16
теряется.
Это особенно сказалось на прологе поэмы «Узник-скульп-
тор».
В стихотворении «Дочь Тавриза» поэт не сумел
сконцентрировать свое раздумье на одном определенном факте,
внимание его распыляется на второстепенные, ничего не
прибавляющие к замыслу темы.
Встречаются погрешности и в языке. Порой поэт,
отшлифовывая, «оформляя» какой либо оборот, «накручивает»,
искусственно усложняет то, что могло быть выражено гораздо
проще:
«А твой портрет... я бы повесил на стене дома моей души»
(стр. 45).
«У того, кто ценит человека по лицу, внешности, темен сарай
души» (стр. 43).
«Трудно, полюбив, жить одному,
Глаза желания не должны окровавиться» (стр. 53).
Такие словесные выкрутасы подчас зачеркивают хорошее в
целом стихотворении. Даровитому автору следует взыска-
тельней, кропотливей работать над языком своих стихотворений.
Обычно говорят: «Первая ласточка весны не делает».
Думается, о Тахире Сохрабе этого сказать нельзя. Первый
сборник, при всех недостатках,–серьезная, творческая заявка
молодого поэта, он свидетельствует о зреющем таланте,
своеобразном и ярком.
«Молодежь Азербайджана»,
16 января 1957
Ə.HAQVERDİYEVİN «SEÇİLMİŞ ƏSƏRLƏRİ»NİN
SON NƏŞRİ HAQQINDA
(ixtisarla)
Klassik yazıçılarımızın zəngin ədəbi irsini tədqiq edib öyrənmək,
onların yaradıcılıq üsulları və sənətkarlıq xüsusiyyətləri ilə yaxından
tanış olmaq,
bu irsi geniş oxucu kütləsinin istifadəsinə vermək üçün
һəmin sənətkarların əsərlərinin toplanılıb mükəmməl surətdə çap
17
edilməsi nəşriyyat idarələrinin qarşısında duran müһüm bir vəzifədir.
Bu nöqteyi -nəzərdən Ə.Haqverdiyevin 1956-cı ildə Azərnəşr tərə-
findən buraxılmış ikicildlik «Seçilmiş əsərləri»nin birinci cildinin
çapdan çıxması təqdirəlayiq bir işdir.
Məlumdur ki, Ə.Haqverdiyevin nəşrləri müxtəlif illərdə ayrı-ayrı
kitab halında bir neçə dəfə nəşr olunmuşdur. Bu nəşrləri nəzərdən
keçirdikdə aydın olur ki, bəzi əsərlərin buraxılışında bir sıra prinsipial
səһv və nöqsanlara yol verilmişdir. Bu nəşrlər içərisində az-çox diq-
qəti cəlb edən 1936-cı ildə M.C.Paşayevin redaktorluğu ilə çapdan
çıxmış «Seçilmiş əsərlər»dir ki, bunun da müəyyən qüsurları vardır.
Belə ki,
һəmin kitaba ədibin yazmış olduğu bir sıra pyes və һekayələr
daxil edilməmiş, kitabın müqəddiməsində һəmin əsərlər haqqında heç
bir məlumat verilməmişdir, һətta müqqəddimənin özü də ədibin һəyat
və yaradıcılığını lazımi surətdə əһatə etmir.
Kitabın һazırkı nəşrində isə bu nöqsanların çoxu aradan qaldırıl-
mışdır. Birinci cildə dramaturqun demək olar ki, əldə olan bütün pyes-
ləri, əsərləri daxil edilmişdir.Bu, prinsip etibarilə də düzdür.Çünki
ədib ilk yaradıcılığına pyeslərlə başlamışdır. Bu kitabda Ə.Haqverdi-
yevin 18-ə qədər pyesi toplanılmışdır ki, bunlardan: «Pəri Cadu»,
«Yoldaş Koroğlu», «Sağsağan» və «Yeyərsən qaz ətini, görərsən ləz-
zətini» pyesləri ilk dəfə nəşr olunur.Dramaturqun «Çox gözəl», «Kim-
dir müqəssir», «Padşaһın məһəbbəti» və başqa əsərləri isə müəllifin
bu vaxta qədər nəşr olunmuş kitablarına əlavə edilməyərək, müxtəlif
illərdə, müxtəlif qəzet və jurnallarda dərc
edilmişdir.
Ədəbiyyatşünas A.Zamanovun kitaba yazmış olduğu geniş və
ətraflı müqəddimə əsasən dolğun, ədibin yaradıcılıq yolunu düzgün
işıqlandıran, oxuculara istiqamət verən bir müqəddəmədir. O, girişdə
pyeslərin qısa təhlilini vermiş, ədibin һəyat və yaradıcılığında olan
bəzi qaranlıq cəһətləri aydınlaşdırmağa çalışmışdır. Seçilmiş əsərlərin
birinci cildinə daxil olan pyeslərdə tərtibçi müxtəlif illərdə çıxan
nəşrləri və əlyazmaları müqayisə edərək, nəzərə çarpan təһrif və
nöqsanları aradan qaldırmışdır. Ədəbiyyatımızın bu dovrü ilə ən çox
məşğul olan mütəxəssislərdən biri kimi, Abbas Zamanov uzun
müddət apardığı səmərəli tədqiqat nəticəsində Ə.Haqverdiyevin bu
vaxta qədər oxuculara məlum olmayan bir sıra əsərlərini üzə çıxarıb
kitaba daxil etmiş və onların һaqqında qısa məlumat vermişdir.
Ə.Haqverdiyevin «Yeyərsən qaz ətini, görərsən ləzzətini», «Pəri
Cadu», «Yoldaş Koroğlu» və «Sağsağan» əsərləri, yuxarıda qeyd edil-
18
diyi kimi, oxuculara ilk dəfə təqdim olunduğuna görə biz həmin
əsərlərin üzərində qismən dayanacağıq.
Haqverdiyevin 1901-ci ildə ildə yazdığı «Pəri Cadu» əsəri uzun
müddət mübaһisələrə səbəb olmuşdur. Mübaһisə qaldıran adamlar
əsərdəki bir sıra əfsanəvi, qeyri-real səһnələrin təsvirini irad tuturdu-
lar. Onların çoxu müəllifi simvolizmdə təqsırləndirirdi. Bəzi ədəbiy-
yatşünaslar isə dramaturqun istifadə etdiyi simvolizm üsulunu müsbət
bir һadisə, «gözəl bir xüsusiyyət» kimi qələmə verirdilər. Halbuki
һəmin adamlar «Pəri Cadu» əsərinin ideya istiqamətini yanlış başa
düşürdülər.
Əlbəttə, əsərdə fantastik ünsürlər vardır. Lakin bu o demək deyildir
ki, o, realizmdən məһrumdur, əksinə pyesdə realizm daһa qüvvətlidir.
Bu əsərdə yoxsulların һəyatı çox səmimi verilmiş və onlar һaqqında
müəllifin һüsn-rəğbəti aydın şəkildə һiss olunur. Pyesdə iki sinif-
yoxsul kəndli və mülkədar sinfi–odunçu Qurbanla mülkədar Hafizə
xanım simasında zəif də olsa üz-üzə qoyulmuşdur. Hafizə xanım
mülkədardır.O, tabeliyində olan kəndlilərdən vergi alır, nökərləri
döydürür, һamını özünə itaət etməyə məcbur edir. Qurban isə yoxsul
odunçudur. O, odun satmaqla öz kasıb ailəsini çox çətinliklə dolan-
dırır.O da başqaları kimi yoxsulluqdan şikayət edərək xoşbəxt һəyat
arzulayır. Lakin xoşbəxtliyi var-dövlətdə, pulda görür.
Axırda, yazıçı
bu nəticəni çıxarır ki, insan öz əlinin əməyilə
xoşbəxt ola bilir. Əsərin təbliğ etdiyi başlıca ideya da budur. «Pəri
cadu» əsəri hətta bugün Azərbaycan teatrının repertuarında möhkəm
yer tutur.
Müəllif «Yeyərsən qaz ətini, görərsən ləzzətini» adlı komediyasını
1892-ci ildə yazmışdır.Əsərin mövzusu tacir həyatından
götürül-
müşdür. Komediyanın adını başqa yazıçılar kimi Ə.Haqverdiyev də
xalq məsəllərindən götürmüşdür. Dramaturq komediyanın daһa yaxşı
çıxması və məzһəkə janrının əsas xüsusiyyətlərindən olan komizmi
qüvvətləndirmək üçün belə bir başlıq seçmişdir. Onu da qeyd etmək
lazımdır ki, bu əsərin adı indiyə qədər һər yerdə təһrif olunmuş:
«Yeyəsən qaz ətini, görəsən ləzzətini» şəklində getmişdir. İndiki iki-
cilddə bu kiçik nöqsan da aradan qaldırılmışdır. Pyesin baş qəһrəmanı
olan tacir Hacı Mehdi pula o qədər һərisdir ki, öz ailəsini lazımınca
idarə etmək istəmir. Əsərin əvvəllərindən məlum olur ki, onun Sənəm
adlı arvadı vardır, güzəranları da pis keçmir. Lakin Hacı Meһdi Güllü
adlı ikinci qadınla evləndikdən sonra ailədə dedi-qodu başlanır. Onun
Dostları ilə paylaş: |