Microsoft Word Geo-6 mv az-capa doc


Motivasiyanı dərslikdəki şəkil və suallar əsasında qurmaq olar



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə37/47
tarix02.01.2018
ölçüsü3,58 Kb.
#19168
növüDərslik
1   ...   33   34   35   36   37   38   39   40   ...   47

 
116
 
 
 
Motivasiyanı dərslikdəki şəkil və suallar əsasında qurmaq olar.  
 Fəaliyyətin bu növü müqayisə bacarıqlarının inkişaf etdirilməsinə yönəlmişdir. 
Şəkildə  təsvir olunmuş üç meşənin müqayisəsində  şagirdlərin diqqətini aşağıdakı 
meyarlara istiqamətləndirmək məqsədəuyğundur: meşələri hansı əlamətlərinə görə 
müqayisə etmək olar – yerləşdiyi əraziyə görə, bitkilərin tərkibinə görə. Yaxşı olar 
ki, şagirdlər enliyarpaq və iynəyarpaqlı meşələrdə ağac növlərinə aid məlumatlarla 
tanış olsunlar. Dərs müddətində  təbii zonaların ümumi cəhətləri müəyyən edilir; 
istilik və rütubətin bitkilərin yaranmasına təsiri aydınlaşdırılır.  
 Yeni materialın öyrənilməsini qruplarla təşkil etmək olar. “Öyrəndiklərinizi tət-
biq edin” blokundakı xəritə-sxem əsasında şagirdlərdə üç nov meşə zonası — tay-
qa, enliyarpaqlı və rütubətli ekvatorial meşələr olması  fikri yaradılır. Hər bir qrup 
işləmək üçün təbii zonanın səciyyəsini vermək və əlavə mənbələrdən istifadəyə aid 
təlimat yazılmış kartoçka alır. Müəyyən edilmiş vaxt ərzində onlar təbii zonaya aid 
materialı öyrənir, yazılı surətdə zonanın səciyyəsini hazırlayır, materialları cədvəl 
şəkilində tərtib edir.   
Təbii zona 
Yayıldığı ərazi Bitkilər Heyvanat 
aləmi 
Ekvatorial meşə 
 
 
 
Enliyarpaqlı meşə   
 
 
İynəyarpaqlı meşə   
 
 
Təqdimatda şagirdlərin xəritə və əyani vəsaitlərdən istifadə etməsi məqsədəuyğun-
dur. Səciyyəvi plan: 
1. Coğrafi mövqe. 
2. Zahiri görünüş. 
3. Bitki və heyvanlar. 
4. İnsanların bu zonadan istifadə imkanları. 
Yaxşı olar ki, plan şagirdlərin istiqamətləndirilmiş və müstəqil diskussiyası nəticə-
sində hazırlansın.  Əldə olunan materialdan “Ziqzaq” üsulundan istifadə edin. Şa-
girdlərin yaradıcı fəallığını artırmaq üçün situasiyalı oyun keçirmək olar: “Təsəv-
vür edin ki, siz aparıcısınız və meşələrə dair reportaj hazırlamalısınız. Reportajın 
adını və süjet xəttini seçin, onu hansı formada təqdim edəcəyinizi müəyyən edin”. 
Qrupların hazırladığı  ən yaxşı reportajlar birləşdirilir və tematik qəzet  şəkilində 
buraxılır.  Şagirdlərə meşə  ağaclarının yarpaqlarından ibarət herbari hazırlamaq 
təklif edilir. Ən yaxşı  və düzgün hazırlanmış herbarinin sərgidə nümayiş etdiril-
məsinin nəzərdə tutulduğu elan olunur. Kolleksiyanı qiymətləndirmək üçün müəl-


 
 
117 
lim metodik vəsaitin 71-ci səhifəsində verilmiş qiymətləndirmə meyarlarından 
istifadə edə bilər. Bu zaman şagirdlərin biologiya dərslərində topladıqları kollek-
siyalardan da istifadə etmək olar.   
 Öyrəndiklərinizi tətbiq edin 
Meşələr Ölkələr 
Rütubətli ekvatorial meşələr Braziliya
Konqo, 
İndoneziya 
Enliyarpaqlı meşələr ABŞ, Avropa ölkələri 
İynəyarpaqlı meşələr Rusiya, 
Kanada 
 Nə öyrəndiniz   
Növ tərkibinə görə rütubətli ekvatorial  meşələr cox zəngindir. Avropa və Şimali 
Amerikada yayılan enliyarpaqlı meşələrdə əsas ağac növləri palıd, vələsfıstıqdır. 
İqlimin  daha kəskin olduğu ərazilərdə yayılmış meşələr isə iynəyarpaqlı adlanır.  
Öyrəndiklərinizi yoxlayın  
Braziliya – mebel üçün möhkəm gövdəli qiymətli ağac növlərinin tədarükü; Rusiya 
– xəzli heyvan fermasını yaratmaq və xəz paltolar istehsal etmək; Kanada – ağca-
qayın meşəsi salmaq və onun şirəsini istehsal etmək.  
Qiymətləndirmə meyarları: 
  İzahetmə  
  Təsviretmə 
  Müqayisəetmə 
  Müəyyənetmə 
 
Zəif Orta 
Yüksək 
Meşələrin Yer üzərində həya-
tın mövcud olması üçün əhə-
miyyətini izah etməkdə 
çətinlik çəkir.  
Meşələrin Yer üzərində həya-
tın mövcud olması üçün əhə-
miyyətini əsasən izah edir. 
Meşələrin Yer üzərində həya-
tın mövcud olması üçün əhə-
miyyətini düzgün izah edir. 
Meşələrin xarici görünüşünü 
təsvir etməkdə çətinlik çəkir.  
Meşələrin xarici görünüşünü 
əsasən təsvir edir. 
Meşələrin xarici görünüşünü 
ətraflı təsvir edir. 
Ekvatorial, enliyarpaqlı və 
iynəyarpaqlı meşələri müqa-
yisə etməkdə çətinlik çəkir.  
Ekvatorial, enliyarpaqlı və 
iynəyarpaqlı meşələri əsasən  
müqayisə edir. 
Ekvatorial, enliyarpaqlı və 
iynəyarpaqlı meşələri düzgün 
müqayisə edir. 
Xəritədə meşələrin yayılma 
ərazilərini müəyyən etməkdə 
çətinlik çəkir. 
Xəritədə meşələrin yayılma 
ərazilərini əsasən müəyyən 
edir. 
Xəritədə meşələrin yayılma 
ərazilərini düzgün müəyyən 
edir. 
Meşələrin nümunəsində TK-
nın komponentləri arasında 
əlaqələri  izah etməkdə çətin-
lik çəkir.  
Meşələrin nümunəsində TK-
nın komponentləri arasında 
əlaqələri müəllimin köməyi 
ilə  izah edir. 
Meşələrin nümunəsində TK-
nın komponentləri arasında 
əlaqələri düzgün izah edir. 
 


 
118
Dərs 37  / Mövzu:
 
SƏHRALAR 
 
 
 
 Motivasiyanı dərslik mətnində verilmiş şəkil və suallar əsasında  qurmaq olar. 
Arktik və tropik səhraların müqayisəsinin Venn diaqramına görə verilməsi məqsə-
dəuyğundur. Motivasiyada aşağıdakı ünvandan istifadə etməklə videomateriala 
baxmaq da olar:  http://www.youtube.com/watch?v=q9uUM7RH5Gc  
Mövzuya aid klaster qurmaq şagirdləri aktivləşdirmək üçün faydalı olardı.  
 Tapşırığı cütlərlə yerinə yetirmək və nəticələrini ümumiləşdirmək məqsədəuyğundur.   
Yeni materialın mənimsənilməsi prosesini mətnlə iş, xəritə-sxemlərin və şəkillə-
rin təhlili ilə qurmaq olar. Şagirdlərə mətni sərbəst oxumağı, yaxud İNSERT cəd-
vəlinin doldurulmasını  təklif etmək olar. Şagirdlərin diqqətini xəritə üzərində  işə 
cəlb etməklə kontur xəritə üzərində  səhraların qeyd edilməsi tapşırığını vermək 
olar. Səhraların təsərrüfat cəhətdən mənimsənilməsi barədə məlumat verərkən əsas 
diqqəti insanların və digər canlı orqanizmlərin  şəraitə uyğunlaşmasına yönəltmək 
lazımdır. Dərsi şagirdlərin təqdimatları əsasında da keçirmək olar. Ona görə də si-
nifdə şagirdləri əvvəlcədən qruplara ayırmaq, onlara tropik və  arktik səhraya aid 
“Məşhur səyyahlar” haqqında təqdimata analoji olan bir təqdimat hazırlamağı tap-
şırmaq olar. Şagirdlərə slaydlar barədə aşağıdakı tövsiyələri vermək olar: 
1- ci slayd: giriş (təbii zonanın səciyyəsi, təqdimatın adı, müəlliflər); 
2- ci slayd: fotomaterial, şəkillər, təbii zonaya aid əyani vəsaitlər; 
3-cü slayd: xəritə üzərində təbii zonanın göstərilməsi; 
4-cü slayd: təbii zonanın iqlim xüsusiyyəti; 
5-ci slayd: bitki və heyvanlar aləmi
6-cı slayd: təsərrüfat əhəmiyyəti; 
7-ci slayd: şairlərin, rəssamların yaradıcılığında təbii zonaların əsas xüsusiyyətləri; 
8-ci slayd: mən təbii zonanı necə təsəvvür edirəm, şəxsi mülahizələrim (1–2 cümlə 
ilə, yaxud mövzuya aid didaktik sinkveyn – beşlik).  
Nəzərə almaq lazımdır ki, dərsin məqsədi təbii zonanın ətraflı səciyyəsini vermək  
deyil, konkret nümunə əsasında  qanunauyğunluğu başa düşməkdir.   
Alt 
STANDARTLAR
2.1.7. Canlı aləmin müxtəlifliyinin səbəblərini şərh edir. 
 
 
 
Dərsin 
MƏQSƏDİ 
 səhraların əlamətlərini şərh edir; 
 dünya xəritəsində isti və soyuq səhraları göstərir; 
 səhranın nümunəsində təbii kompleksin komponentləri arasında 
əlaqəni izah edir. 
 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə