Microsoft Word Geo-6 mv az-capa doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə10/47
tarix02.01.2018
ölçüsü3,58 Kb.
#19168
növüDərslik
1   ...   6   7   8   9   10   11   12   13   ...   47

 
26
nin kənarına yazılacaq  açar sözləri – terminləri birlikdə təyin edirlər. Mətn bir də 
oxunur. Birinci şagird hissəni oxuyub qurtardığı zaman ikinci şagird səhifə 
kənarındakı sözlərdən – terminlərdən istifadə edərək suallar hazırlayır. Suallar 
şagirdlərin bu mətnlə bağlı test suallarına bənzəməlidirlər.  Şagird sualları kiçik 
kağız parçalarına yazır. Birinci şagird sualı yüksək səslə cavablandırır.  İkinci 
şagird cavabı  təsdiq edərsə, cavabı sual kartının arxasına yazırlar. Sonra rollar 
dəyişilir. Bu iş növbə ilə  mətnin sonuna qədər davam edir. Dərsdən sonra da 
şagirdlər sual və cavabların olduğu kartlardan istifadə etməklə bir-birini bu mövzu 
ilə bağlı yoxlamaqda davam edə bilərlər.  
Konseptual cədvəl  üç və ya daha çox məsələ, yaxud cəhətin müqayisəsini nəzərdə 
tutur. Cədvəlin tərtibi: şaquli qrafada müqayisə ediləcək obyektlər, üfüqi qrafalarda 
isə onların müqayisə olunacaq xüsusiyyətləri və özəllikləri yerləşir.  
Nümunə:  2 gölün müqayisəsi 
 
 
 
  
BİBÖ (bilirəm, istəyirəm biləm, öyrəndim). BİBÖ metodu şagirdlərin dərs zamanı 
fəallığını  təmin edir, birgə öyrənmənin yüksək mərhələsini yaradır. Metodun bi-
rinci “Bilirik” mərhələsində şagirdlərin dünyagörüşü, onların müstəqil öyrənmə qa-
biliyyəti, mövzuları əlaqələndirmə imkanları və hafizəsi təyin olunur. İkinci “İstə-
yirik bilək” mərhələsində isə artıq  şagirdlərin təfəkkür tərzi, onların coğrafi 
düşüncə  səviyyəsi, elmi fantaziyaları,  əqli qabiliyyəti, arzu və istəklərinin  əhatə 
dairəsi üzə çıxır. Şagirdlərin öyrənmək istədikləri müəllim və şagirdlərin iştirakı ilə 
tədqiqat nəticəsində birgə öyrənilir. Sonuncu “Öyrəndik” mərhələsi biliklərin möh-
kəmləndirilməsi, qoyulmuş sualların cavablandırılması, yeni biliklərin üzə çıxarıl-
ması məqsədinə xidmət edir. 
BİBÖ-nün tətbiq edilməsi  aşağıdakı mərhələləri həyata keçirməyi tələb edir:  
– şagirdlər fərdi, kiçik qruplar və ya cütlər formasında tədris olunan mövzuya dair 
bilikləri siyahlılaşdırırlar;  
– müəllim lövhədə və ya vatman kağızında üç sütundan ibarət cədvəl çəkir:  
Bilirəm
 
 İstəyirəm biləm 
 
 Öyrəndim
 
 
 
 
 
– şagirdlərin yazdığı məlumatlar sadalanır, müəllim onları cədvəlin sol qrafasında 
yazır (təkrar olanları çıxmaq şərti ilə);  
– mövzuya dair nələri bilmək istədiklərini müzakirə edir və siyahılaşdırır, ikinci 
sütunda qeyd edir
– mövzuya aid mətn (dərslikdə və ya əvvəlcədən hazırlanmış) hissə-hissə oxunur, 
birgə müzakirə edilir, qoyulmuş sualların cavablarına xüsusi diqqət yetirilir;  
– şagirdlərin mövzu ilə bağlı suallara cavabları və eləcə də, digər yeni biliklər cəd-
vəlin üçüncü qrafasında əvvəlki  qayda ilə siyahlılaşdırılır, müəllim tərəfindən löv-
hədə  qeyd olunur;  
Göl Coğrafi mövqeyi   Mənşəyi Duzluluğu 
Baykal  
 
 
Xəzər  
 
 


 
 
27
– şagirdlər mövzuya dair əvvəlki bilikləri ilə yeni öyrəndiklərini müqayisə edir və 
ümumiləşdirirlər; 
– şagirdlərin ikinci qrafada verdikləri sualların bəziləri cavabsız qala bilər, yəni on-
ların cavabları mətndə olmaya  bilər, bu, şagirdlərdə “hələ nələri öyrənmək lazım-
dır” sualını yaradır, onların şəxsi tədqiqat aparması üçün stimul verir. 
Şaxələndirmə (klaster). Bu üsul mövzunun öyrənilməsindən  əvvəl  şagird təfək-
kürünə təkan vermək, onu düşünməyə cəlb etmək, onlarda mövzuya dair maraq ya-
ratmaq və ya şagirdin dünyagörüşünün hüdudlarını üzə çıxarmaq, biliklər arasında 
əlaqə yaratmaq və s. fəaliyyətlərə xidmət edir. Şaxələndirmə  tətbiq etmək üçün 
aşağıdakılar tələb olunur:  
– şaxələndirmə üçün uyğun gələn münasib mövzu seçilməlidir; 
– şagirdlərə şaxələndirmə prosesi aydın şəkildə təsvir edilməlidir.  
Şaxələndirmə prosesinin mərhələləri sadə və asan yadda qalır:  
1. Mövzunun adı mərkəzdə (yazı taxtasının ortasında) yazılır. 
2. Mövzu ilə əlaqəli bütün sözlər mərkəzdəki sözün ətrafında yazılır. 
3. Bir-biri ilə əlaqəli olan fikirlər arasında xətt çəkilərək birləşdirilir.  
4. Bütün fikirlərin yazıya köçürülməsi, ideyalar axını üçün vaxt qoyulur (5–10 
dəqiqə). 
5.  Şagirdlər mümkün qədər daha çox fikir və  əlaqəli ifadələr yazmağa həvəslən-
dirilir (bu onların dünyagörüşünü, mövzuya dair biliklərinin səviyyəsini göstərən 
meyardır).  
“Süxurlar” mövzusu nümunəsində  şaxələndirmə  aşağıdakı kimi ola bilər (nəzərə 
alın ki, söz və ifadələrə heç bir məhdudiyyət qoyulmur).
  
 
Şaxələndirməni fərdi, qrup şəklində, dərsin bütün mərhələlərində tətbiq etmək olar.  
İNSERT (“Səmərəli mütaliə və yazı üçün interaktiv qeydetmə sistemi)”. Bu metod 
dərslikdəki mətnin aktiv fəaliyyətlə, yəni  şagirdin  münasibətini bildirərək 
oxunmasıdır.  Şagird mövzudakı fikirlərə olan münasibətlərini qəbul olunmuş 
işarələrlə (“” – bu məlumat mənə tanış idi, “—” – bu informasiya mənim  
əvvəllər bildiyimi rədd edir, “+” – bu informasiya mənim üçün yenidir, “?” – bu 
məsələyə dair əlavə  məlumat almaq istərdim) bildirir. Dərslik mətni oxunduqdan 
sonra ümumiləşmələr aparılır və cədvəldə qeyd olunur. 
 
Süxurlar 
 
 
“Əsrin 
müqaviləsi”
İran, Türkmənistan 
Rusiya, Qazaxıstan 
 
Xəzər
Neft 
Çökmə
Metamorfik
Maqmatik
Mərmər 


 
28
      “”
 
         “—”
 
            “+”
 
“?”
 
 
 
 
 
 
İlk növbədə məlum biliklər təsdiq  edilir,  yeni bilik və informasiyaları öyrənmək 
üçün gələcək fəaliyyət planlaşdırılır.  
Venn diaqramı. Hər hansı  iki mövzunun (informasiyanın, coğrafi məlumatın, an-
layışın, obyektin və s.) müqayisəli səciyyəsini əks etdirir. İki mövzunun oxşar və 
fərqli cəhətlərinin üzə çıxarılmasına həsr olunan bu metod şagirdləri alternativ dü-
şüncəyə cəlb edir, qoyulmuş məsələnin daha çoxcəhətli müzakirəsini tələb edir.  
Coğrafiya fənninin tədrisi üçün seçilmiş üsulların sayını artırmaq da olar. Nəzərə 
almaq lazımdır ki, müəllimlər hər hansı  fəal təlim üsulunu dərs prosesinə  tətbiq 
edərkən yaradıcı şəkildə onu zənginləşdirmək, sinfin səviyyəsindən asılı olaraq sa-
dələşdirmək, eləcə də, mövzu seçimində tam sərbəst  olmaq  hüququna malikdirlər. 
 
DEBAT DƏRSLƏRİ NECƏ TƏŞKİL ETMƏLİ 
 
1.  Debatın mövzusunu müəyyən edin. Mövzu elə seçilməlidir ki, o, şagirdlər üçün 
maraqlı və geniş müzakirə imkanları olsun.  
2.  Eyni sayda üzvləri olan təsdiq və inkar edən komandaları qruplaşdırın.  
3.  Püşk atmaqla hansı komandanın təsdiq edənlər, hansıların isə inkar edənlər 
olduğunu müəyyənləşdirin.  
4.  Şagirdlərə arqument və kontrarqumentlərlə kömək edin.  
5.  Debatın necə keçiriləcəyini, reqlamenti və  iştirakçıların rolunu şagirdlərlə 
razılaşdırın.  
6.  Hakimlərin kimlər olacağını müəyyən edin.  
7.  Debatı keçirərkən reqlamentə ciddi riayət edin.  
 
Çıxış edənlərin vəzifəsi onların hansı komandaya aid olmasından asılıdır.  
Təsdiqedici komanda hakimləri öz mövqelərinin doğru olduğuna inandırmalıdır. 
Ona görə  də ilk çıxış edən iştirakçılar hakimlərə özlərinin arqumentlər sistemini 
təklif etməlidirlər. Debat zamanı komanda üçün əsas məsələ onun bütün iştirakçı-
larının əsas arqumentləri aydın, səlis və inandırıcı şəkildə təqdim etməsidir. Nitqi 
kiçik hissələrə bölmək məqsədəuyğun deyil.  
İnkaredici komandanın vəzifəsi isə opponentlərin arqumentlərini təzkib etməkdir. 
Onlar təkliflərlə “razı deyillər” və hakimlərin diqqətinə problemə yanaşmada  əks 
mövqeyi təqdim edirlər. İlk çıxış edən təklif olunan baxışların müdafiəsi üçün öz 
arqumentlərini irəli sürür. Komandanın çıxış edən digər üzvləri isə onun baxışlarını 
təkidlə müdafiə edirlər. Bir daha qeyd olunmalıdır ki, tərəflər öz mövqelərinin düz-
günlüyünə qarşı tərəfi deyil, hakimləri inandırmağa çalışmalıdırlar.  
Hakimlər  debatlar  zamanı qarşı  tərəfləri yalnız dinləyirlər. Onlar komanda 
üzvlərinin hansının daha inandırıcı  çıxış etdiyini müəyyənləşdirirlər. Bu zaman 
hakimlər iştirakçıların arqumentlərinə, onların məntiqi izahına və öz mövqelərini 
nə dərəcədə inandırıcı müdafiə etdiklərini qiymətləndirməlidirlər.  


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə