Microsoft Word fitopatogen sooon docx



Yüklə 268,71 Kb.
Pdf görüntüsü
səhifə2/12
tarix05.06.2018
ölçüsü268,71 Kb.
#47540
1   2   3   4   5   6   7   8   9   ...   12

6

 

Şəkil 3. Bitkidə xəstəliyin əlamətləri 



lərinin biologiyasını öyrənən tədqiqatıçı V.Q.Tranşel təcrübələrini 

əsasən laboratoriya pəncərəsində aparıb. Lakin bu, onlara dünya 

elmində şöhrət qazanmağa mane olmayıb.   

Yadda saxlamaq lazımdır ki, eksperimental tədqiqat üsulu ilə 

öyrənildiyi zaman mikoloq göbələyin dəyişkənliyini nəzərə alaraq, 

onu hərtərəfli tədqiq edə bilər. Bu zaman göbələyi təkcə statik 

deyil, həm də inkişafda olarkən öyrənmək olar. Göbələyi yalnız bir 

bitkidə deyil, həm də digər göbələk formaları ilə başqa bitkilərdə

ətraf mühit şəraiti ilə münasibətdə öyrənmək olar. 

Göbələyin öyrənilməsinə antogenetik yanaşma, yalnız statik 

üsullardan istifadə edərək tədqiqat aparan mikoloqdan daha 

üstündür. Bundan əlavə, mübaliğəsiz demək olar ki, sınaq olduğu 

yerdə praktik əhəmiyyətli mövzuların həlli də olacaqdır. Aşağıda 

professor A.A.Yaçevski (VİZR) adına mikologiya laboratoriyası-

nın fitopatogen göbələklərlə  təcrübə  işləri hissələrlə  əks olun-

muşdur.  



 

Patogenlərin təyin edilməsi 

 

Əksər hallarda bitkilərdəki göbələk xəstəliklərinin diaqnozu 

çətinlik təşkil etmir, xüsusi ilə  də, bitkidəki patogen yetkin 

vəziyyətdə xarakter əlamətlər yaradırsa, yaxşı spor əmələ 

gətirdikdə adi mikroskopiya üsulu ilə törədicini növünə  qədər 

təyin etmək mümkündürsə. 

Bəzən bitkidə    xəstəli-

yin  əlamətinin (solma, çü-

rümə, ləkəlilik və s.) olma-

sına baxmayaraq, hər han-

sısa bir səbəbdən onda spor 

əmələ gəlmir (Şəkil 3). 

Çox vaxt bu, göbələyin 

cavan olması ilə, onun bit-

kinin yoluxmuş orqanlarının 

daxilində vegetativ şəkildə 

(spor 

əmələgətirmədən) 




7

 

Şəkil 4. Petr nimçəsindən hazırlanmış rütubətli kamera. 



mövcud ola bilməsi ilə, ya da bitkinin müqaviməti və  ətrafdakı 

havanın quruluğu səbəbi ilə olur. Belə hallarda patogenin adi 

üsullarla müəyyənləşdirilməsi çətinlik yaradır. Bunun üçün əlavə 

diaqnostika metodlarından istifadə etmək lazım gəlir. Bu məqsədlə 

rütubətli kameralardan, patogenin süni qidalı mühit şəraitində 

təmiz mühitə  çıxarılmasından bəzən bitkilərin təkrar yoluxdu-

rulması üçün peyvənd edilməsindən, yoluxmuş materialın təbii 

şəraitdə  qışlamaya qoyulmasından və başqa üsullardan istifadə 

edilir.  

 

Rütubətli kameralar 



 

Göbələyin spor əmələ  gətirməsi üçün ən asan yol obyektin 

rütubətli kameraya yerləşdirilməsidir (Şəkil 4). 

Bunun üçün Petr və Kox nimçələrinə steril suda nəmləndirilən 

filtirli kağız qoyulur. Nimçənin dibində olan filtirli kağız quruduq-

da onun üzərinə steril su əlavə edilir. Öyrənilən obyektin 3-10 

ədəd (obyektdən asılı olaraq) kiçik hissəcikləri nəmli kameralara 

elə hesabla qoyulmalıdır ki, onlar bir-birilərinə toxunmadan nim-

çənin dibində  bərabər paylaşsın və  kənar divarlardan 1 sm kənar 

olsunlar. Belə yerləşən materialın inkişafını birbaşa Petr nimçə-

sində mikraskopla müşahidə və tətqiq etmək mümkündür. Yarpaq-

lardakı  ləkələr istifadə olunduğu zaman yoluxmuş toxuma par-

çaları kameraya yerləşdirildiyində onların diametri 2-5 mm olma-



8

 

lıdır. Çürümə ilə müşahidə olunan kök toxumaları ya da bitki so-



luxması zamanı kök yaxalığındakı kök hissəccikləri istifadə olun-

duğu zaman isə, onların ölçüsü yuxarıda qeyd ediləndən bir az çox 

ola bilər. Göbələklə yoluxmuş bitki toxumları da, eyni müayinə 

üsulu ilə öyrənilə bilər. 



 

Sterilizasiya, toxuma hissəcikləri üzərində olan kənar mikro-

floranın təmizlənməsi üçün vacibdir. Sterilizasiyadan öncə mate-

rial torpaqdan, çirklərdən və başqa zibildən təmizlənməsi üçün, 

ardıcıl olaraq axar suda diqqətlə yuyulmalıdır.  

Müayinə olunan toxuma hissəcikləri, toxum ya da göbələyin 

sklerosilərinin sterilizasiyası 96 ya da 50%-li spirtlə 2-3 dəqiqə, 

0,5-1,0%-li kalium permanqanat (KMnO

4

) qarışığı ilə (3-5 dəq-



dən 20 dəq. qədər), 0,1-1,0%-li bromlu su məhlulu ilə (bir neçə 

saniyə) və digər dezinfeksiyaedicilərlə  təmizlənir. Yuxarıda qeyd 

edilən bütün hallarda obyekt dezinfeksiyadan sonra steril suda 

ardıcıl olaraq yuyulmalıdır. Eyni məqsədlər üçün 30 dəq.-dən 2 

saata qədər obyekt 1:300 formalin məhlulunun buxarında saxlanılır 

və ya obyektlər sadə spirtli lampanın alovunda qızdırılırlar. Bəzi 

hallarda obyektlər  əvvəlcədən spirtdə isladılaraq üzəri sterilləş-

dirilir.  

Bu üsullar nəticəsində, 15-20 saat sonra təmiz mühitə çıxarıl-

mış spor əmələgətirən göbələk almaq mümkündür. Təcrübələr 

zamanı adi laborator şəraitdə  iş gününün sonunda qoyulmuş ob-

yektlər, növbəti gün spor əmələ gətirirlər. Süni qida mühitlərində 

yaxşı spor əmələgətirməyən bəzi parazit göbələklər (Drechslera

Macrosporium,  Piricularia,  Fusarium  və başqa növlər), rütubətli 

kameralarda, sahib bitkinin yoluxmuş hissələrində və təbii substrat 

üzərində normal inkişaf edərək spor əmələ gətirirlər. Təmiz mühit 

şəraitində patogen yaxşı spor əmələ  gətirmirsə, spor suspenziyası 

əldə etmək üçün və böyük həcmdə patogen sporuna ehtiyac olduğu 

zaman bunu nəzərə almaq lazımdır. 



Verticillium dahliae göbələyinin yaratdığı bitkilərin traxeo-

mikoz xəstəliyinin patogeninin spor daşıyıcısını müəyyən etmək 

üçün A.A.Benkenanın (1963) üsulundan istifadə edilir (Şəkil 5). 

Bunun üçün patogenin daha yaxşı daxil ola bildiyi yoluxmuş 




Yüklə 268,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə