Microsoft Word Geo-6 mv az-capa doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə46/47
tarix02.01.2018
ölçüsü3,58 Kb.
#19168
növüDərslik
1   ...   39   40   41   42   43   44   45   46   47

 
146
 
2.
  
Verilmiş tapşırıq cütlərlə yerinə yetirilə bilər.
 
Şagirdlərə tövsiyə edilir ki,  görəcəkləri işin nəticələrini qiymətləndirmək üçün me-
yarlarla əvvəlcədən tanış olsunlar.  
 
Qiymətləndirmə meyarları 
Hə Yox 
1.  İşi səliqəli etmişəm 
 
 
2.  Planşetdə miqyası göstərmişəm 
 
 
3.  Planşetdə şimal istiqaməti göstərən oxu qoymuşam 
 
 
4.  Obyektləri qeyd etməzdən əvvəl planşeti istiqamətləndirmişəm 
 
 
5.  Məsafələri çəkərkən miqyası nəzərə almışam  
 
 
6.  Obyektləri planda şərti işarələrlə qeyd etmişəm 
 
 
7.  İşin arxasında adım yazılıb 
 
 
 
 
Dərs 50 / 
Layihə üzrə iş
. Mövzu:
 
UŞAQ ƏYLƏNCƏ PARKI
 
 
 
Bu dərsin keçirilməsi zamanı metodik vəsaitin 26-cı səhifəsində şərh edilmiş layihə 
üzrə iş metodikası ilə tanış olmaq tövsiyə edilir.  
Alt 
STANDARTLAR
1.3.1. Kartoqrafik təsvirlərdə istifadə olunan elementləri  şərh 
edir. 
1.3.2. Yaşadığı ərazinin planını tərtib edir. 
 
 
Dərsin 
MƏQSƏDİ 
 şərti işarələrdən istifadə etməklə, və üfüqün cəhətlərini və miq-
yası nəzərə almaqla parkın  planını tərtib edir;  
 hazırlanmış layihənin təqdimetmə bacarıqlarını nümayiş etdirir.  


 
 
147 
 
VIII TƏDRİS VAHİDİ ÜZRƏ 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ  
 
MİQYAS 1: 10 000 
1 sm = 100 m 
 
1.  Qaraçayın hansı istiqamətdə axdığını təyin edin. _______________ 
2.  A və B məntəqələri çayın hansı sahilində yerləşir? ______________ 
3.  Miqyasdan istifadə etməklə A və B məntəqələri arasında məsafəni metr 
və kilometrlə hesablayın. _____________________ 
4.  Planda hansı şərti işarə növlərindən istifadə olunmuşdur? _________ 
5.  Hər bir şərti işarəyə aid nümunələr göstərin. _______________________ 
6.  2-ci məntəqənin 1-ciyə nisbətən hansı istiqamətdə yerləşdiyini tapın. 
___________________________ 
7.  1-ci məntəqənin 2-ciyə nisbətən hansı istiqamətdə yerləşdiyini tapın. 
___________________________ 
 
8. Doğru ifadələri müəyyən edin.  
А) Çayın hər iki sahilində çəmənlik var.  
B) Aşağıkənd yolun kənarında yerləşir.  
С) Yarğan planın cənub-şərqindədir. 
 
 


 
148
GÜNDƏLİK PLANLAŞDIRMAYA DAİR NÜMUNƏLƏR 
 
Dərs 2 / Mövzu:
 COĞRAFİ ÜNVANLAR 
 
 
MOTİVASİYA 
Müəllim şagirdlərə belə bir tapşırıq verir:  
– Sinif yoldaşınıza qısa məktub yazın. Onun iki ən yaxşı  cəhətini göstərin. Zərfi 
bağlayın, üstünü yazıb ünvanına göndərin.  
Şagirdlər sinifdə yazdıqları məktubları qısa vaxt ərzində bir-birinə ötürürlər.  
Müəllim suallarla müraciət edir:  
1. Məktubun məzmunu kimin xoşuna gəldi? 
2. Ünvanı göstərmək üçün zərfin üstünə nə yazdınız?  
3. İndiyə kimi siz kiminləsə məktublaşmısınızmı?  
4. Məktubun sizə çatması üçün zərfin üstünə  nə yazılmışdı? Özünüz məktub 
göndərərkən zərfin üstündə nə yazırsınız?  
5. Siz öz ünvanınızı və poçt indeksinizi bilirsinizmi? 
6. Dünyada olan bütün binaların ünvanı varmı? Bütövlükdə bir şəhərin və ya 
istənilən coğrafi obyektin (göl, dağ və s.) “ünvanını” təyin etmək olarmı?  
 
Tədqiqat sualı: 
Şəhərin ünvanını necə təyin etmək olar? 
 
TƏDQİQATIN APARILMASI  
Tədqiqat iki mərhələdə aparılır.  
1-ci mərhələ: dərsliyin “Fəaliyyət” bölümündə verilmiş tapşırıq yerinə yetirilir. 
Şagirdlər dərslikdə verilmiş 2 şəkli müqayisə edir və  nəticəyə gəlirlər: 

 
şəhərdə istənilən binanın ünvanı yerləşdiyi küçənin adına görə təyin olunur; 

 
şəhərlərin ünvanını xəritə üzərində çəkilmiş xətlərə əsasən təyin etmək müm-
kündür. 
2-ci mərhələ:  Yeni məlumatla iş. 
Alt  
STANDARTLAR 
1.3.1 Kartoqrafik təsvirlərdə istifadə olunan elementləri  şərh 
edir.  
3.2.1 Ölkələri müxtəlif əlamətlərinə görə müqayisə edir
 
 
 
 
 
DƏRSİN 
MƏQSƏDİ 
 paralel və meridianların xəritələrdə təyinatını izah edir; 
 
xəritədə ölkələrin yerləşdiyi yarımkürələri müəyyən edir.
 
 
 
İstifadə olunan 
İŞ FORMALARI 
Qruplarla iş. 
 
 
 
İstifadə olunan 
ÜSULLAR 
Müzakirə 
 
 
Fənlərarası 
İNTEQRASİYA 
Riy. – 3.2.3 
 
 
TƏCHİZAT 
Dərslik, qlobus, yarımkürələr xəritəsi, dünyanın siyası 
xəritəsi, kontur xəritə 


 
 
149 
 
 
 
Şagirdlər cütlərlə təlimatdan istifadə edib dərsliyin mətni üzərində işləyirlər. 
 
MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ 
Bir neçə cütün işləri nümayiş etdirilir və siniflə birlikdə müzakirə  təşkil olunur. 
Müzakirə üçün müəllim aşağıdakı suallardan istifadə edə bilər: 
 
1.  Paralel nədir? Paralel ilə nəyi təyin etmək mümkündür? 
2.  Paralelləri xəritə və qlobus üzərində göstərin. 
3.  Yarımkürə nədir? Hansı xətt Yer kürəsini iki yarımkürəyə bölür?  
4.  Xəritə və qlobusda yarımkürələri göstərin. 
5.  Meridian nədir? Başlanğıc (Qrinviç) meridian nədir? Meridianlarla nəyi 
təyin etmək olar? 
6.  Meridianları xəritə və qlobusda  göstərin. 
7.  Şəhərin “ünvanının” təyin olunmasını izah edin. 
8.  Dərslikdəki şəkil və xəritəyə əsasən Bakının hansı paralel və meridian üzə-
rində yerləşdiyini təyin edin. 
 
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ  
“Nə öyrəndiniz” bölümündə verilmiş tapşırıq yerinə yetirilir. Sonra şagirdlərlə 
dərsi ümumiləşdirib aşağıdakı nəticələr çıxarılır.  

  Paralel və meridianlar hər hansı coğrafi obyekt və yaşayış  məntəqəsinin 
mövqeyini  təyin etməyə imkan verir. 

  Hər hansı  şəhərin “ünvanını” təyin etmək üçün onun hansı paralel və 
meridianın kəsişməsində yerləşdiyini bilmək tələb olunur.  
Dərsin əvvəlində irəli sürülən fərziyyələr xatırlanır və onlar şagirdlərin fəal iştirakı 
ilə qazanılmış biliklərlə müqayisə edilir. 
 
YARADICI TƏTBİQETMƏ  
Dərslikdə “Öyrəndiklərinizi tətbiq edin” bölümündə verilmiş tapşırığın yerinə 
yetirilməsi oyun şəklində təşkil olunur.  
OyunHansı yarımkürədə yerləşir?  
Mətnlə iş alqoritmi 
1. Birinci abzası oxuyun.  
2. Dəftərə sizin üçün yeni olan  terminləri və onların izahını yazın; məsələn, 
paralel və meridianlar xəritə üzərində çəkilmiş xətlərdir.  
3. Yazdığınız izahı yoldaşınızın yazdığı ilə müqayisə edin. Onlar oxşardırlar-
mı? Əgər fərqlidirsə, hansının daha dəqiq və aydın olduğuna qərar verin. 
4. Fiziki xəritədə oxuduğunuz abzasda yazılan hər hansı elementi tapın. 
5. Həmin elementi kontur xəritədə qeyd edin. 
6. Növbəti abzası oxuyun və tapşırıqları təkrar edin. 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə