Microsoft Word Geo-6 mv az-capa doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə15/47
tarix02.01.2018
ölçüsü3,58 Kb.
#19168
növüDərslik
1   ...   11   12   13   14   15   16   17   18   ...   47

 
 
41
Dərs 4 / Mövzu:
 
 XƏRİTƏ COĞRAFİYANIN İKİNCİ DİLİDİR 
 
 
 
 
 
 
 
 
 
 
 
Müəllim mövzuya başlamaq üçün şagirdlərin diqqətini dərslikdə verilmiş  xə-
ritələrə və onların müxtəlif  məzmununa yönəldə bilər. Dərslikdə verilmiş suallar 
səsləndirilə və cavabları müzakirə oluna bilər. “Xəritələrdən  hansı məlumatlar al-
maq olar?” sualı ilə şagirdlərə müraciət edib “beyin həmləsi” üsulunu tətbiq etmək 
məqsədəuyğundur. 
Tapşırıqları cütlərlə  həll etmək və alınan nəticələri aşağıdakı kimi müzakirə 
etmək faydalı olardı.  
 
 
Mövzunun şərhi zamanı dərslikdə olan mətn oxuna bilər. Mətn oxunarkən  mü-
əllim şagirdlərə əldə etdikləri məlumatları cədvəl şəklində göstərmələrini təklif edə 
bilər. Bu fəaliyyət cütlüklərdə və ya qrup formasında həyata keçirilə bilər. 
Alt 
STANDARTLAR
1.3.1. Kartoqrafik təsvirlərdə istifadə olunan elementləri  şərh 
edir.
 
 
 
Dərsin 
MƏQSƏDİ 
 xəritənin növünü müəyyən edir (kontur, tematik, fiziki, siyasi); 
 xəritənin növündən asılı olaraq onun məzmununu izah edir. 
 
Mütəxəssislər Görüləcək işlər Xəritənin növü 
Yol mühəndisləri nahamar 
ərazilərdən yol 
çəkməlidirlər. 
Bu zaman onlar ərazinin dağlıq 
və düzənlik olduğunu nəzərə 
almalıdırlar. 
Topoqrafik 
Kənd təsərrüfatı mütəxəs-
sisləri konkret bir bitkinin 
harada əkilməsi üçün xə-
ritələrə müraciət edirlər. 
Bu zaman onlar ərazidəki istilik 
və yağıntının miqdarını əsas 
götürürlər.  
 
İqlim 
Siyasətçilər dövlətlər 
arasındakı münasibətləri 
təhlil edirlər. 
Bu zaman onlar dövlətlərin 
geosiyasi mövqelərini təhlil 
edirlər. 
Siyasi 


 
42
 
 
Bu cədvəlin forması  və onun necə doldurulması ilə bağlı müəyyən açıqlamaları  
müəllim verməyə də bilər. Topladıqları məlumatları qrafik şəklində necə göstərə-
cəkləri hər qrupun öz öhdəsinə buraxılır. 
Yeni məlumatın mənimsədilməsi “Oxu və sual ver” üsulu ilə həyata keçirilə bilər. 
Bu üsul ilk dəfə tətbiq olunursa, mətnin 1-ci hissəsi üzərində işi bitirdikdən sonra 
fasilə vermək məqsədəuyğundur. Bu zaman şagirdlərin işi müzakirə olunur. Sual-
cavabları yoxlayıb lazımi düzəlişlərdən sonra şagirdlər işə davam edə bilər. Ümumi 
müzakirədən  əvvəl müəllimin sual-cavabların düzgünlüyünə  əmin olması üçün 
partalar arasında gəzməsi, şagirdlərin dialoqlarını dinləməsi məqsədəuyğundur.  
 Öyrəndiklərinizi tətbiq edin 
 
Xəritənin növü 
 Xəritənin adı 
Fiziki Siyasi Tematik 
Hansı bilikləri əldə 
etmək olar 
Dünyanın fiziki xəritəsi 
+    
Dağlar, düzənliklər, 
çaylar 
Dünyanın siyasi xəritəsi 
 +   
Ölkələr, paytaxtlar 
Azərbaycan Respub-
likasının inzibati xəritəsi 
 
 
 + 
İnzibati rayonlar, 
böyük şəhərlər 
Azərbaycan Respublika-
sının fiziki xəritəsi 
+    
Respublikamızda olan 
dağlar, düzənliklər  
 
 Nə öyrəndiniz  
Coğrafi xəritələr hər hansı  ərazinin  kontur xəritəsi üzərində qurulur. Xəritə 
üzərində dövlətlərin sərhədləri çəkilirsə, bu, siyasi  xəritədir. Xəritədə  ərazidə 
yerləşən dağ  və düzənliklər təsvir edilmişsə, belə  xəritələr  fiziki  xəritələrdir. 
Xəritələr hər hansı mövzudan bəhs edə bilər. Belə xəritələr tematik xəritə adlanır. 
 
Öyrəndiklərinizi yoxlayın: 
A nöqtəsi 100 metr dərinlikdə, 
B nöqtəsi 0–200 metr hündürlükdə
C nöqtəsi 200–500 metr hündürlükdə, 
D nöqtəsi 2000 metrdən yüksəkdə yerləşir. 
Xəritənin növü 
Hansı məlumatı əldə etməyə imkan verir 
Kontur  
Ərazinin yerləşməsini   
Siyasi  
Ölkələrin sərhədlərini, mövqeyini, həmsərhəd ölkələri 
təyin etməyə  
Fiziki Yer 
səthinin nahamarlığını, okeanların dərinliyini, dağların 
hündürlüyünü 
Tematik 
Mövzuya aid məlumatları, onların ərazi üzrə yerləşməsini
müxtəlif kəmiyyət göstəricilərini 


 
 
43
Qiymətləndirmə meyarları: 
  Müəyyənetmə 
  İzahetmə  
 
Zəif Orta 
Yüksək 
Xəritənin növünü müəyyən 
etməkdə çətinlik çəkir. 
 
Xəritənin bəzi növlərini 
müəyyən edir.
 
Xəritənin növünü düzgün 
müəyyən edir.
 
Xəritələrdən necə  məlumat 
almasını izah etməkdə  çə-
tinlik çəkir.  
Xəritələrdən necə  məlumat 
almasını müəllimin köməyi 
ilə izah edir.  
Xəritələrdən necə  məlumat 
almasını ətraflı izah edir. 
 
 
Dərs 5 / Mövzu:
 COĞRAFİ BİLİKLƏRİN İNKİŞAFI 
 
 
 
 
 
Motivasiya dərslikdə verilən sual və şəkillər ətrafında qurula bilər. Şagirdlərlə 
coğrafi biliklərin gələcəyi haqqında müzakirə  təşkil etmək, yaxud onlara esse 
yazmağı təklif etmək olar.  
Verilən “Fəaliyyət” tapşırığını qrup və ya cütlərlə yerinə yetirmək məqsədəuy-
ğundur. Şagirdlər çətinlik çəkərlərsə, bu vaxt onlara istiqamətləndirici suallar ver-
mək olar; məsələn:  
– Qədim dövrlərdə insanlar Yeri necə  təsvir edirdilər? Nə üçün onlar belə 
düşünürdülər? 
– Eratosfenin xəritəsində Yerin hansı quru sahələri təsvir edilmişdi? Nə üçün? 
– Ptolemeyin xəritəsində hansı quru sahələri təsvir edilmişdi? 
Suallar şagirdləri aşağıdakı nəticələrə gəlməyə kömək etməlidir:  
– İbtidai dövrün insanları Yeri tısbağa və ya fil üzərində təsəvvür edirdilər; 
Alt 
STANDARTLAR
1.1.1. Qədim insanların Yer haqqında təsəvvürlərini şərh edir 
 
 
Dərsin 
MƏQSƏDİ 
 Yer haqqında ilkin təsəvvürləri izah edir; 
 Yer haqqında təsəvvürlərin inkişaf mərhələlərini şərh edir.  


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə