Microsoft Word Geo-6 mv az-capa doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə30/47
tarix02.01.2018
ölçüsü3,58 Kb.
#19168
növüDərslik
1   ...   26   27   28   29   30   31   32   33   ...   47

 
 
91
 
 
 Müəllim mövzuya başlamaq və şagirdləri aktivləşdirmək üçün mətn üzrə iş 
təşkil edə bilər. Mətndən sonra şagirdlərə verilən sual müzakirə olunarkən “orta 
temperatur” anlayışından istifadə oluna bilər. 
 
 Verilən tapşırığın məqsədi şagirdlərin riyaziyyat fənnindən keçdikləri orta ədə-
din təyin edilməsi bacarıqlarını yada salmaqdır. Bu fəaliyyət nəticəsində şagirdlər 
orta temperaturu asanlıqla hesablaya bilirlər. 
 Yeni  materialın izahına  şagirdlərin  əvvəlki dərslərdə  tərtib etdikləri gündəlik 
müşahidə  cədvəlinə aid suallar verməklə başlamaq olar. Məsələn, gün ərzində 
havanın  ən yüksək və  ən aşağı temperaturunun nə vaxt müşahidə olunduğunu 
soruşmaq olar. Dərsdə “iqlim” və “hava” anlayışlarını fərqləndirmək üçün cədvəl, 
sxem və ya Venn diaqramından istifadə etmək məqsədəuyğundur.  
 
İqlim və havanın müqayisəsi 
Oxşar cəhətlər
 
Ümumi göstərici: temperatur, yağıntı. İnsana təsiri. Konkret ərazidə yayılmışdır.
 
 
Fərqli cəhətlər 
Hava Hər dəfə müxtəlif göstəricilər olur.  Çox dəyişkəndir. 
İqlim 
Orta çoxillik temperatur. 
Əsasən dayanıqlıdır. 
"İqlim xəritəsi" anlayışının izahını onun təhlili ilə aparmaq daha faydalıdır. Bu 
dərsdə  şagirdlər Azərbaycanın iqlim xəritəsini oxumağı öyrənməli, hər hansı 
ərazidə, məsələn, Abşeron yarımadasında və ya Kür-Araz ovalığında temperatur və 
yağıntının miqdarına aid məlumat əldə etməyi bacarmalıdır. 
 Öyrəndiklərinizi tətbiq edin 
Tapşırığın həllində əsas məqsəd odur ki, şagirdlər mətnlərin hansının iqlimə, han-
sının isə havaya aid olduğunu öyrəndikləri məlumatlar  əsasında müəyyən etmə-
lidirlər; məsələn: gün ərzində havanın temperaturu dəyişir, iqlim isə ilboyu dəyişir. 
Tapşırığın cütlərlə yerinə yetirilməsi məqsədəuyğundur. 
 Nə öyrəndiniz  
Meteoroloji stansiyalarda toplanan məlumatlar hava haqqında  proqnoz verməyə 
imkan verir. Günboyu müşahidə olunan hava elementləri xəritələrdə  təsvir edilir. 
Havanın çoxillik müşahidələri əsasında tərtib olunan xəritələr iqlim xəritələridir. 


 
92
Öyrəndiklərinizi yoxlayın 
Cavab: (10+12+20+24+20+16+14+12):8=16
0

Qiymətləndirmə meyarları: 
  Təyinetmə 
  Fərqləndirmə 
  İzahetmə 
Zəif Orta 
Yüksək 
Havanın orta sutkalıq tempe-
raturunu təyin etməkdə çətin-
lik çəkir.  
Havanın orta sutkalıq tempe-
raturunu köməkliklə təyin 
edir. 
Havanın orta sutkalıq tempe-
raturunu düzgün təyin edir. 
“Hava” və “iqlim” anlayışla-
rını səhv salır. 
“Hava” və “iqlim” anlayış-
larını  ayrılıqda əsasən izah 
edir.  
“Hava” və “iqlim” anla-
yışlarını ətraflı izah edir. 
 
 
Dərs 25 / Mövzu:
 HAVA AXINI – KÜLƏK 
 
 
 
 Мotivasiyanı müəllim dərslikdə verilmiş rəsm  və sual əsasında qura bilər. 
Şagirdlərə “Günəş və külək” nağılını danışmaq olar.  
“Bir dəfə Günəş  və  şimal küləyi hansımız daha güclüyük deyə mübahisə edirdi. 
Xeyli mübahisədən sonra öz güclərini yoxlamaq qərarına gəldilər. Bu vaxt əynində 
pencək, başında papaq olan bir adam yolla gedirdi. Günəş və külək mərc gəldilər: 
kim bu adamın papağını  və pencəyini  əynindən çıxara bilsə, deməli, o daha 
güclüdür. Püşk atdılar və birinci cəhd küləyə düşdü. Külək  əsdikcə  əsdi. Külək 
gücləndikcə adam papaq və pencəyindən daha da bərk tuturdu. Külək fırtınaya 
çevrildi. Yolçunu ora-bura çırpdı, xeyri olmadı... O, pencəyini və papağını itir-
məmək üçün var gücü ilə mübarizə aparırdı. Külək sakitləşib dayandı.  
Alt 
 STANDART 
2.1.3. Yerin hava qatını şərh edir; 
 
 
Dərsin 
MƏQSƏDİ 
 küləyin yaranmasını izah edir;  
 briz və mussonu  müqayisə edir; 
 
yerli küləkləri xarakterizə edir.
 
 


 
 
93
Növbə Günəşə çatdı. O, bir az görünəndə adam papağını çıxartdı. Bir az da istili-
yini artıranda pencəyinin düymələrini açdı. Günəş bir az da qızanda adam pen-
cəyini də çıxartdı. Bunu görən külək uduzduğunu etiraf etdi.  
Şagirdlərə küləklə bağlı müxtəlif suallar vermək olar; məsələn, külək hansı isti-
qamətdə əsir, respublikamızın mövqeyi küləyə təsir edirmi və s.  
 
Tapşırığı cütlərlə yerinə yetirmək olar və müzakirələr nəticəsində lövhədə 
cədvəli tamamlamaq olar.   
Küləklərin ziyanı 
Küləklərin xeyri 
 
Güclü külək tikililəri dağıdır. 
Enerji almaq üçün istifadə olunur. 
Toz-torpaq qaldırır. Havanı təmizləyir. 
 Yeni materialın izahı dərslikdə verilmiş sxemlərin təhlili əsasında aparıla bilər.  
Öyrəndiklərinizi tətbiq edin 
Yeni mövzunun öyrənilməsində qrup və ya cütlər formasında, Venn diaqramında 
və ya cədvəldən istifadə etməklə briz və mussonun oxşar və fərqli cəhətlərini qeyd 
etmək olar.  
Fərqli 
Oxşar 
Briz Musson 
Dəniz, çay, göl 
sahilində yaranır 
Materik və okean 
sahilində yaranır 
İstiqamətini sutkada iki 
dəfə dəyişir 
İstiqamətini ildə iki 
dəfə dəyişir 
Bu küləklər quru və su 
səthinin sərhədlərində 
yaranır. İstiqamətini iki 
dəfə dəyişir 
İqlimə praktiki olaraq 
təsir etmir 
İqlimə güclü təsir edir 
 
"Tornado", "qasırğa", "tufan" anlayışları şagirdlərə aşağı siniflərdə “Həyat bilgisi” 
kursundan məlumdur. Ona görə  də  şagirdlərə bu hadisələr və onların baş verdiyi 
ərazilərə dair videoçarx nümayiş etdirmək olar.   
İnternet resurslar:  
http://www.youtube.com/watch?v=pGLEwz3Ng3o 
http://www.youtube.com/watch?v=X-psqn73mM4 
 Nə öyrəndiniz  
Külək insanların həyatında mühüm rola malikdir. Xüsusilə  dəniz sahilində 
gündüzlər dənizdən quruya doğru əsən  brizlər  axşamlar əksinə əsir. İstiqamətini 
dəyişən küləklər böyük su və quru sahəsi arasında olduqda bu, musson adlanır. 
Bəzən küləklər dağıdıcılığı ilə  fərqlənir. Sakit okean sahilində belə küləklər 
tayfun, Meksika sahilində isə qasırğa adlandırılır. Şimali Amerika üçün səciyyəvi 
olan tornado küləkləri isti və soyuq havanın yerdəyişməsindən yaranır. 
Öyrəndiklərinizi yoxlayın 
İsti hava qalxır
Soyuq hava enir. 
Havanın üfüqi hərəkəti külək adlanır. 
Sutka ərzində istiqamətini iki dəfə dəyişən külək briz adlanır. 
İl ərzində istiqamətini iki dəfə dəyişən külək musson adlanır. 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə