Microsoft Word Geo-6 mv az-capa doc


Coğrafiya: dünən və bu gün



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə2/47
tarix02.01.2018
ölçüsü3,58 Kb.
#19168
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   47

 
 
5
Coğrafiya: dünən və bu gün.  Tədris vahidinin məzmunu Azərbaycanın coğrafi 
mövqeyi və həmsərhəd ölkələrə dair təsəvvürləri formalaşdırmağa yönəlmişdir. Şa-
girdlər kartoqrafik məlumatlara  əsaslanan baza bilikləri  əldə edir, xəritənin riyazi 
əsasları, “paralel” və “meridian” anlayışları ilə tanış olurlar. Tədris vahidində müx-
təlif növ xəritələr üzərində  fərqli tapşırıqları  həll etmək bacarığı  aşılanır. Bundan 
başqa, şagirdlər Yer haqqında biliklərin müxtəlif tarixi dövrlərdə inkişafı ilə tanış 
olurlar. Onlar coğrafi biliklərin qazanılmasında məşhur səyyahların xidmətlərini 
sadəcə öyrənməklə kifayətlənmir, həmçinin də  xəritədə onların səyahətlərinin 
marşrut xətlərini çəkir, təqdimat hazırlayırlar.  
 
Cəmiyyət.  Bu tədris vahidində Yer üzündə yaşayan xalqlar və ölkələrin müxtə-
lifliyi barədə  məlumat verilir. Əhalinin irq, dil, din fərqləri, əhali artımı, kənd və 
şəhər həyat tərzi və iri şəhərlərin ekoloji problemlərindən bəhs olunur. Tədris va-
hidi həmçinin iqtisadiyyata aid sadə biliklər verir, istehsal və istehlak, əmək böl-
güsü, ölkələrin inkişaf səviyyələri barədə ilkin bilikləri təqdim edir.   
 
Yerin bərk təbəqəsi. Bu tədris vahidində Yer qabığı və Yerin digər daxili təbəqə-
ləri arasında qarşılıqlı əlaqədən bəhs olunur. Yer qabığının yekcins olmaması, vul-
kan və zəlzələ kimi təbiət hadisələrinin yayılmasına aid biliklər şərh olunur. Tədris 
vahidinin məzmununda Yer səthinin relyefinin daxili və xarici proseslərin nəticəsi 
olduğu aşılanır. Bu tədris vahidində şagirdlərin praktiki fəaliyyətinə – dağ süxur-
larının kolleksiyasının toplanmasına, Yerin daxili quruluşunun və vulkan maketinin 
hazırlanmasına xüsusi diqqət verilir. Fiziki xəritələrin oxunması və xəritə üzərində 
coğrafi obyektlərin qeyd edilməsi kimi xüsusi bacarıqlar formalaşdırılır. 
 
Şəffaf kürə.  Tədris vahidində “atmosfer” anlayışı  və onun Yerdə  həyat üçün 
əhəmiyyəti barədə məlumatlar verilir. Havanın əsas elementləri – temperatur, kü-
lək, su buxarı, bulud, atmosfer yağıntılarının öyrənilməsi də    bu məqsədə xidmət 
edir. 7-ci sinifdə tədris olunması nəzərdə tutulan "iqlim" anlayışının öyrənilməsinə 
zəmin yaradılır. 
 
Yerin su təbəqəsi. Yerin su təbəqəsindən və orada baş verən hadisə və proseslər-
dən bəhs edən bu tədris vahidi su təbəqəsinin digər coğrafi hadisələrlə əlaqəsini əks 
etdirir. Bu məqsədlə əvvəlcə Dünya okeanı, sonra isə quru suları – çaylar, göllər, 
yeraltı sular öyrənilir. Tədris vahidində planetin şirin su probleminin izahına xüsusi 
diqqət  verilir. 
 
Təbiət və insan. Təbiətdəki rəngarənglik, təbii komplekslərin təsviri, bitki və 
heyvanat aləminin təbiətə uyğunlaşmasının öyrənilməsi bu tədris vahidində həyata 
keçirilir.  İnsanların təbii mühit amillərindən və torpaqdan istifadə etməsinin 
müxtəlif yolları şərh edilir. 
 
Yer – Günəş sistemində. Tədris vahidində Yerin Günəş sistemində və Qalaktika-
dakı mövqeyi, Ayın Yerin peyki kimi xüsusiyyətləri, gecə-gündüz və ilin fəsil-
lərinə aid qısa izahatlar verilir.  
 
Yer səthinin təsviri.  Bu tədris vahidinin əsas cəhəti onun daha çox praktik əhə-
miyyət daşıması, şagirdlərin təcrübi bacarıqlarının formalaşdırılmasıdır. Kartoqra-
fik mövzulara aid ilkin nəzəri biliklər bilavasitə təcrübi bacarıqlarla əlaqələndiril-
mişdir. Məhəldə cəhətin təyini, miqyas və şərti işarələrin köməyi ilə hər hansı əra-
zinin planının tərtib edilməsi və ya hazır planın oxunması belə bacarıqlara aiddir. 


 
6
TӘDRİS VAHİDLӘRİ 
MÖVZULAR 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
1. Coğrafiya: dünәn vә bu gün 
1. Azәrbaycan – mәnim vәtәnimdir 
2. Coğrafi ünvanlar 
3. Yerin su vә quru sәthi 
4. Xәritә coğrafiyanın ikinci dilidir 
5. Coğrafi biliklәrin inkişafı 
6. Sәyyahlar, tәdqiqatçılar, turistlәr 
7. “Mәşhur sәyyahlar” – tәqdimat 
8. Müxtәlif xalqlar, irqlәr, dinlәr 
9. Әhali artımı vә mәskunlaşması 
10. Böyük şәhәrlәrin böyük 
problemlәri 
11. İnsanların tәsәrrüfat fәaliyyәti 
12. İstehsal vә istehlak 
13. Dünya ölkәlәri 
14. Praktiki dәrs. Әhali xәritәsi vә 
statistik göstәricilәrlә iş 
2. Cәmiyyәt
 
 
15. Yerin daxili quruluşu 
16. Süxurlar 
17. Vulkan vә qeyzerlәr 
18. Zәlzәlә – tәbiәt hadisәsidir 
19. Zәlzәlә zamanı nә etmәli? 
20. Dağlar 
21. Düzәnliklәr 
3. Yerin bәrk tәbәqәsi 
22. Atmosferin quruluşu 
23. Hava şәraiti 
24. Havanın temperaturu 
25. Hava axını – külәk 
26. Havada su buxarı 
27. Yağıntı 
28. Praktiki dәrs. İqlim göstәricilәrinin 
xәritә vә qrafiklәrdә tәsviri 
4. Şәffaf kürә
 


 
 
7
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
35. Canlı alәm tәbәqәsi 
36. Meşәlәr 
37. Sәhralar 
38. Torpaq 
39. İnsanın tәbiәtә uyğunlaşması 
40. Debat dәrs. Amazon meşәlәri 
6. Tәbiәt vә insan 
41. Yerin kosmik ünvanı 
42. Ay 
43. Gecә vә gündüzün növbәlәşmәsi 
44. Fәsillәrin dәyişmәsi 
7. Yer – Günәş sistemindә 
45. Üfüqün cәhәtlәrinin tәyini 
46. Kompas vә azimut 
47. Miqyas 
48. Plan nәdir? 
49. Praktiki dәrs. Planın tәrtibi vә onun 
üzәrindә iş 
50. Layihә. Uşaq әylәncә parkı 
8. Yer sәthinin tәsviri 
29. Su planeti 
30. Dünya okeanı 
31. Tәbiәtdә suyun dövranı 
32. Çaylar 
33. Göllәr 
34. Debat dәrs. Aral – sәhraya 
çevrilmiş dәniz
5. Yerin su tәbәqәsi 
TӘDRİS VAHİDLӘRİ
MÖVZULAR 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə