Microsoft Word Kitabxana nasl q-Biblioqrafiya jurnal 2009 doc



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə15/61
tarix11.07.2018
ölçüsü1,35 Mb.
#55078
1   ...   11   12   13   14   15   16   17   18   ...   61

 
38
cədid, Zəbur, tövrat və incilin çoxsaylı nüsxələri qorunub saxlanılmışdır. 
Azərbaycanın  şimalında xəzərlərin yəhudiliyi qəbul etməsi, qərb hissəsində 
Albanların xristian olması, cənubluların atəşpərəstliyi, eləcə  də müsəlman 
əhalisinin mövcud olması, böyük tarixi dövrdə kitab məhsulunun istehsalında, 
mühafizəsində və istifadəyə verilməsində heç bir problemlə qarşılaşmamışdır. 
Müasir dünyada kitabxanaların sənədli informasiyanın komplektləşdirilməsi, 
saxlanılması və təqdim edilməsi formaları daha sürətlə transformasiya olunur. 
Bu problemi tədqiq etmiş prof. Yuri Qrixanovun bir sıra fikirləri ilə 
polemikaya girmək olar. Transformasiya prosesi son iki min il ərzində sistemli 
olaraq baş vermişdir və kitabxana sənəti bu prosesə daima uyğunlaşmış və onu 
idarə etməyə çalışmışdır. Kitabxana-informasiya sistemlərinin inkişaf 
strategiyasını müəyyənləşdirən elmi konsepsiyalara mane olan ideoloji, milli 
və dini komplekslər tarix boyu özünü göstərmişdi. Əgər nəzərə alsaq ki, bu gün 
də inkişaf etmiş ölkələrdə  nəinki istifadəyə, hətta kataloqlaşmaya bağlı olan 
kitabxana fondları  mövcuddur, informasiyanın manipulyasiya olunması 
cəhdləri orta əsrlərdə olduğundan daha geniş aktuallıq kəsb edir. Bu zaman 
məlumatın və  məlumat daşıyıcısının mötəbərliyi məsələsi ön cərgəyə  çıxır. 
Düşünürük ki, kitabxana xidmətinin demokratikliyi prinsiplərinə 
kitabxanaşünaslıq nəzəriyyəsində yenidən baxılmalıdır. Biliklər cəmiyyətini 
səciyyələndirən informasiya mühitidir. Prof. Mixail Onenkov öz məqaləsində 
yazır: “İnformasiya mühitinə təsir etmək – mədəniyyətə, biliklər sənayesinə və 
incəsənət sahəsinə  təsir etməkdir”. (Kitabxanalar biliklər cəmiyyətində. Bakı, 
2006.- 353 səh.). Tədqiqatçının bu fikrinə siyasət anlayışını da  əlavə etmək 
düzgün olardı. Kitabxana tarixindən  əldə etdiyimiz təcrübə göstərir ki, 
informasiya mühitinə  təsir fraqmental informasiya, informasiyanın 
manipulyasiyası, dezinformasiya şəklində  təzahür edir. Deməli, informasiya 
mühitinin də keyfiyyəti vacib amildir. Bu problemin daha detallı analizə 
ehtiyacı var. Biliklər cəmiyyəti informasiya mühitini vaxtaşırı test etməli və 
demokratik, sənədli məlumat inteqrasiya mexanizmləri tətbiq etməlidir. Dünya 
kitabxanaları tarixində kitabxana fəaliyyətinin demokratik ənənələrini 
öyrənərək onlara  birmənalı qiymət vermək bu istiqamətdə faydalıdır. 
Ş.Ranqanatanın XX əsrin əvvəllərində müəyyənləşdirdiyi kitabxana elminin 
beş yeni qanunu qeyd edildiyi kimi artıq maksimaya çevrilmiş mücərrəd 
yanaşmadır. Məsələn, «hər oxucunun öz kitabı var» və ya «hər kitabın öz 
oxucusu var»  maksimasını kitabxanalar hansı texnologiyalar hesabına 
müəyyənləşdirir. Bu gün oxucu məlumat axtarışında tam müstəqildir. Mötəbər 
məlumat mənbəyi və mötəbər məlumat  əldə etmək istiqamətində müasir 
kitabxana praktikasında kifayət qədər problem var. 
Demokratik olmayan dövlətlərdə (orta əsrlərə  də aid edilə bilər) kitabxana 
xidmətinin demokratikliyindən danışmaq olarsa, demokratik üsul ilə idarə 
edilən bir siyasi sistemdə qeyri-demokratik kitabxana xidməti də mövcud ola 


 
39
bilir. Belə halları sübut etmək üçün xeyli nümunələr mövcuddur. 
Kitabxanaşünas alim R.Kazımov bu problemlə  əlaqədar qeyd edir ki, 
kitabxanaçılıq fəaliyyətində ideoloji amil həmişə mövcud olub, çünki 
demokratiya özü də ideologiyadır. Bununla razılaşmamaq çox çətindir. 
Kitabxana tarixindən  əldə olunmuş  məlumatlar müəyyən edir ki, hələ çox 
qədim zamanlardan konkret mövzularda və ya konkret müəlliflərin kitabları 
toplanaraq yandırılıb və bununla da kitabxananın məlumatı zamana ötürmək 
funksiyası  məhdudlaşdırılıb. Eləcə  də konkret  müəllifin və konkret 
mövzularda yazılmış  əsərlər dəyişdirilərək zamana dezinformasiya ötürmək 
cəhdləri kitabxanalarda həyəta keçirilmişdir. Fikrimizi inkişaf etdirərək müasir 
dövrdə geniş PR texnologiyaları tətbiq edərək dünyaya dezinformasiya yaymaq 
ənənəsinin də mövcud olmasını qeyd edək. Kitabxanalar mövcud informasiya 
küyündə fondun formalaşması və xidmətin təşkilində mənbəyin və məlumatın 
mötəbərliyinin müəyyənləşdirilməsi problemini həll etməlidirlərmi? Yoxsa bu 
kitabxana siyasətinin həyata keçirilməsindəki demokratik prinsiplərə ziddir? 
Bir sıra kitabxanaların təcrübəsində «bizə aid həqiqətlər və ya aid olmayan 
həqiqətlər Anlayışları bu gün də mövcuddur. 
Düşüncələrimizi ümumiləşdirərək diqqəti son 50 ildə SSRİ  məkanında 
dövriyyəyə daxil olmuş kitabxana tarixi ilə əlaqədar tədqiqat işlərinə, xüsusilə 
də  dərslik və  tədris  ədəbiyyatı kimi tövsiyə olunan mənbələrə  cəlb etmək 
istəyirik. Bu mənbələr dünya kitabxana mədəniyyətini və ənənələrini nə qədər 
düzgün ifadə edə bilir? Müxtəlif xalqların, dövrlərin, hətta dini cərəyanların 
dünya sivilizasiyasına gətirmiş olduğu kitabxana mədəniyyətinin xarakteri, 
xüsusiyyəti, mahiyyəti, ənənələri nə dərəcədə real mənzərəni ifadə edir? Bəlkə 
də bugünkü kitabxanaşünaslıqda  bir çox problemlər tarixi ənənələrə düzgün 
qiymət verməmək, bəzən də vermək istəməməyimizdən qarşıya çıxır. Sovet 
məkanında kitabxana tarixi problemlərini öyrənən, kitabxana tarixində 
ənənələri araşdıran və kitabxana işinin tarixi təkamülünü tədqiq edərək ilk dəfə 
tarix elmləri doktoru olmuş professor A.A.Xələfovun elmi irsinə diqqəti cəlb 
etmək istəyirik.  Əsərləri ilə nüfuzlu bir məktəb yaratmış alim ilk dəfə 
kitabxanaların bəşəri funksiyasını qeyd etmiş  və öz tədqiqatlarında coğrafi  
sərhədlərlə məhdudlaşmamışdı. 
Tarixi təcrübəni öyrənmək tarixi faktları manipulyasiya etmək və ya tarixi 
mənzərəni saxtalaşdırmağa motivasiya etmək üçün deyil, ondan təkamülün 
növbəti mərhələsi üçün düzgün nəticələr çıxarmaq baxımdan faydalıdır. 
Kitabxana tarixinin bizə verdiyi geniş  məlumat kütləsi bizə  əsas verir ki, 
kitabxana təsnifatına yeni terminologiya daxil edək; Demokratik kitabxanalar 
və demokratik olmayan kitabxanalar və ya bu fikri ifadə edə biləcək başqa bir 
termin. 
 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə