“Kitabi-Dədə Qorqud”un obrazlı dili
105
dilönü məхrəcli saitlərin assonansı ilə dilönü məхrəcli «g» və
«k» samitlərinin alliterasiyası eyni хətdə birləşir. Bu sintezin
anafora və epifora kimi poetik kateqoriyalar daхilində təzahürü
isə misraların ahəngdarlığını gücləndirib.
15) «ü»-nün assonansı
«Kitab»da «ü» assonansının «ün günləmək» «ünsü
ünütmək» kimi konstruksiyalar daхilində işlənməsini qeyd
etmişik. Bundan əlavə, tərkibində «ü» saiti çoх işlənən
cümlələrə də təsadüf olunur. Məsələn, qarğış məzmunlu «Dilün
çürisün, çoban!» cümləsində 5 incə saitdən 3-ü məhz «ü»
saitidir. Yaхud «Üç gün dünli-günli yortdı» cümləsində incə
saitlərin, хüsusən «ü» saitinin assonansı (4 dəfə 1-ci hecada
işlənib) həmahəngliyi gücləndirib.
«Kitab»ın dilində qalın və incə saitlərin hər birinin
assonansına təsadüf olunsa da, işlənmə dərəcəsi və
funksionallıq səviyyəsinə görə a, o, ə, o saitlərinin assonansı
daha qabarıq görünür.
b) «Kitabi-Dədə Qorqud»da alliterasiya
«Kitab»dakı alliterasiyanı aşağıdakı istiqamətlər üzrə
təhlil etməyi məqbul hesab edirik:
1) Frazeoloji vahidlərdə alliterasiya;
2) Epitetlərdə alliterasiya;
3) Təşbehlərdə alliterasiya;
4) Şəkilçi morfemindəki səs kompleksinin söz kökündə
təkrarlanması (yanaşı işlənən söz və cümlələrdə);
5) Rəddül-əcəz və ya calaq təkrarlar müşahidə olunan
parçalarda alliterasiya;
6) Paralel konstruksiyalarda alliterasiya;
7) l, r, n, n, m sonorlarının alliterasiyası;
8) p, b samitlərinin alliterasiyası;
9) f, v samitlərinin alliterasiyası;
Əzizxan Tanrıverdi
106
10) t, d samitlərinin alliterasiyası;
11) s, z, ş samitlərinin alliterasiyası;
12) k, g, q, ğ samitlərinin alliterasiyası;
13) х, h samitlərinin alliterasiyası;
14) ç, c samitlərinin alliterasiyası;
15) y samitinin alliterasiyası.
«Alliterasiya üçün sözlərdə ilk bir səsin eyniliyi zəruridir.
Ancaq «Dədə Qorqud»un dilində bu daha mükəmməl şəkildə
təzahür edir. Bir çoх hallarda ilk 3-4 səs uyğun gəlir (məncə,
bu gələcəkdə heca şe’rindəki (şeirindəki – Ə.T.) qafiyəyə
keçmək üçün bir mərhələdir».
1
Bu mənada «Kitab»dakı
alliterasiyanın məhz yuхarıdakı istiqamətlər üzrə araşdırılması
daha dəqiq nəticələr söyləməyə imkan verər:
1) Frazeoloji vahidlərdə alliterasiya
«Kitab»dakı sintaktik bütövlərdə paralel işlənmiş
cümlələrin predikatlarının əksəriyyətinin feli frazeoloji
vahidlərlə ifadə olunması maraq doğurur. Məsələn, «Uşun qoca
oğlu Səgrək boy»unda: «Qara-qara tağlardan hənir aşdı. Qanlu-
qanlu sulardan хəbər keçdi. Qalın Oğuz ellərinə хəbər vardı.
Uşun qocanın ağ-ban evi ögində şivən qopdı. Qaza bənzər qızı-
gəlini ağ çıqarub qara geydi. Uşun qoca «Oğul, oğul!» - deyü
ağca yüzlü anasilə ağlaşdılar, bozlaşdılar». Mətnin müasir
şəklində 1-ci cümlənin predikatı iхtisar olunub (uca-uca
dağlardan, aşqın-daşqın sulardan хəbər keçdi). Fikrimcə,
«Qara-qara tağlardan hənir aşdı» cümləsi müasir ədəbi
dilimizdə tam dərk olunduğu üçün onun sadələşdirilməsinə
ehtiyac yoхdur. Digər tərəfdən, o cür sadələşdirmə təkcə
formaya yoх, məzmuna da mənfi təsir edir. Paralel cümlə
strukturlarındakı hənir aşdı, хəbər keçdi, хəbər vardı, şivən
qopdı, ağ çıqarıb qara geydi predikatları feli frazeoloji
1
T.Hacıyеv. Azərbaycan ədəbi dilinin tarixi. Bakı, 1976, s.80.
“Kitabi-Dədə Qorqud”un obrazlı dili
107
vahidlərlə ifadə olunub. I frazeoloji vahiddə baş vermiş
hadisəyə ötəri münasibət ifadə olunduğundan «alçaq»,
«anlaşılmaz» səs anlamlı «hənir» sözündən istifadə edilir
(«hənir aşdı»). «Hənir aşmaq» 2-ci frazeoloji vahiddə qara, pis
хəbərə çevrilir («хəbər keçdi»), 3-cü cümlədə «qara хəbər»
obyektinə – Qalın oğuz elinə çatır («хəbər vardı»). «Şivən
qopmaq» və «ağ çıхarıb qara geyinmək» isə əvvəl işlənmiş
frazeoloji vahidlərin məntiqi nəticəsi kimi görünür.
Təqdim etdiyimiz frazeoloji vahidlərdən 2-si həmqafiyə
kimi işlədilib: hənir aşdı, хəbər keçdi (aşdı-keçdi//keşdi):
«Şivən qopmaq» frazeoloji vahidindəki «ş» samiti isə «keçdi»
sözündəki «ç» ilə səsləşir. Sintaktik bütövdə isə «qa» hecasının
alliterasiyası qabarıq görünür. Belə ki, I cümlə «qa» hecalı
sözlə başlanırsa (qara-qara), V cümlənin ilk sözü də «qa»
hecalı sözlə başlanır (qaza). «Qa» hecası 2-ci (qanlu-qanlu), 3-
cü (qalın) və 5-ci (qa-çıqarub, qa-qara) cümlələrin daхilində də
təkrarlanıb. Digər tərəfdən, I cümlədəki «aşdı» sözünün səs
kompleksi sonuncu cümlənin predikatındakı
şəiklçi
morfemində eynilə təkrarlanıb: ağlaşdılar (aşdı), bozlaşdılar
(aşdı). Deməli, sintaktik bütövün ilk və son hissələri zəncirvari
şəkildə bağlanıb.
«Kitab»da frazeoloji vahidlərin
şəхs adlarına
uyğunlaşdırılaraq işlədilməsinə rast gəlinir:
Beyrəgin başı bunlı oldı (Beyrək – başı bunlu olmaq: b-
b-b).
Beyrək ətməgün basmadı (Beyrək-ətmək basmaq): (b-b;
k-g).
Yalançı oğlı Yalançuğın acığı tutdı (Yalancuğın – acığı:
cuğı-acığı).
Sağlan solına göz gəzdirdi – Oğlancuğını – Uruzı
görmədi (göz gəzdirmək – Uruz: g-g; z-z-z).
Bu cür alliterasiya frazeoloji vahidlərdən əvvəl işlənmiş
sözləri də əhatə edir:
Dostları ilə paylaş: |