Microsoft Word Geo-6 mv az-capa doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə8/47
tarix02.01.2018
ölçüsü3,58 Kb.
#19168
növüDərslik
1   ...   4   5   6   7   8   9   10   11   ...   47

 
 
21
Şagirdlər planı öyrənməklə kağız üzərində üfüqün cəhətlərini çəkməyi, miqyasa 
görə məsafələri təyin etməyi və planın tərtib olunmasında iştirak etməyi öyrənirlər. 
Fəaliyyətin bu növü əsasən müəllimin rəhbərliyi altında praktik işlər kimi yerinə 
yetirilir. Aparılan işlər şagirdlərə xəritəni başa düşməyə imkan verir. 
Hər hansı şərti işarəni düzgün anlamaq üçün şagirdlər onun real vəziyyətini təsəv-
vür etməyi bacarmalıdır. Belə təsəvvürlər ekskursiyalarda, şagirdlər üçün nümayiş 
etdirilən kinofilmlərdə, şəkillərdə, plastilindən hazırlanan yapmalarda  formalaşır. 
Əşyaların kartoqrafik təsvirlərə uyğun olmasına diqqət yetirmək lazımdır.  
VI sinif “Coğrafiya” kursunda kartoqrafik sual və tapşırıqlar önəmli yer tutur. On-
lar kursun əvvəlində “Xəritə coğrafiyanın ikinci dilidir” və “Yer kürəsinin coğrafi 
təsviri” mövzularında və kursun sonunda tədris olunan “Yer səthinin təsviri” tədris 
vahidində ifadə olunmuşdur. Müxtəlif mövzulardakı xəritə üzərində verilən tapşı-
rıqları həll etmək üçün dərslikdəki “Dünyanın fiziki xəritəsi” (səh.74–75), “Dünya-
nın siyasi xəritəsi” (səh.28), “Azərbaycan Respublikasının fiziki xəritəsi” (səh.19) 
və “Azərbaycan Respublikasının inzibati xəritəsi”nə (səh.50) istinad edilə bilər.  
 
Kontur xəritə üzərində işin 10 qaydası. 
1.  Tapşırıqların yerinə yetirilməsi zamanı atlas və dərslikdən istifadə etməli. 
2.  Xəritə üzərində həyata keçirilən praktik işlərin yerinə yetirilməsində sadə 
və qara karandaşlardan istifadə edilməlidir. Xəritə üzərində  qələm və ya 
flomasterdən istifadə etmək olmaz. 
3.  Atlas və dərslikdə verilmiş xəritəni köçürmək deyil, yalnız oradan konkret 
tapşırıqları həll etmək lazımdır. 
4.  Tapşırıqları yerinə yetirmək üçün lazımi şərti işarələr müəyyən edilməlidir: 
legendada onların  əhəmiyyəti göstərilməlidir (şərti işarələr xəritənin hər 
hansı küncündə xüsusi çərçivənin içərisində cədvəldə yazılmalıdır). 
5.  Yadda saxlamaq lazımdır ki, tapşırıqlar düzgün və səliqəli doldurulmalıdır. 
6.  Xəritə üzərində yazılan hərflər adi karandaşla və baş hərflərlə yazılmalıdır. 
7.   Sizin  təsvir etdiyiniz hadisə  və obyektlərin təsviri ilə atlas və  dərslikdə 
olanları müqayisə edin. 
8.  Diqqət yetirin: 
  çayların adı onların axdığı istiqamətdə yazılmalıdır; 
  şəhər və ya yaşayış  məntəqəsinin birinci və ya sonuncu hərfləri 
dairəyə yaxın yazılmalıdır; 
  ada və yarımadaların adı qısa şəkildə a və ya y-a yazılır; 
  ox işarələrinin istiqamətləri ciddi şəkildə başlanğıcdan sona doğru 
çəkilməlidir; 
  kontur xəritələr üzərində  sərhədlər düz və ardıcıl xətt kimi deyil, 
qırıq-qırıq çəkilməlidir; 
  xəritə üzərində illər ərəb (1, 2, 3, 4, 5, 6, 7, 8, 9)  əsrlər isə rum (I, V, 
V, X, L, C, M) rəqəmləri ilə yazılır. 
9.  Kontur xəritə üzərində coğrafi obyektləri qeyd edərkən dərəcə toru və su 
hövzələrinin sahillərinə əsaslanmaq lazımdır. 


 
22
10. Əgər səndə rəngli karandaş yoxdursa, o zaman yalnız adi karandaşdan is-
tifadə edə bilərsən. Bu zaman müxtəlif  ştrixlərdən istifadə etmək məq-
sədəuyğundur: nöqtələr, qırıq xətlər, çarpaz xətlər, düz xətlər, əyri xətlər və 
s. Nəticədə çəkdiyiniz xəritə ağ-qara rəngdən ibarət qrafik xəritə olacaqdır. 
 
Şagirdlərin kontur xəritə üzərində  işləməsi  üçün müəllim onlara metodik vəsaitə 
əlavə edilmiş kontur xəritə vərəqlərinin surətini (metodik vəsait, səhifə 159) verə  
və ya Bakı Kartoqrafiya Fabrikində nəşr olunan kontur xəritələr ilə təmin edə bilər.    
 
 
 
Qeyd. “Kontur xəritə üzərində iş qaydaları”nın  surəti çıxarılaraq şagirdlə-
rə paylana, yaxud “Coğrafiya” kabinetinin divarından asıla bilər.   
 
İNKLÜZİV TƏLİM PRİNSİPLƏRİ 
Hər bir şagird fərdi keyfiyyətlərindən asılı olaraq tədris materiallarını müxtəlif 
səviyyədə qavrayır. Buna baxmayaraq təhsilin əsas məqsədi bütün təhsil alanların 
müəyyən ictimai status qazanması  və öz sosial əhəmiyyətini təsdiq etməsidir. 
İnklüziya – sağlamlıq imkanları  məhdud olan uşaqlarda özünə inam yaratmaqla 
yanaşı, onlara digər yaşıdları ilə eyni məktəbdə  təhsil almaq şəraitinin yaradıl-
masıdır.  
Xüsusi təlimə tələbatı olan bu cür uşaqların diqqət və yardıma böyük ehtiyacları var. 
Onların qabiliyyətlərinin və irəliləyişlərinin inkişaf etdirilməsi çox vacib amildir.  
İnklüziya təkcə  fərqli inkişaf xüsusiyyətləri olan uşaqlara deyil, həmçinin digər 
xüsusiyyətləri ilə yaşıdlarından fərqlənən uşaqların da yuxarıda sadalanan 
məqsədlərə çatmalarına yardım edir. Onlar başqa dildə danışan, başqa mədəniyyətə 
malik, fərqli həyat tərzi sürən, təhsilə müxtəlif maraq və qavrama qabiliyyəti göstə-
rən uşaqlar da ola bilər. Belə  uşaqlarla işləyərkən müəllim informasiyanı onlara 
müxtəlif forma və variantlarda çatdırmağa çalışmalıdır.  
1. Rusiya 
2. Gürcüstan 
3. Ermənistan 
4. Türkiyə 
5. İran 
6. Böyük Qafqaz 
dağları 
7. Kişik Qafqaz  
    dağları 
8. Araz çayı 
9. Astara çayı 
10. Talış dağları 
11. Samur çayı
 
Kontur xəritə üzərində işin yerinə yetirilməsi 


 
 
23
Yeni təlim prinsipləri imkanları  məhdud olan uşaqların ümumi təhsil mühitinə 
inteqrasiya etmələrini və ümumi proqram əsasında təhsil almalarını tələb edir.  
İnklüziv təlimin əsasını hər bir şagirdə  fərdi yanaşma ideyası  təşkil edir. Belə ki, 
təlim hər bir uşağa məxsus tələbatların ödənilməsi zəminində  təşkil olunmalıdır. 
Hər bir şagird təlimdə uğur qazanması üçün tələb olunan psixoloji yardım, diqqət 
və qayğı ilə  əhatə olunmalıdır.  İnklüzivliyin aşağıdakı vasitələrlə  təmin olunması 
nəzərdə tutulur: 
  bütün dərslərdə diskussiya, müsahibə, didaktik oyunlardan və fərdi, cütlərlə və 
qrup işi formalarından istifadə etməklə interaktiv təlim vasitəsilə  şagirdlərin 
aktivliyi təmin edilir;  
  müəllimin məqsədindən asılı olaraq (bəzi üsullar istisna olmaqla) şagirdləri 
cütlərə və qruplara “qabiliyyətlərinə” görə deyil, elə ayırmaq lazımdır ki, hər bir 
qrupda təlim nəticələri müxtəlif olan şagirdlər iştirak etsinlər; 
  müəllim fərdi və cütlərlə aparılan tədqiqat işləri zamanı  fərqli inkişaf xüsu-
siyyətlərinə malik uşaqlara xüsusi yardım göstərir; 
  müəllim qrup işlərində  fərqli inkişaf xüsusiyyətlərinə malik uşaqların ümumi 
diskussiya və müzakirələrə aktiv qoşulmalarını təmin edir;  
  müəllim fərqli inkişafa malik uşaqlara tapşırıqlar verərkən diferensial yanaşma 
prinsipini gözləyir;  
  özünüqiymətləndirmə və formativ qiymətləndirmə zamanı meyarlar elə müəy-
yən edilir ki,  şagirdlərdə qiymətləndirmə ilə bağlı stresslərin əmələ gəlməsinin 
qarşısı alınsın. Fərqli inkişaf xüsusiyyətlərinə malik uşaqların qiymətləndiril-
məsi prosesində müəllimin onlara xüsusi münasibətinin böyük əhəmiyyəti var. 
 
COĞRAFİYA DƏRSLƏRİNDƏ YENİ TƏLİM 
TEXNOLOGİYALARININ TƏTBİQİ 
Coğrafiya fənninin təlimində 4 iş forması nəzərdə tutulmuşdur: kollektiv, qruplarla 
iş, cütlərlə  iş  və  fərdi iş. Hər bir təlim forması  dərsin məqsədindən asılı olaraq 
seçilir və şagirdlərin fəaliyyətləri bu forma üzərində qurulur. 
Kollektivdə  işləmək, kollektiv fəaliyyətə alışmaq bacarığının bünövrəsi qoyulur, 
şagirdlərdə ünsiyyət yaratma bacarığının  təşəkkülü və inkişafı təmin edilir. 
Qruplarla iş. Şagirdlər müəyyən problemi həll etmək üçün qrupda birləşirlər. Bu 
prosesdə onların  müzakirə etmək, fikir mübadiləsi aparmaq, mühakimə yürütmək 
və birgə fəaliyyət bacarıqları inkişaf edir. 
Cütlərlə  iş.  Şagirdlər təlim tapşırıqlarını birgə  yerinə yetirirlər. Bu dərs forması  
şagirdlərə daha yaxından  əməkdaşlıq etməyə  və ünsiyyət qurmağa, məsuliyyəti 
bölüşməyə optimal imkan yaradır.  
Fərdi iş. Şagirdin fəaliyyətini izləmək, potensial imkanlarını müəyyənləşdirmək və 
inkişaf etdirmək  məqsədi daşıyır.    Bu  təlim forması  şagirdin sərbəst düşünməsi 
üçün real imkanlar yaradır.
 
 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə