Microsoft Word Kitabxana nasl q-Biblioqrafiya jurnal 2009 doc



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə13/61
tarix11.07.2018
ölçüsü1,35 Mb.
#55078
1   ...   9   10   11   12   13   14   15   16   ...   61

 
33
Kitabxanaların idarə edilməsi sahəsində  bəzi aspektlərin işlənib 
hazırlanmasında Rusiya Dövlət Kitabxanasının, Rusiya Dövlət Elmi-Texniki 
Kitabxanasının, Rusiya Elmlər Akademiyasının Təbiət Elmləri Kitabxanası və 
s. kitabxanalar yaxından iştirak etmişdir. Bu kitabxanalar əsasən idarəetmənin  
səmərəliliyi, avtomatlaşdırılmış idarəetmə  şəraitində oxuculara kitabxana 
xidmətinin  keyfiyyətliliyi, kitabxanaçı  əməyinin keyfiyyətli idarə edilməsi
kitabxanaların texnoloji prosesinin  idarə edilməsinin avtomatlaşdırılmış sistem 
kimi quruluşu  və s. problemlər tədqiqata cəlb olunmuşdur. Təəssüflə qeyd 
etməliyik ki, Azərbaycan kitabxanalarında, kitabxanaların idarəetmə məsələləri 
tədqiqata cəlb olunmamış və demək olar ki, bu problemlə bağlı  tədqiqat işləri 
də aparılmamışdır. Bu gün müstəqil Azərbaycanımızda eksperimental baza 
kitabxanada, həmçinin kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və  
kitabşünaslıq  sahəsində  aparıcı elmi-tədqiqat  mərkəzi  hesab  edilən  BDU-
nun  kitabxanaçılıq-informasiya  fakültəsi  alimləri də bu problemlə  bağlı, yəni  
kitabxanaların  idarə edilməsi ilə  bağlı  heç bir  tədqiqat  aparmırlar.  Nəticədə 
Respublikamızın  kitabxanaları  və bütövlükdə  kitabxana ictimaiyyəti, 
kitabxanaların  idarə edilməsi  idarəetmənin  nəzəri  və praktiki  xüsusiyyətləri, 
bu sahədə  istər dünya  təcrübəsində,  istərsə də, Respublika miqyasında  yeni  
idarəetmə  sistemlərinin  öyrənilməsi və  tətbiq   edilməsindən  kənarda  
qalırlar. Bizə belə  gəlir ki,  Respublika Milli Kitabxanası  regionda  
eksperimental  baza kitabxanası    kimi    belə bir  statusa malikdir və bununla  
bağlı  konkret  addımlar  atmalıdır. Xüsusi  tədqiqatlar  qrupu  yaradılmalı, bu 
və ya  digər problemlər  tədqiqata cəlb olunmalıdır.  
Kitabxanaçıların ixtisasartırma  kurslarına  cəlb olunması  zamanı struktur 
rəhbərləri  üçün  xüsusi  kurslar  yaradılmalı  və onlara tədris edilən  
proqramların məzmunu  adi  kitabxana  işçilərindən  əsaslı  şəkildə 
fərqlənməlidir.  İxtisasartırmaya  cəlb olunan rəhbər işçilərə,  idarəetmə  
sistemlərində    çalışan  təcrübəli  mütəxəssislər  qabaqcıl  kitabxana işçiləri, 
menecerlər  metodiki  şöbənin  müdirləri  dərs  deməlidirlər.  İdarəetmə ilə 
bağlı aparılan  ixtisasartırma və  ya    treninqlər  qabaqcıl  kitabxanaların  
nümunələri ilə müşaiyət  olunmalı, diaqramlar,  statistik cədvəllər, metodik  
göstərişlər, müxtəlif  mövzularda  slaydlar və s. əyani  olaraq  nümayiş   
etdirilməlidir. 
Qeyd  etmək lazımdır ki,  Avtomatlaşdırılmış  İdarəetmə  Sistemlərinin tətbiq  
edilməsi  zamanı  daha  diqqətli  olmaqla  bütün  məsələlərə  kompleks   
yanaşma və beləliklə  kitabxanaların   idarəetmə  sistemlərini  təkmilləşdirmək 
nəzərdə  tutulmalıdır.  
Məlum olduğu kimi,  kitabxana  fəaliyyətinin   inkişafı  ilə bağlı, istər  nəzəri 
işləmələr, istərsə də,  təcrübi  olaraq  onların  tətbiq  edilməsində  çox böyük  
inkişaf diqqəti cəlb edir.  Kitabxana işinin  planlaşdırılması, kitabxana işinin 
proqnozlaşdırılması, perspektiv planların  hazırlanması və həyata  keçirilməsi  


 
34
sahəsində  bir sıra  qabaqcıl   təcrübə    əldə edilmiş, kitabxana  işinin  
inkişafının  planlaşdırılması metodologiyası    işlənilmiş, kitabxana 
 
şəbəkələrinin  yerləşdirilməsi ilə bağlı  konkret  addımlar atılmışdır.  
Respublikamızda  kitabxana  işinin  inkişafı ilə bağlı, dövlət səviyyəsində  
tədbirlər  həyata keçirilir. Azərbaycan Respublikası  Prezidentinin  2008-ci il 6 
oktyabr   tarixli 3072 saylı  sərəncamı    ilə  təsdiq edilmiş, «Azərbaycan 
Respublikasında  kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə  
inkişafı üzrə Dövlət  proqramı» son  illərdə  aparılan  işlərin   davamı  kimi 
qiymətləndirilməlidir. Bu mühüm  dövlət  sənədində  Respublika  əhəmiyyətli  
bütün  kitabxanaların,  o cümlədən  şəhər və rayon  mərkəzi  kitabxanalarının  
qarşısında  çox mühüm   vəzifələr  qoyulmuşdur.  
Dövlət  proqramının   həyata keçirilməsində  kitabxanaların  idarə edilməsi   
cari və  perspektiv  planlar  əsasında  işin düzgün  təşkili  başlıca  məsələlərdən  
biri olmalıdır.  
 
ƏDƏBİYYAT 
 
Azərbaycan dilində  
1. MKS-lərdə    işin  təşkili: Təlimatlar və uçot  formaları. –Bakı: 
M.F.Axundov  adına  Azərbaycan Dövlət Kitabxanası, 1988.- 176 s. 
2. Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  illik  plan işlərinin  və 
informasiya  hesabatının sxemi. (Metodik  tövsiyyələr). –Bakı: M.F.Axundov 
adına Azərbaycan Dövlət  Kitabxanası, 1980. -18 s.  
 
Rus dilində 
3.  Библиотечный    менеджмент:  Методическая    разработка.-  СПб, 
1999.- 16 с 
4.  Качанова,  Е.Ю.Инновации  в  библиотеках  [Текст]:  практ.  пособие/ 
Е.Ю.Качанова.- СПб.: Профессия, 2003.- 317 с.  
5.  Новое    в  отечественной    теории    управления    библиотеками// 
Управление    библиотекой:  новые  идеи  и  практич.  pекомендации.-  М.  
1995.- Вып. 1.- С. 20-34. 
6. Огвоздин, В.Ю. Управление  качеством:  основы теории и практики 
[Текст]: учеб. пособие/ В.Ю.Огвоздин .- 4-е изд., испр. и доп.- М.: Дело и 
сервис, 2002.- 158 с.  
7. Организация и управление  библиотечным делом: Метод. разработка 
для  стундентов 4-го    курса/  Ленингр.  гос.  ин-т  культуры  им. 
Н.К.Крупской.- Л., 1991.- 24 с.- В соавт. с С.А.Порошиным.  
8.  Повышение    квалификации  и  переподготовка    библиотекарей.-  Так 
же.- С. 367-370. 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə