Microsoft Word Geo-6 mv az-capa doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə17/47
tarix02.01.2018
ölçüsü3,58 Kb.
#19168
növüDərslik
1   ...   13   14   15   16   17   18   19   20   ...   47

 
 
47
 
İşlərin ümumiləşdirilməsi zamanı  səyahətçilərin marşrutlarının müəllim və ya 
şagirdlər tərəfindən xəritədə göstərilməsi tövsiyə olunur.  
 
 
Öyrəndiklərinizi tətbiq edin 
 
 
 Nə öyrəndiniz  
X əsrdə Leyf Eriksson Amerikanın şimal-şərqinə səyahət etmişdir. Hindistana ilk 
dəniz yolunu Vasko da Qama    açmışdır. Avropadan qərbə doğru hərəkət edən 
Xristofor Kolumb Amerikaya çatdı. Lakin bu ərazilərin “Yeni torpaqlar” 
olduğunu  Ameriqo Vespuççi elan etdi. 1519–22-ci illərdə Fernan Magellanın 
rəhbərlik etdiyi ekspedisiya ilk dünya səyahətini həyata keçirdi. Bununla da 
dünyanın kürə formasında olduğu sübuta yetirildi.  
 
Öyrəndiklərinizi yoxlayın 
 
 
 
Qiymətləndirmə meyarları: 
  Şərhetmə 
  İzahetmə  
Səyyahlar Dövr 
Haradan sə-
yahətə çıxıb 
Hansı 
istiqamətdə 
üzüb 
Hansı nailiyyətlər 
qazanıb 
Magellan Böyük 
coğrafi 
kəşflər 
İspaniya Qərbə Dünya 
səyahəti 
Kolumb Böyük 
coğrafi 
kəşflər 
İspaniya Qərbə Amerikanın  kəşfi 
Eriksson Orta 
əsrlər Skandinaviya Qərbə Amerikanın  kəşfi 
Vasko da 
Qama 
Böyük coğrafi 
kəşflər 
Portuqaliya Cənuba və 
şərqə 
Hindistana ilk dəniz 
yolunun açılması 
Vasko da Qama 
Hindistana ilk dəniz səyahəti 
X.Kolumb 
F.Magellan 
Amerikanın şimal-şərqinə ilk 
səyahət 
İlk dünya səyahətinə çıxmışdır 
L.Eriksson 
Amerikanı kəşf etmişdir 


 
48
 
Zəif Orta 
Yüksək 
Məşhur səyahətçilərin 
nailiyyətlərini şərh 
etməkdə çətinlik çəkir.  
 
Məşhur səyahətçilərin bir 
qisminin nailiyyətlərini 
şərh edir. 
 
Məşhur səyahətçilərin 
nailiyyətlərini ətraflı 
şərh edir. 
Keçmişdə və indiki zaman-
da səyahətlərin məqsədin 
müxtəlifliyini izah etməkdə 
çətinlik çəkir.  
 
Keçmişdə və indiki zaman-
da səyahətlərin məqsədləri-
ni bəzən səhv salır.  
 
Keçmişdə və indiki za-
manda səyahətlərin məq-
sədin müxtəlifliyini 
ətraflı izah edir. 
 
 
 
Dərs 7 / Mövzu: 
“MƏŞHUR SƏYYAHLAR”  — təqdimat 
 
 
Dərsə hazırlıq mərhələsinə bir neçə mövzuya əvvəlcədən başlamaq lazımdır. 
Məktəbin texniki bazası və şagirdlərin hazırlıq səviyyəsi imkan verərsə, təqdimatın 
Power Point proqramında hazırlanması daha faydalıdır.  Əks halda sadə  təqdi-
matdan, böyük vərəq üzərində hazırlanmış plakatlardan və s. istifadə etmək olar. 
Dərsin  əsas məqsədi  şagirdlərdə seçim, ümumiləşdirmə, qruplaşdırma və  təqdim-
etmə bacarıqlarının formalaşdırılmasıdır. Təqdimat zamanı şagirdlər öz seçimlərini 
əsaslandırmağı da bacarmalıdırlar.
 
Buna görə də təqdimata qısa girişdən və “Niyə 
məhz bu səyyahı seçdik?” sualına cavabdan başlamaq məqsədəuyğundur. 
Bu fəaliyyəti 4–5 nəfərlik qruplarla həyata keçirmək də olar. Müəllim təqdimatın 
qiymətləndirilməsi üçün meyarlar hazırlayarkən metodik vəsaitdə  təqdim olunan 
nümunələrdən istifadə edə bilər.  Şagirdlər öncədən qiymətləndirmə meyarları ilə 
tanış olmalıdırlar. Təqdimatların yalnız müəllim tərəfindən deyil, eyni zamanda 
sinif yoldaşları tərəfindən də qiymətləndirilməsi çox vacibdir. Müəllim təqdimatın 
qiymətləndirilməsi üsullarını özü müəyyən edir.  
 
 
Təqdimatın 
qiymətləndirilməsi  
meyarları 
Variantlardan birini seçməli
 
Məzmun 
□  Mövzu açılmışdır. 
□  Mövzu qismən açılmışdır. 
□  Mövzu açılmışdır, lakin səhvlər vardır. 
□  Mövzu tamamilə açılmışdır. 
Alt 
STANDARTLAR
1.1.1. Qədim insanların Yer haqqında təsəvvürlərini şərh edir. 
 
 
Dərsin 
MƏQSƏDİ 
 səyahətçilərin nailiyyətlərinin cəmiyyət üçün əhəmiyyətini izah 
edir. 
 


 
 
49
Təqdimetmədə 
mətnin dəqiqliyi 
□  Məlumatlar mövzu ilə uyğun gəlmir, orfoqrafik səhvlər 
vardır. 
□  Məlumatlar dəqiq və tam deyil, orfoqrafik səhvlər vardır. 
□  Məlumatlar mövzu ilə uyğun gəlir, lakin tam deyil, 
orfoqrafik səhvlər vardır. 
□  Məlumatlar mövzu ilə tam uyğun gəlir və tam əhatə edir, 
orfoqrafik səhvlər yoxdur. 
Dizayn 
□  Təqdimatdakı  təsvir məzmunla uyğun gəlmir, estetik 
tələblərə cavab vermir. Mətn çətinliklə oxunur. 
□  Təqdimatdakı təsvir məzmunla qismən uyğun gəlmir, estetik 
tələblərə cavab vermir. Mətn çətinliklə oxunur. 
□  Təqdimatdakı    məzmun məntiqə uyğun tərtib olunmuşdur, 
estetik tələblərə bəzi hallarda cavab vermir. Mətn oxunur. 
□  Təqdimatdakı  təsvir məntiqə uyğundur, estetik tələblərə 
cavab verir. Mətn asanlıqla oxunur. 
İş prosesində 
şagirdlərin birgə 
əməkdaşlığı 
□  Qrup daxilində iş pis təşkil olunmuşdur. İştirakçılar bir-birinə 
və başqalarının layihələrinə  diqqət yetirmir. 
□  Layihənin həyata keçirilməsində bütün şagirdlər eyni 
dərəcədə fəal deyil.   
□  Qrup daxilində iş düzgün təşkil olunmuşdur, lakin  iş qeyri- 
bərabər bölünmüşdür. 
□  Şagirdlər ünsiyyətlidir, bir-birinə hörmət və diqqət yetirir. 
Şagirdlər arasında iş bölgüsü bərabər paylanmışdır.   
 
Şagirdlər üçün təqdimatı qiymətləndirmə meyarları 
Meyarlar Hə Yox 
1 Təqdimatda bütün qrup üzvləri iştirak edir. 
 
 
2 Təqdimat maraqlıdır, məzmununda səhv informasiya yoxdur. 
 
 

İşdə orfoqrafik səhvlər yoxdur. 
 
 
4 Çıxış edənlər öz fikirlərini aydın və dəqiq bildirir. 
 
 
5 Təqdimata səyyahların marşrut xətlərini göstərən  xəritələr əlavə 
edilib. 
 
 
6 Səyyahla bağlı seçim əsaslandırılır.  
 
 
7 Təqdimatın hazırlanmasında dərslikdəki ardıcıllıq gözlənilmişdir.    
 
Şagirdlərin özünü qiymətləndirməsi 
 
MƏNİM UĞURLARIM
 
+/– 
Mən təqdimatımız üçün lazım olan şəkilləri əldə etdim.  
 
Mən ən azı iki fakt yazdım.  
Mən qrupda işləməyi öyrəndim.  
Mən təqdimat hazırlamağı öyrəndim.  
Mən layihə üçün maraqlı faktları seçə bildim. 
 
Mən layihə ilə iş zamanı yaranan suallara cavab verdim. 
 
Layihədə iştirak edərkən başa düşdüm ki, uğur qazanmaqda mənə 
nələr kömək edə bilər.  
 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə