Microsoft Word Geo-6 mv az-capa doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə18/47
tarix02.01.2018
ölçüsü3,58 Kb.
#19168
növüDərslik
1   ...   14   15   16   17   18   19   20   21   ...   47

 
50
I TƏDRİS VAHİDİ ÜZRƏ 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ  
 
 
1. Məntəqənin hansı paralel və meridian üzərində yerləşdiyini bilməklə nəyi 
müəyyən etmək olar? 
A) Yer  kürəsinin ölçülərini   
B) quru və su sahələrin nisbətini 
C) dəqiq coğrafi mövqeyini   
D) dövlət sərhədlərinin uzunluğunu 
E) Yerin formasını 
 
2. Kolumbun kəşf etdiyi yeni qitəyə “Amerika” adı verilməsinin səbəbi nədir? 
A) Kolumbun səyahət etdiyi gəmi  “Amerika” adlanırdı 
B) Orada amerikalılar yaşayırdı 
C) Eratosfenin xəritəsində bu qitə “Amerika” adlanırdı  
D) Əl-Biruni ilk qlobusunda bu quru sahəsini belə adlandırdı 
E) Ameriqo Vespuççi  buranın  yeni qitə olduğunu elan etdi 
 
3. Şəkildəki uşaq eyni zamanda Şimal, Qərb və Şərq 
yarımkürələrində dayanmışdır. Yerdəki xətt başlanğıc 
meridian üzərindən keçir. Bu şəkil hansı ölkədə 
çəkilmişdir?  
 
 
А) Ekvador       В) Hindistan      
С) Azərbaycan  D) Böyük Britaniya   Е)  Braziliya 
 
 
4. Rəqəmlər ilə qeyd olunan ölkələri müəyyən et: 
 
 


 
 
51
5. Hansı ifadələr coğrafiyanın inkişafında müasir dövrü əks etdirir? 
1. Yer kürəsi kosmosdan tədqiq edilir. 
2. Avropalılar Amerikanı kəşf etdilər. 
3. Coğrafi tədqiqatların nəticələri praktiki əhəmiyyət daşıyır. 
4. Xəritənin tərtib olunmasında kompüter proqramlarından istifadə olunur. 
5. Əbu Reyhan Biruni Şərqdə ilk dəfə Yerin modelini düzəltmişdir. 
6. Eratosfen xəritəni tərtib etdi. 
7. İnsanların təbii fəlakətlərdən qorunmasında coğrafi proqnozların rolu artır. 
 
6. Azərbaycanın siyasi-inzibati xəritəsinin tərtib edilməsinin düzgün ardıcıllığını 
seçin: 
1. Azərbaycanın inzibati rayonlarının sərhədlərini qeyd etmək. 
2. Rayon mərkəzlərinin və iri şəhərlərin adlarını yazmaq və rayon ərazisini  
rəngləmək. 
3. Əsas kimi kontur xəritə 
seçmək. 
 
7. Fiziki xəritədə çevrələrdəki 
rənglərə əsasən hündürlükləri 
təyin edin: 
1. Çox hündür dağlar  
2. Hündür olmayan dağlar  
3. Quruda ən çökək ərazilər 
4. Su səthi   
 
8. Türkiyənin coğrafi ünvanını 
aşağıdakı plan üzrə yazın: 
Materik:  ......... 
Qitə:  .............. 
Yarımkürə:  ......... 
 
 
9. İnternetdə Google Earth proqramından istifadə etməklə yaşadığınız şəhər, 
rayon, küçə və ya kəndi tapa bilərsiniz. Bu proqrama daxil edilən coğrafi 
obyektlər haqqında məlumatlar nəyin vasitəsilə əldə olunur?  
1)  peyk   
 
3)  qlobus  
 
5)  mobil telefon     
2)  sürət qatarı 
4)  müasir avtomobil  
 
10. Coğrafiyanın nəyi öyrəndiyini 5 cümlə ilə ifadə edin.  
 
 
 
 
 A
 B
 C
 D 


 
52
 
 
 
 
 
 
TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: 
7 saat 
 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ: 
 
 
    1 saat
 
TƏDRİS VAHİDİ –
2
CƏMİYYƏT 
 
3.1.1. Dünya xalqlarının fərqli xüsusiyyətlərini təsvir edir. 
3.1.2. Kontur xəritədə ilk yaşayış məntəqələrini qeyd edir. 
3.2.1  Ölkələri müxtəlif əlamətlərinə görə müqayisə edir. 
3.2.3. İnsanların təsərrüfat fəaliyyətini şərh edir. 
3.2.4. Mənimsəmə iqtisadiyyatından istehsal iqtisadiyyatına keçidi 
sxematik təsvir edir. 
3.2.5. Ətraf mühitdə çirklənməyə məruz qalmış ərazilərin fotoalbomunu 
hazırlayır. 
 


 
 
53
Dərs 8 / Mövzu
: MÜXTƏLİF XALQLAR, İRQLƏR, DİNLƏR 
 
  
 
 Dərsdə motivasiya yaratmaq ücün  şagirdlərə  Türkiyədə keçirilən “23 nisan  –  
Çocuq bayramı” barədə məlumat və videomaterial təqdim oluna bilər.  
İnternet resurslar:   
http://www.youtube.com/watch?v=MVd37VvlAGE 
http://www.youtube.com/watch?v=Bc6NPFL3DyI 
 Tapşırığı yerinə yetirərkən rollu oyunlar üsulundan istifadə etmək olar. Təqdim 
olunmuş cədvəl cütlüklərdə və ya ümumi müzakirə zamanı müəllim tərəfindən löv-
hədə tamamlana bilər. 
Uşaqların adı
Əlamətlər 
Kristin Ukubala Naomi Benəzir 
İbrahim 
Saçının rəngi sarı 
qəhvəyi qara  qara 
qonur 
Gözünün forması  
adi 
qıyıq adi adi 
adi 
Dərisinin rəngi ağ sarı qara 
qarayanız qarayanız 
 Nəzəri materialın mənimsənilməsi “Ziqzaq” üsulu ilə  həyata keçirilə bilər. 
Qrup işləri üçün müəllimə xalqların irq, din, dil müxtəlifliyinə aid əlavə materialla 
şagirdləri təmin etmək tövsiyə olunur. Materialın seçilməsində şagirdlərin biliyk və 
yaş  səviyyəsini nəzərə almaq vacibdir. “Ekspert” qruplarında araşdırma aparmaq 
üçün tapşırıqları tərtib edərkən müəllimə coğrafi xəritələrdən də istifadə etmək töv-
siyə olunur. 
 
Nümunə.1-ci ekspert qrupu üçün tapşırıq: 
“Dinlərin yayılması” xəritəsindən (dərslik, səh.47)
 
istifadə edərək dünya dinlərinin 
üstünlük təşkil etdiyi dövlətləri qruplaşdırın. İşi cədvəl və ya sxem formasında təq-
dim edin”.
 
Bu dərs şagirdlərin təsviri incəsənət bacarıqlarının inkişafına da imkan yaradır. İs-
tedadlı  və ya rəsmə marağı olan şagirdlərə müxtəlif irqlərə aid olan insanların 
rəsmlərini çəkməyi təklif etmək olar. 
Alt 
 STANDART 
3.1.1. Dünya xalqlarının fərqli xüsusiyyətlərini təsvir edir. 
3.2.1. Ölkələri müxtəlif əlamətlərinə görə müqayisə edir. 
 
 
Dərsin 
MƏQSƏDİ 
 dünya xalqlarını irq, din və dil 
 
baxımından fərqləndirir; 
 
dünya ölkələrini irq, din və dil baxımından qruplaşdırır.
 
 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə