19
yoxlanılması üçün, hərdən müvafiq bitkini lazımi göbələk ilə
peyvənd etməklə təcrübə qoymaq olar. Bunun üçün nəyinki sahib
bitkinin və peyvəndin düzgün qaydada hazırlanması həm də, bitki-
lərin peyvənd prosesinin texniki cəhətdən diqqətlə həyata keçiril-
məsi vacibdir. Açıq sahələrdə aparılan müşahidələrin nəticələrinə
nəzərən təcrübə burada ikinci dərəcəli rol oynayır.
Təcrübə üçün bitkilərin hazırlanması
Peyvənd zamanı bitki üçün ilk tələb, onun infeksiyalardan
azad olaraq tam sağlam olmasıdır. Bunun üçün, təcrübə aparılan
bitkiləri yaxşı olar ki, oranjeriyalarda ya da vegetasiya evciklə-
rində içərisi infeksiyadan azad edilmiş torpaqla doldurulmuş gül
qablarında sağlam toxumlardan yetişdirilsin. Əgər torpağın ya da
toxumların öyrənilən göbələkdən azad olduğu barədə əminlik
yoxdursa, o halda, birincini avtoklavda 1-2 atm təzyiq altında
sterilizə etmək, toxumları isə adi dərmanlama ilə dezinfeksiya
etmək olar. Belə bitkilərin yetişdirilməsi zamanı həşəratlar yaxud
hava vasitəsi ilə gətirilən və bitkilərə damcı-maye şəklində hopan
kənar yaxud da təsadüfi infeksiyanın qarşısını almaq üçün onlar,
yarpaqları və gövdəni islatmamaq şərti ilə sulanır.
Əgər təcrübə aparılan bitkiləri oranjeriyalarda toxumlardan
əldə etmək mümkün deyilsə, o halda onlar təbii şəraitdə olan
qablara köçürdülür, bundan sonra sahib bitki 10-15 gün müddətin-
də istixanada saxlanılır. Şəraitə uyğunlaşıb normal inkişaf edən
bitki inakulyasiya üçün istifadə edilə bilər.
Açıq sahədə olan bitkilərin peyvənd edilməsi zamanı nişanlan-
mış bitkiləri və ya onların ayrı-ayrı orqanlarını əvvəlcədən ətraf
mühitdən (şüşələnmiş taxta çərçivələrlə, kağız örtüklərlə,
polietilen bağlamalarla, lampa şüşələri ilə) təcrid etmək lazımdır.
Bir üsul daha var – bu, bütün bitki ilə deyil, kəsilmiş
sonluqları ilə xüsusi qidalı qarışıqlara ya da sadəcə su ilə doldur-
ulmuş qaba yerləşdirilmiş ayrı – ayrı çubuq və tumurcuqlar ilə
təcrübə aparmaq metodudur. Bu qidalı qarışıqlarda kəsilmiş çu-
buqlar təkcə peyvənd təcrübəsi aparmaq üçün deyil, həm də
20
onların sağlamlığından əmin olmaq və uzun müddət kəsilmiş
hissənin təravətini qorumaq üçün istifadə edilir. Belə qarışıqlardan
biri E.Abeleninə əsasən hazırlanlır: AgSO
4
– 64 q, Ca(NO
3
)
2
– 124
q, K
2
PO
4
– 46 q, KNO
3
– 90 q və (NH
4
)
2
SO
4
– 40 q maddələri 1 l
suda həll edirlər. Alınmış qarışıqdan 40 ml 10 l suda qarışdırılır və
0,8 l suda həll olunmuş aşağıdakı mikroelementlər bura əlavə
edilir: H
3
Bo
3
– 1,6 q, ZnSO
4
– 0,2 q, FeC
6
H
5
O
6
– 14,0 q,
Fe
2
(SO
4
)
3
– 12,6 q, FeCl
3
– 12,2 q, MnSO
4
– 1,2 q, (NH
4
)
6
Mo
7
O
24
– 0,2 q, Co(NO
3
)
2
– 0,2 q və CuSO
4
– 0,2 q. Alınmış qarışığdan
0,5 ml 1 litrə əlavə edilir və istifadə edilir. Qarışığı hər 3-4 gündən
bir dəyişirlər. Və nəhayət, adi rütubətli kameraya yerləşdirilmiş
bitkidən ayrılmış yarpaqları ya da yarpaq hissəciklərini peyvənd
etmək olar.
N.F.Kartoşkina taxıllardakı unlu şeh və düyüdəki pirikulya-
rioz xəstəliyinin potogeninin ixtisaslaşdırılmış formalarını öyrən-
diyi zaman, bütöv bitkilərin peyvənd edilməsi ilə yanaşı həm də,
rütubətli kamerada yerləşdirilmiş ayrılmış yarpaqları da peyvənd
edirdi.
C.İzard (1960) bitkilərin canlı yarpaqlarının kiçik dairəciklər
şəklində obliqat parazit göbələklərlə peyvənd etdirilməsinin
mümkünlüyü barəsində məlumat vermişdir. Bu məqsəd üçün o,
halqa formasında diametri 12 – 14 mm olan mantar ştamplayanla
kəsilmiş tütün bitkisinin yarpağından istifadə edərək, onları
Peronospora tabacina Adam. göbələyi ilə yoluxdurur. Halqalar,
dibinə 3 qatlı filtirli kağız sərilmiş Petri nimçələrinə yerləşdirilir və
onların içərisində aşağıdakı tərkibdə olan doymuş qida qarışığı
əlavə olunur.
100 ml suya:
(
KOCO-CHOH-CHOH-COONa) - 0,500
K
2
HPO
4
- 0,100
KNO
3
- 2,000
Co(NO
3
)
2
- 0,006
KCL - 0,030
MnO
4
- 0,001
MgO
- 0,500
21
Kamerada rütubəti yüksək saxlamaq üçün Petr nimçəsinin
qapağının iç hissəsinə suda isladılmış 2 qatlı filtirli kağız qoymaq
lazımdır. Üzü yuxarıya istiqamətlənmiş halqaların aşağı səthinə
göbələk konidisinin suspenziyasından 3 damcı çəkərək peyvənd-
ləmə həyata keçirilir. Nimçələri gündüz 20
0
, axşam isə 10-15
0
temperaturda saxlanılır. 24 ya da 48 saat keçdikdən sonra suspen-
ziyanın damcıları filtirli kağızdan hazırlanan borucuqla silinir və
halqalar üzü nimçənin dibinə sərilmiş filtirli kağıza çevrilərək
yerləşdirilir.
4-6 gündən sonra peyvəndlənmiş halqaları mikraskopla
müşahidə edirlər. Belə, yalnız mitselinin inkişaf edərək halqadan
kənara çıxdığını deyil, həm də, həm halqanın kənarlarına çıxan
həm də, ağızcıqlardan çıxan konidilərlə birlikdə konididaşıyı-
cılarını da müşahidə etmək mümkündür. Halqaların əvvəlcədən
boyanmasına ehtiyac qalmır və təcrübə aparılan halqaları sonradan
təkrarən rütubətli kameraya yerləşdirmək olar. 7-ci gündən etiba-
rən halqalar ölməyə başlayırlar. Yoluxmanın 9-cu günündə
formalaşmış oosporları müşahidə etmək olar.
Peyvəndin hazırlanması. Peyvənd adı altında adətən, bitki-
lərin süni yoluxdurulması üçün infeksion başlanğıc nəzərdə
tutulur. Peyvənd kimi, göbələk sporları, sklerositlər və mitselilər
hətta yoluxmuş bitki qalıqları istifadə oluna bilər.
Göbələklərin ixtisaslaşmasını müəyyən etmək üçün aparılan
təcrübələrin nəticələrinin təbii şəraitdəkinə daha yaxın olmaları
üçün, onları bütün şərtlərə uyğun həyata keçirmək və peyvənd
kimi təmiz göbələk mühitlərindən deyil, birbaşa təbiətdən götü-
rülmüş yoluxmuş materialdan istifadə etmək lazımdır. Təmiz mü-
hit şəraitində təkrar əkinlərdə yetişdirilmiş parazit göbələk öz ilkin
zərərini qismən itirir və onunla peyvəndlənən bitkiləridə xəstəlik
əmələgəlmənin nəticəsi birbaşa bitkidən götürülmüş göbələkdən
alınan peyvəndlərin nəticəsindən fərqlənir. Bundan əlavə, təbii
peyvəndin istifadəsi təcrübəçini patogeni qidalı mühitlərdə müəy-
yən etməkdən, onun təmizlənməsindən, təkrar əkinindən, çoxaldıl-
masından və s. azad edir. Təbii peyvəndin istifadəsi, həm iqtisadi
həm də, metodik cəhətdən daha doğru və səmərəlidir.
Dostları ilə paylaş: |