Microsoft Word Geo-6 mv az-capa doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə36/47
tarix02.01.2018
ölçüsü3,58 Kb.
#19168
növüDərslik
1   ...   32   33   34   35   36   37   38   39   ...   47

 
 
113 
Dərs 35  / Mövzu:
 
CANLI  ALƏM TƏBƏQƏSİ
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqdim olunan tədris vahidi Yerin üzvi aləminə həsr olunub. Şagirdlər onları əhatə 
edən aləm barəsində  ümumi təsəvvürlərə malikdirlər. Bu təsəvvürlər onların şəxsi 
təcrübələri və “Həyat bilgisi” fənnindən qazanılan biliklər əsasında qurulub.  
  
Dərsin motivasiyasını dərslikdə verilmiş mətn və uyğun sual üzərində qurmaq 
olar. Müzakirəni stimullaşdırmaq üçün şagirdlərin yaş  səviyyəsini nəzərə alaraq 
təbiətdə baş verən qeyri-adi hadisələr barədə söhbət aparmaq olar. Motivasiya  
üçün onlara uçan naməlum obyektlər haqqında danışmaq və onların şəkillərini nü-
mayiş etdirmək məqsədəuyğundur. Bu aparatların başqa planetlər tərəfindən Yerə 
göndərilməsi barədə  şagirdlərin  şəxsi mülahizələrini soruşmaq faydalı olardı. Bu 
mövzuda şagirdlərin baxdıqları filmlər və oxuduqları kitablar barəsində də söhbət 
aparmaq məqsədəuyğun olardı. Müəllim müzakirənin nəticəsini bu istiqamətə 
yönəltməlidir ki, insanlar  müntəzəm olaraq kosmosa uçur, bəzi yaxın planetlərə 
uçan aparatlar göndərilir, amma başqa planetlərdə  həyatın mövcudluğunu sübut 
edən dəlillər tapa bilmirlər. 
 
 
Şagirdlərə dərslikdə təqdim olunmuş şəklə diqqətlə baxıb onu müzakirə etmək 
tapşırıla  bilər.  İnsanın yaranmasına qədər Yer üzündə  nələrin baş verdiyi barədə 
şagirdlərin fərziyyələrini soruşmaq səmərəli olardı. Müzakirə zamanı  şagirdlərin 
diqqətini canlı və cansız təbiətin qarşılıqlı əlaqələrinə yönəltmək olar. Üzvi mənşəli 
çökmə süxurların, oksigenin əmələ  gəlməsi, bitkilərin  əhəmiyyəti haqqında sual-
ların cavablandırılması  məqsədəuyğun olardı. Müzakirə nəticəsində şagirdlər bəzi 
nəticələr  əldə edə bilərlər; məsələn, canlı aləm olmasaydı, daş kömür, tabaşir 
olmazdı; atmosferin tərkibi də başqa cür olardı.  İnsan biosferin tərkib hissəsi ol-
duğu üçün, onsuz Yer kürəsində şəhər və kəndlər də olmazdı. 
 
Dərsin izahını “Balıqların, ağacların, quşların, insanların yaşaması üçün ən 
vacib olan amillər hansılardır?” sual ilə başlamaq olar. Alınan cavablar (su, torpaq, 
hava) canlı orqanizmlərin onları  əhatə edən mühitsiz mövcud ola bilmədikləri 
nəticəsinə gəlməyə imkan verir. Buna görə də biosferə başqa təbəqələr də daxildir. 
Alt 
STANDARTLAR
2.1.7. Canlı aləmin müxtəlifliyinin səbəblərini şərh edir. 
 
 
 
Dərsin 
MƏQSƏDİ 
 “biosfer” anlayışını izah edir; 
 təbii kompleksinin komponentlərini sadalayır; 
 insan və biosfer əlaqələrini nümunələr göstərməklə şərh edir.  
 


 
114
Dərslikdə verilmiş  rəsmin təhlili və biosferin sərhədlərinin müəyyən edilməsi 
məqsədəuyğundur.  Şagirdlərin “biosfer” anlayışını  nə  dərəcədə  mənimsədiklərini  
təyin etmək üçün onlara “biosferin sərhədləri niyə  məhz bu hündürlükdən və 
dərinlikdən keçir?” sualı ilə müraciət etmək olar. 
İnsanla biosferin əlaqələrini təhlil etmək tövsiyə olunur. Şagirdlərin diqqətini insanın 
biosferin bir hissəsi olmasına yönəltmək lazımdır.  İnsanın biosferə  və biosferin in-
sana müsbət və mənfi təsirlərini əks etdirən cədvəlin qurulması məqsədəuyğundur. 
 
