Microsoft Word Geo-6 mv az-capa doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə6/47
tarix02.01.2018
ölçüsü3,58 Kb.
#19168
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   47

 
16
 
 
 
 
Riy. – Riyaziyyat, H-b. – Həyat bilgisi, T-i. – Təsviri incəsənət, İnf. – İnformatika,  Az.t. – Azərb. 
tarixi, Fiz. –  Fizika , Əd. – Ədəbiyyat , Üm.t. – Ümumi tarix, B. –
  
Biologiya, İ. – İdman. 
 
İLLÜSTRASİYALAR ÜZRƏ İŞİN TƏŞKİLİ  
 
Dərslikdə verilmiş materialların vizual qavranılmasını  təmin etmək məqsədi ilə 
mövzular qrafik informasiyalarla zənginləşdirilmişdir. Orada çoxlu sayda şəkil, xə-
ritə, sxem, diaqram və  rəsmlərdən istifadə edilmişdir.  İllüstrasiyalarla iş coğrafi-
yanın öyrənilməsində əsas fəaliyyət növlərindən biridir.  
Şəkilləri “oxumaq” bacarığı şagirdlərə dərsdə öyrəndiklərini real həyatda da müşa-
hidə etmək imkanı verəcəkdir. Şagirdlərdə müşahidə etmək qabiliyyətinin və mən-
tiqi təfəkkürün inkişaf etdirilməsi onlar üçün coğrafiya elmini praktiki bacarıqlarla 
nəzəri bilikləri birləşdirən bir elmə çevirir. Bu isə müasir məktəbin əsas vəzifələ-
rindən biridir.  
Dərslikdə verilən illüstrativ materialları üç əsas qrupa ayırmaq olar: 
İllüstrasiyalar Dərslikdən nümunələr 
1. Mətnin  əyaniliyini artıran illüstrasiyalar. 
Bu şəkillər təqdim edilən materialın şagirdlər tə-
rəfindən daha aydın təsəvvür olunmasına xidmət 
göstərir, hadisə və proseslərin təbiətdə necə baş 
verməsini əks etdirir.  
səh. 34. Kənd yaşayış məntəqələrinin 
tipləri 
səh. 123. Böyük Səhra və Antarkti-
dada vahələr 
səh. 138. Qabarma və çəkilmə 
2. Yeni informasiya verən illüstrasiyalar. Belə 
şəkillər yeni informasiya verir, şəkilaltı yazılar 
isə bu informasiyaları daha da dəqiqləşdirir.  
səh. 27. Ekvator xətti üzərində ucaldıl-
mış abidə 
səh. 130. Ənənəvi Vyetnam papağının 
funksiyası  
3. Biliklərin möhkəmləndirilməsinə xidmət edən 
illüstrasiyalar.  Şagirdlərin qazanılmış bilikləri nə 
dərəcədə mənimsədiyini öyrənməyə, həmin biliklərin 
praktik olaraq tətbiq edilməsinə kömək göstərən bu 
illüstrasiyalar hər paraqrafın “Öyrəndiklərinizi tətbiq 
edin” blokunda və ya hər bölmənin sonunda verilmiş 
ümumiləşdirici tapşırıqlarda istifadə olunmuşdur.    
səh. 38. Şəhərin problemləri 
səh. 126. Torpaq profili 
səh. 132. Yaylaq və suvarma kanalı  
səh. 148. Bakı metropoliteninin sxemi 
 
 
TƏDRİS VAHİDLƏRİ VƏ 
MÖVZULAR
 
FƏNNİN ADI VƏ ALT STANDARTLARIN NÖMRƏSİ
 
41. Yerin kosmik ünvanı 
İnf .–  1.2.3; 3.3.1 
42. Ay 
Fiz.–  1.1.4 
43. Gecә vә gündüzün növbәlәşmәsi
Fiz.–  1.1.3; 1.1.4 
7. Yer
  
–  

-

ş si
st
emin

 
44. Fәsillәrin dәyişmәsi 
Fiz. –  1.1.3; 1.1.4 
45. Üfüqün cәhәtlәrinin tәyini 
Fiz. –  3.1.1  
46. Kompas vә azimut 
Fiz.–  3.1.1;  Riy.–  3.1.3 
47. Miqyas 
Riy.–  1.2.2; Fiz.–  3.1.1 
48. Plan nәdir? 
Fiz.– 3.1.1  İnf.– 1.2.3;  Riy.–  4.2.1 
49. Praktiki dәrs 
Riy.–  1.2.2; Fiz.–  3.1.1 Riy.–  4.2.1; T-i. – 2.1.1. 
8. Yer
 s
əth
in
in
 

svi
ri 
50. Layihә. Uşaq әylәncә parkı 
Riy.–  4.2.1;  İnf.–   3.2.3;  T-i. – 2.1.1. 


 
 
17
İllüstrativ materiallar üzərində  iş zamanı aşağıdakı forma və metodlardan istifadə 
etmək mümkündür: 
– fotoşəkillərin, qrafiklərin və sxemlərin bütövlükdə siniflə müzakirəsi;  
– fotoşəkillərin yazılı təsviri, əks olunmuş hadisə və proseslərə dair təqdimatların 
hazırlanması və esse yazılması; 
– mövzuya uyğun illüstrasiyaların seçilməsi və onların dərsdə təhlili; 
– keçilmiş materiala aid sxem və şəkillərin müstəqil şəkildə tərtib edilməsi.  
 
Aşağıda dərslikdə təqdim olunmuş bəzi illüstrativ materiallarla aparılan işlərə aid 
nümunələr verilmişdir. 
1-ci  tədris vahidi  
Səhifə 18–19. Şagirdlərdən dünya və Azərbaycanın fiziki  xəritələrini  müqayisə 
etmək xahiş olunur. Onlara iki xəritənin oxşar və fərqli cəhətlərini təyin etməsini 
təklif edə bilərsiniz. Nəticəni belə ümumiləşdirmək olar: təsvir edilən  ərazinin 
ölçüsündən asılı olaraq fiziki xəritələr dərinlik və hündürlük şkalasına malikdir, on-
larda dərəcə şəbəkəsi çəkilir, relyef formaları 
 eyni rəngin müxtəlif çalarları ilə göstərilir. 
Səhifə 24–25. “Kon-Tiki" gəmisinin illüstrasiyası və onun haqqında qısa məlumata 
əsasən müxtəlif ədəbiyyat və elektron mənbələrdən əlavə məlumat əldə etmək  və 
qısa esse yazdırmaq məqsədəuyğundur. Tur Heyerdalın səyahətinə dair təqdimat 
hazırlamaq və onun sinifdə müzakirəsini də təşkil etmək faydalı olardı.  
2-ci  tədris vahidi 
Səhifə 31. 4 irqin nümayəndələrinin təsvirləri  əsasında dünyanın  ən məşhur rəs-
sam, müğənni, bəstəkar, aktyor, idmançı, alim və siyasi xadimlərini onların mən-
sub olduqları irqlərə uyğun olaraq qruplaşdırmaq olar. Tapşırıq fənlərarası inteqra-
siya (fizika, təsviri incəsənət, idman və coğrafiya) baxımından çox əhəmiyyətlidir.  
Bu tapşırıq sinifdənxaric iş kimi verildiyi halda hər bir irqə aid məşhur  şəxslərin 
təsvirləri plakat və ya slayd-şou şəklində də hazırlana bilər.  
Səhifə 37–38. Şəhərin problemlərinin və onların həlli yollarının müzakirəsini 
dərslikdə verilmiş  şəkillər  əsasında təşkil etmək olar. Bunun üçün sinif üç qrupa 
ayrılır. Birinci qrupa növbəti dərs üçün onların yaşadığı  ərazidə mövcud olan 
problemlərə aid fotoların çəkilməsini və fotoalbom şəklində  təqdim etmələrini 
tapşırmaq olar. İkinci qrupa şəhərin problemlərinin həllini  əks etdirən fotoalbom 
düzəltmək tapşırılır. Üçüncü qrup isə əvvəlki iki qrupun təqdim etdiyi fotoşəkillərə 
baxır və onları 10 ballıq qiymətləndirmə şkalasına əsasən qiymətləndirir.   
3-cü  tədris vahidi 
Səhifə 65. Zəlzələnin fəsadlarını əks etdirən illüstrasiya təhlil olunur. Şəkildən isti-
fadə edərək zəlzələ baş verən zaman və ondan sonra insanların davranış qaydalarını 
müzakirə etmək olar. Şagirdlərə 2000-ci il noyabrın 25-də Bakıda baş verən güclü 
zəlzələ hadisəsinin canlı şahidi olmuş valideynlər, tanış və qonşular arasında anket 
sorğusu keçirmək təklif oluna bilər. Zəlzələ zamanı düzgün davranış qaydalarına 
aid ən yaxşı plakat müsabiqəsi keçirmək mümkündür.   


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə