43
xüsusiyyətləri özündə daşıyan maddi və mənəvi nemətlərin
cəmindən ibarətdir. Xoşbəxtlik bir anda əldə olunan maddi və
mənəvi nemətləri özündə əks etdirən mücərrəd varlıqdır.
Həyatın xoşbəştlik trayektoriyasında bu anlar həm fasilələrlə,
həm də ardıcıl olaraq büruzə verir. İnsan hər yaş dövründə
həyatdan bəhrələnir, digərlərinin də bəhrələnməsi üçün
müəyyən vasitələr bəxş edir, maddi və mənəvi nemətlərdən
qidalanır və digərini də qidalandırır.
Ahıllıq, qocalıq dövrü daha çox müdriklik, kamillik dövrü
kimi xarakterizə olunur. Qazanılmış həyat təcrübəsi sayəsində
yaşlı insanlar həyatı daha da dərindən dərk edir və çalışırlar ki,
digər təbəqənin nümayəndələri ilə öz təcrübələrini paylaşsınlar.
Bu baxımdan onların fəaliyyətinin əsasını tövsiyyələr vermək,
istiqamətlər
göstərmək
təşkil
edir.
Xalqımızın
neçə
yüzilliklərdir ki, formalaşmış milli adət-ənənələrinə uyğun
olaraq yaşlı nəsil xüsusi hörmətli təbəqə hesab olunur. Gənclər,
orta yaşlı təbəqənin nümayəndələri yaşlı (ahıl və qoca)
təbəqənin nümayəndələrini özləri üçün stimulverici vasitə
hesab edirlər. Yaşlı nəsil əsasən cəmiyyətdə istiqamətverici,
məsləhətlərverici və tövsiyy
44
kimi başa düşülməlidir. Həmçinin bir iyerarxik prinsip olaraq
da qəbul edilməlidir) kimi mövcudluğunu təmin edir.
Ağsaqqallıq institutu eləcə də cəmiyyətdə digər təbəqələrin
formalaşmasında xüsusi rola malik olur. Yaşlı insanlar arasında
ictimai birliyin təşkili məqsədilə respublikada “Ağsaqqallar
ş
urası”, “Veteranlar birliyi” və s. ictimai təşkilatlar fəaliyyət
göstərir.
Qəbul etmək lazımdır ki, yaşlı nəslin nümayəndələri
xüsusilə elmin inkişafında böyük rol oynayırlar, ali
məktəblərdə, elmi tədqiqat müəssisələrində professor və
müəllim
heyətinin
böyük
ə
ksəriyyətini
yaşlı
nəslin
nümayəndələri təşkil edir. Bu nəsil öz ahıl yaşlarından, elmi
təcrübələrindən istifadə edərək, elmin inkişafına xidmət
etməklə yanaşı, elmin ardıcıl olaraq digər təbəqələr içərisində
də tərəqqisinə xüsusi kömək edir.
Onu da qeyd etmək vacibdir ki, bu gün yaşlı nəslin
cəmiyyətdə yükü daha ağır olur. Bu nəslin əksər nümayəndələri
cəmiyyətin inkişafı ilə yanaşı, cəmiyyətin mühafizəsinin
(mədəni və ictimai mühafizə) də məsuliyyətini öz çiyinlərində
daşıyırlar. İctimai tərbiyə işləri də onların üzərlərində olur.
Ümumiyyətlə yaşlı nəslin nümayəndələri həm ailələrdə (ailənin
qurulması, ailənin birliyi və qorunub saxlanılması), həm də
cəmiyyətin özündə xüsusi məsuliyyət daşıyırlar. Azərbaycan
ailələrində yaşlıların rolu və nəzarəti ailə institutunun
nəsillərdən-nəsillərə ötürülməsini təmin edir.
Sadalananlarla yanaşı, hesab etmək olar ki, yaşlı nəslin
nümayəndələrinin ailələr, xüsusilə gənclər üzərində ciddi
nəzarəti hərdən ailə gərginliklərinə gətirib çıxarır. Yaşlı nəslin
ə
ksəriyyətinin bir qayda olaraq ailələrə bağlanması bir tərəfdən
onların ictimai funksiyalarını zəiflədir, digər tərəfdən də ailə
münaqişələrinin yaranmasına səbəb olur. Ailə və təsərrüfat
yüklərinə görə yaşlı nəslin istirahəti az təmin edilir ki, bu da
onlarda əsəbi və psixi gərginlikləri çoxaldır və xəstələnmələrin
sayı artır. Bu baxımdan da hesab etmək olar ki, Azərbaycanda
45
yaşlı nəslin həyatlarının müəyyən hissəsinin ailələrədən (daimi
yaşayış evlərindən) kənarlarda, birbaşa cəmiyyətlə təmasda,
həmçinin istirahət və rahatlıq mərkəzlərində, müvəqqəti
yaşayış yerlərində keçirmələri müasirlik baxımından, yeni
tələblərə uyğun olaraq daha da aktuallıq kəsb edir.
Respublikada bütün sahələrdə olduğu kimi sosial sahələrdə də
tərəqqi vardır. Onu da qəbul etmək lazımdır ki, Azərbaycanda
bütün təbəqələrlə yanaşı, yaşlı nəsil də istirahət və müalicə
mərkəzlərindən, sanatoriyalardan və s. istifadə edir. Ancaq
ixtisaslaşmış, yalnız yaşlı insanlar üçün istirahət və müvəqqəti
yaşayış mərkəzlərinin yaradılması daha da səmərəlidir,
müvafiq mərkəzlər onların həyatlarını daha da maraqlı edər,
ömürlərini uzadar. Ümumiyyətlə, bu mövzuda daha da geniş
fikirlər bildirmək olar. Konkret olaraq isə, əhəmiyyəti barədə
aşağıdakı bəzi fikirləri sadalamaq olar:
Ə
həmiyyəti:
-kompleks istirahət hesabına yaşlı insanların sağlam həyat
tərzinin daha da yaxşılaşdırılması;
-onların istirahətlərinin yüksək səviyyədə və daha da dərin
məzmunda, geniş istiqamətlər üzrə təmin edilməsi;
-yaşlı nəslin Azərbaycanın təbiəti, adət-ənənələri ilə
yaxından tanışlıqlarının təmin edilməsi;
-bir yaşayış məskəninin yaşlı nəslinin digər rayonların yaşlı
nəsilləri ilə yaxından tanışlığı;
-adət-ənənələrin elementlərinin ölkə üzrə paylanmasına
ə
lavə kömək;
-yaşlı nəslin nümayəndələrinin ictimailəşməsi proseslərinin
sürətlənməsi;
-yaşlı
nəslin
gənc
ailələrlə
münasibətlərinin
yaxşılaşdırılması və yüksək səviyyədə saxlanılması (hörmət
ə
sasında);
46
-yaşlı təbəqənin bir sosial təbəqə kimi statusunun
möhkəmlənməsi;
-yaşlı təbəqənin ictimai statusunun gücləndirilməsi;
-ölkə üzrə bu təbəqənin əlaqələrinin genişləndirilməsi və s.
İ
stirahət mərkəzlərini və müvəqqəti yaşayış məskənlərini
(istirahət mərkəzlərinin içərisində-müəyyən müddətlər üçün
yaşamaq) qazanc məqsədilə iş adamları, imkanlı şirkətlər təşkil
edə bilərlər. Həmin istirahət mərkəzlərində paylaşdırılmış
şə
kildə, rəngarəng məzmunlu həyat tərzi təşkil edilə bilər.
Məsələn, ayın və ya fəslin müəyyən vaxtlarında yaşlı nəslin
nümayəndələri Azərbaycanın müxtəlif rayonlarında yaşaya və
istirahət edə, yerli adət-ənənələrlə tanış ola bilərlər.
Mərkəzlərin təşkili istiqamətləri:
Mövsümi olaraq istirahət üçün
-şəbəkə xarakteri kəsb edən mərkəzlərin Azərbaycanın
müxtəlif rayonlarında təşkili;
-mərkəzlərdə xüsusi tibbi xidmətin yaradılması;
-avtobus və qatar vasitəsilə turların təşkil edilməsi;
-yaşlı insanlar üçün ayrı-ayrı rayonlarda mədəniyyətin
(musiqi, rəqs, teatr və s.) və incəsənətin (xalçaçılıq sənəti və s.)
nümayişi;
-müvəqqəti yaşayış yerlərinin təşkili və s.
Azərbaycanda çayxanaların ləğv olunmasının
(başqa bir formaya keçməsinin) əhəmiyyəti
Təbii ki, cəmiyyətin təbəqələri müxtəlifdir və hər bir
təbəqənin
cəmiyyətdə
öz
funksiyası,
rolu,
öhdəliyi,
məsuliyyəti, eləcə də ehtiyac və tələbatları, maraq və
məqsədləri, həmçinin mənafeləri vardır. Yuxarıda deyilən
tərkib elementləri, komponentlər kompleks olaraq insan
həyatının, həyatın tərkibi olan məşğuliyyətinin əsaslarını,
məzmununu formalaşdırır, eyni zamanda insan xarakterinin
Dostları ilə paylaş: |