 
 
 
 
 
    
 
 
 
 
 
 
 
BİOSFER                                                                                                         İNSAN 
 
 
 
 
 
 
 
“Təbii kompleks” anlayışı da əlaqələrin başa düşülməsinə əsaslanır. Şagirdlərə hər 
hansı bir parkın təsvirini çəkmək tapşırıla bilər. Rəsmi dəftərdə çəkmək olar.  
Dərslikdə təqdim olunan rəsmlər üzərində işi şagirdlər cütlüklərlə yerinə yetirə bi-
lər. Onlara rəsmlərin oxşar və fərqli cəhətlərini təyin etmək tapşırıla bilər. İşin nəti-
cəsində şagirdlər kompleksin bir-birilə əlaqəli komponentlərini müəyyən etməlidir.  
Şagirdlərə savanna, çöl, tundra üçün səciyyəvi olan sözləri cədvələ yazmaq  
tapşırıla bilər. Çətinlik çəkəcəkləri halda uyğun suallarla istiqamətləndirməklə  kö-
mək etmək tövsiyə olunur, məsələn: hansı bitkilər üstünlük təşkil edir: otlar, yoxsa 
ağaclar; bitki örtüyü sıxdır, yoxsa seyrəkdir; bataqlıqlar varmı? 
Savanna Çöl  Tundra 
....  
 
 
 Öyrəndiklərinizi tətbiq edin 
 
Təbii komponent 
Təbii  kompleks 
Torpaq + 
 
Meşə  

Savanna  

  Meşələrin qırılması 
  Bitkilərin, heyvanların məhv edilməsi 
  Təbii komplekslərin dəyişilməsi (şəhərlərin 
salınması, yolların çəkilməsi və s.)
 
Mühafizə olunan ərazilərin yaradılması 
 
Meşəsalma 
 
Təbiəti mühafizə qanunlarının qəbul edilməsi 
  Oksigen 
  Qida məhsulları 
  Tikinti materialları 
  Yanacaq  
  İstehsal üçün xammal (parça, geyim, kağız 
istehsalı) 
  Dərman hazırlamaq  üçün xammal 
  Xəstəliklər 
  Zəhərli bitkilər 
  Vəhşi heyvanlar 
 


 
 
115 
Ağac + 
 
Hava + 
 
Süxur + 
 
 Nə öyrəndiniz  
Canlı aləm Yerin biosfer  qatını yaradır. Bitki və canlı aləm ətrafındakı mühitlə 
təbii kompleks yaradır. Onun tərkibinə daxil olan relyef, iqlim, sular komponent 
adlanır. 
Öyrəndiklərinizi yoxlayın. 
1.  İqlim+relyef+üzvi aləm+sular = təbii kompleks  
2.  TK-nın şəkildə görünən komponentləri: relyef, bitki, heyvanat aləmi, torpaq. 
TK-nın şəkildə görünməyən komponentləri: iqlim (hava), su  
Qiymətləndirmə meyarları: 
  İzahetmə  
  Sadalama 
  Şərhetmə 
Zəif Orta 
Yüksək 
“Biosfer” anlayışını izah 
etməkdə çətinlik çəkir.  
“Biosfer” anlayışını müəlli-
min köməyi ilə izah edir. 
“Biosfer” anlayışını düzgün 
izah edir. 
Təbii kompleksin kompo-
nentlərini sadalamaqda çə-
tinlik çəkir. 
 
Təbii kompleksin komponent-
lərinin bir hissəsini sadalayır. 
Təbii kompleksin komponent-
lərini düzgün sadalayır. 
İnsan və biosfer əlaqələrinə 
nümunələr göstərməklə şərh 
etməkdə çətinlik çəkir. 
 
İnsan və biosfer əlaqələrinə 
nümunələr göstərir, amma 
müəllimin köməyi ilə şərh 
edir. 
İnsan və biosfer əlaqələrini 
nümunələr göstərməklə ətraflı 
şərh edir. 
 
Dərs 36  / Mövzu:
 MEŞƏLƏR
 
Alt 
STANDARTLAR
2.1.7. Canlı aləmin müxtəlifliyinin səbəblərini şərh edir. 
2.1.8. Ekskursiyalarda topladığı kolleksiyanı təqdim edir. 
 
 
Dərsin 
MƏQSƏDİ 
 meşələrin Yer üzərində həyatın mövcud olması üçün əhəmiyyətini 
izah edir; 
 meşələrin xarici görünüşünü təsvir edir; 
 ekvatorial, enliyarpaqlı və iynəyarpaqlı meşələri müqayisə edir; 
 xəritədə meşələrin yayılma ərazilərini müəyyən edir
 meşələrin timsalında TK komponentləri arasında  əlaqələri izah 
edir; 
 topladığı müxtəlif kolleksiyaları qruplaşdıraraq təqdim edir. 
 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə