32
xarakterə malikdir. Məkanın böyüklüyü onu deməyə əsas verir
ki, ümumiyyətlə, tam kənar anlayışı yoxdur. Yalnız müəyyən
məkanların sərhədləri və məkanları vardır. Deməli, məkan həm
də tərkibə aid olan məsələdir. Tərkib sərhədlənir, bütöv də
sərhədlənir. Lakin tam bütöv, sonsuz bütöv olmadığına görə
tam sərhəd də yoxdur. Yəni, kainat bütövündə tam sərhədlər,
qəti son sərhədlər yoxdur. Sərhədlər yalnız sistemlərin
daxilində olan tərkiblərdədir.
Məkanı müəyyən edən insanlardır. İnsanlar əlamət
müəyyən edə bilirlərsə, deməli, əslində müəyyən etdikləri
ə
lamətlərlə eyni tərkibə malikdirlər. İnsanlar müəyyən
ə
lamətlərə görə məkanı təsnif edirlər, xassələndirirlər. İnsanlar
tam bütöv məkan daxilində müəyyən tərkib məkanlarını dərk
edrilər. Buradan belə qənaətə gəlmək olar ki, qeyri-
müəyyənliklər daha çoxdur və sonsuzdur. İnsanlar onlara
verilən qabiliyyətlər və imkanlar çərçivəsində öz baxışlarına
uyğun şəkildə məkanları müəyyən edə bilirlər. Məkanların
müəyyən olunması sistemlər daxilində olan və sistemlər
arasında olan fərqlərlə həyata keçirilə bilir. Fərqlər arasında
olan müəyyən oxşarlıqların cəmi elə məkanın meydana
gəlməsinin (burada mövcud məkanın ayırd edilməsinin və
insan yaradıcılığına və quruculuğuna müvafiq olaraq yeni
məkanların yaradılmasının) əsasında dayanır. Deyilənlərdən
belə nəticələrə gəlmək olur ki, bütün tərkib və bütövlər elə
bütövlərin və tərkiblərin içərisindədir. Tərkib və bütövlərin
genişlənmə üzrə son sərhədləri yoxdur. Daralma (qısalma,
kiçilmə) üzrə də son bölünmələri yoxdur. Son bölünmənin
davamı yenidən böyümədir. Bu, o deməkdir ki, həyatda təbii
şə
kildə hər şey var, “mütləq yoxluq” isə yoxdur.
Materiya materiya üçündür. Həm də materiyanın ən kiçik
zərrəcikləri və ən yüngül hissəsi olan “qeyri-materiya”
üçündür. (Qeyd: biz daha çox gözlə görünəni və çox inikas
olunanı materiya aləmi kimi qeyd edirik. Digərlərini isə qeyri-
materiya aləminin tərkibi kimi görürük. Əslində isə hər şey
33
elementlərdən ibarət olduğundam mütləq qeyri-materiya aləmi
yoxdur. “Qeyri” sözünün özü də tam mənada yoxdur. “Qeyri”
sözü şərti yoxluğu bildirən bir ifadədir). Qeyri-materiya da elə
materiya
üçündür.
Onun
davamıdır.
Materiya
qeyri-
materiyanın, qeyri-materiya isə materiyanın davamıdır.
(Maddi aləmin davamı ruhi aləmdir. Ruhi aləm həm də
maddi aləmi tam şəkildə əhatə edəndir). Bu davam vəhdətdə
mövcuddur. Bütöv içərisində davamdır. Deməli, canlı aləm tək
insanlardan və heyvanlardan, həşəratlardan ibarət ola bilməz.
Canlı aləm anlayışı nisbidir, əslində hər şey canlıdır. Çünki
hər
ş
ey
hərəkətdədir.
Sadəcə
hərəkətlər
dərəcələnir.
Dərəcələnmə də məkan dəyişmələri ilə əlaqəlidir. Deməli,
insanlar əslində daxilən hərəkətdə olurlar. Cansız hesab
etdiyimiz materiya aləmi də hərəkətdədir. Bu baxımdan da
insanlar və digər canlılar, torpaq, digər bərk materiyalar əsasən
bir-biriləri ilə əlaqədə və təsirdə olurlar.
Bu prinsiplə hesab etmək olar ki, gözlə görünən, gözlə
görünməyən, makro və mikro canlılar var və bu canlılar elə
cəm halda bütövlükdür. Tam cansızlıq yoxdur, çünki Günəş və
ulduzlar var, onlar hər şeyi hərəkətdə saxlayır. Hərəkətin də
ə
sasını qeyri-bərabərliklər, qeyri-hamarlıqlar təşkil edir. (Qeyd:
baza hərəkəti kosmik fəzanın özündə, boş məkanda, yəni,
ulduzların və planetlərin olmadığı boş məkanda, axtarmaq
daha məqsədəuyğun olar. Kosmik fəzanın hərəkətindən, fəzanın
özünü təşkil edən elementlər axınının qarşılaşmasında ulduzlar
meydana gəlir. Ulduzlar da kosmik fəzaya-“boş məkana” əlavə
hərəkət verir. Deməli, qüvvənin kəmiyyət baxımından ümumi
çoxluğu kosmik fəzadadır, lakin qarşılaşma, bundan meydana
gələn güclü enerji mənbəyi isə ulduzlardadır, sonra isə
planetlərdədir. Bu baxımdan belə hesab etmək olar ki, kosmik
enerjinin əsas “mənşəyi” elə kosmik fəzadır. Şərti başlanğıc
elə fəzanın özüdür). Bərk materiyalardan fəzanın əmələ
gəlməsi bir qədər ağlabatan deyil. Əksinə, fəzadan obyektlər
yarana bilər.
34
Dərəcələnən canlılar var. Belə təxmin etmək olar ki,
torpaqdan, sudan, Günəş enerjisindən yeni-yeni canlıları
(nisbətən hərəkət edən varlıqları) meydana gətirmək olar. Eyni
zamanda onu da qəbul etmək olar ki, təbii olaraq yeni-yeni
canlılar meydana gələ bilər. Bu, hər şeydən öncə kainatda və
təbiətdə dəyişən qanunauyğunluqlardan asılıdır. Həmin
prinsipdən çıxış edərək hesab etmək olar ki, canlıların
təkamülü mövcuddur, bu gün də davam etməkdədir. Canlıların
insan qolu isə hələlik yetkin mərhələdədir. Dəyişmə ehtimalı
da ola bilər. (Qeyd: təkamül anlayışına da nisbi baxmaq
lazmıdır. Bir tərəfdən hesab etmək olar ki, Yer kürəsinin, eləcə
də Günəş sisteminin heç başlanğıcı olmayıb. Tarix yoxdur.
Kainat şaquli, üfiqi qaydada təkamülə məruz qalmayıb və
başlanğıc zamanı yoxdur. Zaman yalnız insanlar üçündür. Yer
kürəsində təkamül heç də Yer kürəsinin özünün inkişafı, forma
və məzmun dəyişmələri ilə bağlı deyil. Yəni, endogen proseslər
heç də kökündən getməyib. Sadəcə olaraq daşqınlar, buz
ərimələri sayəsində baş verən Yerüstü dəyişikliklər müəyyən
canlıların məhv olmasına gətirb çıxarıb. Yeniləri yaranıb.
Təkamülün olmaması ehtimalı onu da deməyə əsas verir ki, Yer
kürəsinin baza olaraq geoloji və coğrafi -burada kainatdan
asılı olaraq dəyişmələrdən irəli gələn- tarixi yoxdur. Yer kürəsi
necə var, eləcə də qalıb və qalmaqda davam edir. Yer kürəsinin
yaranma tarixi yoxdur. Digər tərəfdən, əksinə olaraq hesab
etmək olar ki, Kainatın tarixi var, kainat, Günəş sistemi
yaranıb. Yer kürəsi meydana gəlməyə başlayıb. Yer kürəsinin
özündə belə kəmiyyət dəyişikliyi, forma dəyişikliyi, Günəş
sistemindən məsafə dəyişikliyi olub. Kainatın, Günəşin şaquli
və üfiqi tarixi formalaşma tarixi mövcuddur. Köklü təbiət
dəyişiklikləri olub, bu dəyişikliklər endogen və eksogen
təsirlərin sayəsində meydana gəlib. Yer kürəsində atmosfer
meydana gəlib, kürə özü materiklərə bölünüb, zaman-zaman
canlılar yaranıb, bu canlılar təkamülə məruz qalıb. Yer
kürəsinin tarixi (eləcə də başqa planetlərin) mövcuddur və
Dostları ilə paylaş: |