Microsoft Word Geo-6 mv az-capa doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə14/47
tarix02.01.2018
ölçüsü3,58 Kb.
#19168
növüDərslik
1   ...   10   11   12   13   14   15   16   17   ...   47

 
38
 Nə öyrəndiniz  
Yer kürəsində hər hansı obyektin “ünvanı” meridian və paralel  ilə təyin olunur
.
 
Ən uzun paralel ekvator xəttidir. Yer kürəsinin şimal və cənubda ən ucqar nöqtə-
ləri qütblərdir. Yer kürəsi Şərq və Qərb yarımkürələrinə bölünür. 
 
Öyrəndiklərinizi yoxlayın 
Tapşırıqları dəftərdə cədvəl formasında  yerinə yetirmək olar. 
 
 
 
 
 
 
 
2. Səhv fikirləri düzgünə çevirin: 
 
1. Ekvator xətti ən uzun  paraleldir. 
 2. 
Azərbaycan Şimal və Şərq yarımkürələrində yerləşir. 
 3. 
Ekvator (və Qrinviç meridianı) Yer kürəsini iki yarımkürələrə bölür. 
 
Qiymətləndirmə meyarları: 
  İzahetmə  
  Xəritədə yarımkürələri müəyyənetmə 
Zəif Orta 
Yüksək 
Paralel və meridianların xə-
ritələrdə  təyinatını izah et-
məkdə çətinlik çəkir.  
Paralel və meridianların xə-
ritələrdə  təyinatını qismən 
izah edir. 
Paralel və meridianların xə-
ritələrdə  təyinatını  ətraflı 
izah edir. 
Xəritədə ölkələrin yerləşdiyi 
yarımkürələri müəyyən et-
məkdə çətinlik çəkir. 
 
Xəritədə ölkələrin yerləşdiyi 
yarımkürələri qismən müəy-
yən edir.
 
Xəritədə ölkələrin yerləşdiyi 
yarımkürələri dəqiq müəy-
yən edir.
 
 
 
 
Dərs 3 / Mövzu:
 YERİN SU VƏ QURU SƏTHİ  
 
Məntəqə Şimal Cənub
Qərb Şərq
А
 
+
 
 
+
 
 
В
 
+    + 
С
 
 + +  
D
 
 +  + 
Alt 
STANDARTLAR
2.1.5. Yer səthində suyun paylanmasını şərh edir. 
 
 
 
Dərsin 
MƏQSƏDİ 
 materik və okeanları fərqləndirir;  
 materik və okeanları xəritədə göstərir; 
 materiklərin və okeanların xəritədə coğrafi mövqeyini şərh edir. 
 


 
 
39
 
 
 Dərsin motivasiyasını dərslikdə verilmiş mətn və uyğun sual ətrafında qurmaq 
olar. Şagirdlərin tənqidi təfəkkürünü və əsaslandırılmış cavab vermək bacarıqlarını 
formalaşdırmaq üçün  müəllim hər irəli sürülən fərziyyədən sonra “Niyə belə fərz 
edirsən?” sualı ilə müraciət edə bilər.  Şagirdlər sualı cavablandırmaqda çətinlik 
çəkərlərsə, müəllim “Olimpiadanın bayrağında təsvir edilmiş müxtəlifrəngli 5 
halqa 5 qitəni (Avropa, Asiya, Amerika, Afrika, Avstraliya) əks etdirir” cavabını  
almaq üçün istiqamətverici suallardan istifadə edə bilər. 
 Müəllim Dünya okeanını müxtəlif üsullarla hissələrə bölməyin mümkünlüyünü  
izah edə bilər; məsələn, okeanların sərhədini materiklərin ucqar nöqtələrindən 
keçən meridianlardan hesab etsək, onların sayı 4 olur. Lakin materiklərin ucqar 
nöqtələrindən keçən paralellərdən hesab etsək, okeanların sayı 5 olur. Bu zaman 
Cənub okeanının mövcudluğunu göstərmək olar. 
 
Yeni dərsin mənimsədilməsi cütlüklərdə “Növbəli suallar” üsulu ilə aparıla bi-
lər. Şagirdlər üçün bu üsul yeni olduğu üçün müəllimin həmin üsulu nümayiş etdir-
məsi faydalı olardı. Müəllim özü 1-ci abzası oxuyur, mətnə dair sual verir; məs.:  
– Materik nədir?  
–Yer səthində hansı materiklər var? 
Sualların sayını  şagirdlər özləri müəyyən edirlər. Müəllim tərəfindən sualların 
quruluşu barədə tövsiyələrin verilməsi  əhəmiyyətli olardı. Suallar “hə”, “yox” və 
ya bir sözlə cavablanmamalıdır; məsələn:  
– Yer kürəsində neçə materik var? 
Bu mərhələdə  şagirdlərin kontur xəritə üzərində  məqsədyönlü  şəkildə  işləmək 
bacarıqları formalaşdırılır. Kontur xəritə üzərində materik və okeanların adlarının 
qeyd edilməsi  vacibdir. Bu tapşırığın sinifdə yerinə yetirilməsi məqsədəuyğundur. 
 
Öyrəndiklərinizi tətbiq edin 
  
 
Sıra nömrəsi Okeanlar 

 Sakit  okean            
2 Atlantik 
okeanı 
3 Hind 
okeanı 

Şimal Buzlu Okeanı 
Sıra nömrəsi Materiklər 
1 Avrasiya 
2 Afrika 

Şimali Amerika 
4 Cənubi Amerika 
5 Antarktida 
6 Avstraliya 


 
40
 Nə öyrəndiniz  
Yer kürəsində ən böyük quru sahələri materik adlanır. Nəhəng su hissələri isə  
okeandır. Yer kürəsində materiklərin  sayı 6, okeanların sayı isə 4-dür. Avrasiya 
materiki iki qitədən – Avropa və Asiyadan ibarətdir. 
  
Öyrəndiklərinizi yoxlayın 
1. 
Avrasiya 
Ən böyük materikdir, iki qitəyə  –  Avropa və Asiyaya ayrılır 
Antarktida 
Cənub qütbü ətrafında yerləşir, daimi yaşayan  əhali yoxdur, elmi 
tədqiqatlar aparmaq üçün stansiyalar var 
Avstraliya 
Ən kiçik materikdir, digər materiklərdən çox uzaq yerləşir, təbiəti 
digərlərindən xeyli fərqlidir 
Sakit okean 
Sahəsinə görə ən böyük okean hesab olunur 
Şimal Buzlu okeanı 
Ən kiçik okeandır 
Afrika 
Dörd yarımkürədə yerləşir 
Şimali Amerika 
Amerika qitəsinin tərkibinə daxildir 
Cənubi Amerika 
Qərb və Cənub yarımkürələrində yerləşir 
 
 
2.  
 
Qiymətləndirmə meyarları: 
  Fərqləndirmə 
  Xəritə üzərində iş 
  Şərhetmə 
 
Zəif Orta 
Yüksək 
Materik və okeanların mahiy-
yətini fərqləndirə bilmir. 
Materik və okeanları 
çətinliklə fərqləndirir.  
Materik və okeanları tam 
fərqləndirir 
Materik və okeanları xəritədə 
göstərməkdə çətinlik çəkir.  
Materik və okeanların bir 
qismini xəritədə göstərir.  
Materik və okeanları xəritədə 
dəqiq göstərir. 
Materiklərin və okeanların 
xəritədə coğrafi mövqeyini 
şərh etməkdə çətinlik çəkir. 
 
Materiklərin və okeanların 
xəritədə coğrafi mövqeyini 
əsasən şərh edir.
 
Materiklərin və okeanların 
xəritədə coğrafi mövqeyini 
düzgün şərh edir.
 
 
Ekvatordan 
şimalda 
yerləşənlər 
Ekvatordan cənubda 
yerləşənlər 
Ekvator xətti kəsir 
Avrasiya, Şimali Amerika  Antarktida, Avstraliya  Cənubi Amerika,  Afrika 
Şimal Buzlu okeanı    
 
Sakit  okean,  Hind  okeanı,  
Atlantik okeanı 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə