edilmişdir. Bundan başqa biblioqrafik göstəricidə A.Şaiqin kitab halında
çap olunmuş əsərləri ilə bərabər dövri mətbuatda dərc edilmiş əsərləri də
təsvir edilmişdir.
Biblioqrafik göstəricinin “Abdulla Şaiqin həyat və yaradıcılığı
haqqında” bölməsində yazıçıya həsr edilmiş bir sıra mühüm məqalələrin
təsviri verilmişdir.
Məlum olduğu kimi, A.Şaiq geniş yaradıcılığa malik yazıçı
olmaqla bərabər, həm də maarif sahəsində də çox böyük xidmətləri
olmuşdur. Belə sənətkar haqqında cəmi 9 səhifəlik yaddaş onun
yaradıcılığı haqqında oxuculara biblioqrafik cəhətdən çox az məlumat
verə bilər.
Müxtəlif yaşlı uşaqlar üçün çap edilmiş ədəbiyyatın təbliğində
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası tərəfindən tərtib
edilmiş metodik-biblioqrafik vəsaitlərin də əhəmiyyəti böyük olmuşdur.
Çünki belə biblioqrafik vəsaitlər vasitəsilə uşaq kitabxanaları tərəfindən
həyata keçirilən kütləvi tədbirlərdə müvafiq ədəbiyyatlar seçilib tövsiyə
olunmuşdur. Bu məqsədlə M.F.Axundov adına Azərbaycan Milli
Kitabxanası tərəfindən 1962-ci ildə S.Rzayevin “Uşaqları beynəlxalq
müdafiə günü” (8) mövzusunda tərtib etdiyi metodik - biblioqrafik
vəsait çap edilmişdir.
Respublika Dövlət Uşaq Kitabxanası təşkil olunana qədər uşaq
kitabxanaları üçün belə vəsaitlər çox az miqdarda yarana bilmişdir. Ona
görə də bu vəsait həmin illərdə yaranan ilk nümunələrdən olmaqla, uşaq
kitabxanalarına metodik köməklik üçün əhəmiyyətli vəsait hesab
olunurdu. Müəllif vəsaitdə uşaqları beynəlxalq müdafiə günü
münasibətilə uşaq kitabxanalarında, klublarda və mədəniyyət evlərində
bu mühüm əlamətdar tarixi günə aid kütləvi tədbirlərin planını verməklə
yanaşı, həmin tədbirlərdə nümayiş etdiriləcək mühüm ədəbiyyatların
biblioqrafik siyahısını da vermişdir.
Respublikamızda uşaq ədəbiyyatının tövsiyə biblioqrafiyası Firudin
Bəy Köçərli adına Respublika Dövlət Uşaq Kitabxanası təşkil
olunmasından sonra (1965) öz müstəqil inkişaf yolunu tapa bilmişdir.
Müasir dövrdə də Respublika Uşaq Kitabxanası uşaq ədəbiyyatının
tövsiyə biblioqrafiyasının mərkəzi hesab olunur. Kitabxana fəaliyyətə
başladıqdan sonra onun biblioqrafik fəaliyyəti genişlənmiş və müxtəlif
yaşlı məktəblilər üçün tövsiyə vəsaitləri buraxmağa başlamışdır.
Müxtəlif yaş dərəcəsinə malik olan şagirdlərin sinifdənxaric
mütaliəsinə rəhbərlikdə tövsiyə biblioqrafik vəsaitlərin əhəmiyyəti
olduqca böyük olmuşdur.
Kitabxana tərəfindən 1967-ci ildə çap olunmuş “Çto çitat letom”
adlı tövsiyə biblioqrafik göstərici II-III sinif şagirdləri üçün nəzərdə
tutulmuşdur. Göstəricidə tövsiyə olunan ədəbiyyat şagirdlərin yaş
dərəcələrinə görə qruplaşdırılmışdır. Biblioqrafik göstəriciyə 1960-cı
ildən sonra müxtəlif nəşriyyatlar tərəfindən uşaqlar qçün çap olunmuş
450-yə qədər ən mühüm kitablar daxil edilmişdir.
Respublika Uşaq Kitabxanası tərəfindən oxucular üçün yaddaşlar da
çap olunmuşdur ki, şagirdlər yaddaş vasitəsilə şair və yazıçıların həyat və
yaradıcılıqlarına dair müxtəlif məlumatları öyrənməklə yanaşı, onların
əsərlərinin son nəşrləri ilə də tanış olurlar. Kitabxana tərəfindən çap
olunmuş yaddaşlardan biri Azərbaycan uşaq ədəbiyyatının görkəmli
nümayəndələrindən biri olan Süleyman Sani Axundova həsr olunmuşdur.
Yaddaşın giriş hissəsində yazıçının ilk əsərləri haqqında oxuculara
məlumat verilmişdir. Yaddaşda S.S.Axundovun uşaqlar üçün yazdığı
“Qaraca qız” (1966), “Mister Qreyin köpəyi” (1959), “Nurəddin” (1963)
kimi əsərlərini təsviri verilməklə, həmin əsərlərin məzmunu ilə uşaqları
tanış etmək üçün hər bir əsərə qısa annotasiya verilmişdir. Sonra
yaddaşda yazıçının əsərlərinin son nəşrlərindən nümunələr
göstərilmişdir (10).
Respublika Uşaq Kitabxanası tərəfindən Akif Əsədullayevin tərtib
etdiyi “Azərbaycan uşaq ədəbiyyatı” adlı annotasiyalı tövsiyə
biblioqrafik göstərici uşaq ədəbiyyatına həsr edilmiş mükəmməl bir
vəsaitdir (7).
Uşaq ədəbiyyatı gənc nəslin tərbiyəsi məsələsi ilə ayrılmaz surətdə
bağlıdır. Bu ədəbiyyat uşaqlarda gözəl hisslər tərbiyə edir. Kiçik
yaşlarından vətənə, xalqa məhəbbət, əməyə, biliyə həvəs oyadır, həyatı
sevdirir, uşaqları fəallaşdırır, mübariz, xeyirxah, cəsarətli və dözümlü
olmağa çağırır. Uşaqlar bədii ədəbiyyat vasitəsilə keçmişi, bugünkü
həyatımızı və inkişafımızı bədii şəkildə öyrənirlər.
Biblioqrafik göstəricidə 1950-1968-ci illərdə uşaq ədəbiyyatı üzrə
kitab şəklində çap olunmuş 419 bədii əsər əhatə edilmişdir. Bu
biblioqrafik göstərici uşaqların mütaliəsinə rəhbərlik işini düzgün həyata
keçirmək məqsədilə çap olunmuşdur. Göstəriciyə eyni adlı əsərlərin
bütün nəşrləri deyil, yalnız sonuncu nəşr və yaxud uşaqlar üçün daha
sadə şəkildə işlənmiş nəşrlər daxil edilmişdir.
Göstərici şagirdlərin yaş xüsusiyyətlərindən asılı olaraq üç əsas böl-
məyə ayrılmışdır. Birinci bölmədə məktəbəqədər yaşlı uşaqlar və I-II si-
nif şagirdləri üçün olan ədəbiyyat, ikinci bölmədə III-IV sinif şagirdləri
üçün, üçüncü bölmədə isə V-VIII sinif şagirdlərinə aid ədəbiyyat
verilmişdir.
Biblioqrafik göstəricidə ədəbiyyat uşaqların yaş dərəcələrindən asılı
olaraq ədəbiyyatın janrı üzrə qruplaşdırılmışdır. Janra görə - şifahi xalq
ədəbiyyatı, poeziya və nəsr əsərləri kimi bölmələr əsas götürülmüşdür.
Hər bölmə daxilində uşaqlar üçün tövsiyə olunan əsərlər əlifba
qaydasında təsvir edilmişdir.
Biblioqrafik göstəricinin əhəmiyyətli cəhətlərindən biri odur ki, hər
bir əsərə annotasiya verilmişdir. Bu annotasiya vasitəsilə uşaqlar tövsiyə
olunmuş bədii əsərlərin məzmunu ilə tanış ola bilirlər.
Bu tövsiyə vəsaiti oxucu istiqamətinə görə uşaq kitabxanalarının
işçiləri, aşağı sinif müəllimləri, tərbiyəçilər üçün nəzərdə tutulmuşdur.
Biblioqrafik göstərici 1970-ci ildə çap edilmişdir. Vəsaitə müxtəlif yaşlı
uşaqlar üçün cəmi 419 mənbə daxil edilmişdir.Vəsaitdən istifadəni
asanlaşdırmaq üçün sonda köməkçi aparat verilmişdir. Köməkçi aparata
“Müəlliflərin əlifba göstəricisi” və “Əsərlərin adlar göstəricisi” daxildir.
Köməkçi aparat vasitəsilə müəllifləri və istənilən əsərləri adlarına görə
axtarıb tapmaq olur.
“Azərbaycan uşaq ədəbiyyatı” adlı biblioqrafik göstərici F.Köçərli
adına Respublika Uşaq Kitabxanası tərəfindən tərtib olunmuş vəsaitlərin
ən maraqlısı hesab olunur.
Azərbaycanda uşaq ədəbiyyatı biblioqrafiyasının intensiv inkişafı
1970-ci ildən sonrakı illərə təsadüf edir. Bu sahədə fəaliyyət göstərən
Respublika Dövlət Uşaq Kitabxanasının biblioqrafik nəşrlərinin sayı və
keyfiyyəti xeyli artmışdır. Kitabxana tərəfindən 1970-ci il və sonrakı
illərdə yubileylər, əlamətdar və tarixi günlər münasibətilə bir sıra
vəsaitlər tərtib edilib çap olunmuşdur.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası yetişməkdə olan
gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsinə kömək
etmək üçün müxtəlif xarakterli kütləvi tədbirlər həyata keçirməklə
bərabər, biblioqrafik vəsaitlər də hazırlayıb çap etdirmişdir.
Hərbi vətənpərvərlik üzrə mövcud ədəbiyyatın gənclər arasında
təbliğ edilməsində tövsiyə xarakterli biblioqrafik vəsaitlərin əhəmiyyəti
olduqca böyükdür. Aydın Abbasov tərəfindən tərtib olunmuş “Uşaqların
Dostları ilə paylaş: |