Microsoft Word fitopatogen sooon docx



Yüklə 268,71 Kb.
Pdf görüntüsü
səhifə3/12
tarix05.06.2018
ölçüsü268,71 Kb.
#47540
1   2   3   4   5   6   7   8   9   ...   12

9

 

bitkinin yarpaq və zoğ hissəcikləri rütubətli kameraya qoyulur. Bu 



zaman xlorotik ləkələr sərhəddində olan xarici görünüşünə görə 

sağlam, yaşıl yarpaq hissələri götürmək məsləhətdir. Amma kame-

ranı  həmişəkindən bir qədər az nəmləndirmək lazımdır. Bunun 

üçün, Petr nimçəsinin qapağının alt hissəsinə  nəmlənmiş bir qatlı 

filtirli kağız sərib təcrübə aparılan obyekti həmin nimçənin dibində 

olan quru filtirli kağızın üzərinə yerləşdirirlər. 4-5 gündən sonra 

(nimcənin qapağının dibinə  sərilmiş filtirli kağızı ehtiyaca görə 

əlavə nəmləndirmək şərti ilə) belə kameralarda yarpaq hissələrinin 

kənarında patogen V. dahliae üçün xarakterik olan və mikraskop 

altında yaxşı görünən unlu şeh formasında konidi daşıyıcıları  və 

birhüceyrəli rəngsiz konidi başcıqları  şəklində çoxlu spor əmələ 

gəlir.  


 

Rütubətli kamera üsulu Peronospora cinsinə aid obliqat -  

parazit göbələklərdə  də    uğurla istifadə oluna bilər. Spor əmələ 

gətirməyən ləkələr rütubətli kamerada peronospora göbələkləri 

üçün xarakterik sporlar əmələ  gətirirlər. Rütubətli kamerada 

substrat üzərində olan pas göbələklərinin teleytosporları da cücərir. 

Eyni zamanda bu üsul ilə piknidin bar verən növünün (hərdən 

peritesitlərin) yarpaqların steril ləkələri üzərində cücərməsinə nail 

olurlar. Amma bu zaman rütubətli kameradakı obyekti mümkün 

qədər çox (hərdən 2-3 həftəyə qədər) saxlamaq lazımdır.  (Jerbele, 

1963; Sidorova 1965) 

Şəkil 5. Verticillium dahliae 




10

 

Eyni ilə bu üsulla göbələyin skelerasiyalarını cücərtmək olar. 



Sclerotium, Typhula, Sclerotinia, Monilinia, Botrytis və s. cinslərə 

mənsub  göbələk növlərinin təyin edilməsində yalnız skelerasiya-

ların bitkinin zədələnmiş toxumaları üzərində olması  xəstəliyin 

diaqnostikasını  çətinləşdirir. Onlar da, seçilmiş nümunələr kimi 

əvvəlcədən xarici sterilizasiya edilməlidir. Skelerasiyalar cücər-

dikdən və müvafiq spordaşıyan və meyvəbədəni  əmələ  gəldikdən 

sonra onun cins və ya növ mənsubiyyəti haqqında fikir söyləmək 

olar.  


K.S.Bedi sklerosiyaların tədqiq edilməsi üçün rütubətli kame-

ranın müxtəlif növlərini təklif etmişdir. E.Q.Potatosova (1960) 

tərəfindən  Typhula növündən olan göbələklərin sklerosiyalarının 

bir neçəsi içərisinin 1/3 hissəsi steril su ilə doldurulmuş  şüşə 

stəkana və ya Petr qablarına qoyulur və bağlanır. 15-20

 tempe-



raturda termostatda saxlanılır. 15-20 gündən sonra Typhula sklera-

siyası cücərir. Alınmış meyvəbədəni və sporlar təbii şəraitdə yeti-

şənlərlə çox oxşardırlar. Bu yolla sürməli göbələklərin xlomido-

sporlarını da yetişdirmək olar.  

Sklerosiyaları icərisində qurudulmuş qum olan sonradan steril 

su ilə nəmləndirilən, şüşə ilə örtülü nimçələrə də  yetişdirmək olar. 

İlk baxışdan göründüyü kimi, rütubətli kameralar və ya onla-

rın müxtəlif formaları  tətbiq olunduğu zaman, heç bir qidalı 

mühitə ehtiyac olmur, çünki göbələklər ya öz orqanlarında (mitsel-

lər, sklerositlər), ya da öz substrat hissəciklərində olan ehtiyat qida 

maddələrindən istifadə edirlər. Təcrübə aparılan obyektlərin, kağız 

və qabların sterilizasiyası  iş üçün zəruri  şərtlərdəndir.  Əks halda 

kənar mikroorqanizmlərin, bakteriyaların, kif göbələklərinin kolo-

niyalarının inkişafı  işə maneəçilik törədə bilər. Dezinfeksiya-

edicilər olmadığı zaman obyekti bir neçə  dəfə axan suda yumaq 

məsləhət görülür.  

Bu sadə  və yetərli qədər etibarlı üsul mikofloristik araşdır-

malar zamanı da istifadə oluna bilər. Təəssüf ki, onu hər zaman 

istifadə etmirlər və  nəticədə,  əmələ  gələn mikoloji kütlənin  əksə-

riyyət hissəsi “tullantı” şəklində müəyyən olunmamış  qalır, ya da 

əmələ  gələn göbələklər xəstəliyin  əsas patogeninə uyğun gəlmir 



11

 

(məsələn, traxeomikoz və ya başqa xəstəlik nəticəsində solmuş 



yarpaqlar üzərində olan saprofit göbələklərin inkişafı  nəzərdə 

tutulur).  

Rütubətli kameralardakı təcrübələri təzə, yeni toplanmış göbə-

ləklər üzərində  aparmaq lazımdır çünki, zaman keçdikcə onlar öz 

həyat qabilliyyətlərini itirirlər. Lakin, yığımdan sonra 0,5-1 il 

müddətinə qədər saxlanılan nümunələr həm rütubətli kameralarda 

yetişdirilmək üçün, həm də təmiz mühitə çıxarılmaq üçün uyğun-

durlar.  Colletotrichum  cinsinin bəzi növləri 5 illik herbari nümu-

nələrində belə öz həyat qabiliyyətlərini saxlaya bilir. Günəş yaxud 

isti ütü vasitəsi ilə qurudulan nümunələr öz həyat qabiliyyətlərini 

itirdiklərinə görə bioloji təcrübələr üçün yararsızdırlar.  

Rütubətli kameralarla kifayət qədər iş təcrübəsi olduğu zaman, 

obyektləri Petri nimçələrində  əlavə qidalı mühitdə  və sonradan 

müvafiq koloniyaları probirkalarda əkmədən birbaşa təmiz mühitə 

çıxarmaq olar. 

Rütubətli kameralarda inkişaf edən göbələkləri mikroskopun 

aşağı böyütmə  dərəcəsində, ötürülən və  əks olunan işıq altında 

birbaşa daha yaxşı araşdırmaq olar.  

 

 

 



Nimçənin dibində bir qatlı filtirli  kağızın olması belə, mikro-

skop altında ötürülən işıqda göbələklərin öyrənilməsinə  maneə-

çilik törətmir. Rütubətli kameralarda göbələklərin öyrənilməsinin 

üstünlüyü ondan ibarətdir ki, göbələyə bütöv vəziyyətdə, toxunul-




12

 

madan, onun bütün xarakter xüsusiyyətləri ilə birlikdə,  əsasəndə 



hifomitset göbələklərin konididaşıyıcılarını, onların üzərində 

konidilərin yerləşmə xarakterini (təklikdə, zəncirvari, başlıqda və 

s.) müşahidə etmək olur. Hüceyrə quruluşunun öyrənilməsi lazım 

gəldikdə isə, adi mikroskopik preparatlar hazırlanır.  

 

Göbələklərin təmiz mühitləri 

 

Rütubətli kameradakı araşdırmalar patogeni müəyyən etmək 

üçün parazit göbələyin inkişafını  və onun spordaşıyanının  əmələ 

gətirməsini təmin edə bilmirsə, onda göbələklərin süni qidalanma 

mühitində təmiz mühitə çıxarılması üsulları tətbiq edilir. Müəyyən 

olunan göbələyin spordaşıyıcısının bu xəstəliyin patogeni olub 

olmadığını, göbələklərin patogenliyini, əmələ gətirdikləri əlamətlər 

kompleksini yoxlamaq üçün, bitkiləri süni yoluxdurmaq  lazım 

gəldikdə patogenin təmiz mühitinin alınması üsullarına müraciət 

etmək olar. 

Bitkinin traxomikoz soluxmasının patogeninin müəyyən 

edilməsində, ilk növbədə kökboğazı və kök toxumalarının üzərin-

də  məskunlaşan və  təmiz mühit şəraitində asanlıqla inkişaf edən 

Fusarium cinsindən olan saprofit göbələklər müəyyən olunur. 

Lakin, bu növün bitkinin daxilində  məskunlaşan daha parazit 

nümayindələrinin təmiz mühitə çıxarılması gec başa gəlir. 

Kütləvi miqdarda ehtiyac, müəyyən bitkilərlə münasibətdə 

göbələyin patogenliyini yoxlamaq üçün və  təkrar süni yolux-

durmalar zamanı  təmiz mühitə  çıxarılan material daha çox lazım 

olur. 

Göbələyin qidalı mühitdə inkişafının xarakteri onun para-



zitliyinin etibarlı göstəricisidir. Bir qayda olaraq, göbələk nə qədər 

saprofitdirsə, o, bir o qədər tez və asan inkişaf edib, spor əmələ 

gətirir. Və  əksinə, göbələk nə  qədər parazitdirsə, mühitdə o

göbələyin obliqat parazitliyində tam boy artımı olmayana qədər 

yavaş  və  çətin böyüyür. Göbələyin spor əmələ  gətirmə sürəti isə, 

onun parazitliyi ilə əks mütənasiblik təşkil edir. Təmiz mühit üsulu 

ilə göbələyin parazitlik xüsusiyyətlərindəki müxtəlifliyi nəyinki 



Yüklə 268,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə