105
Nə öyrəndiniz
Quru sularının əmələ gəlməsi suyun böyük dövranı ilə əlaqədar yaranır. Okean
səthindən buxarlanan su atmosferdən birbaşa okeana qayıdarsa, bu, suyun kiçik
dövranı adlanır.
Öyrəndiklərinizi yoxlayın
1. Suyun kiçik dövranı okean – atmosfer – okean həlqələrindən ibarətdir.
Su canlı orqanizmlərin tərkibinin bir hissəsidir.
Su relyef əmələgəlmədə iştirak edir.
Su təbiətdə üç halda olur.
Qiymətləndirmə meyarları:
İzahetmə
Sxem tərtibetmə
Zəif Orta
Yüksək
Suyun dövranının ayrı-ayrı
hissələrinin əlaqəsini, suyun
dövranı zamanı baş verən
prosesləri izah etməkdə
çətinlik çəkir.
Suyun dövranı zamanı baş
verən prosesləri söyləyir və
suyun dövranının ayrı-ayrı
hissələrinin əlaqəsini qismən
izah edir.
Suyun dövranının ayrı-ayrı
hissələrinin əlaqəsini, suyun
dövranı zamanı baş verən
prosesləri ətraflı izah edir.
Suyun dövranı sxemini tərtib
etməkdə çətinlik çəkir.
Suyun dövranı sxemini
əsasən tərtib edir.
Suyun dövranı sxemini
düzgün tərtib edir.
Dərs 32 / Mövzu:
ÇAYLAR
Şagirdlər “Həyat bilgisi” fənnindən “çay” anlayışı haqqında bəzi təsəvvürlərə ma-
likdir. 6-cı sinifdə isə şagirdlər çayın elementləri ilə tanış olacaq, onları xəritədə
göstərmək, coğrafi mövqeyini müəyyən etmək bacarıqlarına yiyələnəcəklər.
Alt
STANDART
2.1.5. Yer səthində suyun paylanmasını şərh edir.
Dərsin
MƏQSƏDİ
çayın əsas elementlərini şərh edir;
çayların adlarını sadalayır və onları xəritə üzərində göstərir;
çayların coğrafi mövqeyini müəyyən edir;
kontur xəritədə çayları qeyd edir.
106
Motivasiyanı dərslikdə təklif olunmuş materialdan istifadə edərək keçirmək
olar. Texniki imkanları olan siniflərdə iri çay sistemləri haqqında videomaterial
nümayiş etdirmək faydalı olardı.
Bu fəaliyyət növünü şagirdlər cütlərdə yerinə yetirə bilər. Lakin əvvəlcədən
bütün siniflə birlikdə çayların təxmini müqayisə planını hazırlamaq məqsədəuy-
ğundur:
1. Çayın adı.
2. Çayın uzunluğu.
3. Çayın yerləşməsi.
4. Mənbə və mənsəb.
5. Hansı ərazidən axır (dağlıq, düzənlik).
6. Çayın qidalanması (çay üçün su mənbəyi nədir?).
7. Çayın təsərrüfat əhəmiyyəti.
“Mənbə”, “mənsəb”, “qol”, “çay vadisi”, “çay sistemi” anlayışlarını dərsliyin
illüstrasiyalı materiallarından istifadə edərək formalaşdırmaq daha səmərəlidir. Dü-
zənlik və dağ çaylarının müqayisəsini cədvəli doldurarkən yerinə yetirmək olar.
Nəyi müqayisə edirik
Düzənlik çayları Dağ çayları
1. Axın sürəti kiçik böyük
2. Vadinin eni və dərinliyi geniş və dayaz
dar və dərin
3. Mənbəyin mənsəbdən
hündür olması
kiçik böyük
4. Məcranın əyri, yaxud
düz olması
əyridir
düzdür
Çayın xüsusiyyətlərini şərh etmək bacarığını, “Öyrəndiklərinizi yoxlayın” bölü-
mündə Amazon çayının şərhi üçün təklif olunan plandan istifadə edərək formalaş-
dırmaq yaxşı olardı.
Dərsdə “Çaya su haradan gəlir?” sualını müzakirə edərkən “çayın qidalanması”
anlayışı formalaşır. Bu mövzunun daha dərindən açıqlanması yuxarı siniflərdə
olacaq. Lakin artıq 6-cı sinifdə şagirdlər çayların qidalanmasının ərazinin iqlim
xüsusiyyətindən asılı olduğunu anlamalıdırlar.
Öyrəndiklərinizi tətbiq edin
Çayın adı Kür
Sırdərya Nil
Konqo Parana
Mənbəyi Anadolu Tyan-Şan,
Viktoriya
gölü
Şərqi Afrika
yaylası
Braziliya
yaylası
Mənsəbi
Xəzər dənizi Aral
gölü Aralıq
dənizi
Atlantik
okean
Atlantik
okean
Çayın qolu
Araz
Ağ Nil
Ubangi
Hansı ölkələr-
dən keçir
Türkiyə,
Gürcüstan,
Azərbaycan
Qazaxıstan,
Qırğızıstan
Sudan,
Misir
Konqo Braziliya,
Argentina
Nə öyrəndiniz
Çay açdığı dərə boyunca axan sudur. Onun başladığı yer mənbə, töküldüyü yer
isə mənsəb adlanır. Çay qolları ilə birgə çay sistemi yaradır. Çaylarda suyun sə-
107
viyyəsi onun qidalanma mənbəyindən asılıdır. Çaylar sağ və sol sahillərdən
qollar qəbul edə bilir.
Öyrəndiklərinizi yoxlayın
1. a – Cənubi Amerika, Braziliya; b – And, Atlantik okean; c – Şərq; d – sağ
qol: Madeyra, sol qol: Riu-Neqru.
2. A-3, B-4, C-1, D-2, E-5.
Qiymətləndirmə meyarları:
Şərhetmə
Xəritə üzərində göstərmə
Müəyyənetmə
Kontur xəritədə qeydetmə
Zəif Orta
Yüksək
Mövzunun əsas anlayışlarını
şərh etməkdə çətinlik çəkir.
Mövzunun əsas anlayışlarını
qismən şərh edir.
Mövzunun əsas anlayışlarını
ətraflı şərh edir.
Xəritə üzərində çayların ad-
larını sadalamaqda və göstər-
məkdə çətinlik çəkir.
Xəritə üzərində çayların
adlarını qismən sadalayır və
köməkliklə göstərir.
Xəritə üzərində çayların
adlarını düzgün sadalayır və
dəqiq göstərir.
Çayların coğrafi mövqeyini
müəyyən etməkdə çətinlik
çəkir.
Çayların coğrafi mövqeyini
əsasən müəyyən edir.
Çayların coğrafi mövqeyini
dəqiq müəyyən edir.
Kontur xəritədə çayları qeyd
etməkdə çətinlik çəkir.
Kontur xəritədə çayları
köməkliklə qeyd edir.
Kontur xəritədə çayları dəqiq
qeyd edir.
Dərs 33 / Mövzu:
GÖLLƏR
Motivasiyanı bu dərslikdə verilmiş sualın müzakirəsi ilə təşkil etmək olar. Tex-
niki imkanı olan siniflərdə dünya gölləri haqda qısa videomaterial nümayiş
etdirmək məqsədəuyğundur.
Bu tapşırığı şagirdlər cütlükdə yerinə yetirə bilər. Müqayisədən əvvəl şagirdlər-
lə təqribi müqayisə planının işlənilməsi faydalı olardı. Çayları müqayisə etmək təc-
Alt
STANDART
2.1.5. Yer səthində suyun paylanmasını şərh edir.
Dərsin
MƏQSƏDİ
“göl” anlayışını şərh edir;
xəritədə gölləri göstərir.
Dostları ilə paylaş: |