Microsoft Word fitopatogen sooon docx



Yüklə 268,71 Kb.
Pdf görüntüsü
səhifə5/12
tarix05.06.2018
ölçüsü268,71 Kb.
#47540
1   2   3   4   5   6   7   8   9   ...   12

16

 

tərkibinə  işarə edir. Məhz buna görə,  Elsinoe kisəli mərhələsini 



əmələ  gətirən göbələklər  p. Gloeosporiumdan Sphacelomaya 

ayrılır. Kisəli göbələklərin inkişaf dövründə eyni yaxud oxşar 

konidial spor daşıyanının olması da, onlar arasındakı əlaqəni sübut 

edir. Belə göbələklərə, pp.Clavicepa və Epichloe öz Sphacelia tipli 

konidi mərhələləri də aiddir. 

Parazit göbələyin inkişaf dövrünü bilməmək, ona müvafiq 

mübarizə  tədbirlərini  əsaslandırmağa maneəçilik törədir və  xəs-

təliyin yalnış diaqnostikasına səbəb ola bilər. Təkçə onu qeyd 

etmək kifayətdir ki, xəstəliyin düzgün diaqnostikası üçün əlavə 

tədbirlər olmadan, xəstə bitkidə yalnız sklerosiyaların müəyyən 

olunması, bu xəstəliyin  Sclerotium  cinsi göbələyi tərəfindən 

törədildiyi nəticəsinə gətirib çıxarır.  Amma bu sklerosiyalar, heç 

olmasa adi rütubətli kamerada yetişdirdikdə belə, bir neçə gündən 

sonra məlum olur ki, həqiqətdə patogen Typhula,  Sclerotinia-ya 

yaxud da Botrytis cinsinə aiddir. 

Bir çox mədəni və yabanı bitkilərdə quru çürümə  əmələ 

gətirən  Sclerotium bataticola Taub. göbələyini bəzi tədqiqatçılar  

Rhizoctonia  cinsinə aid edirlər. Amma, sonuncuyla onun heç bir 

oxşarlığı yoxdur belə ki, inkişaf dövründə o, bəzi bitkilərdə 



Makrophomina (M. phaseoli Ashby) cinsinə aid piknidial mərhələ 

əmələ gətirirlər, bəzən sonradan Physalespora tipinə aid kisəli spor 

əmələ  gətirirlər. Özünəməxsus hif və yalançı sklerosiyalarının 

olması ilə xarakterizə olunan Rhizoctonia cinsinə aid olan 

göbələklər, sonradan Pellicularia  (Hypochnus, Corticium) yaxud 

Helicobasidium cinsinə aid bazidial mərhələyə çevrilən 

Phymatotrichum növünə aid konidial spor əmələ gətirə bilirlər.  

Parazit göbələyin inkişaf dövrünü tam müəyyən etmək üçün, 

təbii  şəraitdə göbələklərin mikroskopik müşahidələrinin daimi 

ardıcıllıqla aparılması vacibdir. Amma, bəzi hallarda yuxarıda 

qeyd edilən, obyeklərin rütubətli kameralara, qışlamaq üçün 

Kleban kasetlərinə qoyulması,  şüşə slaydların yuxarı hissəsinə 

qleserinli jelotin çəkərək müşahidə aparılan obyektlərdən müxtəlif 

istiqamətlərdə  və müxtəlif hündürlükdə müəyyən məsafədə qoy-

maqla onda toplanan sporların yay vaxtının müəyyən olunması 



17

 

üsullardan istifadə etmək də xeyirlidir. Bu həm də, bitkilərdə ilkin 



kimyəvi işlərin aparılması üçün xəbərdarlıq və vegetativ mövsüm 

ərzində göbələkdə olan nəsil artımının ortaya çıxarılması üçün 

vacibdir.  

Açıq sahələrdə aparılan müşahidələrin nəticələrinin düzgün-

lüyü haqqında şübhələr yaranırsa, onda onları, xüsusi təcrübələrlə 

yoxlamaq lazımdır. Beləliklə, yeni konidial, kisəli ya da bazidial 

spor  əmələ  gətirən göbələk  əldə etdiyimiz zaman, müvafiq spor 

daşıyıcılı ilkin göbələk mühitinin növünü almaq üçün onları qidalı 

mühitdə əkmək, yaxud da, bu xəstəliyin xarakterik əlamətlərini və 

patogenin öz ilkin formasını  əldə etmək üçün, sağlam bitkiləri 

peyvənd etmək olar. 

 

Göbələklərin ixtisaslaşmasının öyrənilməsi 



 

Xəstəlik törədən müəyyən bir göbələyin yoluxdurduğu  bit-

kilərin növ tərkibinin öyrənilməsi vacibdir. Ilk növbədə bu, birbaşa 

praktik maraq doğurur, çünki  fitopatoloq əsas bitkidən başqa daha 

hansı bitkilərin bu göbələyə daha tez və asan yoluxaraq təbiətdə 

xəstəlik infeksiyalarının mənbəyi rolunu oynadığını bilməlidir. Bu, 

əsasən, pas göbələklərinin aralıq sahiblərinə, mədəni bitkilərin 

yaxınlığında bitən alaq otlarına aiddir.  

Xəstəlik törədicisinin bitkinin yoluxdurmasını bildikdə, 

davamlı sortların və növlərin seçilməsi və müəyyən edilməsi 

mümkündür.  İxtisaslaşmış formaların, fiziki və coğrafi rasaların, 

biotiplərin və başqa növdaxili müxtəlifliyin ortaya çıxartması 

mümkündür. Bu istiqamətdəki təcrübələr, davamlı növləri, mədəni 

bitkilərin növ müxtəlifliyini ortaya çıxartmağa və  nəhayət, 

ixtisaslaşmanın xarakteri ilə sıx əlaqədar olan göbələyin parazitlik 

dərəcəsi barədə mühakimə yürütməyə imkan verir. 

Bundan  əlavə, parazitin ixtisaslaşmasının xarakterini öyrən-

məklə  həmin parazit göbələyə qarşı mübarizə üsul və vasitələrini 

əsaslandırmaq olar.  

Göbələklərin ixtisaslaşması geniş, məhdudiyyətsiz ola bilər. 

Saprofit və fakultativ parazitlər  Rhizoctonia, Sclerotinia, Verti-



18

 

cillium, Botrytis, Sclerotium, Armillariella  və s. növlər üçün 

xarakterikdir. Fəsillər, cinslər, konkret bitki növləri ilə  məhdud-

laşan ixtisaslaşma fakultativ saprofit göbələk növlərini (sürmə 

göbələkləri,  Phytophthora  və s.) üçün xarakterikdir. Mədəni 

bitkilərin növlərinə, növ müxtəlifliklərinə  və cinslərinə alışmış 

olan patogenlər üçün xarakterik olan dar ixtisaslaşma, obliqat 

parazit göbələklərə (Perenospora cinsi, Pas göbələkləri, unlu şeh 

göbələkləri) xas xüsusiyyətdir. 

Göbələk ixtisaslaşmalarının müəyyən olunması üçün, təbiətdə 

onlar üzərində müşahidə aparmaq lazımdır. Bəzən təcrübələrlə 

əldə olunan nəticələr, sahədə müşahidə olunan hallara uyğun 

gəlmir.  Əksər hallarda oranjeriyalarda ya da laboratoriyalardakı 

təcrübələrdə yoluxan növlərin və bitki nümunələrinin sayı, hətta 

yoluxma dərəcəsi də, təbii haldakılardan yüksək olur. Bitkilərin bu 

və ya digər göbələklərlə peyvənd edilməsi ilə süni yoluxdurulması 

bu və ya digər bitkini yoluxdurmanın patensial imkanını göstərə 

bilər.  


Təbii halda bitki üzərində  xəstəlik törədicisi aşkar olunduğu 

zaman, onun yaxınlığında bitən bitkilərə diqqətlə müainə edilməli, 

xəstə orqanlara baxış keçirdilməlidir. Məsələn, ayrıqotunun Pas 

xəstəliyi – Puccinia persistens Plowr.  Yarpaqda aşkar edildiyi 

zaman, ayrıqotunun  ətrafında bitən paslanmanın urido ya da 

esidisporlarını daşıyan başqa hansı bitkilərin olduğuna baxmaq və 

təyin etmək lazımdır. Əgər, esidisporlar digər bitkilərdə müəyyən 

olunursa ayrıqotuna pas xəstəliyi, özündə esidisporları daşıyan 



Thalictrum angustifolium – bitkisindən keçmişdir. 

Eyni fəsilədən, cinsdən ya da növdən olan yaxın qohumluq 

əlaqəsində olan bitkilərə xüsusi diqqət yetirmək lazımdır. Belə ki, 

taxıl bitkisində göbələk aşkar olunduğunda, yaxınliğda bitən digər 

taxıl növlərini müayinə etmək lazımdır. Bu yolla müəyyən olunur 

ki, həm buğda, həm də çovdar bitkisində ayrı müstəqil bir növ 

kimi qəbul edilən göbələk (buğdada Pyr. tritici-vulgaris Nisikado 

və çovdarda Pyr.secalis Whit. et Dicks.)  əslində sürünən 

ayrıqotunda olan Pyrenophora tritici-repentis Drechsgöbələyidir.  

Lakin, təbiətdəki müşahidələr zanamı yaranan ehtimalların 




Yüklə 268,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə