Microsoft Word fitopatogen sooon docx



Yüklə 268,71 Kb.
Pdf görüntüsü
səhifə1/12
tarix05.06.2018
ölçüsü268,71 Kb.
#47540
  1   2   3   4   5   6   7   8   9   ...   12


C.T.Ağayev, S.F.Cabbarov  

A.A.Hüseynova, N.K.Ağayeva 

 

 



 

 

 



 

 

FİTOPATOGEN GÖBƏLƏKLƏRİN  



EKSPERİMENTAL ÖYRƏNİLMƏSİ 

ÜSULLARI 

(Metodik göstəriş) 

 

 



 

 

 



 

 

 

“Müəllim” nəşriyyatı 

Bakı – 2017  


2

 

 



Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizə 

və Texniki Bitkilər Elmi-Tədqiqat  İnstitutunun Elmi Şurasının 05 may 

2017-ci il tarixli qərarı ilə çapa tövsiyə edilmişdir (protokol № 8). 

 

 



 

 

 



 

Ağayev C.T., Cabbarov S.F., Hüseynova A.A., Ağayeva N.K. 

FİTOPATOGEN GÖBƏLƏKLƏRİN EKSPERİMENTAL 

ÖYRƏNİLMƏSİ ÜSULLARI (Metodik göstəriş).  Bakı: 

“Müəllim” nəşriyyatı, 2017. 44 s. 

 

 

 



Metodik göstəriş mikologiya üzrə laboratoriya tədqiqatları ilə məşğul 

olan tədqiqatçılar, tələbələr və mütəxəsislər üçün nəzərdə tutulmuşdur.   



 

435



9952

2017


440106



 

 

 

© C.T.Ağayev, 2017 


3

 

GİRİŞ

 

 

Bitkilərdəki göbələk xəstəlikləri çoxsaylı  və müxtəlifdir. 



Sistematik mikraskopiya,

 

rütubətli kameradan istifadə, patogenin 



təmiz mühitə  çıxarılması, bəzən sahib bitkinin peyvənd edilməsi 

xəstəliyə düzgün diaqnoz qoyulmasının (patogeni düzgün 

müəyyən etmək üçün) ümumi qəbul edilən üsullardandır. Müvafiq 

proflaktik və ya rekanstruktiv tədbirlərin düzgün seçilməsi dəqiq 

diaqnozdan asılıdır. Xəstəliyə dəqiq və düzgün diaqnoz qoyulması, 

onunla mübarizə  tədbirlərinin hazırlanması  və  həyata keçirilməsi 

yolunda ilk addımdır. 

Yoluxucu xəstəliklərin biologiyasının öyrənilməsi, onunla 

mübarizənin inkişafı üçün vacibdir. Parazit göbələyin inkişaf döv-

rünün, onun generasiyasının inkişaf mərhələlərinin, qışlama yolla-

rının, onların səbəb olduğu xəstəliklərin yaz yenilənməsinin müəy-

yən edilməsi dəqiq təcrübələrlə təsdiq olunmalıdı. Əsas məsələlər 

sırasına, həmin parazitlə yoluxmuş sahib bitkilər və ya kənd 

təsərrüfatı bitkilərinin növ və cinslərinin yoluxması və ya parazitin 

ixtisaslaşmasının öyrənilməsi də aiddir. Kənd təsərrüfatı bitkilə-

rində patogenlərin bitki üzərində ixtisaslaşmasının öyrənilməsi, 

aralıq sahiblərin müəyyən edilməsi, (alaq otları ilə mübarizə) müx-

təlif rassa və fizioloji formaların ortaya çıxardılmasına, ixtisas-

laşmış forma və növlərinin müəyyən edilməsinə, bitkinin parazitə 

qarşı müqavimət və  həssaslıq dərəcəsinin öyrənilməsinə imkan 

verir. 

Yalnız eksperimental metodlardan istifadə etməklə göbələk 



orqanizminin daha dəqiq öyrənmək olar. Göbələk orqanizmi haq-

qında toplanmış faktlar, onların forma və növ əmələgətirmə yolla-

rını göstərir. Göbələk dəyişkənliyindəki qanunauyğunluqların 

öyrənilməsi tədqiqatçıya ona lazım olan göbələk formaları almağa 

imkan verir.  

Göbələklərlə aparılan laboratoriya təcrübələrində onun təmiz 

mühitinin öyrənilməsi  əsas yer tutur. Eksperimental texnika bir 

məqsədə deyil, bir sıra məqsədlərə nail olmaq üçün vasitədir. 

“Təmiz formada” olan göbələk mühitinin öyrənilməsi, bu və ya 



4

 

digər göbələk növünün müxtəlif təcridləri (coğrafi, substrat və 



digər) arasında müqayisə aparmağa, spor əmələgətirmənin (və ya 

inkişaf mərhələlərini) başqa növlərini ortaya çıxartmağa imkan 

verir. Həmçinin də, onların temperatura, rütubətə, işığa, substratın 

pH – na, onun komponentlərinə, funqisidlərə  münasibətini və 

başqa xassələrini öyrənməyə  imkan yaradır. 

Göbələklərin süni qida mühitində becərilməsi, çox vaxt 

onların çoxaldılması, xassələrinin öyrənilməsi, süni sirayətlənmədə 

torpağa yeridilən yoluxdurucu kütlə, bitkiləri peyvənd etmək üçün 

spor suspenziyası kimi və başqa istifadə məqsədi daşıyır.  

Torpaq mikromitsellərinin öyrənilməsi, yalnız onların təmiz 

mühitə  çıxarılması ya da, “böyümə plitələri”, torpaq mikroka-

meraları  və digər texnikalarla mümkündür. Fitopatogen göbələk-

lərin mühitinin öyrənilməsi, onların parazitlik dərəcəsini, digər 

oxşar göbələklərlə  qohumluq əlaqəsini və taksanomik statusunu 

aydınlaşdırılmaq üçün  qiymətli materiallar  verir.  

Bütün bu eksperimental texnikaların yerinə yetirilməsi üçün 

tədqiqtçıda müvafiq cihazlar olmalıdır. Bir qayda olaraq, bunun 

üçün oranjeriyalar, istixanalar, vegetativ evciklər, lizimetrlər, 

müxtəlif növ təcridlər,  laborator qablar dəsti,  avadanlıqlar və alət-

lər dəsti  lazımdır (Şəkil 1). Bir çox yeni başlayan mikoloq və fito-

patoloqları göbələklərlə  eksperimental  işlərin  çətinliyi  qorxudur 

 

 



Şəkil 1. Oranjeriya və istixanalar 


5

 

(avadanlıq müxtəlifliyi, diqqətli tədqiqat və çox vaxt tələbi). Bəzi 



hallarda xüsusi avadanlıq olmadanda keçinmək  olar. Məsələn, 

bitkiləri spor suspenziyası ilə peyvənd etmək üçün pulverizatorla 

çiləmə üsulundan istifadə etmək daha yaxşıdır. Lakin, spor suspen-

ziyası bitkilərə steril fırca və yaxud neştər vasitəsi ilə  də  tətbiq 

edilə bilər. Təmiz mühitləri sınaq borucuqlarında və ya Petr 

nimçələrində həyata keçirmək olar, lakin onlar kolbalarda və digər 

şüşə qablarda yaxşı bitir (Şəkil 2). Kox qaynadıcısı  və qurutma  

kabineti olmadan da, qidalı mühitlərin sterilizasiyasını axan 

buxarlı qazanda həyata keçirmək olar. Qabların sterilizasiyasını isə 

sobada həyata keçirmək mümkündür.  

 

 

 



Şəkil 2. Petr nimçəsi, kolba və digər qablar 

 

Təmiz mühit olmadanda, peyvənd  əldə  etmək mümkündür. 



Bitkilərin süni yoluxdurulması üçün peyvəndi birbaşa təbiətdən, 

təbii halda yoluxmuş bitkilərdən almaq daha məqsədəuyğundur. 

Həm də, belə peyvənd yüksək zərərvericilik qabiliyyətinə malik-

dir. Onun istifadəsi təcrid və çoxalma üçün artıq vaxt və material 

sərfiyyatından azad edir.  

Akademik M.S.Varonin göbələklər üzərindəki bütün klassik 

tədqiqatları ev laboratoriyası  şəraitində aparmışdır. Pas göbələk-



Yüklə 268,71 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə