Microsoft Word fitopatogen sooon docx



Yüklə 268,71 Kb.
Pdf görüntüsü
səhifə6/12
tarix05.06.2018
ölçüsü268,71 Kb.
#47540
1   2   3   4   5   6   7   8   9   ...   12

19

 

yoxlanılması üçün, hərdən müvafiq bitkini lazımi göbələk ilə 



peyvənd etməklə təcrübə qoymaq olar.  Bunun üçün nəyinki sahib 

bitkinin və peyvəndin düzgün qaydada hazırlanması həm də, bitki-

lərin peyvənd prosesinin texniki cəhətdən diqqətlə  həyata keçiril-

məsi vacibdir. Açıq sahələrdə aparılan müşahidələrin nəticələrinə 

nəzərən təcrübə burada ikinci dərəcəli rol oynayır. 

 

Təcrübə üçün bitkilərin hazırlanması 

 

Peyvənd zamanı bitki üçün ilk tələb, onun infeksiyalardan 



azad olaraq tam sağlam olmasıdır. Bunun üçün, təcrübə aparılan 

bitkiləri yaxşı olar ki, oranjeriyalarda ya da vegetasiya evciklə-

rində içərisi infeksiyadan azad edilmiş torpaqla doldurulmuş gül 

qablarında sağlam toxumlardan yetişdirilsin.  Əgər torpağın ya da 

toxumların öyrənilən göbələkdən azad olduğu barədə  əminlik 

yoxdursa, o halda, birincini avtoklavda 1-2 atm təzyiq altında 

sterilizə etmək, toxumları isə adi dərmanlama ilə dezinfeksiya 

etmək olar. Belə bitkilərin yetişdirilməsi zamanı həşəratlar yaxud 

hava vasitəsi ilə gətirilən və bitkilərə damcı-maye şəklində hopan 

kənar yaxud da təsadüfi infeksiyanın qarşısını almaq üçün onlar, 

yarpaqları və gövdəni islatmamaq şərti ilə sulanır. 

Əgər təcrübə aparılan bitkiləri oranjeriyalarda toxumlardan 

əldə etmək mümkün deyilsə, o halda onlar təbii  şəraitdə olan 

qablara köçürdülür, bundan sonra sahib bitki 10-15 gün müddətin-

də istixanada saxlanılır.  Şəraitə uyğunlaşıb normal inkişaf edən 

bitki inakulyasiya üçün istifadə edilə bilər. 

Açıq sahədə olan bitkilərin peyvənd edilməsi zamanı nişanlan-

mış bitkiləri və ya onların ayrı-ayrı orqanlarını  əvvəlcədən  ətraf 

mühitdən (şüşələnmiş taxta çərçivələrlə, kağız örtüklərlə, 

polietilen bağlamalarla, lampa şüşələri ilə) təcrid etmək lazımdır.  

Bir üsul daha var – bu, bütün bitki ilə deyil, kəsilmiş 

sonluqları ilə xüsusi qidalı qarışıqlara ya da sadəcə su ilə doldur-

ulmuş qaba yerləşdirilmiş ayrı – ayrı çubuq və tumurcuqlar ilə 

təcrübə aparmaq metodudur. Bu qidalı qarışıqlarda kəsilmiş çu-

buqlar təkcə peyvənd təcrübəsi aparmaq üçün deyil, həm də 



20

 

onların sağlamlığından  əmin olmaq və uzun müddət kəsilmiş 



hissənin təravətini qorumaq üçün istifadə edilir. Belə qarışıqlardan 

biri E.Abeleninə əsasən hazırlanlır: AgSO

4

 – 64 q, Ca(NO



3

)

2



 – 124 

q, K


2

PO

4



 – 46 q, KNO

3

 – 90 q və (NH



4

)

2



SO

4

 – 40 q maddələri 1 l 



suda həll edirlər. Alınmış qarışıqdan 40 ml 10 l suda qarışdırılır və 

0,8 l suda həll olunmuş  aşağıdakı mikroelementlər bura əlavə 

edilir: H

3

Bo



3

 – 1,6 q, ZnSO

4

 – 0,2 q, FeC



6

H

5



O

6

 – 14,0 q, 



Fe

2

(SO



4

)

3



 – 12,6 q, FeCl

3

 – 12,2 q, MnSO



4

 – 1,2 q, (NH

4

)

6



Mo

7

O



24

 

– 0,2 q, Co(NO



3

)

2



 – 0,2 q və CuSO

4

 – 0,2 q. Alınmış qarışığdan 



0,5 ml 1 litrə əlavə edilir və istifadə edilir. Qarışığı hər 3-4 gündən 

bir dəyişirlər. Və  nəhayət, adi rütubətli kameraya yerləşdirilmiş 

bitkidən ayrılmış yarpaqları ya da yarpaq hissəciklərini peyvənd 

etmək olar.  

N.F.Kartoşkina taxıllardakı unlu şeh və düyüdəki pirikulya-

rioz xəstəliyinin potogeninin ixtisaslaşdırılmış formalarını öyrən-

diyi zaman, bütöv bitkilərin peyvənd edilməsi ilə yanaşı  həm də, 

rütubətli kamerada yerləşdirilmiş ayrılmış yarpaqları da peyvənd 

edirdi.  

C.İzard (1960) bitkilərin canlı yarpaqlarının kiçik dairəciklər 

şəklində obliqat parazit göbələklərlə peyvənd etdirilməsinin 

mümkünlüyü barəsində  məlumat vermişdir. Bu məqsəd üçün o, 

halqa formasında diametri 12 – 14 mm olan  mantar ştamplayanla 

kəsilmiş tütün bitkisinin yarpağından istifadə edərək, onları 



Peronospora tabacina Adam.  göbələyi ilə yoluxdurur. Halqalar, 

dibinə 3 qatlı filtirli kağız sərilmiş Petri nimçələrinə yerləşdirilir və 

onların içərisində  aşağıdakı  tərkibdə olan doymuş qida qarışığı 

əlavə olunur. 



100 ml suya: 

(

KOCO-CHOH-CHOH-COONa)                       - 0,500 



K

2

HPO



4   

                                                             - 0,100 

KNO

3

                                                                  - 2,000 



Co(NO

3

)



2

                                                             - 0,006  

KCL                                                                     - 0,030 

MnO


4

                                                                   - 0,001 

MgO

 

                                                                    - 0,500 




21

 

Kamerada rütubəti yüksək saxlamaq üçün Petr nimçəsinin 



qapağının iç hissəsinə suda isladılmış 2 qatlı filtirli kağız qoymaq 

lazımdır. Üzü yuxarıya istiqamətlənmiş halqaların aşağı  səthinə 

göbələk konidisinin suspenziyasından 3 damcı  çəkərək peyvənd-

ləmə  həyata keçirilir. Nimçələri gündüz 20

0

, axşam isə    10-15



0

 

temperaturda saxlanılır. 24 ya da 48 saat keçdikdən sonra suspen-



ziyanın damcıları filtirli kağızdan hazırlanan borucuqla silinir və 

halqalar üzü nimçənin dibinə  sərilmiş filtirli kağıza çevrilərək 

yerləşdirilir.  

4-6 gündən sonra peyvəndlənmiş halqaları mikraskopla 

müşahidə edirlər. Belə, yalnız mitselinin inkişaf edərək halqadan 

kənara çıxdığını deyil, həm də, həm halqanın kənarlarına çıxan 

həm də, ağızcıqlardan çıxan konidilərlə birlikdə konididaşıyı-

cılarını da müşahidə etmək mümkündür. Halqaların  əvvəlcədən 

boyanmasına ehtiyac qalmır və təcrübə aparılan halqaları sonradan 

təkrarən rütubətli kameraya yerləşdirmək olar. 7-ci gündən etiba-

rən halqalar ölməyə başlayırlar. Yoluxmanın 9-cu günündə 

formalaşmış oosporları müşahidə etmək olar.  



Peyvəndin hazırlanması. Peyvənd adı altında adətən, bitki-

lərin süni yoluxdurulması üçün infeksion başlanğıc nəzərdə 

tutulur. Peyvənd kimi, göbələk sporları, sklerositlər və mitselilər 

hətta yoluxmuş bitki qalıqları istifadə oluna bilər. 

Göbələklərin ixtisaslaşmasını müəyyən etmək üçün aparılan 

təcrübələrin nəticələrinin təbii  şəraitdəkinə daha yaxın olmaları 

üçün, onları bütün şərtlərə uyğun həyata keçirmək və peyvənd 

kimi təmiz göbələk mühitlərindən deyil, birbaşa təbiətdən götü-

rülmüş yoluxmuş materialdan istifadə etmək lazımdır. Təmiz mü-

hit şəraitində təkrar əkinlərdə yetişdirilmiş parazit göbələk öz ilkin 

zərərini qismən itirir və onunla peyvəndlənən bitkiləridə  xəstəlik 

əmələgəlmənin nəticəsi birbaşa bitkidən götürülmüş göbələkdən 

alınan peyvəndlərin nəticəsindən fərqlənir. Bundan əlavə, təbii 

peyvəndin istifadəsi təcrübəçini patogeni qidalı mühitlərdə müəy-

yən etməkdən, onun təmizlənməsindən, təkrar əkinindən, çoxaldıl-

masından və s. azad edir. Təbii peyvəndin istifadəsi, həm iqtisadi 

həm də, metodik cəhətdən daha doğru və səmərəlidir.  



Yüklə 268,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə