Microsoft Word Geo-6 mv az-capa doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə42/47
tarix02.01.2018
ölçüsü3,58 Kb.
#19168
növüDərslik
1   ...   39   40   41   42   43   44   45   46   47

 
132
Qiymətləndirmə meyarları: 
  İzahetmə  
  Şərhetmə 
 
Zəif Orta 
Yüksək 
Gecə və gündüzün dəyişməsi-
ni Yerin öz oxu ətrafında fır-
lanmasının nəticəsi kimi çə-
tinliklə izah edir. 
Yerin öz oxu ətrafında fırlan-
masını  şərh edir, amma gecə 
və gündüzün dəyişməsinin 
səbəbini izah edərkən kiçik 
qeyri-dəqiqliyə yol verir.  
Gecə və gündüzün dəyişməsi-
ni Yerin öz oxu ətrafında fır-
lanmasının nəticəsi kimi izah 
edir. 
Təbiətdə gündəlik ritmik ha-
disələrə nümunələr göstər-
məkdə və şərh etməkdə çətin-
lik çəkir.  
Təbiətdə gündəlik ritmik ha-
disələrə nümunələr göstərir
amma  şərh edərkən qeyri-
dəqiqliyə yol verir.  
 
Təbiətdəki gündəlik ritmik 
hadisələri nümunələrlə düz-
gün şərh edir.  
 
 
 
Dərs 44  / Mövzu:
 
FƏSİLLƏRİN DƏYİŞMƏSİ
 
 
 
 
 Motivasiyanı dərslikdə verilmiş mətnin və sualın müzakirəsi əsasında keçirmək 
olar. 
 Şagirdlər “Atmosfer” bölməsində havanın temperaturunun günəş  şüalarının 
düşmə bucağından asılı olması haqda məlumatı artıq mənimsəmişlər. Tapşırığı 
yerinə yetirərkən  şagirdlərə günəş  şüalarının Yer səthinin müxtəlif hissələrinə 
fərqli bucaqlar altında düşdüyünü xatırlatmaq faydalı olardı. Belə ki, günəş şüaları 
ekvatora böyük, qütblərə isə kiçik bucaqlar altında düşür. Təlim nəticələri yüksək 
olan  şagirdlərə tapşırığın ikinci hissəsini də vermək olar. Onlara dünyanın siyasi 
xəritəsində daha çox günəş istisi alan ölkələri müəyyən etmək tapşırıla bilər.   
Alt 
STANDARTLAR
1.2.1. Kainatdakı səma cisimlərinin hərəkətini fərqləndirir. 
1.2.2. Yerin öz oxu və Günəş ətrafında hərəkətini təsvir edir və 
onun coğrafi nəticələrini təqdim edir. 
 
 
Dərsin 
MƏQSƏDİ 
 fəsillərin dəyişməsini izah edir; 
 
təbiətdə illik ritmlərə nümunələr göstərməklə şərh edir. 
 
 


 
 
133 
Yerin orbital hərəkəti və onun coğrafi nəticələri səbəb-nəticə  əlaqələri kon-
tekstində izah oluna bilər.  İzah etmək vacibdir ki, Yer səthi müxtəlif  ərazilərdə 
fərqli miqdarda Günəş istiliyi alır və il ərzində mövsümün dəyişməsi kompleks 
səbəblər nəticəsində baş verir.   
 
 
 
 
 
 
 
 
 
 
Yaxşı olardı ki, şagirdlərin fikri bir daha Yerin fırlanması, günəş şüalarının düşmə 
bucağı, temperatur və ilin fəsilləri arasındakı qarşılıqlı əlaqəyə yönəldilsin. 
Materialın mənimsənilməsini mətndə verilmiş şəklin təhlili əsasında qurmaq olar.  
Yerdə 22 iyun, 23 sentyabr, 22 dekabr və 21 martda nə baş verdiyini müəyyən 
etməklə  şagirdlər mürəkkəb materialı daha yaxşı  mənimsəməyə imkan verən 
cədvəli doldura bilərlər.  
Təqvim vaxtı  
Ölkəmizdə 
hansı fəsildir  
Bu gün necə adlanır  
22 iyun 
yay 
yay gündönümü  
23 sentyabr 
payız payız gecə-gündüz  bərabərliyi  
22 dekabr  
qış 
qış gündönümü  
21 mart 
yaz 
yaz gecə-gündüz  bərabərliyi 
 
Yerin orbital hərəkətini daha yaxşı təsəvvür etmək üçün əyani vasitələr və video-
materiallardan istifadə etmək məqsədəuyğundur.   
 Öyrəndiklərinizi tətbiq edin  
Qış Yaz Yay Payız 
Ölkələr 
dekabr iyun mart sentyabr dekabr iyun mart sentyabr 
Kanada  +  +     +   + 
Rusiya  +  +     +   + 
Argentina  +   +  +  +   
İtaliya  +  +     +   + 
Avstraliya  +   +  +  +   
Böyük 
Britaniya 
+  +     +   + 
 
SƏBƏB 
 
 Yerin orbit üzrə hərəkəti.    
 Yerin fırlanma oxunun 
orbit müstəvisinə dəyiş-
məz bucaq altında meyil 
etməsi.
NƏTİCƏ 
 
 
Fəsillərin dəyişməsi
  
 
 


 
134
 Nə öyrəndiniz  
Yer kürəsinin Günəş ətrafında fırlanması nəticəsində fəsillər yaranır. 22 iyun yay 
gündönümü, 22 dekabr isə  qış gündönümü adlanır. 21 mart və 23 sentyabr isə 
müvafiq olaraq yaz və payız gecə-gündüz bərabərliyi adlanır. 
Öyrəndiklərinizi yoxlayın 
А) Yerin Günəş ətrafında fırlanması nəticəsində fəsillər yaranır. 
B) Günəş qütb ətrafında ilin yarısında görünmür. 
C) Yay gündönümündə  Şimal yarımkürəsi Günəşdən daha çox işıq və istilik alır. 
Qiymətləndirmə meyarları: 
  İzahetmə  
  Şərhetmə 
Zəif Orta 
Yüksək 
Fəsillərin dəyişmə səbəblərini 
çətinliklə izah edir. 
Fəsillərin dəyişməsini əsasən 
izah edir. 
Fəsillərin dəyişməsini Yerin 
orbital hərəkətinin nəticəsi 
kimi düzgün izah edir. 
Təbiətdə illik ritmlərə nümu-
nələr göstərməkdə və şərh et-
məkdə çətinlik çəkir.  
Təbiətdə illik ritmlərə nümu-
nələr göstərir, amma şərh 
edərkən kiçik səhvlərə yol 
verir.  
Təbiətdə illik ritmlərə nümu-
nələr göstərməklə ətraflı şərh 
edir. 
 


 
 
135 
VII TƏDRİS VAHİDİ ÜZRƏ 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ  
 
1. Şəkildə hansı hadisə təsvir edilmişdir. Bu hadisə zamanı Yer, Ay və Günəşin 
müşahidə olunan vəziyyətlərinin sxemini çəkin. 
          
 
 
2. Qeyd olunmuş məntəqələrdən hansında qabarma və çəkilmə əsasında işləyən 
elektrik stansiyası tikmək mümkündür? 
 
3. Şəkillər ABŞ astronavtı Nil Armstronqun 1969-cu ildə Aya ilk səfərini əks 
etdirir. Amma Ayda atmosfer olmadığına görə, şəkillərdən birinin reallığı şübhə 
doğurur. Həmin şəkli müəyyən edin. 
 
             
 
                   a)                                                          b) 
 
4. 2007-ci ilin yanvarında Aya  NASA kosmik aparatı göndərildi. Bu, Aya ən 
sürətli  səyahət idi. Aparatın sürəti 58 000 km/saat idi. Ay və Yer arasında 
məsafənin 384 400 km olduğunu nəzərə alaraq bu aparatın Aya çatdığı müddəti 
hesablayın.  _____________ 
5
1
2
3
4
5


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə