38
Nə öyrəndiniz
Yer kürəsində hər hansı obyektin “ünvanı”
meridian və
paralel ilə təyin olunur
.
Ən
uzun paralel ekvator xəttidir. Yer kürəsinin şimal və cənubda ən ucqar nöqtə-
ləri
qütblərdir. Yer kürəsi Şərq və Qərb
yarımkürələrinə bölünür.
Öyrəndiklərinizi yoxlayın
Tapşırıqları dəftərdə cədvəl formasında yerinə yetirmək olar.
2. Səhv fikirləri düzgünə çevirin:
1. Ekvator xətti ən
uzun paraleldir.
2.
Azərbaycan
Şimal və
Şərq yarımkürələrində yerləşir.
3.
Ekvator (və
Qrinviç meridianı) Yer kürəsini iki yarımkürələrə bölür.
Qiymətləndirmə meyarları:
İzahetmə
Xəritədə yarımkürələri müəyyənetmə
Zəif Orta
Yüksək
Paralel və meridianların xə-
ritələrdə təyinatını izah et-
məkdə çətinlik çəkir.
Paralel və meridianların xə-
ritələrdə təyinatını qismən
izah edir.
Paralel və meridianların xə-
ritələrdə təyinatını ətraflı
izah edir.
Xəritədə ölkələrin
yerləşdiyi
yarımkürələri müəyyən et-
məkdə çətinlik çəkir.
Xəritədə ölkələrin yerləşdiyi
yarımkürələri qismən müəy-
yən edir.
Xəritədə ölkələrin yerləşdiyi
yarımkürələri dəqiq müəy-
yən edir.
Dərs 3
/ Mövzu:
YERİN SU VƏ QURU SƏTHİ
Məntəqə Şimal Cənub
Qərb Şərq
А
+
+
В
+ +
С
+ +
D
+ +
Alt
STANDARTLAR
2.1.5. Yer səthində suyun paylanmasını şərh edir.
Dərsin
MƏQSƏDİ
materik və okeanları fərqləndirir;
materik və okeanları xəritədə göstərir;
materiklərin və okeanların xəritədə coğrafi mövqeyini şərh edir.
39
Dərsin motivasiyasını dərslikdə verilmiş mətn və uyğun sual ətrafında qurmaq
olar. Şagirdlərin tənqidi təfəkkürünü və əsaslandırılmış cavab vermək bacarıqlarını
formalaşdırmaq üçün müəllim hər irəli sürülən fərziyyədən sonra “Niyə belə fərz
edirsən?” sualı ilə müraciət edə bilər. Şagirdlər sualı cavablandırmaqda
çətinlik
çəkərlərsə, müəllim “
Olimpiadanın bayrağında təsvir edilmiş müxtəlifrəngli 5
halqa 5 qitəni (Avropa, Asiya, Amerika, Afrika, Avstraliya) əks etdirir” cavabını
almaq üçün istiqamətverici suallardan istifadə edə bilər.
Müəllim Dünya okeanını müxtəlif üsullarla hissələrə bölməyin mümkünlüyünü
izah edə bilər; məsələn, okeanların sərhədini materiklərin ucqar nöqtələrindən
keçən meridianlardan hesab etsək, onların sayı 4 olur. Lakin materiklərin ucqar
nöqtələrindən keçən
paralellərdən hesab etsək, okeanların sayı 5 olur. Bu zaman
Cənub okeanının mövcudluğunu göstərmək olar.
Yeni dərsin mənimsədilməsi cütlüklərdə “Növbəli suallar” üsulu ilə aparıla bi-
lər. Şagirdlər üçün bu üsul yeni olduğu üçün müəllimin həmin üsulu nümayiş etdir-
məsi faydalı olardı. Müəllim özü 1-ci abzası oxuyur, mətnə dair sual verir; məs.:
– Materik nədir?
–Yer səthində hansı materiklər var?
Sualların sayını şagirdlər özləri müəyyən edirlər. Müəllim tərəfindən sualların
quruluşu barədə tövsiyələrin verilməsi əhəmiyyətli olardı. Suallar “hə”, “yox” və
ya bir sözlə cavablanmamalıdır; məsələn:
– Yer kürəsində neçə materik var?
Bu mərhələdə şagirdlərin kontur xəritə üzərində məqsədyönlü şəkildə işləmək
bacarıqları formalaşdırılır. Kontur xəritə üzərində materik və okeanların adlarının
qeyd edilməsi vacibdir. Bu tapşırığın sinifdə yerinə yetirilməsi məqsədəuyğundur.
Öyrəndiklərinizi tətbiq edin
Sıra nömrəsi Okeanlar
1
Sakit
okean
2 Atlantik
okeanı
3 Hind
okeanı
4
Şimal Buzlu Okeanı
Sıra nömrəsi Materiklər
1 Avrasiya
2 Afrika
3
Şimali Amerika
4
Cənubi Amerika
5 Antarktida
6 Avstraliya
40
Nə öyrəndiniz
Yer kürəsində ən böyük quru sahələri
materik adlanır. Nəhəng su hissələri isə
okeandır. Yer kürəsində materiklərin sayı
6, okeanların sayı isə
4-dür. Avrasiya
materiki iki
qitədən – Avropa və Asiyadan ibarətdir.
Öyrəndiklərinizi yoxlayın
1.
Avrasiya
Ən böyük materikdir, iki qitəyə – Avropa və Asiyaya ayrılır
Antarktida
Cənub qütbü ətrafında
yerləşir, daimi yaşayan əhali yoxdur, elmi
tədqiqatlar aparmaq üçün stansiyalar var
Avstraliya
Ən kiçik materikdir, digər materiklərdən çox uzaq yerləşir, təbiəti
digərlərindən xeyli fərqlidir
Sakit okean
Sahəsinə görə ən
böyük okean hesab olunur
Şimal Buzlu okeanı
Ən kiçik okeandır
Afrika
Dörd yarımkürədə yerləşir
Şimali Amerika
Amerika qitəsinin tərkibinə daxildir
Cənubi Amerika
Qərb və Cənub yarımkürələrində yerləşir
2.
Qiymətləndirmə meyarları:
Fərqləndirmə
Xəritə üzərində iş
Şərhetmə
Zəif Orta
Yüksək
Materik və okeanların mahiy-
yətini fərqləndirə bilmir.
Materik və okeanları
çətinliklə fərqləndirir.
Materik və okeanları tam
fərqləndirir
Materik və okeanları xəritədə
göstərməkdə çətinlik çəkir.
Materik və okeanların bir
qismini xəritədə göstərir.
Materik və okeanları xəritədə
dəqiq göstərir.
Materiklərin və okeanların
xəritədə coğrafi mövqeyini
şərh etməkdə çətinlik çəkir.
Materiklərin və okeanların
xəritədə coğrafi mövqeyini
əsasən şərh edir.
Materiklərin və okeanların
xəritədə coğrafi mövqeyini
düzgün şərh edir.
Ekvatordan
şimalda
yerləşənlər
Ekvatordan cənubda
yerləşənlər
Ekvator xətti kəsir
Avrasiya, Şimali Amerika Antarktida,
Avstraliya Cənubi Amerika, Afrika
Şimal Buzlu okeanı
Sakit okean, Hind okeanı,
Atlantik okeanı