Microsoft Word Kitabxana nasl q-Biblioqrafiya jurnal 2009 doc



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə16/61
tarix11.07.2018
ölçüsü1,35 Mb.
#55078
1   ...   12   13   14   15   16   17   18   19   ...   61

 
40
ƏDƏBİYYAT. 
 
1.
 
Xələfov A.A. Azərbaycanda kitabxana işinin tarixi: c 1.- Bakı, 2006. 
2.
 
Xələfov A.A. Azərbaycanda kitabxana işinin tarixi: c 2.-  Bakı, 
2007.  
3.
 
Kitabxanalar biliklər cəmiyyətində.-Bakı, 2006. - 360 s. 
4.
 
İsmayılov X.. Kitabxana menecmentinin əsasları.- Bakı, 2006. 
5.
 
Aslan K. Qədim və orta əsrlər dünya kitabxanaları. Bakı,- 2008. 
 
 
ХАЛИЛ ИСМАИЛОВ
 
ПАРВИЗ КАЗЫМИ 
 
О ДЕМОКРАТИЧНОСТИ БИБЛИОТЕЧНОЙ РАБОТЫ 
РЕЗЮМЕ 
 
Демократичность  библиотечной  работы  является  актуальной 
проблемой 
современного 
библиотековедения. 
Элементы 
демократичности  наблюдаются  и  в  библиотечной  традиции 
средневековых библиотек.  
 
KHALİL İSMAİLOV  
PARVİZ  KAZİMİ 
 
ARENT THE DEMOCRACY OF LIBRARY WORK 
SUMMARY 
 
The democracy of library work is an actual problem in temporary. The 
determine of democratic traditions are very important to learn history of 
library.   
 


 
41
Elçin ƏHMƏDOV  
Dosent 
Günel ƏHƏDOVA  
Magistrant 
 
 
KİTABXANALARIN  HÜQUQİ  TƏMİNATINDA 
BEYNƏLXALQ  ƏMƏKDAŞLIĞIN  ROLU 
 
Hüquqi təminat bütün sahələrdə  zəruri ünsür hesab olunur. Hüquqi təminat 
olmadan heç bir sahənin inkişafından danışmaq olmaz. Hər bir kitabxana 
hüququn subyekti kimi müxtəlif vəzifələrə malik olub öz fəaliyyətini qüvvədə 
olan hüquqi aktlar əsasında həyata keçirmək imkanlarına malikdir. Bu 
baxımdan kitabxana işində hüququn aliliyi başlıca rol oynayır.  
Kitabxanaların hüquqi təminatında beynəlxalq təşkilatların rolu danılmazdır. 
Onların qəbul etdiyi manifest və proqramlar hüquqi əhəmiyyətə malikdir və 
kitabxanaların hüquqi təminatında mühüm rol oynayır. Bu cəhətdən beynəlxalq 
əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilməlidir. 
Biliklər cəmiyyətində informasiya mənbələrinin geniş  və sürətli mübadiləsi 
olmadan elmin, texnikanın, mədəniyyətin daha da tərəqqi etməsi, xalqlar və 
dövlətlər arasındakı inamın inkişafı mümkün deyil. Ona görə  də beynəlxalq 
informasiya  əməkdaşlığı informasiya təminatının ümumdünya və lokal 
beynəlxalq  əlaqələr kompleksinin mühüm ünsürü olur. Bu mühüm işdə 
müstəqillik yollarında irəliləyən Azərbaycan Respublikası da öz yerini 
tutmalıdır.  
Kitabxana işi sahəsində beynəlxalq  əməkdaşlıq,  əslində müxtəlif ölkələrin 
müvafiq hökumətlərarası  və qeyri-dövlət beynəlxalq təşkilatların iştirakı ilə 
həyata keçirilir. 
Kitabxana işi sahəsində  ən mühüm təşkilatlardan biri YUNESKO-dur. 
YUNESKO (United  Nations Educational, Scientific and Cultural Organization 
– Təhsil, Elm, Mədəniyyət Məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatı) BMT-
nin 13 ixtisaslaşdırılmış idarəsindən biridir.  
YUNESKO-nun başlıca məqsədi təhsil, elm və  mədəniyyət sahəsində 
beynəlxalq əlaqələrin inkişafına, mədəniyyətin və elmi-texniki informasiyanın 
yayılmasına, milli mədəniyyətlərin müdafiəsinə  və s. köməklik göstərmək, 
YUNESKO üçün müəyyən edilmiş qlobal kursda ədaləti, qanunçuluğu və insan 
hüquqlarına hörməti təmin etmək naminə xalqların geniş  əməkdaşlığının 
inkişafı  zəminində insanların  şüurunda sülh ideyasını, ümumbəşəri dəyərləri 
möhkəmləndirməkdir. 


 
42
Hazırda 186 ölkə BMT-nin bu iri ixtisaslaşdırılmış  təşkilatının üzvüdür. O 
cümlədən, Azərbaycan Respublikası 1992-ci ilin iyunun 3-dən YUNESKO-nun 
tam hüquqlu üzvüdür. 
1947-ci ildən kitabxanalar üçün YUNESKO-nun bülleteni çıxır. Əvvəlcə, bu 
bülleten ingilis, fransız dillərində, 1953-cü ildən ispan, 1957-ci ildən rus və 
1970-ci ildən isə  ərəb dilində  çıxır. Təşkilat kitabxana işi üzrə monoqrafik 
seriyalar da nəşr edir. 
1949-cu ildə YUNESKO kütləvi kitabxanalar haqqında manifest qəbul etdi. 
Bu manifestdə müharibədən sonrakı dövr üçün kütləvi kitabxanaların vəzifələri 
və fəaliyyət dairələri  müəyyənləşdirilmişdir. 
Beynəlxalq kitabxanaçılıq-biblioqrafiya təşkilatlarının qarşılıqlı  əlaqələri 
müharibədən sonrakı dövrün ən xarakterik əlamətləri olmuşdur. Belə ki, 1947-
ci ildə YUNESKO ilə  İFLA arasında bir-birini tanımaları haqqında qarşılıqlı 
razılaşma imzalanmışdır.  
Dünyanın  ən iri peşəkar birliyi olan İFLA qeyri-hökumət təşkilatı olaraq 
yarandığı vaxtdan bütün növ kitabxana-informasiya xidməti səviyyəsinin 
yüksəldilməsinə köməklik etməkdədir. Bu məqsədlə o geniş miqyaslı iş aparır, 
hər il bir ölkənin paytaxtında özünün baş konfransını keçirir, xüsüsi jurnalını 
dərc edir, iki ildə bir dəfə  İFLA-nın məlumat-kitabxana təşkilatı  İFLA 
şurasının hesabatını dərc edir və s. 
İFLA 8 şöbədən, 2 dəyirmi masadan və 35 bölmədən ibarətdir.  İFLA, 
bütövlükdə bir çox  ölkələrdə kitabxana işinin yenidən qurulmasına və 
inkişafına yönəldilmiş YUNESKO-nun çoxplanlı proqramları üzrə  işlərin və 
tapşırıqların həyata keçirilməsinə başlamış  və  işlər sonrakı illərdə  də  uğurla 
davam etdirilmişdir. 
Müharibədən sonrakı dövrdə ümumi kitabxanaların vəzifələri, fəaliyyət 
miqyası ümumi kitabxanalar haqqında YUNESKO-nun 1949-cu ildə  qəbul 
etdiyi ilk manifestdə müəyyən edilmişdir. 
Ona görə  də, dünyanın  ən iri beynəlxalq peşəkar birliyi İFLA 1994-cü ildə 
özünün baş konfransında (60-cı konfrans) Ümumi Kitabxanalar haqqında 
manifesti tam yeni redaksiyada təsdiq etmiş və həmin ilin oktyabrında manifest 
YUNESKO-nun şurasında təsdiq edilərək geniş ictimaiyyətə çatdırılmışdır. 
Lakin ilk manifestin qəbulundan keçən 60 ildə dünya miqyasında baş verən 
köklü ictimai-siyasi dəyişikliklər, elmi-texniki tərəqqi, milli mədəniyyətlərin 
inkişafı  və yaxınlaşması  cəmiyyətin sosial tərəqqisi və bu prosesdə 
kitabxanaların mühüm rol oynaması və s. obyektiv amillər bəşəriyyətin gələcək 
inkişafında ümumi kitabxanaların yerinin və  vəzifələrinin müasir tələblər 
baxımından müəyyənləşdirilməsi məsələlərini ön plana çəkmişdir. 
Manifestdə ümumi kitabxanalar belə xarakterizə olunur: 
“Ümumi kitabxanalar xidmət etdiyi rayon üçün istifadəçilərə, bütün bilik və 
informasiya mənbələrinə operativ çıxış  təmin etməklə informasiya mərkəzi 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə