Microsoft Word Kitabxana nasl q-Biblioqrafiya jurnal 2009 doc



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə19/61
tarix11.07.2018
ölçüsü1,35 Mb.
#55078
1   ...   15   16   17   18   19   20   21   22   ...   61

 
49
2) pullu xidmət zamanı imkansızlara (qaçqınlara,  əlillərə, çoxuşaqlı ailələrə 
və s.) güzəştlərin olunması; 
3) Pulsuz xidmətin pullu xidmətə keçirilməsinin labüdlüyü;  
4) Təsərrüfat fəaliyyətli kitabxanaların hesabına pullu xidmətin pulsuz 
xidmətə keçməsi uğrunda mübarizə aparmaq;  
5) Kitabxana xidmətindən istifadə edən oxucular və kitabxanada fəaliyyət 
göstərənlər tərəfindən etika qaydalarını gözləmək, mehriban münasibətlər və s. 
yaratmaq.  
Marketinq strategiyası – bu səmərəli surətdə, məntiqi düzülüşlə 
kitabxanalara rəhbərlik edərək özünün marketinq məsələlərini həll edir. Bu elə 
bir strategiyadır ki, marketinqin kompleksini, məsrəf səviyyəsini özündə 
birləşdirərək bazara çıxır.  
Müdafiə strategiyası – bazarda kitabxana informasiya istehsalının və 
xidmətinin müdafiə olunmasıdır.  
Gözləmə strategiyası – burada kitabxana özü haqqında məlumat vermir. 
Çünki onun kitabxana texnologiyası  hələ inkişaf etməmişdir. Başqa sözlə 
desək, kütləvi xarakter daşımır.  
Kitabxananın müəyyən bir hissəsini ünvanlı profilləşdirilmiş  şöbələr və 
sektorlar təşkil edir. Belə kitabxanaların rəhbərliyi oxucuları tərəfindən verilən 
tələbləri gözləyir.  
İkinci mərhələdə kitabxanalar gözləmə strategiyasını yeni müdafiəyə 
bənzətmə strategiyasına dəyişir. Bu zaman “bənzədilmiş”məhsul yaranır. 
Burada başlıca məqsəd aşağı qiymətlərlə kitabxana məhsulları istehsal 
etməkdir. Hər iki halda məqsəd kitabxanaların marketinq fəaliyyətini oxucunun 
tələbləri üstündə qurmaqdır.  
Marketinq tədqiqatı – burada məqsəd indiki vəziyyətdə kitabxana 
informasiya bazarını yoxlamaq, hüquqi və fiziki şəxslərin marağını analiz 
etmək, marketinq xidmətinin istehsal planlarını öyrənməkdir.  
Marketinq tədqiqatının texnologiyası – bu beş  əsas mərhələlərdə 
ümumiləşir: 
1)
 
problemin yaranması; 
2)
 
tədqiqatın məqsədinin formalaşması; 
3)
 
informasiya mənbəyinin seçilməsi; 
4)
 
informasiyanın toplanması; 
5)
 
alınmış nəticənin göstərilməsi. 
Birinci mərhələdə  tədqiqatçılar problemi dəqiq öyrənməli, məqsədi 
aydınlaşdırmalıdırlar. Marketinq tədqiqatının mənbəyi problemin 
yaranmasında başlayır. Bu məqsədə çatmaq üçün tədqiqatçılar problemi 
öyrənir və həlli yollarını axtarırlar. İkinci mərhələdə informasiyanın toplanması 
metodları axtarılmalıdır. Kəmiyyətli və keyfiyyətli tədqiqatlar aparılmalıdır.  


 
50
Kəmiyyətli metodlar – marketinq tədqiqatçıları  tərəfindən informasiyanın 
alınması, qanun ölçüləri çərçivəsində inkişafı, tələbin müəyyənləşdirilməsi və 
məsuliyyətin dərk olunmasıdır.  
Kəmiyyətli tədqiqatlar zamanı informasiya müxtəlif üsullarla alınır: telefon 
müsahibələrinin köməyi ilə; yaşayış yerlərindən anket doldurma yolu ilə (iş 
yerindən, təhsil müəssisələrindən və s.); Burada əsas amil anket götürülür.  
Keyfiyyətli tədqiqatlar – bu və ya digər informasiyanı yüksək dərəcədə 
göstərmək və  həlli yollarını tapmaqdır. Keyfiyyətli tədqiqatın  ən məhsuldar 
metodlarından biri “Fokus – qrup”un işləridir. Qrupun işi öz-özünə meydana 
gələn qeyri strukturlaşdırılmış xarakterli münaqişəli problemi müəyyən 
mənada həll etməkdir. “Fokus – qrup”un işi prosesində 8 – 10 hörmətli  şəxs 
rəhbərliyin nəzarəti altında disskusiyalı söhbət aparır. Belə bir söhbət yalnız 
kitabxana tədbirləri çərçivəsində (dəyirmi stol arxasında, oxu zalında və s.) 
aparıla bilər. Söhbətlər əsnasında “Fokus – qrup” ənənəvi metodlarla oxucunun 
tələbini, fikrini öyrənir, kitabxana işində informasiyanın düzgün, dolğun geniş 
aspektli alınmasına  əmin olur. Oxucunun nə  dərəcədə razı qaldığının  şahidi 
olur.  
Marketinq tədqiqatı konkret olaraq problemli vəziyyəti analiz edir. Onlar 
kəmiyyətli və keyfiyyətli, iqtisadi-sosial amilləri analiz edərək kitabxana 
xidmətində  məhsulun və informasiyanın strateji həllini tapırlar. Belə 
tədqiqatlar kitabxananın fəaliyyətini strateji planlarını reallaşdırır. Oxucunun 
razı salınması tələbləri ödənilir. 
Marketinq kommunikasiyası (əlaqələri) – təqdim olunan marketinq sistemi 
müasir kitabxanaların iş  fəaliyyətində  əlaqələri genişləndirir. Marketinq 
əlaqələrinə daha bir çətin sistem – “Pablik Rileyşnz” sistemi daxil olur. “Pablik 
Rileyşnz” – “Pablikçilər” kitabxana fəaliyyətinin cəmiyyətdə təbliğatını həyata 
keçirir. Əksər müəlliflər marketinq sisteminin nə olduğunu anlamaq istəyirlər.  
Kommunikasiya kanalları klassik marketinq nəzəriyyəsini istehsalatın 
iştirakçılarına tələb edən tərəfə bu işdə məhsulun effektli olduğunu anladır.  
“Pablik Rileyşnz” – (“P R” ingilis sözü olub “Public relations” – ictimai rəy 
təşkilatı) bu elə bir idarəetmə funksiyasıdır ki, müəssisələrlə  əlaqələr və 
qarşılıqlı münasibətlər yaradır.   “Public relations”  –  “Pablik Rileyşnz” 
sistemi xüsusi idarəetmə sistemi kimi başa düşülür.  
İlkin tapşırıq -  təşkilatın məhsul xidmətinin tələb olunan tərəfdən etibarını 
qazanmaq.  Əgər marketinq müasir fəaliyyətli    “Public relations”  –  “Pablik 
Rileyşnz” sisteminə keçirsə, onda əsas element taktikası bundan ibarətdir. Bu 
oxucu kütləsi ilə kitabxana arasındakı əməkdaşlıq işinə ilk addımlardır.  
Kitabxana fəaliyyətini gücləndirərək “Public relations”  –  “Pablik Rileyşnz” 
kitabxana marketinq kompleksində aparıcı rolu daşıyır. Bu sistemdə kitabxana 
öz imicini, yüksək reytinqini qoruyub saxlayır.  Əlbəttə, “Public relations”  –  
“Pablik Rileyşnz” sisteminin köməyi ilə. “Public relations”  –  buraya yalnız 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə