33
Kitabxanaların idarə edilməsi sahəsində bəzi
aspektlərin işlənib
hazırlanmasında Rusiya Dövlət Kitabxanasının, Rusiya Dövlət Elmi-Texniki
Kitabxanasının, Rusiya Elmlər Akademiyasının Təbiət Elmləri Kitabxanası və
s. kitabxanalar yaxından iştirak etmişdir. Bu kitabxanalar əsasən idarəetmənin
səmərəliliyi, avtomatlaşdırılmış idarəetmə şəraitində oxuculara kitabxana
xidmətinin keyfiyyətliliyi, kitabxanaçı əməyinin
keyfiyyətli idarə edilməsi,
kitabxanaların texnoloji prosesinin idarə edilməsinin avtomatlaşdırılmış sistem
kimi quruluşu və s. problemlər tədqiqata cəlb olunmuşdur. Təəssüflə qeyd
etməliyik ki, Azərbaycan kitabxanalarında, kitabxanaların idarəetmə məsələləri
tədqiqata cəlb olunmamış və demək olar ki, bu problemlə bağlı tədqiqat işləri
də aparılmamışdır. Bu gün müstəqil Azərbaycanımızda eksperimental baza
kitabxanada, həmçinin kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və
kitabşünaslıq sahəsində aparıcı elmi-tədqiqat
mərkəzi hesab edilən BDU-
nun kitabxanaçılıq-informasiya fakültəsi alimləri də bu problemlə bağlı, yəni
kitabxanaların idarə edilməsi ilə bağlı heç bir tədqiqat aparmırlar. Nəticədə
Respublikamızın kitabxanaları və bütövlükdə kitabxana ictimaiyyəti,
kitabxanaların idarə edilməsi idarəetmənin nəzəri və praktiki xüsusiyyətləri,
bu sahədə istər dünya təcrübəsində,
istərsə də, Respublika miqyasında yeni
idarəetmə sistemlərinin öyrənilməsi və tətbiq edilməsindən kənarda
qalırlar. Bizə belə gəlir ki, Respublika Milli Kitabxanası regionda
eksperimental baza kitabxanası kimi belə bir statusa
malikdir və bununla
bağlı konkret addımlar atmalıdır. Xüsusi tədqiqatlar qrupu yaradılmalı, bu
və ya digər problemlər tədqiqata cəlb olunmalıdır.
Kitabxanaçıların ixtisasartırma kurslarına cəlb olunması zamanı struktur
rəhbərləri üçün xüsusi kurslar yaradılmalı və onlara tədris edilən
proqramların məzmunu adi kitabxana işçilərindən əsaslı şəkildə
fərqlənməlidir. İxtisasartırmaya cəlb olunan rəhbər işçilərə, idarəetmə
sistemlərində çalışan təcrübəli mütəxəssislər qabaqcıl kitabxana işçiləri,
menecerlər metodiki şöbənin müdirləri dərs deməlidirlər. İdarəetmə ilə
bağlı aparılan ixtisasartırma və ya treninqlər qabaqcıl kitabxanaların
nümunələri ilə müşaiyət olunmalı, diaqramlar,
statistik cədvəllər, metodik
göstərişlər, müxtəlif mövzularda slaydlar və s. əyani olaraq nümayiş
etdirilməlidir.
Qeyd etmək lazımdır ki, Avtomatlaşdırılmış İdarəetmə Sistemlərinin tətbiq
edilməsi zamanı daha diqqətli olmaqla bütün məsələlərə kompleks
yanaşma və beləliklə kitabxanaların idarəetmə sistemlərini
təkmilləşdirmək
nəzərdə tutulmalıdır.
Məlum olduğu kimi, kitabxana fəaliyyətinin inkişafı ilə bağlı, istər nəzəri
işləmələr, istərsə də, təcrübi olaraq onların tətbiq edilməsində çox böyük
inkişaf diqqəti cəlb edir. Kitabxana işinin planlaşdırılması, kitabxana işinin
proqnozlaşdırılması, perspektiv planların hazırlanması və həyata
keçirilməsi
34
sahəsində bir sıra qabaqcıl təcrübə əldə edilmiş, kitabxana işinin
inkişafının planlaşdırılması metodologiyası işlənilmiş, kitabxana
şəbəkələrinin yerləşdirilməsi ilə bağlı konkret addımlar atılmışdır.
Respublikamızda kitabxana işinin inkişafı ilə bağlı, dövlət səviyyəsində
tədbirlər həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6
oktyabr tarixli 3072 saylı sərəncamı ilə təsdiq edilmiş, «Azərbaycan
Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü
illərdə
inkişafı üzrə Dövlət proqramı» son illərdə aparılan işlərin davamı kimi
qiymətləndirilməlidir. Bu mühüm dövlət sənədində Respublika əhəmiyyətli
bütün kitabxanaların, o cümlədən şəhər və rayon mərkəzi kitabxanalarının
qarşısında çox mühüm vəzifələr qoyulmuşdur.
Dövlət proqramının həyata keçirilməsində kitabxanaların idarə edilməsi
cari və perspektiv planlar əsasında işin düzgün təşkili başlıca məsələlərdən
biri olmalıdır.
ƏDƏBİYYAT
Azərbaycan dilində
1. MKS-lərdə işin təşkili: Təlimatlar və uçot formaları. –Bakı:
M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanası, 1988.- 176 s.
2. Mərkəzləşdirilmiş Kitabxana Sisteminin illik plan işlərinin və
informasiya hesabatının sxemi. (Metodik tövsiyyələr). –Bakı: M.F.Axundov
adına Azərbaycan Dövlət Kitabxanası, 1980. -18 s.
Rus dilində
3. Библиотечный менеджмент: Методическая разработка.- СПб,
1999.- 16 с
4. Качанова, Е.Ю.Инновации в библиотеках [Текст]: практ. пособие/
Е.Ю.Качанова.- СПб.: Профессия, 2003.- 317 с.
5. Новое в отечественной теории управления библиотеками//
Управление библиотекой: новые идеи и практич. pекомендации.- М.
1995.- Вып. 1.- С. 20-34.
6. Огвоздин, В.Ю. Управление качеством: основы теории и практики
[Текст]: учеб. пособие/ В.Ю.Огвоздин .- 4-е изд., испр. и доп.- М.: Дело и
сервис, 2002.- 158 с.
7. Организация и управление библиотечным делом: Метод. разработка
для стундентов 4-го курса/ Ленингр. гос. ин-т культуры им.
Н.К.Крупской.- Л., 1991.- 24 с.- В соавт. с С.А.Порошиным.
8. Повышение квалификации и переподготовка библиотекарей.- Так
же.- С. 367-370.