Microsoft Word Geo-6 mv az-capa doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə40/47
tarix02.01.2018
ölçüsü3,58 Kb.
#19168
növüDərslik
1   ...   36   37   38   39   40   41   42   43   ...   47

 
 
125 
 
 
 
 
 
 
TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: 
4 saat 
 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ: 
 
 
    1 saat
 
TƏDRİS VAHİDİ –
7
YER — GÜNƏŞ SİSTEMİNDƏ 
 
 
1.2.1. Kainatdakı səma cisimlərinin hərəkətini fərqləndirir. 
1.2.2. Yerin öz oxu və Günəş ətrafında hərəkətini təsvir edir və onun 
coğrafi nəticələrini təqdim edir. 
 


 
126
Dərs 41  / Mövzu:
 
YERİN KOSMİK ÜNVANI 
 
 
 
 
Şagirdlər aşağı sinif «Həyat bilgisi» fənnindən bu mövzu ilə bağlı  bəzi bilik və 
bacarıqlar almışlar. Müxtəlif suallarla şagirdləri Yer kürəsinin Günəş sisteminə, 
Günəş sisteminin bir çox ulduz sistemindən ibarət olan Qalaktikaya daxil olması, 
Qalaktikanın isə Kainatın kiçik bir hissəsi olması fikrinə yönəltmək faydalı olardı.   
   Şagirdlərin tədris fəaliyyətini motivləşdirmək və mövzuya marağı artırmaq 
üçün dərslikdə verilən tapşırığı yerinə yetirmək və sualı müzakirə etmək məqsədə-
uyğundur. Sinfin maddi-texniki bazası imkan verərsə, şagirdlərə Kainat və Günəş 
sistemi barədə videoçarx nümayiş etmək olar. Bu məqsəd üçün kosmosda Yer 
ətrafında orbit üzrə hərəkət edən avtomatik rəsədxana olan “Habbl” haqqında mə-
lumat vermək daha məqsədəuyğundur. Bunun üçün aşağıdakı internet resurslardan 
istifadə etmək olar:  
http://www.youtube.com/watch?v=IPiF4FYuhZY
 
http://www.youtube.com/watch?v=nVag3LHUhvA&list=PL063A7347451079CE
 
 
 Təklif olunan fəaliyyət əsas əlamətləri aşkara çıxarmaq və onun əsasında qrup-
laşdırmaq bacarığının formalaşmasına imkan yaradır. İşi cütlüklərdə yerinə 
yetirmək daha əhəmiyyətlidir. Günəş sisteminin planetlərini aşağıdakı meyarlara 
görə qruplaşdırmaq olar: 

  Ölçülərinə 

  Günəşdən olan məsafəyə 

  Yerə görə yerləşməsinə 

  Səthi üzərində orta temperatura görə 

  Günəş ətrafında dövretmə müddətinə.  
 
Yeni materialların mənimsənilməsi üçün şagirdlərə “İnsert” üsulundan istifadə 
etmək məqsədəuyğundur. Bunun üçün şagirdlər kağızdan nazik zolaq kəsib kitabın 
Alt 
STANDARTLAR
1.2.1. Kainatdakı səma cisimlərinin hərəkətini fərqləndirir. 
 
 
Dərsin 
MƏQSƏDİ 
 Günəş sisteminin planetlərini sadalayır; 
 Kainatda Yerin mövqeyini şərh edir; 
 planetləri müxtəlif meyarlara qörə qruplaşdırır; 
 göy cisimlərinin hərəkətini izah edir. 
 


 
 
127 
kənarına qoyurlar. Mətni oxuduqca uyğun qeydlər edilir və sonradan onun müzaki-
rəsi təşkil oluna bilər. 
Dərsin bu mərhələsində planetlərin oxşar və  fərqli cəhətlərini göstərməklə müqa-
yisə etmək səmərəli ola bilər. Müqayisəni “Fəaliyyət” tapşırığını yerinə yetirərkən 
tərtib olunan planetlərin qruplaşdırılması siyahısı üzrə aparmaq olar. 
Texniki imkanı olan siniflərdə  dərsin izahı videomaterial nümayişi ilə müşayiət 
edilə bilər. Bu zaman fəal dinləmə üsulundan istifadəı tövsiyə olunur: müəllim 
qabaqcadan videomaterialın süjetinə  və  dərsin məqsədlərinə uyğun suallar tərtib 
edir və paylayır. Baxışdan sonra suallar ətrafında müzakirə  təşkil olunur. Bunu 
videomateriala baxış zamanı da yerinə yetirmək olar. Baxışa fasilə verilir və uyğun 
sual müzakirə edilir.  
Şagirdlərin yaş xüsusiyyətlərini nəzərə alaraq asteroidlər haqqında məlumatların 
müzakirəsi zamanı  qədim yunan miflərinə, yaxud “Faeton əfsanəsi”nə müraciət 
etmək faydalı olardı. 
 Öyrəndiklərinizi tətbiq edin. 
Verilən suala cavab verərək şagirdlərin dərsdə mənimsənilən materiallardan istifa-
də etməklə öz baxışlarını təsdiqləmələri vacibdir.   
 Nə öyrəndiniz  
Yer kürəsi başqa  planerlər  ilə  Günəş sisteminin tərkibindədir. 
Yerin Günəş ətrafında hərəkət etdiyi xəttə orbit deyilir. Ulduzlar və planetlər qa-
laktikalar əmələ gətirir. 
 
Öyrəndiklərinizi yoxlayın  
1.  Mars, Saturn, Yupiter 
2.  Şagirdlər təklif olunan sualların cavabını mətndə verilən cədvəli təhlil 
edərək tapmalıdırlar. 
3.  Merkuri Günəşə ən yaxın planetdir. Yupiter ən böyük planetdir. Neptunun 
Günəş ətrafında dövretmə müddəti daha çoxdur.  
Dərsdən sonra    
Şagirdlərə Günəş sisteminin maketini yaratmaq təklif etmək olar. Bu, şagirdlərin 
fərdi layihəsi, yaxud qrup fəaliyyəti ola bilər. Bunun üçün 
http://www.youtube.com/watch?v=bOaUDPsG2Qo
 resursundan istifadə etmək 
olar. 
           
           
 
Qiymətləndirmə meyarları: 
  Sadalama 
  Şərhetmə 
  Qruplaşdırma 
  İzahetmə 


 
128
Zəif Orta 
Yüksək 
Günəş sisteminin planetlərini 
sadalaya bilmir. 
Günəş sisteminin planetləri-
nin bir qismini  sadalayır. 
Günəş sisteminin planetlərini 
tam sadalayır. 
Kainatda Yerin mövqeyini 
şərh edə bilmir. 
Kainatda Yerin mövqeyini 
əsasən şərh edir. 
Kainatda Yerin mövqeyini 
düzgün şərh edir. 
Planetləri müxtəlif meyarlara 
qörə qruplaşdırmaqda çətinlik 
çəkir.  
Planetləri müxtəlif meyarlara 
qörə qruplaşdırarkən kiçik 
qeyri-dəqiqliyə yol verir. 
Planetləri müxtəlif meyarlara 
qörə düzgün qruplaşdırır. 
Göy cisimlərinin hərəkətini 
izah edərkən tez-tez səhvlərə 
yol verir.  
Göy cisimlərinin hərəkətini 
əsasən izah edir. 
Göy cisimlərinin hərəkətini 
ətraflı izah edir. 
 
Dərs 42  / Mövzu:
 
АY
 
 
 
 
 Dərsin motivasiyasını  dərslikdə verilmiş sualın müzakirəsi  əsasında aparmaq  
olar. “Şaxələndirmə” üsulu ilə Ay haqqında şagirdlərin aşağı siniflərdə aldıqları bi-
likləri aktivləşdirmək faydalı olardı.  
 Bu fəaliyyət şagirdlərdə Ay fazaları və onların hərəkəti ilə əlaqəsi haqda ümu-
mi təsəvvürlərin yaranmasına yönəldilmişdir.  
Müəllim üçün əlavə məlumat: 
                
 
 
           
 
Alt 
STANDARTLAR
1.2.1. Kainatdakı səma cisimlərinin hərəkətini fərqləndirir. 
 
 
 
Dərsin 
MƏQSƏDİ 
 Ayın Yer ətrafında hərəkətini şərh edir; 
 Ayın Yer kürəsində baş verən proseslərə təsirini izah edir. 
 
 
Ay Yer ətrafında dövr edərkən  
Günəş tərəfindən işıqlanır.  
1 – təzə ay, 3 – birinci rüb, 5 – mehtab, 
7 – sonuncu rüb. 
 
Ayın görünüşünün dəyişmə ardıcıllığı 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə