184
Şəkil 164. Yanı üstə yıxılmaq və bir yandan digərinə yuvarlanmaq
Qol və çiyinlə yuvarlanaraq irəliyə mayallaq aşma
(Şəkil 165).
Ç.v. – sağ diz üzərində duruş. Sol əlin barmaqları döşəyi istinad edir, sağ əl
dirsəkdən azacıq bükülərək, qıçlar arasında yerləşir. (Şək. 2). Bu vəziyyətdən sağ
qol və çiyin üzərində yuvarlanaraq, irəliyə mayallaq icra edilir. Bu hərəkət müxtəlif
çıxış vəziyyətlərindən: duruşdan, qaçışdan çox saylı təkrarlarla avtomatlaşdırılır.
Şəkil 165
Oturmuş vəziyyətdən kürək üzərində yuvarlanmaq.
(Şəkil 166).
Bu hərəkətin müxtəlif formalarını siz gimnastika dərslərində artıq
mənimsəmisiniz. Bu səbəbdən də yuxarıda qeyd olunan yuvarlanma hərəkətlərinin
icrasına yiyələnmək o qədər də çətin olmamalıdır.
Ç.v. – döşək üzərində oturub qruplaşmaq, dizləri qollarla sıxaraq, özünə
tərəf çəkmək, çənəni aşağıya endirmək. Kürəkdə yuvarlanmaq.
Ç.v. – döşək üzərində oturub qruplaşmaq, əlləri ovuclar aşağıya olmaqla
irəliyə uzatmaq. Əllərlə döşəkdən təkan verib kürək üzərində yuvarlanma.
Şəkil 166
Çap üçün deyil
185
Müxtəlif çıxış vəziyyətlərindən kürək üzərində yıxılmaq
(Şəkil 167).
Ç.v. – döşək üzərində oturuşdan əllər irəliyə uzadılır (Şəkil 4c). Böyük sağrı
əzələlərinin üzərinə enərək, əllərlə döşəmədən təkan verib, kürək üzərində
yuvarlanma. Bu hərəkət yarım oturuşdan (Şəkil 4b), həmçinin duruş vəziyyətindən
(Şəkil 4a) dəfələrlə təkrar olunur və avtomatlaşdırma səviyyəsinə çatdırılır.
Şəkil 167
Əllər və dizlərin üzərində dayaqda duran tərəf müqabili üzərindən yanı
üstə aşma
(Şəkil 168).
Ç.v. – tərəf müqabili dizləri və əlləri üzərində dayaqdadır. Onun sağ
tərəfində duraraq, sağ ayaq dizdən bükülüb yuxarı qaldırılır, sol qol irəliyə uzadılır.
Sol əllə rəqibin sağ çiyinindən tutaraq, onun kürəyi üzərindən yuvarlanma.
Çap üçün deyil
186
Şəkil 168
Uzanmış vəziyyətdə fəndlər.
Rəqibi yandan saxlamaq
(Şəkil 169).
Ç.v. – tərəf müqabili kürək üzərində uzanıb. Onun sağ tərəfində döşək
üzərində oturmaq. Sağ qolun dirsək büküşü ilə onun boynundan tutmaq, sağ əlini
isə sol qoltuq altı ilə sıxaraq, saxlamaq. Sağ ayağı irəliyə sağa uzatmaq, sol ayağı
dizdən qatlayaraq, pəncə üzərində dayağa qoymaq. Rəqibin başını sinəyə sıxmaq.
Əgər rəqib bu saxlama vəziyyətindən Sizin tərəfə dönməklə çıxmaq istəyirsə, belə
halda ayaqlarınızla özünüzü onun ayaqlarına tərəf hərəkət etdirin. Əgər rəqib bu
vəziyyətdən yana çevrilərək çıxmaq istəyirsə, bu halda ayaqların köməyi ilə onun
başına tərəf yaxınlaşın.
Şəkil 169
Çap üçün deyil
187
Yandan qolu tutmaqla çevirmək (
Şəkil 170).
Rəqib əlləri və dizləri üzərində dayaqdadır; rəqibin yan tərəfindən sağ diz
üzərində dayaq, sol qıç yan tərəfdə pəncə üzərində. Sol qol boyun altından, sağ qol
isə sinə altından rəqibin sağ qolundan dirsəkdən yuxarıdan tutur. Kəskin hərəkətlə
rəqibin qolunu özünə tərəf çəkməklə, eyni zamanda sol ayaqla döşəyə istinad
edərək, sağ çiyin və sinə ilə rəqibi özündən itələyərək, onu kürək üzərinə çevirmək.
Şəkil 170
Linqlə çevirmək
(Şəkil 171).
Bu üsulu həyata keçirmək üçün ən əlverişli vəziyyət rəqibin yüksək parterdə
ayaqları çiyin enində olduğu haldır. Fəndi yerinə yetirən idmançı onun sol arxa
tərəfində sağ dizi üzərində dayanır, sol ayaq irəlidə yanda pəncə üzərində qoyulur.
Sonra sol qol biləklə rəqibin boynuna dirənir. Irəliyə sola hərəkət edərək, sağ ayağı
rəqibin sol dizi önünə qoyun. Sol ayaq isə irəliyə onun başı tərəfinə aparılır. Eyni
vaxtda sağ qol rəqibin sol çiyninin altından irəliyə aparılır və öz əlinin biləyindən
tutur. Rəqibin boynunu və çiynini öz sinənizə tərəfinə çəkərək, ayaqlarının və
gövdənin təkanı ilə, qolun sola irəliyə burulma hərəkəti ilə rəqibi baş üzərindən
irəliyə çevirmək.
Şəkil 171
Çap üçün deyil
188
Duruşda güləş fəndləri.
Qarşıdan badalaq
(Şəkil 172).
Ç.v. – rəqib sol ayağı irəlidə və ona dayanaraq, qarşıda durmuşdur. Sağ əllə
rəqibi qoltuqaltından, sol qolun dirsəyi altından tutmaq. Sıçrayışla rəqib tərəfə elə
çevrilmək lazımdır ki, yana uzadılmış sağ ayaq onun sağ ayağının qarşısını kəssin.
Bütün ağırlığınızı dizdən yarıbükülmüş sol ayaq üzərinə keçirərək, əllərin sola
aşağıya kəskin hərəkəti ilə rəqibi yerə yıxmaq. Rəqibin başı fəndi işlədən
idmançının ayaq pəncəsi qarşısında olmalıdır. Qolların kəskin hərəkəti zamanı sol
qol yuxarı-sola rəqibin yıxılacağı istiqamətə hərəkət etməlidir.
Şəkil 172
Bud
üzərindən atma.
Bu fənd bir sıra güləş idman növlərində əlverişli və əsas fəndlərindən hesab
olunur.
Ç.v. – rəqib qarşıda, ayaqları çiyin enində aralı və gövdəsi ilə irəliyə təzyiq
göstərir. Kiçik addımla rəqibə yaxınlaşıb, sağ ayağı onun aralı qoyulmuş ayaqları
arasında dayağa qoymaq. Sağ əllə onun kürəyindən, solla sağ dirsəyin altından və
ya çiyindən tutmaq. İrəliyə qoyulmuş ayağın dabanın və ya pəncəsi üzərində cəld
kürəklə rəqibə tərəf çevrilmək və sol ayağı sağ ayağın yanına daban dabana
qoymaq. Rəqibi böyük sağrı əzələlərinə sıxmaq. Qıçları sürətlə düzəldərək, sağrı
əzələlərinin rəqibin budlarına sıxmaq və mümkün qədər irəliyə cəld əyilərək rəqibi
kürək üzərindən atmaq. Rəqib yıxılarkən, əlini onun kəmərindən götürmək (Şəkil
173).
Çap üçün deyil
189
Şəkil 173
Çap üçün deyil
190
Arxadan badalaq.
Ç.v. – üz-üzə duraraq, sağ ayağı irəliyə qoymaq. Sol əllə rəqibin sol
dirsəyinin altından tutmaq.
Şəkil 174
Sol ayaqla irəliyə-sola addım etmək və gövdənin bütün ağırlığını sol ayaq
üzərinə keçirmək. Eyni vaxtda sağ əllə rəqibin körpücüyün altından tutmaq. Sağ
ayaqla aşırıcı hərəkətlə rəqibin sağ ayağını bağlamaq, əllərin və gövdənin hərəkəti
ilə rəqibi sağ ayaq üzərindən arxaya sola aşırmaq (Şəkil 174).
Çap üçün deyil
191
Yumruqla başa zərbə.
Bu fənd əlbəyaxa döyüş duruşundan yerinə yetirilir. Sağ ayaqla rəqibə tərəf
addımla sağ qol açılır və kəskin hərəkətlə rəqibin çənəsinə və ya günəş kələfinə
zərbə endirilir. Zərbə zamanı yumruq çox möhkəm sıxılmalıdır. Zərbə yerinə
yetirilərkən, zərbədən sonra müvazinətin saxlanılmasına diqqət yetirilməlidir.
Hərəkətin öyrənilməsi zamanı aşağıdakı ardıcıllığa riayət olunmasına tövsiyə
edilir: bir neçə dəfə döyüş duruşu vəziyyəti almaq; döyüş duruşunda bir neçə dəfə
irəliyə və arxaya addım yerinə yetirmək; yerində aşağı tempdə yumruqla zərbələri
icra etmək; zərbələri addımla yerinə yetirmək (Şəkil 175).
Şəkil 175
Başa yumruqla zərbədən müdafiə.
Belə zərbədən müdafiə üçün sağ ayaqla irəliyə addım atmaqla, hücum
edənin qolunu biləklə yuxarıya vurmaq. Sol əllə hücum edənin sağ qolundakı
geyimdən tutub, sağ əllə sinə hissədən, paltarın yaxasından tutmaq, sonra rəqibə
kürəyi ilə dönmək, sağ ayaqla rəqibin ayağının qarşısını bağlamaq, bu zaman
gövdənin ağırlığını yarımbükülü sol ayaq üzərinə keçirmək, sola aşağıya çevirici
hərəkətlə rəqibi kürək üzərinə yıxmaq (Şəkil 176).
Nəzərdə saxlamaq lazımdır ki, yumruqla başa zərbənin öyrənilməsi zamanı
bütün zərbələr zəif tempdə, maksimal gərginsizlik yerinə yetirilməlidir.
Çap üçün deyil
192
a
b
v
q
Şəkil 136
Zərbələr ancaq imitasiya olunur (yamsılanır)! Kontakt yolverilməzdir!
Bütün proses tədris xarakteri daşıyır!
Tutmalardan müdafiə
I Fənd. Həsən sağ əli ilə Elnurun sinəsindən arxaya itələyərək onu
saxlamağa çalışır.
Elnur Həsənin onu sinəsindən arxaya itələdiyi anda hər iki əli ilə Həsənin
əlini öz sinəsinə tərəf bərk-bərk sıxır. Və arxaya Həsənin onu itələdiyi istiqamətə
geriyə çəkilərək, eyni zamanda, kəskin hərəkətlə irəliyə əyilir. Bu halda Həsən
müqavimətini itirir və əlinin arxaya qatlanılmasından kəskin ağrı hiss edir. (Şəkil
177)
Şəkil 177
II Fənd. Həsən sağ ayağı ilə Elnura aşağıdan düz zərbə vurur. Elnur ani
olaraq sol tərəfə mümkün qədər Həsənə yaxın yerə keçir və bu zaman gövdəsini
yarımdairə sağa döndərir. Bununla eyni vaxtda Həsənin sağ ayağını şəkildə
göstərildiyi kimi ələ keçirir, ona yaxınlaşaraq sol çiyni ilə onu arxaya itələyir və
Çap üçün deyil
193
sağ ayağını yuxarıya qaldırır. Bununla yanaşı Elnur sağ pəncəsi ilə Həsənin dayaq
ayağına daban nahiyyəsindən zərbə endirərək onu müvazinətdən çıxarır (Şəkil 178,
179).
Şəkil 178
Şəkil 179
III Fənd. Həsən sağ əllə Elnurun yaxasın an tutur, onu arxaya itələyir və
vurmaq üçün sol yumruğunu yuxarıya qaldırır.
Elnur sol əli ilə Həsənin sağ əlinin baş barmaq, sağ əli ilə isə çeçələ barmaq
hissəsindən tutaraq sinəsinə sıxır. Eyni anda sol ayağı ilə Həsənin diz oynağından
vuraraq onu çevirməklə yerə yıxır. Həsən kürəyi üstə yerə yıxıldıqda Elnur onun
sağ əlinin barmaqlarını daxilə əyərək dirsəyini yerə sıxmaqla saxlayır (Şəkil 180).
d
Çap üçün deyil
194
Şəkil 180
IV Fənd. Həsən sağ əli ilə Elnurun saçlarından tutaraq irəliyə-aşağıya çəkir.
Elnur gecikmədən hər iki əlini Həsənin yumruqlarının üstünə qoyaraq onu möhkəm
başına tərəf sıxır.Və bunun ardınca arxaya bir neçə addım edərək Həsənin əlini
buraxmadan başını kəskin hərəkətlə aşağıya endirir.
Bu müdafiə fəndi Həsənin əlinin möhkəm ağrımasına və onun Elnurun
saçını buraxmasına gətirib çıxardacaq (Şəkil 181).
Çap üçün deyil
195
Şəkil 181
V Fənd. Həsən arxadan Elnurun geyiminin yaxasından tutaraq onu ya özünə
tərəf çəkir, ya da özündən itələyir.
Elnur körpücük sümüyü səviyyəsində sol əllə öz kurtkasının yaxasının sol
tərəfindən sağ əllə isə sağ tərəfindən möhkəm tutaraq paltarını möhkəm aşağıya
tərəf çəkir. Nəticədə Həsənin barmaqları Elnurun boynu və paltarının yaxası
arasında sıxılır. Elnur bunun ardınca başını aşağıya əyərək Həsənin sağ qolu
altından 180º sağa dönərək üzü Həsənə tərəf durur. Bundan sonra Elnur mümkün
qədər sola əyilməklə eyni vaxtda sol ayağı ilə diz oynağının altına zərbə vurur və
onu yerə yıxır (Şəkil 182).
Çap üçün deyil
196
Şəkil 182
VI Fənd. Həsən Elnurun arxa hissədən saçlarından tutur və onu geriyə çəkir.
Elnur həmin anda əllərini Həsənin yumruğu üstünə qoyaraq onu möhkəm
başına sıxır. Və cəld əyilərək 180º sola dönür. Bilək və barmaqlarında yaranan ağrı
hissi Həsənin Elnurun saçını buraxmağa məcbur edəcəkdir (Şəkil 183)
Çap üçün deyil
197
Şəkil 183
Çap üçün deyil
198
M Ü N D Ə R İ C A T
GİRİŞ ................................................................................................................................................. 5
I BÖLMƏ
Nəzəri biliklər və informasiya təminatı ............................................................................. 7
Sağlamlığın möhkəmləndirilməsi və xəstəliklərin profilaktikasında
bədən tərbiyəsi və idmanın rolu ...................................................................................... 7
9-cu sinifdə şagirdlərin fiziki hazırlığının diaqnostik
qiymətləndirilməsi normativləri ................................................................................... 11
Fiziki hərəkətlərin növləri və əsas formaları ........................................................... 12
Fiziki hərəkətlərin dərs və dərsdənkənar formalarının
xüsusiyyətləri ........................................................................................................................ 13
Məşğələlər zamanı fiziki yükün tənzimlənməsi
və nəzarət üsulları ............................................................................................................... 15
Fərdi məşğələlər zamanı nəzarət vasitələri və formaları ................................... 16
Fərdi (müstəqil) məşğələlərin təşkilinin ümumi əsasları ................................... 19
Sağlamlığın qorunması və möhkəmləndirilməsi .................................................... 21
Tənəffüs sisteminin möhkəmləndirilməsi ................................................................. 28
Ürək-damar sisteminin möhkəmləndirilməsi.......................................................... 30
Bədən quruluşunda mütənasiblik və onun formalaşdırılması vasitələri .... 32
Azərbaycan – Birinci Avropa Oyunlarının keçirildiyi ölkə ................................. 36
II BÖLMƏ
Baza idman növləri .................................................................................................................. 49
Atletika ..................................................................................................................................... 49
Basketbol ................................................................................................................................. 79
Voleybol ................................................................................................................................... 93
Futbol ..................................................................................................................................... 105
Üzgüçülük ............................................................................................................................. 125
Gimnastika ........................................................................................................................... 134
Çap üçün deyil
199
III BÖLMƏ
Müstəqil məşğələlər .............................................................................................................. 144
Səhər gimnastikası .......................................................................................................... 146
Badminton ............................................................................................................................ 155
Atletik gimnastika ............................................................................................................. 161
Özünümüdafiə elementləri ........................................................................................... 183
Çap üçün deyil
FİZİKİ TƏRBİYƏ
Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
“Fiziki tərbiyə” fənni üzrə
Tərtibçi heyət:
Müəllif:
F.Hüseynov
Elmi redaktoru
Ç.Hüseynzadə, filologiya elml
Redaktoru
H.Hüseynzadə
Dizayneri
M.Qaraxanova
Kağız formatı 70х100
.
Səhifə sayı 200. Fiziki çap və
Tiraj 112500. Pulsuz
Çaşıoğlu mətbəəsində çap olunmu
Bakı, M.Müşfiq küç.,2A,Tel.:502
Ə
– 9
cu sinfi üçün
Dostları ilə paylaş: |