Microsoft Word Geo-6 mv az-capa doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə21/47
tarix02.01.2018
ölçüsü3,58 Kb.
#19168
növüDərslik
1   ...   17   18   19   20   21   22   23   24   ...   47

 
60
 
Zəif Orta 
Yüksək 
Əmək bölgüsünə  nümunələr 
göstərə bilmir, izah etməkdə 
çətinlik çəkir.  
Əmək bölgüsünə nümunələr 
göstərir, amma izahını 
müəllimin köməyi ilə verir.  
Əmək bölgüsünü nümunələrlə 
ətraflı izah edir. 
 
Mənimsəmə iqtisadiyyatını və  
istehsal iqtisadiyyatını fərq-
ləndirməkdə çətinlik çəkir. 
Mənimsəmə iqtisadiyyatını və  
istehsal iqtisadiyyatını əsasən  
fərqləndirir.  
Mənimsəmə iqtisadiyyatını və  
istehsal iqtisadiyyatını düzgün 
fərqləndirir. 
Mənimsəmə iqtisadiyyatından 
istehsal iqtisadiyyatına keçidi 
şərh etməkdə çətinlik çəkir. 
Mənimsəmə iqtisadiyyatından 
istehsal iqtisadiyyatına keçidi 
köməkliklə şərh edir. 
Mənimsəmə iqtisadiyyatından 
istehsal iqtisadiyyatına keçidi  
geniş şərh edir. 
Kontur xəritədə ilk yaşayış 
məntəqələrini qeyd etməkdə 
çətinlik çəkir.  
Kontur xəritədə ilk yaşayış 
məntəqələrini müəllimin 
köməyi ilə qeyd edir. 
Kontur xəritədə ilk yaşayış 
məntəqələrini düzgün qeyd 
edir. 
 
Dərs 12 / Mövzu:
 İSTEHSAL VƏ İSTEHLAK 
 
 
 
 
 Motivasiya dərslikdə verilən məlumat əsasında qurula bilər. Azərbaycanda XX 
əsrin əvvəlində olan avtomobillərin sayı əsrin sonu ilə müqayisə edilə bilər. Müəl-
lim müvafiq suallarla şagirdləri belə nəticə çıxarmağa yönəldir ki, avtomobillərin 
sayının artmasının səbəbi əhalinin həyat səviyyəsinin yüksəlməsi, avtomobil isteh-
salının artması ilə əlaqədardır. Avtomobillərin istehsalında hansı təbii sərvətlərdən 
istifadə olunmasına dair şagirdlərin mülahizələrini dinləmək məqsədəuyğundur. 
 “Fəaliyyət” blokunda şagirdlər  şəkillər arasında  əlaqəni müəyyən etməyə  
istiqamətləndirilməlidir. Müəllim nümunələr gətirməklə: a) şəklinin istehsal; b) 
şəklinin isə istehlak olduğunu müəyyən etməyə köməklik göstərə bilər. “Avtomobil 
hissələri nədən hazırlanır? Avtomobillərin artması ilə havanın çirklənməsi arasında 
Alt 
 STANDART 
3.2.3. İnsanların təsərrüfat fəaliyyətini şərh edir. 
3.2.4. Mənimsəmə iqtisadiyyatından istehsal iqtisadiyyatına keçidi 
sxematik təsvir edir. 
 
 
Dərsin 
MƏQSƏDİ 
 məhsulun istehsalı üçün lazım olan şərtləri izah edir. 
 istehsal və qeyri-istehsal sahələrini fərqləndirir. 
 


 
 
61
hansı  əlaqə var? Avtomobilin işləməsi üçün nədən istifadə edilməlidir?” tipli 
suallar verməklə şagirdlərin müzakirəyə cəlb edilməsi məqsədəuyğundur.   
Yeni məlumatın mənimsənilməsi  şəkillər və mətn üzərində  təşkil oluna bilər. 
Dərsdəki terminlər  şagirdlər üçün yeni olduğuna görə onları  cədvəl formasında 
qurmaq mümkündür.  
 
Termin Mahiyyəti 
İstehsal Təbii sərvətlərin hazır məhsula çevrilməsi 
Xammal Məhsulun istifadə olunmazdan əvvəlki vəziyyəti  
İstehlak Hazır məhsulun insanlar tərəfindən istifadəsi 
Qeyri-istehsal Elm, 
təhsil, idman, səhiyyə, xidmət və s. 
 
Yeni materialların izahında verilən  şəkillər sağdan sola doğru təhlil olunduqda 
istehsalın sənaye və  kənd təsərrüfatından ibarət olduğu müəyyən edilir. Şəkillər 
yuxarıdan aşağıya doğru təhlil edildikdə isə XAMMAL →  MƏHSUL  → ALICI 
ardıcıllığını müşahidə etmək mümkündür.  
 
Öyrəndiklərinizi tətbiq edin 
Şagirdlərin Azərbaycanda neftin hasilatı, emalı  və istehlakı haqqında biliklərini 
yoxlamağa imkan verir. Şəkillərin köməyi ilə müəllim neft sənayesində olan 
mərhələlərlə bağlı şagirdlərin fikirlərini ümumiləşdirə bilər.  
 Nə öyrəndiniz  
Hazır məhsul istehsal prosesində əldə edilir. Hazır məhsul istehsalı üçün avadan-
lıq tələb olunur. Məhsul istehsal edərkən onun kim tərəfindən alınacağı, yəni isteh-
lakı nəzərə alınmalıdır. İnsanların fiziki, mənəvi və intellektual əməyi insan ehti-
yatları adlanır.  
 
Öyrəndiklərinizi yoxlayın 
I.  Aqronom, metallurq, geoloq, çilingər, dulusçu;  
II. Dizayner, menecer, baytar, sinoptik, auditor. 
Qiymətləndirmə meyarları: 
  İzahetmə  
  Fərqləndirmə 
Zəif Orta 
Yüksək 
Məhsulun istehsalı üçün 
lazım olan şərtləri izah 
etməkdə çətinlik çəkir. 
Məhsulun istehsalı üçün 
lazım olan şərtlərin bir 
hissəsini izah edir. 
Məhsulun istehsalı üçün 
lazım olan şərtləri ətraflı izah 
edir. 
 
İstehsal və qeyri-istehsal 
sahələri fərqləndirməkdə 
çətinlik çəkir. 
 
İstehsal və qeyri-istehsal 
sahələrini əsasən fərqləndirir. 
İstehsal və qeyri-istehsal 
sahələrini düzgün fərqləndirir. 
 
 
 


 
62
Dərs 13 / Mövzu:
 DÜNYA ÖLKƏLƏRİ 
 
 
 
Motivasiyanı şagirdlərin gündəlik həyatda rastlaşdığı problemə aid real situasi-
yalar əsasında təşkil etmək olar. Dərsin bu mərhələsində şagirdlər şəkil əsasında iki 
fərqli ölkədə yaşayan uşaqların yay tətilini keçirdiklərini müqayisə edir. Müəllim 
ölkələrdə əhalinin həyat səviyyəsinin fərqli olmasının səbəblərinə dair əlavə suallar 
verə bilər; məsələn: “Ölkənin harada yerləşməsi,  ərazisinin böyüklüyü insanların 
həyat tərzinə təsir edə bilərmi?”   
 Verilən tapşırıqda  şagirdlərin xəritədən istifadə etmək bacarıqlarının forma-
laşdırılması  nəzərdə tutulur. Şagirdlərin tapşırığı cütlərlə yerinə yetirməsi məqsə-
dəuyğundur.  
Müəllim nəzəri məlumatları şagirdlərə kiçik mühazirə formasında da çatdıra bi-
lər. Bu zaman dövlət sərhədlərini izah edərkən “əlverişli coğrafi mövqe” və “əlve-
rişsiz coğrafi mövqe” anlayışlarının müzakirəsini təşkil etmək səmərəlidir.  
Nəzəri məlumatla tanışlıq zamanı şagirdlərə tapşırıq vermək olar. Tapşırıq qruplar-
la da yerinə yetirilə bilər. Qruplara belə tapşırıqlar verilə bilər.  
Siyasi xəritədən istifadə etməklə qruplaşdır: 
1. Ərazisinə görə nəhəng ölkələr. Paytaxtlarını müəyyən edib yazın. 
2. Dəniz sərhədinə malik olan ölkələr. Paytaxtlarını müəyyən edib yazın. 
3. Okeana çıxışa malik olmayan ölkələr. Paytaxtlarını müəyyən edib yazın. 
“Varlı və kasıb ölkələr” anlayışlarının izah edilməsində əsas  meyar kimi ölkələrin 
inkişafında həyat səviyyəsini əsas göstərici kimi götürmək məqsədəuyğundur. Şa-
girdlərə özlərinin nümunələr gətirmələri təklif oluna bilər.  Şagirdlərin nümunələ-
rində  kəmiyyət göstəricilərinin olmasına diqqət yetirmək lazımdır.  Şagird həyat 
səviyyəsindən danışarkən onun necə ölçülməsindən  bəhs etməlidir. Bu göstəricilər 
yazılmalıdır.  Şagirdlərə V sinifdə  tədris olunan “Həyat bilgisi” fənnindən “insan 
potensialının inkişaf indeksi” anlayışı  məlumdur. Həyat səviyyəsinin göstəriciləri 
Alt 
 STANDART 
3.2.1   Ölkələri müxtəlif əlamətlərinə görə müqayisə edir.
 
 
 
Dərsin 
MƏQSƏDİ 
 dövlətləri coğrafi mövqeyinə görə müqayisə edir; 
 ölkələrin yoxsul və varlı bölgü prinsipini izah edir. 
 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə