Microsoft Word Geo-6 mv az-capa doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə24/47
tarix02.01.2018
ölçüsü3,58 Kb.
#19168
növüDərslik
1   ...   20   21   22   23   24   25   26   27   ...   47

 
 
71
İş cütlüklərdə də təşkil oluna bilər. Mətnlə tanış olduqca şagirdlərə cədvəli ta-
mamlamaq tapşırıla bilər. 
Dağ süxurlarının 
mənşəyi 
Yaranma şəraiti Nümunə 
Harada istifadə 
olunur 
Çökmə 
 
 
 
Maqmatik  
 
 
Metamorfik  
 
 
 Öyrəndiklərinizi tətbiq edin 
Şagirdlərə tapşırığı yazılı və ya şifahi şəkildə yerinə yetirməyi təklif etmək olar.   
 Nə öyrəndiniz  
Təbii materiallar insan müdaxiləsi olmadan yaranır. Onlar dağ süxuru adlanır. Yer 
qabığı maqmatikçökmə və metamorfik süxurlardan təşkil olunmuşdur. Bərkli-
yindən asılı olmayaraq hər hansı süxur xarici qüvvələrin təsirinə  məruz qalır; bu 
proses aşınma adlanır. 
 Öyrəndiklərinizi yoxlayın 
Yer səthində aşınma və toplanma nəticəsində yaranır: çökmə süxurlar 
Maqmanın soyuması nəticəsində əmələ gəlir: maqmatik 
Yerin dərinliklərində yüksək temperatur və təzyiq şəraitində yeni keyfiyyətlər qa-
zanır: metamorfik süxurlar 
Dərsdən sonra 
Süxurlardan ibarət kolleksiyanın toplanması ücün ekskursiyanin təşkili səmərəli 
olardı. Geoloqların da da ekskursiyaya cəlb edilməsi  şagirdlər üçün çox maraqlı 
olardı. Fəaliyyəti aşağıdakı kimi qiymətləndirmək olar.  
Dərsin daha dərindən mənimsənilməsini təmin etmək üçün şagirdləri Azərbaycan 
Geologiya Muzeyinə aparmaq faydalı olardı. 
 
 
Dərs 17  / Mövzu:
 VULKAN VƏ QEYZERLƏR 
 
Dərəcələnmə
Meyar
 
“1” səviyyə
 
“2” səviyyə
 
“ 3” səviyyə
 
“ 4” səviyyə
 
Kolleksiyalar 
toplama
 
Pərakəndə 
halda 
toplayır.
 
Toplayır və 
adlandırır.
 
Toplayır, 
adlandırır və 
sistemləşdirir.
 
Toplayır, 
sistemləşdirir, 
adlandırır və 
təqdim edir.
 
Alt
 
 STANDART
 
2.1.1. Yerin daxili quruluşunu, relyefini və orada baş verən hadisə 
və prosesləri təsvir edir. 
2.1.2. İri relyef formalarını  kontur xəritədə qeyd edir. 
 
 
Dərsin 
MƏQSƏDİ
 
 vulkanın elementlərini sadalayır, vulkan prosesini təsvir edir; 
 vulkanın quruluşunun sxemini çəkir; 

vulkanları kontur xəritədə qeyd edir.


 
72
 
Dərs daha çox nəzəri materiala əsaslanır. Şagirdlər bir dərs müddətində “vulkan”, 
“qeyzer”, “palçıq vulkanı” kimi bir neçə anlayışla tanış olmalıdırlar. Dərs praktiki 
fəaliyyətlə nəticələndiyindən müəllim vaxt bölgüsünü düzgün planlaşdırmalıdır.     
 Мotivasiya dərslikdə verilmiş mətn və sualın müzakirəsi üzərində qurula bilər. 
Müəllim şagirdlərə vulkan püskürməsinə aid videomaterial, yaxud şəkillər də nü-
mayiş etdirə bilər.  
 Tapşırığın yerinə yetirilməsi müəllimin ona ayırdığı vaxtdan asılıdır.  Əgər 
müəllim dərsin əsas vaxtını praktik fəaliyyətə həsr edərsə, bu zaman onun aparıl-
ması  dərslikdə verilmiş qaydalara əsasən yerinə yetirilə bilər.  Əks halda  vulkan 
konusunun hazırlanması dərsdən əvvəl, yaxud dərsdən sonra həyata keçirilməlidir. 
Şagirdlər vulkan konusunu plastilindən deyil, karton və ya qumdan da hazırlaya bi-
lərlər. Dərsdə soda və sirkə qarışığının təcrübədə nəzərdə tutulan kimi uğurla “püs-
kürməsi” üçün müəllim bu təcrübəni  əvvəlcədən yoxlamalıdır. Tapşırığı dağlarla 
vulkan konusunun müqayisəsi və dərslikdə verilmiş sualla yekunlaşdırmaq məqsə-
dəuyğundur.  
 Yeni materialın izahını müəllim şagirdlərin hazırladığı maket və ya dərslikdəki 
şəkil üzərində apara bilər.  Şagirdlər sönmüş  və  fəaliyyətdə olan vulkanların izah 
edilməsi üçün Venn diaqramı tərtib edə bilərlər. “Palçıq vulkanı” , “qeyzer” anla-
yışlarının izah edilməsi prosesində müəllim videomaterialdan istifadə edə bilər.  
 Öyrəndiklərinizi tətbiq edin 
1. Yer qabığında çatlar əmələ  gəlir. 2. Dərinlikdə vulkan ocağı yaranır. 3. İsti 
maqma yüksək təzyiqlə boğaz vasitəsilə yuxarı qalxır. 4. Vulkan külü və vulkan 
“bombası” səthə atılır, lava tökülür, vulkan konusu yaranır. 
 Nə öyrəndiniz  
Maqmanın Yer səthinə doğru açdığı kanal boğaz adlanır. Vulkan təpəsində yara-
nan çökəklik  kraterdir. Vulkanlar 2 qrupa ayrılır:  fəaliyyətdə olan və sönmüş 
vulkanlar.  Fəaliyyətdə olan vulkanlar hazırda püskürən və ya püskürməsi tarixi 
mənbələrdə olan vulkanlardır. Sönmüş  vulkanların isə ətrafındakı süxurlar onun nə 
vaxtsa püskürdüyünü sübut edir. Vulkanların baş verdiyi ərazilərə yaxın yeraltı 
sular isti halda fəvvarə vurur. Onlara qeyzer deyilir. Azərbaycanda palçıq vulkan-
ları vardır. 
 
 
 


 
 
73
Öyrəndiklərinizi yoxlayın 
 
 
 
 
 
 
 
 
Dərsdən sonra 
Kontur xəritə üzərində  işləmək üçün şərti işarələrin  şagirdlərin yadına salınması 
məqsədəuyğundur. Kontur xəritəyə şagirdlərin cədvəldə adlarını yazdıqları vulkanları 
qeyd etməyi tapşırmaq olar. Kontur xəritə ilə  işi mövzunu izah edərkən də yerinə 
yetirmək olar.  
Videomateriallar üçün internet resurslar: 
Vulkanlar: 
http://www.youtube.com/watch?v=R0Zbj7S22zs 
http://www.youtube.com/watch?feature=endscreen&v=7Ya_KmcGf9Y&NR=1 
http://www.youtube.com/watch?v=F-cpIQAp9MY&list=PLC9AA82B3E73B3D83 
http://www.youtube.com/watch?v=7snQPaxFf20&feature=endscreen&NR=1
 
Qobustanın palçıq vulkanları: 
http://www.youtube.com/watch?v=_IFsBBF_KQ0 
Qeyzerlər: 
http://www.youtube.com/watch?NR=1&v=USCvVndukjA&feature=endscreen 
Qiymətləndirmə meyarları: 
  Təsviretmə 
  Sxemçəkmə 
  Kontur xəritədə qeydetmə 
 
Zəif
 
Orta
 
Yüksək
 
Vulkanın elementlərini sada-
lamaqda və vulkan prosesini 
təsvir etməkdə çətinlik çəkir.  
Vulkanın elementlərinin bir 
hissəsini sadalayır, vulkan pro-
sesini köməkliklə təsvir edir.  
Vulkanın elementlərini tam 
sadalayır, vulkan prosesini 
düzgün təsvir edir. 
Vulkanın quruluşunun sxemi-
ni qurmaqda çətinlik çəkir.  
Vulkanın quruluşunun sxemini 
köməkliklə çəkir. 
Vulkanın quruluşunun sxe-
mini dəqiq çəkir. 
Vulkanları xəritədə göstər-
məkdə və  kontur xəritədə 
qeyd etməkdə çətinlik çəkir.  
Vulkanları xəritədə göstərir, 
amma kontur xəritədə kömək-
liklə qeyd edir. 
Vulkanları xəritədə dəqiq 
göstərir və  kontur xəritədə 
düzgün qeyd edir. 
 
№ Adı Materik 
 
Ölkə 
1. Lyulyalyako 
 Cənubi Amerika  
Çili–Argentina 
2. Vezuvi 
Avrasiya 
İtaliya 
3. Krakatau 
Avrasiya 
İndoneziya 
4. Etna 
Avrasiya 
İtaliya 
5. Orisaba 
Simali 
Amerika 
Meksika 
6. Kilimancaro Afrika 
Tanzaniya 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə