Microsoft Word Geo-6 mv az-capa doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə44/47
tarix02.01.2018
ölçüsü3,58 Kb.
#19168
növüDərslik
1   ...   39   40   41   42   43   44   45   46   47

 
140
 
Dərs 46 / Mövzu:
 KOMPAS VƏ AZİMUT 
 
 
 
 
Dərsin motivasiyasını  dərslikdə    təqdim olunan mətnin və sualın müzakirəsi 
üzərində qurmaq olar. Keçmişdə istifadə olunan ilk kompasların rəsmlərinin 
nümayişi də  şagirdlərin  dərsə marağını artıra bilər.  İlk kompasdan  müasir 
naviqator sistemlərinə qədər müxtəlif kompasların inkişafını əks etdirən slaydların 
nümayişi də  məqsədəuyğundur.  Şagirdlərə naviqatordan necə istifadə edilməsi  
barədə sual verilə bilər.  
 Təklif olunan fəaliyyəti yerinə yetirməzdən öncə  şagirdlərə videomaterialın 
nümayişi tövsiyə olunur. Tapşırığı yerinə yetirərkən  şagirdlər nəticəyə  gəlirlər: 
iynə həmişə eyni istiqamətə yönəlir.  
İnternet resurslar: 
http://www.youtube.com/watch?v=TsSnQ5Fb49I
 
 “Azimut” anlayışı bu dərs üçün əsas anlayışlardan biridir. Bu anlayış haqqında 
ilkin təsəvvürlər dərslikdə verilmiş  rəsm  əsasında formalaşdırılır.  Şagirdlərə bu 
anlayışa müstəqil olaraq tərif vermək tapşırıla bilər. Müəllim buna istiqamətləndi-
rici suallar verməklə  və tövsiyələr vasitəsilə nail ola bilər; məsələn: “Sxemdə 
üfüqün cəhətlərini göstərin. Qərb istiqamətində bucağın dərəcəsini müəyyən edin. 
Biz azimutu təyin etdik. “Azimut” anlayışına necə tərif vermək olar?”  
Bu dərsdə  şagirdlər kompasdan təcrübədə necə istifadə edildiyini öyrənirlər. 
Onlara izah etmək lazımdır ki, kompasın maqnit əqrəbi həmişə maqnit meridianı 
istiqamətində yönəlir. Xəritədə Yer kürəsinin maqnit qütblərinin nümayişi məqsə-
dəuyğundur. Dərsin planını tərtib etməzdən öncə müəllimin şagirdlərin kompas ba-
rədə fizika dərslərində hansı bilik və bacarıqlara yiyələndiklərini soruşması məqsə-
dəuyğundur.  
Şagirdlərin azimutu təyin etmək bacarığını inkişaf etdirmək üçün praktiki 
tapşırıqların yerinə yetirilməsi arzuolunandır. Praktiki tapşırıqlar sinifdə  və ya 
məktəbin həyətində müxtəlif obyektlərin azimutunun ölçülməsindən ibarət ola 
bilər. 
Alt 
STANDARTLAR
1.3.1. Kartoqrafik təsvirlərdə istifadə olunan elementləri  şərh 
edir. 
 
 
Dərsin 
MƏQSƏDİ 
 üfüqün cəhətlərini  kompas vasitəsilə təyin edir; 
 obyektlərin azimutunu təyin edir. 


 
 
141 
 Nə öyrəndiniz  
Üfüqün istiqamətlərini təyin etmək üçün kompasdan istifadə edilməsi ən etibarlı 
üsuldur. Bu cihazın əqrəbi Yerin maqnit  qütblərinə istiqamətlənmişdir. Onun 
limbində üfüqün cəhətləri ilə yanaşı, azimut bucaqlarını təyin etmək mümkündür. 
Məsələn, üfüqün şimal tərəfi 360-ı, cənub tərəfi 180-ı, şərq tərəfi 90-ı, qərb tərəfi     
270-i göstərir. 
Öyrəndiklərinizi yoxlayın 
Şimal – 0
0
 (360
0
); A – 45

şimal-şərq; B – 315
0
şimal-qərb 
Qiymətləndirmə meyarları: 
  Müəyyənetmə 
  Azimutu təyinetmə 
Zəif Orta 
Yüksək 
Üfüqün cəhətlərini  kompas 
vasitəsilə səhv müəyyən edir. 
Üfüqün cəhətlərini  kompas 
vasitəsilə müəyyən edərkən 
kiçik qeyri-dəqiqliyə yol ve-
rir.  
Üfüqün cəhətlərini  kompas 
vasitəsilə dəqiq müəyyən 
edir. 
Obyektlərin azimutunu təyin 
etməkdə çətinlik çəkir. 
 
Obyektlərin azimutunu təyin 
edərkən kiçik qeyri-dəqiqliyə 
yol verir. 
Obyektlərin azimutunu 
düzgün təyin edir. 
 
 
Dərs 47 / Mövzu:
 MİQYAS 
 
 
Miqyas 6-cı sinif şagirdlərinin yaş səviyyəsi üçün mürəkkəb anlayışlardan biridir. 
Müəllim şagirdlərə riyaziyyat dərslərindəki “nisbət”, “tənasüb”, “düz mütənasib”, 
“miqyas”, “faiz” kimi anlayışları xatırlada bilər. Coğrafiya dərslərində bu 
mövzunun daha çox praktik tətbiqinə vaxt ayrılmalıdır. 
 Motivasiyanı mətndəki suallar və rəsm əsasında qurmaq olar. Verilən fəaliyyət 
növü şagirdlərin təkcə fəallaşmasına deyil, eləcə də planın düzgün tərtib edilməsi 
üçün əsas anlayışlarla tanış olmağa imkan verir. 
Alt 
STANDARTLAR
1.3.1. Kartoqrafik təsvirlərdə istifadə olunan elementləri  şərh 
edir. 
 
 
Dərsin 
MƏQSƏDİ 
 
miqyasdan istifadə etməklə obyektlər arasında məsafəni təyin 
edir, planda (xəritədə) riyazi məsələləri həll edir.
  


 
142
Bu blokda verilmiş tapşırıq  şagirdlərdən praktiki fəaliyyət tələb edir: partanın 
təsvirini A4 formatlı kağız (20x30 sm ölçüdə) üzərində çəkmək. Tapşırıq nəticəsin-
də şagirdlər istənilən ölçüdə olan obyektin kiçildilmiş təsvirini çəkməyin mümkün 
olduğunu başa düşməlidirlər. Partanın təsvirinin kiçildilməsi üçün seçilən rəqəmlər 
müxtəlif ola bilər. Nəticədə partanın təsviri  şagirdlərdə fərqli alınacaqdır. Şagird-
lərə partanın həqiqi ölçülərinin çertyoj kağızı üzərində neçə  dəfə kiçildiyini gös-
tərən rəqəmi qeyd etmək tapşırılır. Alınan rəqəmin miqyas olduğu izah edilə bilər.  
 
Məlumatın nəzəri hissəsinin mənimsənilməsini dərslikdə verilmiş 2 planın təh-
lili əsasında qurmaq olar. Mövzunun bu hissəsini riyaziyyat və fizika dərsləri ilə in-
teqrasiya etmək cox əhəmiyyətlidir. “Kəmiyyətlərin ölçülməsi”, “ölçü vahidləri”, 
“vahidlər sistemi” anlayışlarını xatırlatmaq olar. Məlumatla tanışlıqdan sonra şa-
girdlər:  
1. Miqyası düzgün oxuya bilirlər. 
2. Miqyasda yazılan 1 ədədinin  nə demək olduğunu başa düşürlər. 
3. Verilmiş  təsvirlər  əsasında nəticə  çıxarırlar ki, miqyası göstərən  ədəd nə 
qədər kiçikdirsə, təsvir o qədər aydın və dolğundur.  
Ərazinin planı ilə  xəritədəki təsvirlərini müqayisə edərkən qeyd etmək olar ki, 
planda əraziyə aid olan məlumatları daha dəqiq almaq mümkündür.  
Plan və xəritədə məsafələrin ölçülməsinə dair məlumatları praktiki işlərin köməyi ilə 
möhkəmləndirmək tövsiyə olunur. Tapşırıqlar belə tipli ola bilər: miqyasdan istifadə 
edərək dünyanın siyasi xəritəsində Bakı və Sidney arasında məsafəni təyin edin.  
 Öyrəndiklərinizi tətbiq edin 
1. Dünyanın siyasi xəritəsində Bakı ilə London arasındakı  məsafə  təqribən 8 
santimetrdir. Miqyas 1: 135 000 000. Real məsafəni təyin etmək üçün  
135 000 000 х 8 sm =1080 000 000 sm = 10 800 km.  
Uçuş vaxtını hesablamaq üçün məsafəni sürətə bölmək lazımdır.  
2. 200 000  x 16 sm = 3 200 000 sm = 32 km 
3. 27 000 000 sm : 900 000 = 30 sm 
4. 450 000 sm : 9 sm = 50 000. Miqyas 1: 50 000 
Qiymətləndirmə meyarları: 
  Təyinetmə 
Zəif Orta 
Yüksək 
Miqyasdan istifadə etməklə 
obyektlər arasında məsafəni 
təyin edərkən çətinlik çəkir.
 
Miqyasdan istifadə etməklə 
obyektlər arasında məsafəni 
təyin edərkən kiçik səhvlərə 
yol verir. 
 
Miqyasdan istifadə etməklə 
obyektlər arasında məsafəni  
dəqiq təyin edir. 
 
 
Dərs 48 / Mövzu:
 PLAN NƏDİR 
Alt 
STANDARTLAR
1.3.1. Kartoqrafik təsvirlərdə istifadə olunan elementləri  şərh 
edir. 
 
 
Dərsin 
MƏQSƏDİ 
 şərti işarələrin müxtəlif növlərini nümunələrlə izah edir; 
 məhəllin planını oxuyur. 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə