Microsoft Word Geo-6 mv az-capa doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə43/47
tarix02.01.2018
ölçüsü3,58 Kb.
#19168
növüDərslik
1   ...   39   40   41   42   43   44   45   46   47

 
136
5. Şəkildə aşağıdakı obyektləri uyğun 
rəqəmlərlə qeyd edin.  
1. Yer    
2. Günəş    
3. Ay  
4. Yerin orbit xətti   
5. Ayın  orbit xətti 
 
6. Ayda atmosferin yoxluğu nəyə səbəb olur?  
1. dağlar olmur 
2. buludlar olmur 
3. temperatur sabitdir, dəyişmir 
4. meteoritlər Ay səthinə düşə bilmir 
5. temperatur azca dəyişir  
 
7. Şəkillərdə Yerin hərəkətlərinin coğrafi nəticələrini müəyyən edin.  
 
8. Londonda gündüz saat 12:00 olanda Azərbaycanda saat neçə ola bilər?  
А)   saat  12:00  В)  12:00-dan  sonra  С)  12:00-dan əvvəl  D) səhər tezdən  Е)  günorta 
 
9. Şəkillərdəki hadisələrin hansının Yerin gündəlik, hansının isə illik hərəkətinin  
nəticəsi olduğunu müəyyən edin. 
 
   
   
   
 
 
a) _______________    b) ____________   c) ___________      d) _____________ 
a) __________________________ 
    __________________________ 
b) __________________________ 
    __________________________ 


 
 
137 
 
 
 
 
 
 
 
TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: 
6 saat 
 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ: 
 
 
    1 saat
 
TƏDRİS VAHİDİ –
8
YER SƏTHİNİN TƏSVİRİ 
 
 
1.3.1. Kartoqrafik təsvirlərdə istifadə olunan elementləri şərh edir. 
1.3.2. Yaşadığı ərazinin planını tərtib edir. 


 
138
Dərs 45 / Mövzu:
 ÜFÜQÜN CƏHƏTLƏRİNİN TƏYİNİ 
 
 
 
Dərsin motivasiyasinı müəllim dərslikdə verilən sual və  mətn  əsasında 
qura bilər.  Şagirdlərə daha yaxşı tanış olan hadisələr  ətrafında müsahibə  
aparmaq olar. Məsələn, onların dərslikdə verilmiş  vəziyyətə düşüb-düşmə-
diklərini və  çıxış yolunu necə tapdıqlarının təhlilini aparmaq məqsədəuy-
ğundur. 
 
Təklif olunan tapşırıq planın oxunma vərdişinin formalaşmasına yönəldi-
lib. Şagirdlərin diqqətini  cəhətlərin təyin edilməsi zamanı hər hansı bir təbii 
və süni obyektin əsas götürülməsinin çox da etibarlı olmadığına yönəltmək 
məqsədəuyğundur. Məsələn, izah oluna bilər ki, ev uça bilər, ağac kəsilə və 
ya quruya bilər və s. Bu baxımdan istiqaməti müəyyən etmək üçün üfüqün 
cəhətlərini bilmək vacibdir.
 
 Yeni dərsin mənimsənilməsini “üfüq” və “üfüq xətti” anlayışlarının for-
malaşmasından başlamaq məqsədəuyğundur. Bu məqsədlə üfüq xəttinin də-
qiq təsvir olunmuş  rəsmlərindən istifadə etmək tövsiyə olunur. Məsələn,  
dəniz və ya çöl mənzərələrində üfüq aydın təsvir olunur. Onların şəhər mən-
zərələri ilə müqayisəsi də çox faydalı ola bilər. Yuxarıya qalxdıqca üfüqün 
genişlənməsini də şagirdlərin nəzərinə çatdırmaq və onun səbəblərini müza-
kirə nəticəsində aşkar etmək vacibdir. 
Cəhətlərin  günəş, qütb ulduzu və yerli əlamətlərin köməyi ilə təyin olunma-
sı üsullarının mənimsənilməsi üçün “Ziqzaq” üsulundan istifadə etmək olar. 
Şagirdlərdə istiqamətlərin təyin edilməsi bacarıqlarını möhkəmləndirmək və 
vərdişə çevirmək məqsədilə onlara “Finişə çatmaq” oyununu təklif etmək 
olar.  Şagirdlərə damalı  vərəq verilir. Vərəqin üzərinə “start” və “finiş” 
Alt 
STANDARTLAR
1.3.1. Kartoqrafik təsvirlərdə istifadə olunan elementləri  şərh 
edir. 
 
 
 
Dərsin 
MƏQSƏDİ 
 üfüqün əsas və aralıq cəhətlərini təyin edir; 
 üfüqün cəhətlərinin günəş, qütb ulduzu və yerli əlamətlərin 
vasitəsilə təyin edilməsini izah edir. 
 
 


 
 
139 
nöqtələri  qoyulur. Şagirdlər üfüqün cəhət-
lərini nəzərə alaraq verilmiş istiqamətdə 
hərəkət etməlidirlər. Şagirdlərə bu tipli tap-
şırıqlar informatika dərslərindən tanışdır, 
sadəcə, “sağ” və “sol” komandaları üfüqün 
cəhətləri ilə  əvəz olunmalıdır; məsələn: bu 
vərəqdə birinci üç addım  artıq təsvir olu-
nub: C nöqtəsindən şərqə 3 dama; cənuba 2 
dama; cənub-qərbə 3 dama. Tapşırığı müx-
təlif istiqamətlərdə davam etdirmək olar. 
Şagirdlərin özlərinə bu fəaliyyəti davam etdirmək və bir-birinə maraqlı 
tapşırıqlar vermək təklif edilə bilər. 
 
 Öyrəndiklərinizi tətbiq edin  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Nə öyrəndiniz  
Bizi  əhatə edən açıq  ərazi  üfüqdür.  Şimal, cənub,  şərq və  qərb  üfüqün  əsas 
cəhətlərdir. Lakin aralıq  cəhətlər də vardır. Cəhətləri təyin etmək üçün müxtəlif 
üsullar mövcuddur: günəş, qütb ulduzu.  
Qiymətləndirmə meyarları: 
  Təyinetmə  
  İzahetmə  
Zəif Orta 
Yüksək 
Üfüqin əsas və aralıq 
cəhətlərini təyin edərkən tez-
tez səhvlərə yol verir.  
Üfüqün əsas və aralıq 
cəhətlərini əsasən təyin edir. 
Üfüqün əsas və aralıq 
cəhətlərini dəqiq təyin edir. 
Üfüqün cəhətlərinin günəş, 
qütb ulduzu və yerli əlamətlə-
rin vasitəsilə təyin edilməsini 
izah etməkdə çətinlik çəkir.  
Üfüqün cəhətlərini günəş, 
qütb ulduzu və yerli 
əlamətlərin vasitəsilə təyin 
edilməsini əsasən izah edir. 
Üfüqün cəhətlərini günəş, 
qütb ulduzu və yerli 
əlamətlərin vasitəsilə təyin 
edilməsini düzgün izah edir. 
 
 
Hansı stansiyadan 
Hansı stansiyaya 
İstiqamət 
“Azadlıq”  
“Nizami” 
Cənuba doğru  
“28 May”  
“Xətai”  
Cənub-şərq 
“N.Nərimanov”  
“Koroğlu”  
Şərq 
“Həzi Aslanov”  
“Qara Qarayev”  
Simal 
“İçərişəhər”  
“N.Nərimanov”  
Şimal-şərq 
“Koroğlu”  
“N.Nərimanov”  
Qərb 
“Xətai”  
“Nizami”  
Şimal-qərb 
“Gənclik”  
“Sahil”  
Cənub-qərb 
С
                   
 
   
             
 
   
             
 
                   
 
                   
 
                   
 
                   
 
                   


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə