Microsoft Word Geo-6 mv az-capa doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə47/47
tarix02.01.2018
ölçüsü3,58 Kb.
#19168
növüDərslik
1   ...   39   40   41   42   43   44   45   46   47

 
150
Şagirdlər dünyanın siyasi xəritəsində cütlər  şəklində  işləyərək ölkələrin hansı 
yarımkürədə yerləşdiyini müəyyən edirlər. Tapşırıq növbə ilə yerinə yetirilə bilər: 
bir  şagird dövlətin adını deyir, ikinci şagird isə onun hansı yarımkürədə yerləş-
diyini söyləyir. Sonra onlar rollarını dəyişirlər.  
 
QİYMƏTLƏNDİRMƏ  
“Öyrəndiklərinizi yoxlayın” bölümündə verilmiş tapşırıqlar  əsasında dərsin 
məqsədlərinə nail olmaq dərəcəsi yoxlanılır.  
Qiymətləndirmə meyarları: 
  İzahetmə  
  Xəritədə yarımkürələri müəyyənetmə 
 
Zəif Orta 
Yüksək 
Paralel və meridianların 
xəritələrdə təyinatını 
çətinliklə izah edir. 
Paralel və meridianların 
xəritələrdə təyinatını 
qismən izah edir. 
Paralel və meridianların 
xəritələrdə təyinatını 
izah edir. 
Xəritədə ölkələrin 
yerləşdiyi yarımkürələri 
çətinliklə müəyyən edir. 
Xəritədə ölkələrin 
yerləşdiyi yarımkürələri 
qismən müəyyən edir. 
Xəritədə ölkələrin yer-
ləşdiyi yarımkürələri 
müəyyən edir. 
 
Refleksiya. Şagirdlər özünüqiymətləndirmə formasından istifadə edə bilərlər.  
Dərs zamanı öz fəaliyyətini təhlil edib qiymətləndirmək üçün hesabat formasını 
doldurun (hər meyar üçün 1 bal). 
 
Təlim nəticələri yüksək olan şagirdlərə əlavə tapşırıq verilə bilər:  
– “Google Earth” proqramından istifadə edərək istənilən şəhərin mövqeyini necə 
təyin etməyi araşdırın.  
 
Meyar “+”, 
“–” 
1. Mən  paralel və meridianın nə olduğunu bilirəm.  
2. Mən onların nə üçün lazım olduğunu izah edə bilərəm.  
3. Mən xəritə və qlobusda paralel və meridianı göstərə bilirəm.  
4. Mən xəritə  və qlobusda Şimal və  Cənub yarımkürələrini göstərə 
bilərəm. 
 
5. Mən xəritə üzərində hər hansı şəhər və ya ölkənin hansı yarımkü-
rədə yerləşdiyini təyin edə bilirəm. 
 


 
 
151 
Dərs 10 / Mövzu:
 BÖYÜK ŞƏHƏRLƏRİN BÖYÜK PROBLEMLƏRİ 
 
 
MOTİVASİYA 
Şagirdlər dar və  tıxac küçələr problemi olan böyük bir şəhər həyatına aid 2 
dəqiqəlik videomateriala baxırlar. Materialı  www.youtube.com/watch?v=0PM1-
sDLjcc  saytından götürmək olar. Baxışdan sonra müzakirə aparılır:   
– Filmdə şəhərin hansı problemlərindən bəhs olunur? 
– Hansı böyük şəhərlərdə olmusunuz? 
– Onların hansı problemlərini müşahidə etmisiniz? 
 
Tədqiqat sualı: 
Böyük  şəhərlərdə hansı problemlər yaranır və onlar hansı 
nəticələrə səbəb olur?
 
 
TƏDQİQATIN APARILMASI 
Tədqiqat iki mərhələdə aparılır: 
1. “Beyin həmləsi” metodundan istifadə edərək lövhədə  şəhər və  kənd  əhalisinin 
qarşılaşdığı problemlərin siyahısı tərtib edilir. Hər iki siyahı müqayisə olunur.  
Müzakirə üçün suallar: 
– Hansı problemlər kəndlər üçün səciyyəvidir? Onlar nə ilə əlaqədardır? 
– Hansı problemlər şəhərlər  üçün səciyyəvidir? Onlar nə ilə əlaqədardır? 
 
2. Yeni məlumatın mənimsənilməsi. 
“Ziqzaq” üsulu istifadə olunur. Şagirdlər 4 qrupa bölünür. “Ekspert” qruplarının 
tapşırıqları: 
I qrup.  
Şəhərlərdə “tıxac” probleminin yaranma səbəbləri, onun nəticələri, problemin həlli 
yollarını araşdırmaq.  
 
Alt  
STANDARTLAR 
3.2.5.  Ətraf mühitdə çirklənməyə  məruz qalmış  ərazilərin 
fotoalbomunu hazırlayır. 
 
DƏRSİN 
MƏQSƏDİ 
 ətraf mühitin çirklənməsində insanların fəaliyyətinin təsirini 
təhlil edir; 
 şəhər və kənd yaşayış məntəqələrinin problemlərinin səbəb-
lərini və onların aradan qaldırılmasına aid fərziyyələrini irəli 
sürür. 
 
 
İstifadə olunan 
İŞ FORMALARI 
Qruplarla iş 
 
 
 
İstifadə olunan 
ÜSULLAR 
“Beyin həmləsi”, “Ziqzaq”, müzakirə, təqdimat  
 
 
Fənlərarası 
İNTEQRASİYA 
B. – 3.2.1 
 
 
TƏCHİZAT 
Dərslik, internet resurslar  


 
152
II qrup.  
Şəhərlərdə “zibil” probleminin yaranma səbəbləri, onun nəticələri, problemin həlli 
yollarını araşdırmaq.  
 
III qrup.  
Şəhərlərdə “mənzil” probleminin yaranma səbəbləri, onun nəticələri, problemin 
həlli yollarını araşdırmaq.  
 
IV qrup.  
Şəhərlərdə “təmiz su” probleminin yaranma səbəbləri, onun nəticələri, problemin 
həlli yollarını araşdırmaq. 
  
“Ekspert” qruplarında məlumat cədvəl şəklində ümumiləşdirilir: 
 
Problem 
Səbəb Nəticə 
Həlli yolları 
 
 
 
 
“Doğma” qruplarda məlumat  müzakirə olunur və cədvəldə ümumiləşdirilir:  
 
Problem 
Səbəb Nəticə 
Həlli yolları 
1. Tıxac problemi 
 
 
 
2. Mənzil problemi 
 
 
 
3. Zibil problemi 
 
 
 
4. Təmiz su problemi 
 
 
 
 
MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ 
Qruplar  işlərini təqdim edir. İşlər müzakirə olunur, yaranan suallar araşdırılır. 
Müzakirə zamanı şagirdlərin fikirləri  ətraf mühitin çirklənməsinə və bunun insanın 
təsərrüfat fəaliyyətinin nəticəsi olduğuna yönəldilir.  
 
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ  
Müəllim və  şagirdlər  nəticələr  çıxarır: 
– Böyük  şəhərlərdə  əhalinin sayının çox olması xeyli miqdarda problemlərin 
meydana çıxmasına səbəb olur. 
– Küçələrdəki tıxaclar, məişət tullantıları, işləməyən kanalizasiyalar ətraf mühitin 
çirklənməsinə səbəb olur, bu isə insanın sağlamlığına mənfi təsir edir. 
 
YARADICI TƏTBİQETMƏ  
Dərslikdə “Öyrəndiklərinizi tətbiq edin” bölümündə verilmiş tapşırığın yerinə ye-
tirilməsi məqsədi ilə  şagirdlərə  qısa esse yazmaq təklif olunur. İşin qiymət-
ləndirilməsi meyarları: 


 
 
153 
  Essedə ifadə olunmuş fikirlər əsaslandırılmalıdır.  
  Essedə qrammatik və orfoqrafik səhvlər olmamalıdır. 
  Esse bir səhifədən çox olmamalıdır. 
 
QİYMƏTLƏNDİRMƏ  
“Öyrəndiklərinizi yoxlayın” bölümündə verilmiş tapşırıqlar  əsasında dərsin 
məqsədlərinə nail olma dərəcəsi yoxlanılır.  
Qiymətləndirmə meyarları: 
  Təhliletmə 
  Fikiryürütmə 
 
 
Refleksiya. Verilmiş meyarlar əsasında öz fəaliyyətinizi təhlil edin: 
 
 Dərsdə müsbət hisslər yaradan nə oldu?  
 
Ən yaxşı nəyi qiymətləndirirsən? 
 
Ən pis nə alındı?  
 
Nəyi başa düşmədiniz? 
 
Hansı tapşırıq üzərində yenə işləmək istərdiniz?   
 
Təlim nəticələri yüksək olan şagirdlərə əlavə tapşırıq verilə bilər:  
– “Bakının çirklənmə mənbələri” mövzusunda təqdimat hazırlayın. 
 
 
Zəif Orta Yüksək 
Ətraf mühitin 
çirklənməsində insan 
fəaliyyətinin  təsirini 
təhlil etməkdə çətinlik 
çəkir.  
Ətraf mühitin çirklənməsində 
insan fəaliyyətinin təsirini 
əsasən təhlil edir. 
Ətraf mühitin 
çirklənməsində insan 
fəaliyyətinin təsirini 
ətraflı təhlil edir. 
 
Şəhər və kənd yaşayış 
məntəqələrinin prob-
lemlərinin səbəbləri 
və onların aradan qal-
dırılmasına dair fər-
ziyyələrini irəli sür-
məkdə çətinlik çəkir. 
Şəhər və kənd yaşayış məntə-
qələrinin problemlərinin sə-
bəbləri barədə müəyyən fikir-
lər söyləyir, amma onların 
aradan qaldırılmasına  dair  
fərziyyələri müəllimin köməyi 
ilə irəli sürür.  
Şəhər və kənd yaşayış 
məntəqələrinin 
problemlərinin səbəbləri 
və onların aradan 
qaldırılmasına  dair  
fərziyyələrini sərbəst 
olaraq irəli sürür.  


 
154
Dərs 32 / Mövzu:
 ÇAYLAR 
 
 
MOTİVASİYA 
Motivasıya üçün  iki videomaterial təqdim olunur. Birinci videomaterialda sakit 
axına malik olan düzənlik çayı, ikincidə isə gurultu ilə axan coşqun dağ çayı 
nümayiş etdirilir. Nümayişdən sonra şagirdlər gördüklərini  şərh edirlər. 
Videomateriallar bu ünvandan götürülə bilər:  
http://www.youtube.com/watch?v=meJ3IcHnGwo 
http://www.youtube.com/watch?v=3Xm42KMmiRg 
 
Tədqiqat sualı: 
Çaylar bir-birindən hansı əlamətlərinə görə fərqlənir?
 
 
 
TƏDQİQATIN APARILMASI 
1. Şagirdlər dərsliyin “Fəaliyyət” bölməsində təqdim olunan məlumatı oxuyurlar. 
 
 2.  Ümumi  müzakirə  nəticəsində çayların müqayisəsi üçün plan tərtib olunur və 
plan əsasında Kolorado və Amudərya çayları müqayisə olunur. 
 
 
Lövhədə ümumi cədvəl tərtib olunur. 
Alt  
STANDARTLAR 
2.1.5. Yer səthində suyun paylanmasını şərh edir. 
2.1.6.  Təbiətdə suyun dövranının sxemini tərtib edir. 
 
DƏRSİN 
MƏQSƏDİ 
 mövzunun əsas anlayışlarını şərh edir;  
 xəritədə üzərində çayların adlarını sadalayır və göstərir; 
 çayları plan üzrə səciyyələndirir; 
 kontur xəritədə çayları qeyd edir. 
 
 
İstifadə olunan 
İŞ FORMALARI 
Qruplarla iş  
 
 
 
İstifadə olunan 
ÜSULLAR 
Venn diaqramı (müqayisə cədvəli), müzakirə,  təqdimat, kon-
tur xəritələr ilə iş, dünyanın fiziki və siyasi xəritəsi ilə iş. 
 
 
Fənlərarası 
İNTEQRASİYA 
İnf. – 1.2.2 
 
 
TƏCHİZAT 
Dərslik, dünyanın fiziki xəritəsi, dünyanın siyasi xəritəsi, 
paylanma materialları 
1. Çayın adı. 
2. Çayın uzunluğu. 
3. Çayın yerləşməsi. 
4. Mənbə və mənsəb.  
5. Hansı ərazidən axır (dağlıq, düzənlik). 
6. Çayın qidalanması (çay üçün su mənbəyi nədir?).  
7. Çayın təsərrüfat əhəmiyyəti. 


 
 
155 
Kolorado çayının əlamətləri 
Amudərya çayının əlamətləri 
1. Kolorado 
1. Amudərya 
2. Uzunluğu 2330 km 
2   Uzunluğu 1415 km 
3. Şimali Amerika 
3. Avrasiya (Mərkəzi Asiya) 
4. Mənbə – Kordilyer dağları 4. 
Mənbə – Pamir dağları 
5. Mənsəb – Sakit okean 
5. Mənsəb – Aral dənizi 
6. Dağ çayı 6. 
Düzənlik çayı 
7. Yağış 
7. Qar və buzlaqlar 
8. Elektrik enerjisi istehsalı 8. 
Suvarma 
 
Şagirdlər qruplara bölünürlər və hər qrupa fərqli tapşırıqlar verilir.  
 
1-ci qrup. 
– Dərslikdəki materialdan istifadə edərək çayın sxemində  mənbə, mənsəb, əsas 
çay, sağ qol və sol qolu qeyd edin. 
 
Müzakirə üçün suallar: 
1. Mənbə nədir? Çayın mənbəyi nə ola bilər? 
2. Mənsəb nədir? Çayın mənsəbi nə ola bilər? 
3. Çayın qolu nədir? Sağ və sol qolu necə təyin etmək olar? 
4. Sxemə ümumilikdə nə ad vermək olar? 
Xəritədə Nil çayını tapın. Onun mənbəyini, mənsəbini, qollarını təyin edin.
 
 
2-ci qrup. 
– Dərslikdəki şəkil və materiallardan istifadə edərək cədvəli tamamlayın. 
Nəyi müqayisə edirik 
Düzənlik çayları Dağ çayları 
1. Axın sürəti  
 
2. Vadinin eni və dərinliyi  
 
3. Mənbəyin mənsəbdən hündür olması 
 
 
4. Məcranın əyri, yaxud düz olması 
 
 
5. Nümunələr  
 
Müzakirə üçün suallar: 
1. Çayları hansı əlamətlərə görə qruplaşdırmaq olar? 
?
?
?
?


 
156
1 2 


5 6 


2. Çay dərəsi nədir? 
3. Dağ çayı düzənlik çayından nə ilə fərqlənir? 
3-cü qrup. 
– Dərslikdəki materialdan istifadə edərək cədvəli tamamlayın.  
 
Çayın qidalanma mənbəyi Nümunə 
1  
2  
3  
4  
 
Müzakirə üçün suallar: 
1. Çayın qidalanma mənbəyi nədir? 
2. Çayın qidalanma mənbəyi il ərzində onda suyun səviyyəsinin dəyişməsinə necə 
təsir edir? 
4-cü qrup. 
– Çayları qruplaşdırın.
   
 
      
 
Müzakirə üçün suallar: 
1. Çayları hansı xüsusiyyətinə görə qruplaşdırmaq olar? 
2. İnsanlar çaylardan necə istifadə edir? 
 
MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ 
Qrupların işləri nümayiş etdirilir və siniflə birlikdə müzakirə təşkil olunur. 
 
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ  
Müəllim və şagirdlər birlikdə nəticələr çıxarır: 
  – Hər hansı çay mənbə və mənsəbə malikdir. Çayların mənbəyi yeraltı su, buzlaq, 
bataqlıq, göl ola bilər. Mənsəb isə  dəniz, göl, bataqlıq, başqa çay və s. ola bilər. 
Çay və qolları çay sistemini yaradır.  
  – Çaylar dağ və düzənlik çayları ola bilər. Dağ çayları dərin dərələrə malik olur, 
sürətlə axır, düzənlik çayları isə enli dərələrə malik olur və sakit axır. Çayların 
qidalanma mənbələri müxtəlif olur: yağış, qar, yeraltı su. Qidalanmadan asılı 
olaraq çayların il ərzində  səviyyəsi dəyişir. Buzlaqlarla qidalanan çaylar yayda, 


 
 
157 
qarla qidalanan çaylar yazda, yağışla qidalanan çaylar yağışın düşməsindən asılı 
olaraq bol sulu ola bilir. Yeraltı sularla qidalanan çayların səviyyəsi sabit olur.  
– Relyefin, iqlimin, qida mənbəyinin müxtəlifliyi çayların müxtəlifliyinin səbə-
bidir. 
 
YARADICI TƏTBİQETMƏ  
1.  Şagirdlər Amazon, Nil, Konqo, Kür, Sırdərya, Volqa, Xuanxe, Hind çaylarını 
kontur xəritədə qeyd edirlər. 
2. “Öyrəndiklərinizi tətbiq edin” bölməsində verilmiş tapşırıq yerinə yetirilir. 
 
QİYMƏTLƏNDİRMƏ  
“Öyrəndiklərinizi yoxlayın” bölməsində verilmiş tapşırıqlar  əsasında dərsin 
məqsədlərinə nail olmaq dərəcəsi yoxlanılır.  
Qiymətləndirmə meyarları: 
  Şərhetmə 
  Xəritə üzərində göstərmə 
  Müəyyənetmə 
  Kontur xəritədə qeydetmə 
 
Zəif Orta 
Yüksək 
Mövzunun əsas anlayışlarını  
şərh etməkdə çətinlik çəkir.  
Mövzunun əsas anlayışlarını 
qismən şərh edir. 
Mövzunun əsas anlayışlarını 
ətraflı şərh edir. 
Xəritə üzərində çayların ad-
larını sadalamaqda və göstər-
məkdə çətinlik çəkir.  
Xəritə üzərində çayların 
adlarını qismən sadalayır və  
köməkliklə göstərir. 
Xəritə üzərində çayların 
adlarını düzgün sadalayır və 
dəqiq göstərir. 
Çayların coğrafi mövqeyini  
müəyyən etməkdə çətinlik 
çəkir.  
Çayların coğrafi mövqeyini  
əsasən müəyyən edir. 
Çayların coğrafi mövqeyini 
dəqiq müəyyən edir. 
Kontur xəritədə çayları qeyd 
etməkdə çətinlik çəkir.  
Kontur xəritədə çayları 
köməkliklə qeyd edir. 
Kontur xəritədə çayları dəqiq 
qeyd edir. 
 
Refleksiya. Dərs haqqında mülahizələrinizi üç cümlə ilə ifadə edin, ən yaxşı olanı 
işarələyin. Seçiminizi əsaslandırın.  
 
 


 
158
 


 
 
159 
Mənbələr 
 
1. 
Ü
mumi təhsilin fənn standartları (I–XI siniflər). Bakı, 2012.  
2.  Q.Hüseynov və b. İnklüziv təhsil (ibtidai təhsil pilləsi üçün), 2010. 
3.  Müəllim hazırlığının və orta təhsilin  perspektivləri (Qərb təhsil sisteminin 
təcrübəsi  əsasında). Müəllimlər  üçün vəsait (müəllif qrupu). Bakı, 2005 
(İREX təşkilatının xətti ilə). 
4.  İnteqrativ kurikulum: mahiyyəti və nümunələr. Müəllimlər  üçün vəsait 
(müəllif  qrupu) Bakı, 2005 (İREX təşkilatının xətti ilə). 
5.  Z.Veyisova. Fəal/interaktiv təlimş Müəllimlər üçün vəsait, 2007. 
6.  N.Seyfullayeva və E.Əliyeva. Cografiya fənni üzrə  təlimin təşkili formaları 
və üsulları. Bakı, 2009. 
7.  Энциклопедия интерактивного обучения. Е. Пометун. 2007, Киев. 
8.  Основы критического мышления. Группа авторов,  Киев, 2010. 
9.  География 5-6 класс. «Просвещение», 2012. 
10. Geography 360. «Heinemann», 2006. 
11. Earth science. «McDougal Little”, 2000.  
12. Geography Success-3. Oxford, 2002. 
13. Geography Success-4. Oxford, 2002. 
14. Герасимова Т.П. География начальный курс. 6-й класс. «Дрофа», 2013. 
15. Дронов В.П. География. Землеведение. 6-й класс. «Дрофа»,  2011.  
16. География.  Мир  Земли.  Учебник 6 кл.,  В.А.Кошевой.  Москва. «Баласс», 
2013. 
17.  География. Планета Земля. В.В.Барабанов. «Просвещение», 2012. 
18.  География 6. Под редакцией А.И.Алексеева Москва. «Просвещение», 2012. 
19.  География.  Начальный  курс. 6 класс.  Учебник  для  общеобразовательных 
учреждений. Вертикаль. ФГОС. Автор: Герасимова, Неклюкова. 2012. 
20.  География. Энциклопедия. Москва. «РОСМЭН», 2001. 
21.  Начальный  курс  географии:  учеб.  пособие  для 6-го  кл.  общеобразоват. 
учреждений  с  рус.  яз.  обучения / И.  П.  Галай,  Б.  Н.  Крайко,  Е.  И.  Галай. 
Минск. «Нар. Асвета», 2010. 
22.  А. Кузнецов: География. Начальный курс. 6 класс. Методическое пособие 
Москва. «Дрофа» 2010. 
23.  О. А. Бахчиева,  Л. С. Богомаз,  Е. В. Николаенко    ГЕОГРАФИЯ  Планета 
Земля  6 класс Методические рекомендации Москва. «Просвещение», 2008. 
24.  Справочник  учителя  географии.  А.Д.  Ступникова,  Л.В.  Бражникова. 
Волгоград. «Учитель», 2012. 
25.  Настольная  книга  учителя  географии  Нормативные  документы, 
методические  рекомендации  и  справочные  материалы  для  организации 
работы учителя. Н.Н.Петрова. В.И.Сиротин Издательство «Астрель», 2002. 
26.  http://www.uchportal.ru/load/65  учительский портал. 
27.  http://guzvenag.ucoz.ru/index/0-13 сайт учителя географии. 
28.  http://my-geography.ru сайт учителя географии. 
29.  http://geo.1september.ru/urok/ 


 
160
KİTABIN İÇİNDӘKİLӘR
 
DӘRSLİK KOMPLEKTİ HAQQINDA ...........................................................3 
DӘRSLİK KOMPLEKTİNİN STRUKTURU ....................................................4  
VI SİNİF COĞRAFİYA  FӘNN KURİKULUMU .............................................8  
FӘNN ÜZRӘ MӘZMUN STANDARTLARININ  REALLAŞMA CӘDVӘLİ  ..........12                    
İLLİK PLANLAŞDIRMA NÜMUNӘSİ ..........................................................14 
FӘNLӘRARASI İNTEQRASİYA CӘDVӘLİ...................................................15 
İLLÜSTRASİYALAR ÜZRӘ İŞİN TӘŞKİLİ ...................................................16 
XӘRİTӘ İLӘ İŞ BACARIQLARININ FORMALAŞDIRILMASI..........................20 
İNKLÜZİV TӘLİM PRİNSİPLӘRİ ...............................................................23 
COĞRAFİYA DӘRSLӘRİNDӘ YENİ TӘLİM TEXNOLOGİYALARININ 
TӘTBİQİ ................................................................................................24 
ŞAGİRD NAİLİYYӘTLӘRİNİN QİYMӘTLӘNDİRİLMӘ PRİNSİPLӘRİ 
 VӘ ÜSULLARI........................................................................................30 
 
MÖVZULAR ÜZRӘ TӘLİM MATERİALLARI İLӘ 
İŞ TEXNOLOGİYASININ ŞӘRHİ 
 
1. COĞRAFİYA: DÜNӘN VӘ BU GÜN .............................................................34 
KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ
.....................................................51 
2. CӘMİYYӘT ..............................................................................................53 
KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ
.....................................................65 
3. YERİN BӘRK TӘBӘQӘSİ ..........................................................................67 
KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ
.....................................................83 
4. ŞӘFFAF KÜRӘ .........................................................................................85 
KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ
.....................................................97 
5. YERİN SU TӘBӘQӘSİ...............................................................................99 
KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ
.....................................................109 
6. TӘBİӘT VӘ İNSAN...................................................................................111 
KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ
.....................................................124 
7. YER —  GÜNӘŞ SİSTEMİNDӘ ...................................................................126 
KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ
.....................................................136 
8. YER SӘTHİNİN TӘSVİRİ ..........................................................................138 
KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ
.....................................................148 
GÜNDӘLİK PLANLAŞDIRMAYA DAİR NÜMUNӘLӘR ...................................149 
MӘNBӘLӘR ...........................................................................................96 
a imzal
 

Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə