdi.
Məşədi Bağır atası Kəblə Əhmədə baş verən
hadisələrdən danışdı, qonşu erməni Şaqinyanın evinin
zirzəmisindən bir böyük sandıq rus beşaçılanı
tapılmışdı. Silahları Ədif bəy öz əsgərlərinə və könüllü
dəstənin üzvlərinə paylamışdı.
Kəblə Əhməd oğlu Məşədi Bağırla əl-ələ verib
dədə-baba sənətini davam etdirməyə başladı. Kəblə
Əhməd mahalın ən yaxşı dülgəriydi. Ata-balanın cəviz
ağacından düzəltdikləi qapılar bu gün də qədim
Əylisin darvazalarının bəzəyidir.
Kəblə Əhmədin oğlu Məsum ölənə qədər ticarət
ilə məşğul oldu. Bir gün də sovet hökumətinə işləmədi,
arada onu həbs edib Zaqatalaya sürgünə göndərdilər.
Ədif bəy bacardığı qədər erməniləri himayə etdi,
xüsusən varlı ermənilərin köçüb getməsinə köməklik
göstərdi. Bəzi erməni gəlinləri doğulan oğlan
uşaqlarına Ədif adı verdilər. Ədif bəy Əylis dağılan-
dan sonra türk komandanlığı tərəfindən geri çağrıldı,
deyirlər ki, yol verdiyi nöqsanlara görə komandanlıq
tərəfindən cəzalandırıldı.
Qulam qardaşı Məhərrəmə verdiyi sözü tutdu,
Məhərrəmin də, Rövşən bəyin də qisasını aldı. Qulam
Nizami Muradoğlu
244
Qıcatın bacısı Şəfa ilə evləndi, 1925-ci ildə Qulamın
oğlu oldu, adını Məhərrəm qoydu.
Molla Nurməmmədi sovet rejimi Qazaxıstana
sürgün etdi.
Sovet rejiminin yaratdığı “Allahsızlar cəmiyyəti”
kilsə, məscid, mədrəsə və məbədləri xaraba qoydu.
Hulaki xanın baş hərəmi Doqquzxatun xanımın
tikdirdiyi kilsə də sovet rejiminin qəzəbinə gəldi, əvvəl
anbara, mal tövləsinə çevrildi, sonra da sökülüb
dağıdıldı, qar-yağış sularından aşınıb getdi.
İrandan Əylisə köçürülmüş, artıq iqtisadi imkan-
ları məhdudlaşan erməni ailələri Rus imperiyasının
çökməsi ilə maddi yardımdan məhrum edildiyindən
yenidən köçüb gəldikləri yerlərə getdilər.
Rövşən bəyin əkdiyi kösəvdən göyərən söyüd
yazda çiçəkləmədi, qurudu. Cənnət guşəsində və Ala
daşda qıpqırmızı lalələr açdı. 1906-cı ildə Rövşən bəy
Bakıdan Əylisə qayıdanda Əylis düzlərində açılan
lalələr düz on dörd ildən sonra təkrar açdılar. Sanki
düzlər, dərələr, Ala daşın ətrafı Rövşən bəyin ölümünə
ağı deyir, qanlı göz yaşı axıdırdı.
Ala daşa Qanlı daş dedilər. Rövşən bəyin
məzarı ziyarətgaha döndü. Erməni daşnaklarının
Ordubada hücumları zamanı və Əylis döyüşlərində
ölən şəhidlərimizin uyuduğu həmən məzarlıq
“Şəhidlər xiyabanı” adlandırıldı. İndi orada uyuyan
on iki şəhidi Əylis camaatı sayğıyla xatırlayır, onlara
Allahdan rəhmət diləyirlər.
Baba ocağı
245
Bayram günlərində məktəblilər “Şəhidlər xiya-
banına” gəlir, şəhidlərin məzarlarına gül dəstələri,
gül çələngləri qoyurlar. Məktəblilər qəhrəmanlıq
mahnıları oxuyur, Vətən torpağını, Vətən sevgisini
bir tül kimi üzərinə çəkmiş şəhidlərə həsr edilmiş
şeirlər söyləyirlər.
Rövşən bəyin əkdiyi kösəvdən göyərən söyüd
ağacı hər on ildən bir yenidən göyərir, iki ildən sonra
yenidən quruyub sıradan çıxır. Hər on-on iki ildən
bir düzlərdə qıpqırmızı lalələr göyərir. Amma Qanlı
daşın qan rəngi heç vaxt solmur, bu qan rəngi
insanları ayıq-sayıq olmağa səsləyir, nahaq qan
tökməməyə çağırır.
Qanlı daş adi daş deyil, nəhəng Təkəqaya
dağına söykənmiş balaca bir dağdır. Əylisdə çox
daşlar qana bulaşmışdı. Lakin yağan yağışlar, qarlar
o balaca daşları yuyub təmizlədilər. Qanlı daşa isə
Rövşən bəyin qanı axmışdı, qərinələr keçsə də, qar-
yağış suları o qanı yuyub təmizləyə bilmədi, o daşın
üzərinə tökülən o müqəddəs qan qayalara
silinməyən izlər nəqş elədi.
Əylislilər Qanlı daşı əfsanələşdirdilər. Deyirlər
ki, hərdən Qanlı daşın üzərində bir insan gəzir,
hərdən qayalara söykənib oturur, oradan uzaqlara –
Araza tərəf baxır, sanki, nəsə bir xəbər gözləyir,
bəlkə də kiminsə yolunu gözləyir...
Bakı-Əylis-Bakı 2014.
Nizami Muradoğlu
246
BABA OCAĞI
(roman)
Baba ocağı
247
«Елм вя тящсил» няшриййатынын директору:
профессор Надир МЯММЯДЛИ
Компцтер дизайнери: Zahid Məmmədov
Техники редактор: Yadigar Bağırova
Korrektor: Məleykə Məmmədova
Чапа имзаланмыш 28.10.2014.
Шярти чап вяряги 15,5. Сифариш № 329
Каьыз форматы 84х108 1/16. Тираж 300
Nizami Muradoğlu
248
Китаб «Елм вя тящсил» няшриййат-полиграфийа
мцяссисясиндя сящифяляниб чап олунмушдур.
E-mail: nurlan1959@gmail.com
Тел: 497-16-32 511-37-82; 050-311-41-89
Цнван: Бакы, Ичяришящяр, 3-ъц Магомайев дюнэяси 8/4.
Dostları ilə paylaş: |