Microsoft Word Geo-6 mv az-capa doc


Öyrəndiklərinizi tətbiq edin



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə19/47
tarix02.01.2018
ölçüsü3,58 Kb.
#19168
növüDərslik
1   ...   15   16   17   18   19   20   21   22   ...   47

 
54
 Öyrəndiklərinizi tətbiq edin 
 Qitə/materik 
İrqlər
 
Ölkələr
 
Avropa 
avropoid 
Fransa, Almaniya, Norveç 
Asiya 
monqoloid 
Çin, Yaponiya, Vyetnam 
Şimali Amerika 
avropoid, monqoloid  ABŞ, Meksika 
Cənubi Amerika 
avropoid, monqoloid, 
neqroid 
Çili, Braziliya 
Afrika 
neqroid Konqo, 
Keniya 
Avstraliya 
avstraloid Avstraliya 
 
 Nə öyrəndiniz  
İnsanlar xarici görünüşünə görə müxtəlif  irqlərə ayrılır. Hər hansı dinə bir neçə 
xalqın nümayəndələri etiqad edirlərsə, onlar dünya dinləri adlanır. Bir-birinə 
oxşar dillər eyni dil qrupunda birləşir. Azərbaycanlılar, türkmənlər, qaqauzlar 
türk dil qrupuna daxildirlər. 
Öyrəndiklərinizi yoxlayın 
 
 
 
 
 
Qiymətləndirmə meyarları: 
  Fərqləndirmə 
  Qruplaşdırma 
Zəif Orta 
Yüksək 
Dünya xalqlarını irq, dil və 
din baxımından 
fərqləndirməkdə çətinlik 
çəkir.  
Dünya xalqlarını irq, dil və 
din baxımından müəllimin 
köməyi ilə fərqləndirir. 
Dünya xalqlarını irq, dil və 
din baxımından tam fərqlən-
dirir. 
Dünya ölkələrini irq, dil və 
din baxımından qruplaşdır-
maqda çətinlik çəkir.  
 
Dünya ölkələrini irq, dil və 
din baxımından əsasən qrup-
laşdırır. 
 
Dünya ölkələrini irq, dil və 
din baxımından düzgün qrup-
laşdırır. 
 
 
Xalq 
İrq 
Danışdığı dil 
Din 
monqol 
monqoloid 
monqol 
buddizm 
azərbaycanlı 
avropoid 
Azərbaycan 
islam 
alman 
avropoid 
alman 
xristian 
türk 
avropoid 
türk 
islam 


 
 
55
Dərs 9 / Mövzu:
 ƏHALİ ARTIMI VƏ MƏSKUNLAŞMASI 
 
 
 
 Dərsin motivasiyasını  mətndə verilmiş  şəkil və  məlumat  əsasında qurmaq olar. 
Əhalinin sayının belə sürətlə artmasının səbəblərinin bütün siniflə müzakirəsi 
səmərəli olardı.  Şagirdləri “beyin həmləsi”nə  cəlb edib maraqlı fikirləri lövhədə 
yazmaq olar. Sonradan bu fikirlərdən yeni məlumatların ümumiləşdirilməsində 
istifadə etmək məqsədəuyğundur.  
 Bu tapşırığın əsas məqsədi şagirdlərdə əhalinin daimi artım dinamikası barədə 
ümumi təsəvvürlər yaratmaqdır. Diaqramların təhlili, məlumatların  əldə edilməsi 
ilə yanaşı, şagirdlərdə diaqramlarla işləmək bacarıqlarını formalaşdırır. İş prosesin-
də  şagirdlərdə yaranan çətinliyi aradan qaldırmaq üçün istiqamətləndirici suallar 
vermək olar:  
– 1917-ci ildə Azərbaycanda şəhər və kənd əhalisinin say nisbəti faiz etibarilə nə 
qədər olmuşdur? 
– 1945-ci ildə əhalinin say nisbətinin qəfil dəyişməsinin səbəbi nə ola bilər?  
– 2012-ci ildə əhalinin sayında hansı dəyişiklik baş verib?  
Yeni mövzunun izahını müəllim dərslikdə verilən rəsm üzərində qura bilər. 
Ümumi nəticəyə gəlmək üçün əhali artımının əsas şərtlərini müzakirə etmək olar. 
Bunun üçün Avropa, Şimali Amerika, Avstraliya xalqlarının artımının aşağı, Af-
rika, Asiya və Cənubi Amerikada isə yüksək olması səbəbləri aydınlaşdırıla bilər.  
Şagirdlərlə doğum və ölüm göstəricilərinin yüksək və  aşağı olması  səbəblərinin, 
miqrasiyalara siyasi, iqtisadi amillərin təsirinin araşdırılması tövsiyə olunur. Araş-
dırmaların respublikamızdakı vəziyyətin təhlili üzərində qurulması daha faydalıdır.   
Əhalinin sürətlə artması  və ondan yaranan problemlərin müzakirə olunması 
məqsədəuyğundur. Bu zaman “Əhali artımı Yer üzərində təbii sərvətlərin tükənmə-
si təhlükəsini yaradırmı?” sualı barədə şagirdlərin fikirləri dinlənilə bilər.  
Yaşayış  məntəqələrinin müzakirəsində  şəhər  əhalisinin sürətlə artım prosesində 
orta və kiçik yaşayış  məntəqələrindən  əhalinin yerlərini iri yaşayış  məntəqələrinə 
Alt 
 STANDART 
3.1.1 Dünya xalqlarının fərqli xüsusiyyətlərini təsvir edir. 
3.2.1 Ölkələri müxtəlif əlamətlərinə görə müqayisə edir. 
 
 
Dərsin 
MƏQSƏDİ 
 dünya əhalisinin  say artımını şərh edir;  
 insanların ilk məskunlaşma ərazilərinin  təbii şəraitini  izah edir; 
 kənd  yaşayış məntəqələrinin müxtəlif tiplərini müqayisə edir.
 


 
56
dəyişməsi vurğulana bilər. Yuxarı siniflərdə şagirdlər yaşayış məntəqələrinin və şə-
hərlərin yerləşməsinin planlaşdırılması ilə tanış olacaqlar. Ona görə də şagirdlərdə 
yaşayış məntəqələrinin salınması zamanı qida, təhlükəsizlik, su hövzələrinə yaxın-
lığın mühüm amil kimi nəzərə alınması izah oluna bilər.  Şagirdlərə belə  ərazilər 
üçün çay, dəniz sahillərinin daha əlverişli olması faktı çatdırılmalıdır. Yaşayış 
məntəqələrinin forması da təbii obyektlərdən asılıdır. Çay sahilində yerləşən mən-
təqənin formasının uzunsov, körfəz sahilində sahilboyuna uyğun aypara şəklində 
və ya amfiteatr formasında olması qeyd edilir. Çay vadisində yerləşən ərazilərin nə 
qədər əlverişli olduğu təhlil edilməlidir. Dərslikdə 40-cı səhifədə verilmiş Dəclə və 
Fərat çayları arasında yaşayış  məntəqələrinin təhlil olunması  təklif edilə bilər. 
Dərslikdəki şəkillər əsasında dünyanın müxtəlif regionlarındakı kənd yaşayış mən-
təqələrinin formalarının müzakirə edilməsi faydalı olardı. Dərsə hazırlıq mərhələ-
sində müəllimə 4-cü sinif “Təsviri incəsənət” dərsliyində yaşayış evlərinin müxtəlif 
formaları ilə tanış olması tövsiyə edilir.  
 Öyrəndiklərinizi tətbiq edin 
Təbii artım: 165 643 
– 
53 580 = 112 063 
Mexaniki artım – 
gələnlərin və gedənlərin say fərqinə görə: 
182 000 – 284 000 = –102 000
 
9 055 000 + 112 063 
– 
102 000 = 9 065 063 
  Nə öyrəndiniz  
Dünya  əhalisinin sayı  təbii artım hesabına çoxalır.  Əhalinin artımı insanları  ilk 
yaşayış məskənlərindən kənara,  sərt təbiətli ərazilərə köçməyə məcbur etmişdir.  
Əkinçiliklə  məşğul olan insanlar kəndlərdə yaşayırlar.  Sənətkarlığın inkişafı 
digər yaşayış məntəqələrinin — şəhərlərin yaranmasına səbəb olmuşdur. 
Öyrəndiklərinizi yoxlayın 
Xəritə-sxemdə göstərilən ölkələrdə  kənd yaşayış  məntəqələrinin  müvafiq tiplərini 
müəyyən edin 
A, E – dağınıq; B, D, C — qrup. 
Qiymətləndirmə meyarları: 
  Fərqləndirmə 
  İzahetmə  
  Müqayisəetmə 
 
Zəif Orta 
Yüksək 
Dünya əhalisinin  say artımını 
şərh etməkdə çətinlik çəkir.  
Dünya əhalisinin  say artımını 
əsasən şərh edir.  
Dünya əhalisinin  say artımını 
düzgün şərh edir.  
İnsanların ilk məskunlaşma 
ərazilərinin  təbii şəraitini  
izah etməkdə çətinlik çəkir.  
İnsanların ilk məskunlaşma 
ərazilərinin təbii şəraitini 
qismən izah edir. 
İnsanların ilk məskunlaşma 
ərazilərinin təbii şəraitini  
ətraflı izah edir. 
Kənd  yaşayış məntəqələrinin 
müxtəlif tiplərini müqayisə 
etməkdə çətinlik çəkir.  
Kənd  yaşayış məntəqələrinin 
müxtəlif tiplərinin bir qismini 
müqayisə edir. 
Kənd  yaşayış məntəqələrinin 
müxtəlif tiplərini düzgün mü-
qayisə edir. 
 
 
 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə