Microsoft Word Geo-6 mv az-capa doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə41/47
tarix02.01.2018
ölçüsü3,58 Kb.
#19168
növüDərslik
1   ...   37   38   39   40   41   42   43   44   ...   47

 
 
129 
Ayın dörd əsas fazası var. 
Təzə ay (1) – ayın başlanması. Ay Yerdən Günəş istiqamətində yerləşir. Yerə 
işıqlandırılmamış hissəsi ilə çevrilmişdir.  İki-üç gündən sonra Ay qərbdə axşam 
çağı fonunda ensiz aypara şəklində çıxır.  O, qabarıqlığı ilə sağa yönəlir.  
Birinci rüb (3) – günəş şüaları ay diskinin yalnız sağ hissəsini işıqlandırır. Günəş 
batdıqdan sonra Ay səmanın cənub hissəsində yerləşir və gecəyarısına yaxın batır.   
Ay Günəşdən şərqə doğru getməkdə davam edərək axşamdan səmanın şərq hissə-
sində  çıxır. O, gecəyarısından sonra batır və  hər növbəti gün bu daha gec baş 
verir. 
Mehtabda (5) Ay səthi günəş  şüalarını Yerə maksimal dərəcədə  əks etdirir. Bir 
həftədən sonra yenidən Ay diskinin yalnız yarısı görünür. Lakin bu artıq onun sol 
hissəsidir.  
Son rüb (7) başlayır. Ay gecəyarısı çıxır və səhərə qədər işıq saçır. Günəş çıxanda 
Ay səmanın cənub hissəsində olur. Belə şəkildə biz Ayı səhər səmanın cənub-qərb 
hissəsində də müşahidə edə bilərik. Ayparanın eni azalmaqda davam edir, Ay isə 
Günəşə sağ  tərəfdən yaxınlaşır. Bir neçə vaxtdan sonra o yenidən görünür.  
Təzə aydan mehtaba qədər ayı cavan adlandırırlar. Çünki o sanki günbəgün 
“böyüyür”. Mehtabdan təzə aya qədər isə “köhnə ay” adlanır. Çünki, o “azalır”.  
Azalan ayı böyüyəndən necə  fərqləndirmək olar? Şimal yarımkürəsi üçün qayda: 
əgər aypara   şəklindədirsə, bu zaman ay köhnədir, əgər aypara
   
şəklindədirsə, 
bu zaman ay böyüyəndir.  
Ayın Yerə təsirini öyrənmək üçün planetimizdə və Ayda olan təbii şəraiti müqa-
yisə etmək məqsədəuyğundur. Bunun üçün şagirdlərə Venn diaqramının doldurul-
masını, yaxud müqayisə  cədvəlini tərtib etmək təklif oluna bilər. Obyektləri mü-
qayisə etmək üçün meyarların işlənilməsi tövsiyə olunur. Bu işin cütlərlə, qruplarla 
keçirilməsi daha səmərəli olar. Nəticələri lövhədə ümumiləşdirmək məqsədəuy-
ğundur.  
Oxşar Fərqli 
Yer kürəsi və Ay 
Yer kürəsi Ay 
Günəş 
ətrafında 
hərəkət edir. 
Yer  ətrafında hərəkət 
edir 
Atmosferi var. 
Atmosfer 
təbəqəsi 
yoxdur. 
Külək əsir. Külək yoxdur. 
Orbit üzrə hərəkət edir. 
Günəş şüalarını əks etdirir. 
Dağlar və düzənliklərdən 
ibarət  mürəkkəb relyefə 
malikdir.   
Həyat mövcuddur.  Həyat mövcud deyil. 
 
Mətni oxumaq üçün “İnsert” üsulundan istifadə etmək olar. Şagirdlər tərəfindən 
“təbii peyk”, “ritm”, “cazibə qüvvəsi” kimi bəzi terminlərin  başa düşülmə səviy-
yəsini müəyyən etmək faydalı olardı. Bunun üçün müxtəlif suallar vermək olar.  
Qabarma və  çəkilmə ilə bağlı  məlumatı izah edərkən  şagirdlərin diqqətini bu 
hadisənin mahiyyətinə cəlb etmək yaxşı olardı.   
Günəş tutulmalarını izah edərkən sxemdən istifadə olunması  məlumatları daha 
anlaşıqlı edə bilər.  
 


 
130
 
Ayın Yer ətrafında hərəkətini daha aydın təsəvvür etmək üçün texniki imkanı olan 
siniflərdə müəllim 
http://www.youtube.com/watch?v=EWas-dkx29g
 ünvanından 
videomaterialı nümayiş etdirə bilər.  
 Öyrəndiklərinizi tətbiq edin 
Bu fəaliyyəti şagirdlər cütlərlə və qrup şəklində yerinə yetirə bilər. Müəllim onlara 
tapşırığın yerinə yetirilməsinə yaradıcılıqla yanaşmağı tövsiyə edə bilər:  şəkillər 
dən istifadə etmək, sxem əlavə etmək, yaxud dəyişmək. 
 Nə öyrəndiniz  
Ay Yerin təbii peykidir. O, Yerin ətrafında hərəkət edir. Ay Günəş işığının qarşı-
sını kəsəndə Günəş tutulması baş verir. Ayın cazibə qüvvəsinin təsiri nəticəsində 
okeanlarda qabarma və çəkilmə bas verir. 
 
Öyrəndiklərinizi yoxlayın  
Yer və Ay arasında cazibə nəticəsində: Dünya okeanında qabarma və çəkilmə baş verir.  
Ayın Yer ətrafında fırlanması nəticəsində Ayın görünüşü dəyişir, Günəş tutulması 
bas verir. 
Qiymətləndirmə meyarları: 
  Şərhetmə 
  İzahetmə  
Zəif Orta 
Yüksək 
Ayın Yer ətrafında hərəkətini  
şərh edərkən səhvlərə yol 
verir. 
Ayın Yer ətrafında hərəkətini  
şərh edərkən kiçik qeyri-də-
qiqliyə yol verir.  
Ayın Yer ətrafında hərəkətini 
ətraflı şərh edir. 
 
Ayın Yer kürəsində baş verən 
proseslərə təsirini izah etmək-
də çətinlik çəkir.  
Ayın Yer kürəsində baş verən 
proseslərə təsirini əsasən izah 
edir. 
Ayın Yer kürəsində baş verən 
proseslərə  təsirini düzgün 
izah edir. 
 
 
Dərs 43 / Mövzu:
 
GECƏ VƏ GÜNDÜZÜN NÖVBƏLƏŞMƏSİ
 
 
Alt 
STANDARTLAR
1.2.1. Kainatdakı səma cisimlərinin hərəkətini fərqləndirir. 
1.2.2. Yerin öz oxu və Günəş ətrafında hərəkətini təsvir edir və 
onun coğrafi nəticələrini təqdim edir. 
 
 
Dərsin 
MƏQSƏDİ 
 gecə və gündüzün dəyişməsini Yerin öz oxu ətrafında fırlanma-
sı ilə izah edir; 
 təbiətdə gündəlik ritmik hadisələri nümunələrlə şərh edir.  
 
 
Günəş
 
Yer
 
Ay
 


 
 
131 
 
 Müəllim motivasiyanı  mətndə verilmiş şəkil və suallar üzərində qura bilər. Bu 
fəaliyyəti “genişləndirmək” və şagirdlərdən təbiətdəki ritmə dair nümunələr  gös-
tərməyi xahiş etmək olar. Bu zaman şagirdlərə gecə  və gündüzün dəyişməsinin 
insanların həyat tərzinə necə təsir etməsi barədə sual vermək yerinə düşərdi.  
Yerin öz oxu ətrafında hərəkəti ilə tanışlığa fırlanma oxu haqda təsəvvürün 
formalaşmasından başlamaq səmərəli olardı. Riyaziyyat dərslərindən fırlanma oxu 
haqqında müəyyən suallar vermək məqsədəuyğundur. Ox ərafında fırlanan obyekt-
lərə misallar göstərmək olar; məsələn, velosiped təkərinin fırlanma oxunu müəy-
yənləşdirməyi təklif etmək olar. Cisimlərin ox ətrafında fırlanmasını tam təsəvvür 
etdikdən sonra qlobusu nümayiş etdirməklə Yerin  fırlanma oxunun şərhinə keç-
mək daha faydalıdır.  Şagirdlərə Yerin modeli olan qlobusun əyani olaraq fır-
lanmasını gecə-gündüzün dəyişməsi ilə müqayisə etmək tapşırığı vermək olar. 
 Mətni mənimsəmək üçün İnsert, BİBÖ və digər üsullardan istifadə etmək olar. 
Texniki imkanı olan siniflərdə verilmiş ünvandan videomaterial nümayiş etdirmək 
olar: http://www.youtube.com/watch?v=M3vCwL9ZSKw  
Yerin hərəkət sürətini izah edərkən digər obyektlərin sürətləri ilə müqayisə etmək 
səmərəlidir. Məsələn, avtomobil 80 km/s, təyyarə 600 km/s, raket 900 km/s sürətlə 
hərəkət etdikləri halda, Yer öz xəyali oxu ətrafında 1667 km/s  sürətlə hərəkət edir.  
 Öyrəndiklərinizi tətbiq edin 
Tapşırığın cütlüklərlə və ya qrupla yerinə yetirilməsi şagirdlərdə yerli vaxt haqqın-
da ilkin təsəvvürlərin formalaşmasına yardım edəcək.  
Nə öyrəndiniz 
Yer kürəsi öz xəyali oxu ətrafında fırlanır. Fırlanma müddəti  24 saat olub sutka 
adlanır. Yer kürəsinin fırlanma istiqaməti qərbdən  şərqə  doğru olub daim təkrar-
lanır. Yerin fırlanma istiqamətinə uyğun olaraq Bakıdan şərq tərəfdə yerləsən mən-
təqələrdə vaxt daha irəlidədir. Bakıdan qərbdə yerləsən məntəqələrdə isə vaxt daha 
geridir. 
 
Öyrəndiklərinizi yoxlayın 
a) Qütblərdə işıqlı vaxtın uzunluğu yarım  ildir. 
b) Sutkanın uzunluğu 24 saatdır. 
c) Bakıdan şərqdə yerləsən məntəqələr vaxt etibarilə irəlidədir. 
d) Azərbaycanda qıs aylarında sutkanın gündüz vaxtı gecədən daha qısa olur. 
 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə