Microsoft Word Geo-6 mv az-capa doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə11/47
tarix02.01.2018
ölçüsü3,58 Kb.
#19168
növüDərslik
1   ...   7   8   9   10   11   12   13   14   ...   47

 
 
29
Bu zaman hakimlər şagirdlərlə əvvəlcədən razılaşdırılırmış meyarlar üzrə qiymət-
ləndirmə aparırlar; məsələn, belə bir cədvəl təklif etmək olar:  
Meyarlar 5 
ballıq sistemlə qiyməti   
Çıxış edən nə qədər inandırıcı danışır?  
 
Sübutlar ciddi arqumentlərə əsaslanırmı?  
 
Opponentin arqumentini təzkib edə bildimi?  
 
Çıxış emosional idimi?  
 
Ümumi bal 
 
 
Sonda bütün hakimlərin balları toplanaraq hər komanda üçün orta bal çıxarılır. 
Daha çox bal toplamış komanda qalib gəlir.  
 
LAYİHƏLƏR ÜZRƏ İŞİN TƏŞKİLİ 
 
Layihələr məktəblilərin müəyyən mövzu üzrə müstəqil tədqiqat aparmalarını 
nəzərdə tutur. Layihə üzərində  işin vaxtı  dəqiqləşdirilir,  şagirdlərə tövsiyələr,  
məsləhətlər verilir. Problem konkret qoyulur. Müəllim və şagirdlər birlikdə layihə 
üzərində işin icra müddətini, istifadə olunacaq vasitələri (ədəbiyyat, mənbə, təsvir 
vasitələri və s.), bunları  əldə etmək yollarını, iş formalarını müəyyən edirlər.  İş 
prosesində müəllim  şagirdlərə istiqamət verə bilər.  İşin icrasına isə  şagirdlər 
cavabdehdir. Tədqiqatın nəticəsi təqdimat, illüstrasiya, fotoşəkillər, videomaterial, 
albom, toplu, səhnələşdirmə formasında ifadə oluna bilər. 
Layihə şagirdlərin mövzunun, fəslin öyrənilməsinə yönəlmiş, müəllimin tövsiyəsi 
ilə hazırlanan və həyata keçirilən yaradıcı müstəqil işidir.  
Layihə üzrə iş aşağıdakı mərhələlərdə həyata keçirilir:  
1. Hazırlıq. 2. Planlaşdırma. 3. Fəaliyyət. 4. Təqdimat. 
 
ŞAGİRD NAİLİYYƏTLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏ 
PRİNSİPLƏRİ VƏ ÜSULLARI 
 
Təlim prosesinin ən mühüm mərhələlərindən biri də qiymətləndirmədir. Qiymət-
ləndirmə ilk növbədə  şagirddə müsbət emosiyalar yaratmalıdır. Təlimdə müəllim 
ən çox şagirdin səhvlərini deyil, nailiyyətlərini vurğulamalı, cəzadan çox, dəstək 
verməyə arxalanmalıdır.  Şagird nailiyyətlərinin qiymətləndirilməsi davamlı, dina-
mik, şəffaf olmalıdır.   
Fənn kurikulumlarına görə, qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsinə 
yönəldilir, onu idarə edən vacib amil kimi meydana çıxır.
 
Məzmun standartlarının 
mənimsənilməsi səviyyəsini ölçmək üçün qiymətləndirmə standartları müəyyən-
ləşdirilmişdir. Məktəbdaxili qiymətləndirmənin üç növü var: diaqnostik, formativ 
 summativ.  
Diaqnostik qiymətləndirmə fənn üzrə təlimin hər hansı bir mərhələsində  şagirdlə-
rin ilkin bilik və bacarıq səviyyəsinin qiymətləndirilməsidir. Diaqnostik qiymətlən-
dirmə, adından da məlum olduğu kimi, şagirdə və ya bütöv sinfə qoyulan diaqnoz-
dur. Şagirdlərin maraq dairəsi, dünyagörüşü, yaşadığı mühit haqqında məlumat al-


 
30
mağa imkan verir. Bu qiymətləndirmənin nəticələri rəsmi sənədlərdə qeyd olun-
mur, müəllimin şəxsi qeyd dəftərində öz əksini tapır, nəticələr barədə valideynlər, 
sinif rəhbəri və digər fənn müəllimləri məlumatlandırılır. 
 
DİAQNOSTİK QİYMƏTLƏNDİRMƏDƏ İSTİFADƏ OLUNAN 
METOD VƏ VASİTƏLƏR 
 
Müsahibə; söhbət; müşahidə; tapşırıqlar; valideynlərlə və digər fənn müəllimləri ilə 
əməkdaşlıq. 
Diaqnostik qiymətləndirmə həm də şəraitə görə  təlim məqsədləri və üsullarda çe-
vik dəyişikliklər aparılmasına  imkan yaradır. 
 
Söhbət Azərbaycanın təbiəti necədir? Vətənimizdə hansı çaylar var?  
Müşahidə 
1. Tənəffüslərdə müşahidənin aparılması (təmkinlidir, şıltaq-
dır, nadincdir, ünsiyyətcildir və s.). 
2. Dərs zamanı – hər hansı bir məsələ barədə öz şəxsi fikrini, 
təsəvvürlərini, fərziyyələrini, proqnozlarını və s. bildirir). 
Müsahibə 
Sözü anlamaq və ifadə etmək bacarığının yoxlanılması (eko-
loji mədəniyyət, tolerantlıq, kolleksiya, torpaq tipləri və s.). 
Tapşırıqlar
Şagirdlərə verilmiş hər hansı bir sualın yazılı cavabının tələb 
olunması; kontur xəritədə  işləmə; ekskursiyalarda kolleksi-
yaların toplanması; təqdimatların hazırlanması və s. 
 
Formativ qiymətləndirmə  təlim prosesinin hər hansı bir mərhələsi üçün  müəyyən 
olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyə-
sinin qiymətləndirilməsidir. Formativ qiymətləndirmə vasitəsilə müəllim tədris 
prosesini tənzimləyir,  şagirdlərin ehtiyaclarını öyrənir və onlara lazımi kömək 
göstərir. Formativ qiymətləndirmənin  nəticələri sinif jurnalında qeyd olunmur. Bu 
nəticələr şagirdin məktəbli kitabçasında (meyarlar şəklində), müəllimin şəxsi qeyd 
dəftərində öz əksini tapır. Şagird qovluğunda (portfolio) toplanır. Portfolio dərs ili 
ərzində məktəbdə saxlanılır və ilin sonunda şagirdə təhvil verilir.  
 
Formativ qiymətləndirmədə istifadə olunan metod və vasitələr: 
 
Üsullar 
Vasitələr 
Müşahidə  
Müşahidə vərəqləri  
Şifahi sual-cavab  
Şifahi nitq bacarıqları  üzrə  qeydiyyət vərəqi  
Tapşırıqvermə  
Çalışmalar  
Valideynlərlə və digər fənn 
müəllimləri ilə əməkdaşlıq  
Söhbət, sorğu vərəqi (şagirdin evdə  və ya mək-
təbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq)  
Dinləmə üzrə qeydiyyat vərəqi  
Oxu 
Oxu üzrə  qeydiyyat vərəqi  


 
 
31
Yazı 
Yazı bacarıqlarının inkişafı üzrə  qeydiyyat vərəqi  
Layihə  
Şagirdlərin təqdimatı  və müəllim tərəfindən 
müəyyən olunmuş meyar cədvəli  
Rubrik  
Nailiyyət səviyyələri üzrə qiymətləndirmə şkalası  
Şifahi və yazılı təqdimat  
Meyar cədvəli  
Test  
Test  tapşırıqları  
Özünüqiymətləndirmə  
Özünüqiymətləndirmə vərəqləri  
 
Formativ qiymətləndirmə aparmaq üçün rubriklərdən istifadə olunur. Rubrik – 
xüsusi növ qiymətləndirmə şkalasıdır. O, iki əsas suala cavab verir: 
– 
mən nəyi qiymətləndirməliyəm (obyekt, məzmun, aspektlər, tərəflər, xüsusiy-
yətlər); 
– 
aşağı, orta, yuxarı nailiyyət səviyyələrinin xüsusiyyətlərini necə bilmək olar? 
Qiymətləndirmə şkalası nailiyyət səviyyələrinə qiymət (bal) verilməsi üçün mexa-
nizmdir. Rubriklərin hazırlanması üçün əvvəlcə dərsin məqsədləri müəyyən olun-
malıdır. Qiymətləndirmənin formalarından biri seçilməlidir (diaqnostik, formativ 
və ya summativ).  
 
Müəllimlər üçün rubriklərin üstün cəhətləri. 
  Rubriklər qiymətləndirmənin daha ədalətli, obyektiv, etibarlı və ardıcıl olmasına 
imkan verir.  
  Rubriklər tələb edir ki, müəllimlər müvafiq şərtlər üzrə öz meyarlarını müəy-
yənləşdirsinlər. 
  Rubriklər tədrisin səmərəliliyi ilə bağlı müəllimləri faydalı məlumatlarla təmin 
edir. 
  Rubriklər keyfiyyət səviyyələrinin intervalı vasitəsilə müxtəlif qabiliyyətli  şa-
girdlərin olduğunu nəzərə alır. 
 
Səviyyələr üzrə təsvirlərin hazırlanması üçün təlimat: 
1.  Qısa və sadə tərzdə, şagirdin anlayacağı sadə dildən istifadə edilməlidir. 
2.  Müqayisəli və ya normativ dildən fərqli olaraq deskriptiv dildən istifadə edin. 
Pis, orta, kafi, yaxşı, əla kimi qeyri-müəyyən deskriptorlardan uzaq durulmalı-
dır. 
3.  Səviyyə deskriptorları müşahidə oluna bilən davranışlar və ya nəticənin xüsu-
siyyətləri baxımından mümkün dərəcədə ifadə edilməlidir. 
4.  Qiymətləndirmə səviyyələri arasında sərhəd aydın olmalıdır, üst-üstə düşməmə-
lidir. 
5.  Şkala şagird nailiyyətləri intervalını tam əhatə etməlidir. 
6.  Təsvirlərin məzmunu nailiyyət səviyyələri üzrə eyni formalı tərtib edilməlidir. 
7.  Fəaliyyət səviyyələri bütün aspektlər üzrə uyğun olmalıdır (məs.: bir aspekt 
üzrə “4” qiyməti digər aspekt üzrə “4” qiyməti ilə müqayisə oluna bilməlidir). 
8.  Əvvəlcə “ən yüksək”, sonra isə “ən aşağı” səviyyələr, sonda “aralıq” səviyyələri 
təsvir edilməlidir. 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə