Microsoft Word Kitabxana nasl q-Biblioqrafiya jurnal 2009 doc



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə17/61
tarix11.07.2018
ölçüsü1,35 Mb.
#55078
1   ...   13   14   15   16   17   18   19   20   ...   61

 
43
rolunu oynayır. Ümumi kitabxanalarda xidmət yaşından, dilindən, cinsindən, 
etiqadından, milliyyətindən və ya ictimai vəziyyətindən asılı olmayaraq hamı 
üçün bərabər prinsiplər əsasında həyata keçirilir” [2]. 
Azərbaycan dilində ilk dəfə  təqdim olunan bu Manifest Rusiya 
Federasiyasının Mədəniyyət Nazirliyi və Rusiya Milli Kitabxanası  tərəfindən 
hazırlanan və 2001-ci ildə Moskvada “Либерия” nəşriyyatı  tərəfindən  nəşr 
edilən  “Информационно-библиотечная  сфера:  Международные  акты  и 
рекомендации” adlı normativlər və tövsiyələr, məlumat materialları 
məcmuəsindən tərcümə edilmişdir. 
YUNESKO yaradıldığı gündən məktəb kitabxanalarının fəaliyyətinə  də 
xüsusi qayğı ilə yanaşmış  və  təhsil məsələləri üzrə  sənədləşmə sahəsində 
müəyyən xidmət göstərmişdir. 
Artıq neçə ildir ki, kitabxana elm aləmində “YUNESKO-nun kitabxanalar 
haqqında manifesti” fəaliyyət göstərir. Bu sənəd dünyanın 20 dilinə  tərcümə 
edilmişdir. İFLA 2000-ci ildə İsrailin Qüds şəhərində keçirilmiş konqresdə bu 
sənədin yeni variantını - “Məktəb kitabxanaları haqqında manifest” qəbul 
etmişdir. 
Manifestdə göstərilir: 
“Məktəb kitabxanası  təhsilin inkişafına, informasiyanın təbliğ edilməsinə, 
iqtisadi, sosial və mədəni inkişafa yönəlmiş hər hansı uzunmüddətli fəaliyyətin 
ən vacib sahəsidir. O, yerli, regional və dövlət inzibati rəhbərliyin 
tabeçiliyindədir və onun fəaliyyət göstərməsi hüquqi qanunvericilik aktları və 
siyasi proqramlar tərəfindən dəstəklənir. Məktəb kitabxanası sabit qaydada və 
kifayət miqdarda maliyyələşdirilməlidir ki, bu vasitə ilə yüksək peşə səviyyəli 
ştat saxlamaq, lazımi materiallar, texnika və avadanlıq almaq mümkün olsun. 
Məktəb kitabxanaları pulsuz olmalıdır” [1]. 
Beynəlxalq səviyyədə kitabxanaların fəaliyyətini tənzimləyən hüquqi 
sənədlərin qəbul edilməsi və ratifikasiyası Azərbaycan kitabxanalarının inkişaf 
perspektivlərinə  səmərəli təsir göstərə, eyni zamanda, hüquq subyekti kimi 
fəaliyyətin hüquq tənzimlənməsində əhəmiyyətli rol oynaya bilər. 
Bu sənədlərlə yanaşı, YUNESKO informasiya sahəsində  də müxtəlif 
proqram və layihələrlə  çıxış edir və informasiya texnologiyalarının inkişafı 
üçün mühüm tədbirlər həyata keçirir. Buna misal olaraq “Hamı üçün 
informasiya” adlı informasiya proqramını  bəşəriyyətin xeyrinə atılmış böyük 
bir addım adlandırmaq olar. YUNESKO Proqram üzrə xüsusi Dövlətlərarası 
Şura yaratmışdır. Bu şuraya YUNESKO-nun üzvü olan 36 dövlətin 
nümayəndələri daxildir. Dinindən və dilindən, dərisinin rəngindən, biliyindən 
və təhsilindən, harada yaşamasından və əqidəsindən asılı olmayaraq tam hüquq 
bərabərliyi əsasında hazırlanmış “Hamı üçün informasiya” proqramı dünyanın 
qlobal informasiya mühitində böyük əhəmiyyəti olan ümumbəşəri  əlaqə 
mənbəyi hesab edilir.  


 
44
Azərbaycan Respublikası da artıq onlarca beynəlxalq təşkilatlarda və 
qurumlarda təmsil olunur. Belə  təşkilatlarda təmsil olunmaq, nəinki 
respublikamızın beynəlxalq miqyasda tanınmasını təmin edir, həm də ayrı-ayrı 
sahələrdə qarşılıqlı, faydalı  əməkdaşlığın yaradılmasına, birgə layihələrin, 
hazırlanmasına və reallaşdırılmasına, dünya miqyasında qabaqcıl təcrübənin 
respublikamıza gətirilməsinə yardım edir. Belə faydalı  əlaqələrin 
yaradılmasında xüsusi xidməti olan təşkilatlardan biri də Azərbaycanda 
Kitabxana İşinin İnkişafı Assosiasiyasıdır. 
Respublikamızın kitabxana işi və informasiya təminatı sahəsində  fəaliyyət 
göstərən mütəxəssislərini və təşkilatlarını öz sıralarında birləşdirən bu təşkilat 
1999-cu ildə yaranmasına baxmayaraq, az bir zaman ərzində bu sahədə 
ölkəmizdə aparıcı ictimai quruma çevrilmişdir.  
AKİİA-nın prezidenti, tarix elmləri doktoru, professor X.İ.İsmayılov və digər 
üzvlər Gürcüstanın paytaxtı Tiflisdə, Rusiya Federasiyasının paytaxtı 
Moskvada və başqa  şəhərlərdə beynəlxalq seminar və müşavirələrdə  iştirak 
etmişlər. 
Bu prosesin davamı olaraq AKİİA-nın müstəqil bir qeyri-dövlət təşkilatı kimi 
dünyanın 150-dən çox dövlətinin üzvü olduğunu Kitabxanaçılıq 
Assosiasiyalarının və  İdarələrinin Beynəlxalq Federasiyasının (İFLA) 
üzvlüyünə  qəbul edilməsini hesab etmək olar [3]. AKİİA-nın idarə heyətinin 
üzvü və vitse-prezidenti M.Nəzərova ACİ-nin elan etdiyi Kitabxanaçılıq 
proqramı üzrə layihəni işləmək və ona ayrılmış qrant əsasında  İFLA-nın 
üzvlüyünə  qəbul olunmaq üçün lazım olan vəsait  əldə edilmişdir. 2000-ci il 
avqustun 13-19-da İsrailin paytaxtı Yerusəlim [Qüds] də dünyanın 140-dan çox 
ölkəsinin təmsil olunduğu  İFLA-nın 66-cı Baş konfransında AKİİA bu 
təşkilatın üzvlüyünə qəbul edilmişdir. İlk dəfə olaraq bu konfransda AKİİA-nın 
3 nəfərdən ibarət nümayəndə heyəti səlahiyyətli, hüquqi səsə malik olan üzv 
kimi bu mötəbər birliyin işində  iştirak etməklə Azərbaycan kitabxana 
ictimaiyyətini geniş beynəlxalq aləmə tanıtmışdır [4]. 
İndi öz sıralarında 400-ə yaxın fərdi üzvü və 6 kollektiv üzvü birləşdirən 
AKİİA qarşısına ölkəmizdə kitabxana işinin mövcud vəziyyətini təhlil edərək 
onun perspektiv inkişafı barədə tövsiyələr hazırlamaq, həm yerli 
mütəxəssislərin bilik və bacarığını, həm də digər ölkələrin qabaqcıl təcrübəsini 
öyrənməklə ölkəmizdə kitabxana işi sahəsində əhəmiyyətli texniki və texnoloji 
irəliləyiş, bu sahədə demokratik islahatların aparılmasına, respublikamızın hər 
bir vətəndaşının ölkəmizin kitabxana-informasiya ehtiyatlarından səmərəli 
istifadə etmək imkanına nail olmaq, kitabxanaçı-biblioqraf peşəsinin nüfuzunu 
yüksəltmək, bu sahədə demokratik islahatların aparılmasına respublikamızın 
hər bir vətəndaşının ölkəmizin kitabxana-informasiya ehtiyatlarından səmərəli 
istifadə etmək və s. bu  kimi vəzifələr qoyur. 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə