Microsoft Word fitopatogen sooon docx



Yüklə 268,71 Kb.
Pdf görüntüsü
səhifə4/12
tarix05.06.2018
ölçüsü268,71 Kb.
#47540
1   2   3   4   5   6   7   8   9   ...   12

13

 

müxtəlif cins və növdən olan göbələklərdə, həm də eyni göbələyin 



ayri – ayrı ştamlarında da müəyyən etmək olar.  

Təmiz mühitlər əlamətinə görə göbələklərin qohumluğunu ya 

da tam oxşarlığını aşkara çıxarmağa imkan verir. Septorianın bəzi 

növləri təmiz mühit şəraitində piknidlər yox, Ramularia tipinə aid 

hifomitset xarakterli spor əmələ  gətirirlər. Qidalı mühitlərdə 

göbələklər becərildiyi zaman bir qayda olaraq, daha böyük sporlar 

(bəzən isə  əksinə, daha kiçik) əmələ  gətirirlər. Bütün bunlar 

göbələyin  əsl taksonomik statusu haqqında məlumat  əldə etməyə 

imkan verir.  

Süni və  təbii qidalı mühitlər kifayət qədər müxtəlifdir 

(Yaçevskiy, 1933; Naumov, 1938; Kursanov, 1940; Samutseviç, 

1931 və başqaları). Zədələnmiş bitkinin toxuma hissəciklərinin 

mühitə qoyulmaqdan əvvəlki sterilizasiyası,  onların rütubətli 

kameraya yerləşdirilməsi ilə eynidir.  

Həm də, nəzərə almaq lazımdır ki, bir çox hallarda araşdırılan 

göbələyin yaxşı inkişaf etdiyi, əsasən də, yaxşı spor əmələ 

gətirdiyi yaxud da yalnız onlarda inkişaf edə bilən elektiv qidalı 

mühitlərdən istifadə etmək lazım gəlir. Ənənəvi aqarlı mühitlərdə 

spor  əmələ  gətirməyən patogenlər bəzən, sahib bitkinin yaşıl 

kütləsindən və ya kökündən hazırlanan həlim və bulyonlardan 

alınmış aqarlı mühitlərdə daha yaxşı inkişaf edir. 

Sahib bitkinin bulyonundan ibarət mühit 1 l su ilə 100 q təzə 

ya da 50 q qurudulmuş bitki ya da onun hissələrinin həlminin 

aqarlı qarışığından alınır. Bitkini xırdalayıb 1 saat qaynadırlar, 

sonra onun ilkin maye həcmini bərpa edib süzürlər, bundan sonra 

ac aqarlı mühitin hazırlığında olduğu kimi bu həlimdən su əvəzinə 

istifadə edirlər.  

Fusarium növünü qaynadılmış düyü dənəciklərində becərmək 

daha yaxşıdır; Piricularia növünün spor əmələ gətirən mühitlərini 

əldə etmək üçün isə, taxıl dənlərindən yaxud yer kökünün 

həlmindən ibarət aqarlı mühiti  məsləhət görülür və s. Məsələn, 



Ascochyta növünün nəsil verən göbələklərini  əldə etmək üçün 

steril yonça kökündən, paxla yaxud kartofdan ibarət aqarlı qida 

mühitləri daha əlverişlidir. 



14

 

Drechslera (Helminthosporium) cinsinin spor əmələ  gətirmə-

yən növləri üçün Dillon Westonnu (1933, 1936) təklif etdiyi və 

yoxlamalarla təsdiq edilmiş metod daha yaxşıdır. Bu, açıq  Petri 

nimçələrində olan göbələk mühitlərinin birbaşa günəş  şüalarına 

məruz qalmasından ibarətdir. Bunun üçün, içərisində  təcrübə 

aparılan göbələk mühiti olan Petri nimçəsinin  şaquli vəziyyətdə 

qapağını açıb 10-15 dəq. pəncərə qarşısına günəşə qarşı qoyurlar, 

bundan sonra nimçənin ağzını qapaqla örtürlər. Mühitlər bir neçə 

gündən sonra spor əmələ gətirməyə başlayırlar. Bu üsulu erkən yaz 

aylarında (mart – aprel) həyata keçirmək daha yaxşıdır. 

 

Göbələklərin qışlama üçün qoyulması 



 

Törədicilərin öyrənilməsi zamanı, onların inkişafının mərhələ-

lərini (qış  və yaz mərhələlərini) müəyyən etmək lazım gəlir. Bu-

ndan  əlavə, formalaşmış növün müəyyən olunması üçün də bu 

üsuldan istifadə edilir. Məsələn,  Coccomyces kimi bəzi kisəli 

göbələklər yalnız təbii şəraitdə qışladıqdan sonra öz spor daşıyıcısı 

mərhələlərini formalaşdırırlar. Belə hallarda, bitkilərin yoluxmuş 

hissələrində olan  sklerosiya formasında spordaşıyıcısı olmayan 

göbələk formalarını, yetişməmiş peritesitləri, müxtəlif strom və ya 

hətta konidial (piknidial da daxil olmaqla) spor əmələ  gətirməni 

payızdan Kleban kasetlərində qışlamaya qoyurlar. Kleban kasetləri 

miniatür preslənmiş tor formasında üzərinə oksidləşməyə davamlı 

tor (neylon, paslanmayan polad məftil və s.) çəkilmiş taxta çər-

çivədən ibarətdir. Təcrübə nümunələrini (yarpaqlar, köklər və s.) 

iki çərçivəli kasetə yerləşdirirlir, hissələr arasına birqatlı filtirli 

kağızı ikiyə qatlayaraq perqament kağız üzərində sadə  qələmlə 

yazılmış etiketlə birlikdə yerləşdirirlər, sonra kasetləri bağlayıb 

onları torpaq üzərində qışlamağa qoyurlar. Erkən yazdan başlayan 

(bəzən isə  qışdan) və kütləvi spor əmələ  gətirilənə  qədər ardıcıl 

dəfələrlə təkrarlanan sınaqlar üçün, kasetlərə yetərli qədər material 

qoymaq məsləhət görülür.  

Kaseti qışlamağa elə qoymaq lazımdır ki, onun daxilindəki 

göbələk bütün təbiət amillərinin təsirinə  məruz qalsın: nəmlənib 



15

 

qurudulmaq, donub əriməyə, günəş şüalarına, qaranlığa və s. 



Təbii  şəraitdə  qışlamaq üçün göbələyi probirkalarda təmiz 

mühit də yerləşdirmək olar. Təmiz mühitlərin çirklənməsinin 

qarşısını almaq üçün pambıq tıxacları perqament kağız və ya kalka 

ilə bükmək və yuxarı hissəsinə  qədər rezinlə dartıb bərkitmək 

lazımdır. Məhz belə  şəraitdə  Drechslera  cinsinin bəzi növləri 

Pyrenophora tipli kisəli sporlar əmələ gətirirlər. 

 

Patogenin biologiyasının öyrənilməsi 



 

Mikoloji və Fitopatoloji nöqteyi-nəzərindən patogenin inkişaf 

dövrü və  qışlama mərhələlərini, onunla yoluxan bitkilərin növ 

tərkibi, ixtisaslaşdırılmış formaları, növdaxili müxtəlifliyi, fizioloji 

və coğrafi rassaları və  biotipləri öyrənilməlidir. Bununla əlaqədar 

bitki sortlarının, fizioloji rassaya qarşı davamlılığın göbələklərin 

fungisidlərə, antibiotiklərə, antoqanistlərə, boy maddələrinə, bios-

lara, vitamin və başqa maddələrə, yaxud da ekoloji amillərə müna-

sibəti öyrənilir. Bu amillərlə bitkilərin sortlarının Fitopatoloji qiy-

mətləndirilməsi aparılır.  

 

Göbələyin inkişaf dövrünün öyrənilməsi 

 

Fitopatogen göbələyin inkişaf dövrünü tam bilmək, tədqiqat-

çıya onun çox hallarda əmələ gətirdiyi xəstəliyin vegetasiya döv-

ründə generasiyalarının sayını və inkişafın mərhələlərinin yenilən-

məsini öyrənməyə qışlama mərhələsini ortaya çıxartmağa və digər 

göbələklərlə qohumluq dərəcəsini müəyyən etməyə imkan və 

əyani material verir. Gloeosporium və Marssonina göbələklərinin 

ali inkişaf mərhələsinin müəyyənləşdirilməsindən görünür ki, 

onların bəzi nümayindələrinin  Pseudopeziza tipinə malik kisəli 

mərhələsi var. Bununla yanaşı,  P. Gloeosporiumun nümayindələ-

rində müxtəlif tipli kisəli mərhələlər  əmələ  gəlir (Pseudopeziza, 

Gnomonia, Elsinoe  və başqaları). Birinci halda bu faktpp. 

Gloeosporiumn  və  Marssonina  genetik yaxınlığına, ikinci halda 

isə,  Gloeosporium növünün genetik heterogenliyinə  və polifiletik 




Yüklə 268,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə