Microsoft Word Kitabxana nasl q-Biblioqrafiya jurnal 2009 doc



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə61/61
tarix11.07.2018
ölçüsü1,35 Mb.
#55078
1   ...   53   54   55   56   57   58   59   60   61

 
148
Elmi  ədəbiyyatın predmetinin xarakteri, oxucu ünvanı (yaş  tərkibi) tədris 
ədəbiyyatının kompozisiyasını  və materialın  şərhini müəyyənləşdirir. Bu 
predmet elm kimi şərh edilməli, mövcud elmin məntiqi, elmi metodu nəzərə 
alınmalıdır.  Əsərin materialı elə qruplaşdırılmalı  və  məntiqi cəhətdən elə 
qurulmalıdır ki, hər bir hissəsi tematika nöqteyi-nəzərincə tam təqdim edilsin 
və  həmin predmetin dərk edilməsində müəyyən dərəcədə yeni pillə olsun (4, 
15-16). 
İrəlidə qeyd edildiyi kimi, kitabın bütün hissələri arasında daxili məntiq 
mövcuddur. Bu məntiqdə kitabın həm kompozisiyası, həm də strukturu 
açıqlanır. Nəinki elmi-kütləvi  ədəbiyyatda, eləcə  də digər  əsərlərdə  şərh bir 
qayda olaraq mühakiməni təlqin edir. Mühakimə iki növdür: 
1) deduktiv mühakimə – ümumi mülahizələrdən fərdi nəticələrədək; 
2)  induktiv mühakimə  – xüsusidən ümumiyə, yəni ayrı-ayrı faktlardan 
ümumiliyədək (5). 
Monoqrafiyalarda məntiqi və tarixi şərhetmə metodlarından istifadə edilir.  
Məntiqi metod müəllif mülahizələrini izləməyə imkan verir, elmi tədqiqatın 
modelini yaradır, bu və ya digər obyektin ətraflı tədqiqini verir. Şərh səbəb və 
təhqiqatın göstərilməsi, onların qarşılıqlı  əlaqələrinin elementi və  nəticəsi, 
strukturun ümumilikdə  və ya ayrı-ayrı hissələrinin tədqiqi  əsasında qurulur. 
Məntiqi metod materialın fikri fraqmentlərə ayrılması ardıcıllığını şərtləndirir. 
Bu metod yüksək informasiyalılığı ilə fərqlənir. 
Şərhin tarixi metodu hadisə  və predmetin inkişaf prosesinin xronoloji 
ardıcıllıqla verilməsinə imkan yaradır. Bu metod dinamikdir və  dərketmədə 
çətinlik yaratmır. 
Məzmunun məntiqi və tarixi şərhi metodlarının  əlaqəliliyi elmi ədəbiyyatın 
quruluşu metodlarının dərketmə münasibətində nisbətən mürəkkəb  əsasa 
malikdir. 
Abstraktlıqdan konkretliyə  çıxış metodu  tədqiq edilən predmet və ya 
hadisə haqqında konkret biliyi dərin elmi anlayışlar əsasında sintezləşdirməyə 
imkan yaradır. Sintez, adətən, sadə abstraktlıqdan başlayır və elmi anlayışın 
mövcud müəyyənləşdirilməsinin çoxşəkilli sintezinin vəhdətini göstərir. 
Spiral metodu  tədqiq edilən elmi ədəbi  əsərdə predmet və hadisənin 
əlamətlərinin tədricən açılmasını  və inkişafını  şərtləndirir. O, nəinki elmi 
materialın strukturunu əks etdirir, eyni zamanda oxucu dərketməsinə  də 
istiqamətverici təsir göstərir. Spiral metodu fikrin, hər dəfə yeni, daha yüksək 
dərəcədə ümumiləşdirilmiş təkrarı yolu inkişafına əsaslanır. 
Elmi  əsərlərdə  təqdim olunan tələblərin yerinə yetirilməsində  terminlər 
xüsusi əhəmiyyət kəsb edir. 
Məzmunun  əsas  şərhetmə vasitəsi dərketmə aparatı olan elmi mətnlərdə 
terminoloji leksikaya mühüm əhəmiyyət verilir. Elmi terminologiyanın istifadə 
edilməsi məzmunun  şərhinin dəqiqliyini təmin edən daha optimal variantdır. 


 
149
Uyğun tərminlərin və leksik, qrammatik və sintaktik dil-üslub vasitələrinin 
dəqiq seçilməsi fikrin adekvat və birmənalı təqdimini təmin edir (6, 11).  
Hər bir elmi ədəbiyyatın ayrılmaz tərkib hissəsi onun sorğu aparatıdır. Aparat 
elmi nəşrlərin mühüm tərkib hissəsi olduğu üçün oxucuya kitaba "daxil 
olmağa" imkan yaradır. 
Sorğu aparatının  vacibliyi və  əhəmiyyəti oxucunu kitabın məzmunu ilə 
tanışlığa yardım etməkdən, kitabdan istifadəni asanlaşdırmaqdan, lazım olan 
məlumatı vaxt itirmədən, heç bir səhvə yol vermədən axtarıb tapmaqdadır. 
Aparat mövcud kitabla digər informasiya mənbələri arasında,  əlaqələndirici 
orqan rolunu ifa edir, onun elmi-kommunikativ axında yerini müəyyənləşdirir. 
Elmi kitabın aparatının informasiya-arayış  məsələlərinin həlli zamanı 
informasiyalar axınında hansısa kitabı axtarıb-tapmaq və onun məzmunu 
haqqında məlumatın rolu böyükdür. Hələ keçən əsrin ortalarında alimləri elmin 
informasiya təminatı ilə bağlı  vəziyyəti olduqca narahat edirdi. O vaxtlar 
akademik S.İ.Vavilov yazırdı: "Müasir insan kitabxanalar Himalayının 
qarşısında qum içərisindən qızıl zərrəcikləri axtaran qızılaxtaranlara 
bənzəyirlər". 
Elmi kitabın aparatı bütün axtarış variantlarında,  əsasən də, 
avtomatlaşdırılmış axtarışda  əsas eyniləşdirmə elementi kimi çıxış edir. 
Standarta müvafiq olaraq sorğu aparatı  əsərin müəllifinin mətn orijinalının 
tərkibinə daxil olunur.  
Monoqrafiyaların sorğu aparatına əksər hallarda elmi kitablarda əksini tapan 
qeydlər və şərhlər də daxildir. 
Qeydlər sırf arayış xarakteri daşıyır. Onlar mənbə haqqında qısa məlumat və 
istinad verir, xarici mətnlərin tərcüməsini təqdim edir, hansısa əlavə faktı şərh 
edir. 
Şərhlər çap olunan mətnlərin izahatını verir, tərtibçi və ya redaktorun onlara 
olan rəyini bildirir. 
Elmi nəşrlərin aparatına bir qayda olaraq predmet, ad, terminoloji və s.-nin 
göstəriciləri də daxil edilir. Göstəricilər aparatın  ən mühüm elementlərindən 
biridir, naviqasiyanı, informasiya arayışını, mətnin istqamətini, kitabdan 
istifadənin asanlaşmasını təmin edir. 
Monoqrafiyanın spesifik göstəricisindən biri də mündəricatdır.  Mündəricat 
əsas axtarış-məlumat elementi kimi nəşrin aparatının tərkibinə daxildir. 
Mündəricata fəsillər, bölmələr, paraqraflar daxildir. Məlumat-axtarış elementi 
olduğu üçün mündəricatı kitabın  əvvəlində  təqdim etmək daha məqsədyönlü 
olar. 
Elmi kitabın aparatının daha bir əsas elementi də  əlavələrdir.  Əlavələr 
tədqiqatın  yerinə yetirilməsində mühüm rol oynayan əlavə istifadə mate-
riallarıdır. Əlavələrə, əsasən nəticələrin təsdiqi üçün tələb olunan material daxil 
edilməlidir. 


 
150
Elmi monoqrafiyalarda sitat və istinadlara da geniş yer verilir. Sitatların 
istinad mənbələrini həm sətiraltı, həm də arxada təqdim etmək mümkündür. 
Lakin əksər hallarda mənbələri sonda vermək daha məqsədyönlü hesab edilir. 
Bəzi alimlərin fikrincə, sətiraltı istinad mənbələri oxucunun fikrini əsas 
mətndən yayındırır.  
Yuxarıda göstərilənlərdən aydın olur ki, elmi monoqrafiyalarda sorğu aparatı 
iki funksiyanı yerinə yetirir: o, həm kitabın mətninin izahatını verir və onu 
sistemləşdirir, həm də gələcəkdə predmetin öyrənilmə yollarını göstərir (6, 22). 
Görkəmli  şəxsiyyətlərə  həsr olunmuş biblioqrafik monoqrafiyalarda haq-
qında söhbət açılan mütəxəssisin  əsas elmi işləri təqdim edilə bilər.Bu da 
oxucu üçün istinad mənbəyi kimi deyil, məhz həmin  şəxsiyyətin elmi 
yaradıcılığının təqdimatı xarakterini daşıyır. 
Səyahət xarakterli monoqrafiyalarda analoji məlumatlar verilə bilər. Bundan 
əlavə, belə  nəşrlərdə  bəzi hallarda tədqiqatçının tədqiqi ilə  məşğul olduğu 
xalqın adət-ənənələri, yaşayış  tərzi haqqında da söhbət açmaq mümkündür. 
Belə hallarda coğrafi adların terminoloji göstəricisini də  təqdim etmək 
məqsədyönlüdür. Coğrafi göstəricilər  əsas mətni dolğunlaşdırır və daha 
oxunaqlı edir.  
Elmi-kütləvi xarakterli monoqrafiyalar da elmi nəşrlər kimi müxtəlif elmi 
biliklərin inkişafına və  təbliğinə xidmət edir. Bu monoqrafiyaların da əsas 
predmeti elm və elmi tədqiqatlardır: elmi tədqiqatların nəticələri, tədqiqatın 
obyekti, elmi problem, məqsəd və metodu, tədqiqatın aparılma  şəraiti, 
tədqiqatın əsasını təşkil edən faktlar, istifadə materialı və s.  
Elmi-kütləvi nəşrlərin mövzu dairəsi olduqca geniş  və  əhatəlidir. O, 
cəmiyyətin tələbatı  və oxucu marağı ilə müəyyənləşməlidir. Elmi-kütləvi 
nəşrlərin təyinat məqsədi elmi biliklərin, texnikanın, mədəniyyətin və s.-nin 
geniş oxucu kütləsi arasında təbliği və yayılmasıdır. 
Elmi-kütləvi monoqrafik əsərlərin müəllifləri elmi bilikləri təbliğ etməklə 
elmdə olan son yeniliklərdən söhbət açır, bununla da müvafiq sahənin oxucu 
kütləsini maarifləndirməklə elmin yeni bilikləri ilə tanış edir, gələcək dərketmə 
maraqları oyadaraq, onun yaradıcılıq meyllərini inkişaf etdirirlər. 
Belə monoqrafiyaların mühüm məqsədlərindən biri də oxucunun elmi 
dünyagörüşünü formalaşdırmaqdır. Elmi dünyagörüşünün formalaşdırılması 
insanların elmi biliklərlə  təması, onlarda elmin qavranılması, elmi-texniki 
tərəqqinin məqsədinin dərk edilməsi xüsusiyyətlərinin inkişafı ilə  həyata 
keçirilir.  İncəsənətə dair elmi-kütləvi  əsərlər estetik tərbiyənin funksiyalarını 
yerinə yetirir. 
Qeyd etmək lazımdır ki, elmin inkişafını izləyən hər bir şəxsə – istər 
humanitar sahə olsun, istər təbiət elmləri sahəsi olsun, istərsə də dəqiq elmlər 
sahəsi olsun, özünün elmi dərketmə dairəsini inkişaf etdirmək  əsas 
məqsədlərdən biri kimi vacib və əhəmiyyətlidir. 


 
151
Oxucuda elmi dərketmə dairəsinin genişləndirilməsinə yardımçı məhz elmi-
kütləvi nəşrlərin qarşıya qoyduğu məqsədləri, aşıladığı bilikləri dərindən 
qavramaq ola bilər.  
Müasir  şəraitdə elmi kütləvilik məsələləri genişlənmiş  və nisbətən mürək-
kəbləşmişdir, çünki oxucu sanki təkmilləşmiş, ümumiyyətlə, tamamilə  dəyiş-
mişdir. Bununla yanaşı, elmi-kütləvi kitabların da funksiyaları genişlənmişdir. 
Belə kitablara nəinki geniş oxucu kütləsi, eyni zamanda müxtəlif istiqamətdə 
fəaliyyət göstərən alim və mütəxəssislər də ehtiyac duyurdu. Onlar həm təhsil 
alan, həm də artıq təhsilini başa vuranlar üçün faydalıdır. Ali təhsilli  şəxslər 
üçün bu monoqrafiyalar daha çox əhəmiyyətlidir, onlar bu dövrdə daha artıq 
səmərəli olur. Çünki artıq biliklərə yiyələnmək müstəqil həyata keçirilir və bu 
işdə elmi-kütləvi monoqrafiyalar öz müsbət təsirini göstərir. Müasir elm və 
texnikanın problemləri geniş  şəkildə  həkimi, müəllimi, hüquqşünası, artisti, 
rəssamı eyni dərəcədə dərindən maraqlandırır. 
Deməli, elmi nəşrlər artıq ümumi tələbata çevrilib. Bununla bərabər, onlar 
hamı üçün eyni dərəcədə səmərə kəsb etmir. Hər bir sahənin özünə uyğun elmi 
nəşrləri mövcuddur. Çünki elmi kitabların oxucularını biri-birindən ayırmaq 
həlli çətin olan bir məsələdir. Bu kitabların oxucu auditoriyası hamını – orta 
məktəb şagirdlərindən tutmuş, alimlərədək əhatə edir. 
Bütün elmi monoqrafiyalardakı  şərhlərdə yalnız bir problem, bir mövzu 
haqqında məlumatlar verilir. Bu, hansısa bir kəşfə, ixtiraya, teoremin 
yaradılmasında, elmi axtarışların problemi, elmin təşəkkülü və inkişafı və s.-də 
təzahür edir. Şübhəsiz ki, elmin inkişaf etdiyi, elmi problemlərin həlli olduğu 
yerdə tədqiqatçılar, alimlər də, onların elmi bioqrafiyaları da mövcuddur. 
 Elmi  monoqrafiyalarla  yanaşı, görkəmli  şəxsiyyətlərin həyatından, elmi 
fəaliyyətindən, yaradıcılığından bəhs edən əsərlər də monoqrafiya adlanır. Belə 
monoqrafiyalar bioqrafik əsər adlanır. Belə  əsərlərdə alimin dünyagörüşünün 
formalaşması göstərilir, onun elm sahəsindəki sərvətləri əksini tapır. Məhz bu 
baxımdan bioqrafik monoqrafiyalar əhəmiyyət kəsb edir. 
Mövzusunu alimlərin elmi məqsədlə  səyahətlərinin tərtibi təşkil edən elmi 
əsərlər də monoqrafiya adlanır. Burada da, digər elmi bioqrafik 
monoqrafiyalarda olduğu kimi, söhbət alimin tərcümeyi-halından və elmi 
yaradıcılığından, ölkələr və materiklərdən, təbiət və əhalidən gedir. Səyahətlər 
haqqında olan elmi-kütləvi nəşrlər də informasiya xarakterinə görə bilavasitə 
monoqrafiyaya aid olunur. Çünki bütün elmi əsərlərin mahiyyətcə problemləri, 
tədqiqat istiqaməti, mövzu və mətnin xarakteri eyni xüsusiyyətlərə malikdir. 
Elmi monoqrafiyaları mütaliə edən hər bir oxucu oradan tədris 
ədəbiyyatlarından olduğu kimi faydalanır, biliklərini təkmilləşdirir və yaxud 
inkişaf etdirir, elmin müasir və gələcək nailiyyətləri haqqında təsəvvürə malik 
olurlar. 
Monoqrafiya - problemi və mövzusu elmin nisbətən məhdud konkret bir 


 
152
sahəsini əhatə edən elmi nailyyətin əksidir. Monoqrafiyalar hər bir halda elmə 
xidmət edir, elmin nailiyyətlərini, görkəmli alimlərin elmi fəaliyyətlərini geniş 
oxucu kütləsinə çatdırır, elmi axtarışların nəticələrini şərh edir və gələcək elmi 
axtarışlar haqqında məlumatlar təqdim edir. 
 
 
 
ƏDƏBİYYAT 
 
1. Umudlu İ. Kitab nəşri bu gün. Bakı, Əbilov, Zeynalov və oğulları, 2004. – 
322 s.  
2.  Редактирование  отдельных  видов  литературы / Под  ред. 
Н.М.Сикорского. Москва, "Книга", 1987. – 398 с. 
3. Vəliyev İ. Redaktənin əsasları. Bakı, Günəş, 2005. – 96 s.  
4. Canıyeva U.H. Əlyazma üzərində redaktor işi. Bakı, Bakı Universiteti 
Nəşriyyatı, 2007. – 90 s. 
5.  Каплан  Г.Д.  Редактирование  отраслевой  литературы.  М.: 
Искусство, 1961. 
6. Антонова С.Г. Редакторская подготовка изданий. www.mgpu.ru 
 
 
 
Ш.Т.ГУЛИЕВА 
 
МОНОГРАФИЯ – ОДИН ИЗ ВИДОВ НАУЧНОЙ ЛИТЕРАТУРА 
РЕЗЮМЕ 
 
В  статье  рассказывается  об  одном  виде  научной  литературы – 
монографии. Автор в основном останавливает внимание на содержании 
читательской  аудитории  монографии.  А  также  на  цели,  характере, 
методе  и  выводах  монографии,  как  вида  научной  литературы, 
использовании  авторами  объяснительного  текста  для  пояснения 
материала. 
 
 
 
 
 
 
 


 
153
SH.T.QULİYEVA 
 
MONOGRAPHY IS ONE OF THE TYPES OF SCIENTIFIC 
LITERATURE 
SUMMARY 
 
The article describes about monography as one of the form of scientific 
literature. The author mainly focuses on the content and reader’s audience of 
monography as well as to the nature of the method and conclusions of the 
monography as a kind of scientific literature and using by authors of 
explanation text to explain the materials. 


 
154
BEYNƏLXALQ ƏMƏKDAŞLIQ 
 
 
 
 
dosent Nadir İSMAYILOV 
   
 
 
 Mələk HACIYEVA 
 
MİLLİ KİTABXANA: BEYNƏLXALQ ƏMƏKDAŞLIĞIN YENİ 
MƏRHƏLƏSİNDƏ 
 
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və 
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası  tərəfindən “Bakı-İslam 
Mədəniyyətinin paytaxtı-2009” tədbirlər çərçivəsində 2009-cu il aprel ayının 
20-22-də  İqtisadi  Əməkdaşlıq Təşkilatına (EKO) üzv ölkələrin Milli 
Kitabxanalarının direktorlar Şurasının II Konfransı keçirilmişdir. 
Baş  qərərgahı Tehran şəhərində yerləşən  İqtisadi  Əməkdaşlıq Təşkilatı  
regional, hökumətlərarası təşkilatdır. Bu təşkilatın əsası 1985-ci ildə İran İslam 
Respublikası, Pakistan İslam Respublikası və Türkiyə Respublikası tərəfindən  
qoyulmuşdur. Məqsəd üzv ölkələr arasında  iqtisadi, texniki və  mədəni 
əlaqələri inkişaf etdirməkdir.  İqtisadi  Əməkdaşlıq Təşkilatı 1992-ci ildə 
genişlənərək bu təşkilata  Əfqanıstan  İslam Respublikası, Azərbaycan 
Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan respublikaları 
da üzv olmuşdur. Təşkilata üzv ölkələr 7.9 milyon kv.km ərazini və 386 
milyondan çox əhalini əhatə edir. Bu ölkələrin yerləşdiyi region müxtəlif təbii 
ehtiyata malik olub, geostrateji mövqeyə malikdir. 
Bu təşkilata üzv ölkələrin Milli Kitabxanalarının Direktorlarının I Konfransı 
2007-ci ildə Tehranda, II Konfransı isə Bakıda keçirilmişdir. 
Aprel ayının 20-də Konfrans iştirakçıları Fəxri Xiyabanda ulu öndər Heydər 
Əliyevin məzarına və Şəhidlər Xiyabanına əklillər qoydular. 
Milli Kitabxana ilə tanışlıqdan sonra qonaqlar  kitabxananın sərgi zalında 
təşkil edilmiş  “İslam mədəniyyəti kitab səhifələrində” beynəlxalq kitab 
sərgisinin açılışı mərasimində iştirak etdilər. Sərginin ekspozisiyasında hər bir 
ölkənin Milli Kitabxanasının fondlarından 40-50 kitab nümayiş olunmuşdur. 
Bu kitabların  əksəriyyəti sərgidən sonra Azərbaycan Milli Kitabxanasına 
hədiyyə kimi verilmişdir. Sərgidə gələn qonaqların təmsil etdikləri ölkələrin və 
Azərbaycanın islam mədəniyyətinə və incəsənətinə həsr edilmiş 500-dən artıq 
kitab nümayiş olunmuşdu. 
   Sərgidə eyni zamanda rəssam Yavər  Əsədovun xəttatlıq nümunələri də 
nümayiş etdirildi. Sərgidə nümayiş olunan  İçərişəhərin “Xalq sənəti” ev 
muzeyinin XIX-XX əsrin  əvvələrinə aid Azərbaycan dekorativ sənət 


 
155
nümunələri iştirakçıların böyük marağına səbəb olmuşdur. Bu sənət 
nümunələri içərisində milli geyimlərimiz, qadın bəzək  əşyaları, misgərlik 
nümunələri və qədim çini qablar maraqla izlənilirdi. 
Sərginin rəsmi açılışı bitdikdən sonra İqtisadi  Əməkdaşlıq Təşkilatına üzv 
ölkələrin Milli Kitabxanalarının Direktorlar Şurasının II Konfransının açılışı 
oldu. Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikasının Mədəniyyət və 
Turizm Naziri Əbülfəs Qarayev  kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması 
ilə  əlaqədar ölkəmizdə  həyata keçirilən tədbirlər barədə  ətraflı  məlumat 
vermişdir. Nazir diqqətə çatdırmışdır ki dövlətimizin başçısı  İlham  Əliyev 
mədəniyyətin bütün sahələrində olduğu kimi kitabxana şəbəkəsində  işlərin 
yaxşılaşdırılmasına böyük diqqət və qayğı göstərir. Prezidentin “Azərbaycanda 
kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” və “Azərbaycan 
Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı 
üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamları buna əyani 
sübutdur. Həmin sənədlərdə ölkə kitabxanalarında informasiya cəmiyyətinin 
tələblərinə uyğun müasir texnologiyaların tətbiqi mühüm vəzifə kimi qarşıya 
qoyulmuşdur. Daha sonra İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli 
Kitabxanalarının Direktorlar Şurasının prezidenti, İran  İslam Respublikasının 
Milli Kitabxana və Arxiv Təşkilatının direktoru, İİR Prezidentinin Mədəniyyət 
məsələləri üzrə müşaviri  Əli  Əkbər Aşari,  İƏT-in Mədəniyyət  İnstitutunun 
Prezidenti Məhəmməd Rəcəbi, M.F.Axundov adına Azərbaycan Milli 
Kitabxanasının direktoru Kərim Tahirov, Milli Məclisin üzvü millət vəkili 
Həvva Məmmədova, Xalq yazıçısı Çingiz Abdullayev və Milli Kitabxana 
Direktorları çıxış edərək bu konfransın əhəmiyyətindən söhbət açdılar. 
Aprelin 21-də konfrans öz işini davam etdirərək  İqtisadi  Əməkdaşlıq 
Təşkilatına üzv ölkələrin Milli Kitabxanalarının Direktorlar Şurasının vahid 
portalının yaradılması, türk xalqının görkəmli  şəxsiyyətlərinin yubileylərinin 
islam dünyasında qeyd olunması  və Milli Kitabxanalar ilə bağlı müxtəlif 
çıxışlar dinlənildi.  
 M.F.Axundov adına Milli Kitabxanada  keçirilən II Konfransın əsas məqsədi 
qloballaşan dünyada informasiya cəmiyyətinin tələblərinə uyğun Milli 
Kitabxanaların öz işlərini qurması problemlərinin müzakirəsi və qarşılıqlı 
əlaqələrin inkişaf etdirilməsi olmuşdur. 
 Konfransda eyni zamanda İqtisadi  Əməkdaşlıq Təşkilatına (EKO) üzv 
ölkələrin Milli Kitabxanalarının Direktorlar Şurasının Konfransının 
Nizamnaməsi müzakirə edilib qəbul olundu. 
Nizamnaməyə  əsasən EKO üzv ölkələrinin Milli Kitabxanalar Direktorları  
Konfransının  əsas nailiyyətləri üzv dövlətlər arasında qarşılıqlı  və geniş 
məlumat mübadiləsi və bilik təcrübəsini təmin etməkdir.  Konfransın fəaliyyət 
dövrü müddətsizdir. Konfransın əsas orqanları ümumi məclis, baş katib və işçi 
komitəsidir. Ümumi məclis EKO üzv ölkələrinin Milli Kitabxanalar 


 
156
Direktorları  və ya nümayəndə kimi təqdim olunan onların müavinlərinin 
iştirakı ilə keçiriləcəkdir. EKO Mədəniyyət İnstitutunun prezidenti və ya onun 
təqdim olunan nümayəndəsi də Məclisin üzvü olacaqdır. Umumi Məclis ən azı 
iki ildən bir keçiriləcəkdir. Ümumi Məclis iki illik müddət üçün üzv ölkələri 
Milli Kitabxanalar Direktorları arasında məclisin prezidentini seçəcək. Bu 
konfransda qarşıdan  gələn iki il müddətinə Ümumi Məclisin Prezidenti 
vəzifəsinə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov seçildi. 
Konfrans Türkiyə,  İran, Pakistan, Türkmənistan, Tacikistan, Özbəkistan, 
Qazaxıstan, Qırğızıstan ölkələrinin Milli Kitabxana direktorlarınn və  İqtisadi 
Əməkdaşlıq Təşkilatının (EKO) Mədəniyyət İnstitutunun iştirakı ilə keçirildi. 
Konfransın sonunda iştirakçıların Bakı Dövlət Universitetinin rektoru, 
akademik, millət vəkili A.M.Məhərrəmovun qəbulunda oldular. Rektor 
Azərbaycan Respublikasında aparılan islahatlar, ölkənin uğurları, daxili və 
xarici siyasəti haqqında geniş  məlumat verərək qloballaşan dünyada 
informasiyanın rolunun artdığını vurğuladı  və bu işdə kitabxanaların mühüm 
rol oynadığını qeyd etdi. Rektor, informasiya cəmiyyəti quruculuğunda dəyişən 
dünya, dəyişən kitabxana, dəyişən kitabxanaçı tezisini irəli sürdü və onun 
mahiyyətini ətraflı şərh etdi. Azərbaycanda kitabxana-informasiya sahəsinin, o 
cümlədən, təhsil sisteminin uğurları  və perspektivlərindən bəhs etdi. Görüşdə 
Azərbaycan kitabxanaçılarının ağsaqqalı, Əməkdar elm xadimi, BMT yanında 
Beynəlxalq  İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, professor 
A.A.Xələfov, Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, professor 
X.İ.İsmayılov və başqaları  çıxış edərək kitabxana quruculuğunun aktual 
problemlərindən söhbət açdılar. Sonra akademik A.M.Məhərrəmov Bakı 
Dövlət Universitetinin yeni korpusu və Elmi kitabxana ilə qonaqları tanış etdi. 
Bununla da çağdaş Azərbaycan mədəniyyətinə çox mühüm töhfə hesab edilən 
konfrans öz işini başa çatdırdı.       
 


 
 
 
 
Kompüter tərtibçisi: 
  Nuriyyə MUSTAFAYEVA 
 
 
 
 
Jurnal Azərbaycan Respublikası 
Mətbuat və İnformastya  Nazirliyində 
qeydə alınmışdır. 
Şəhadətnamə Ng 575. 27 mart 1997. 
Yığılmağa verilmışdir: 20.05.2009 Çapa imzalanmışdır: 20,06.2009 Kağız formatı 70x100 
1/16 Fiziki ç.v. 10 
Sayt 300 Qiyməti müqavilə ilə. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ünvan: AZ-1073/1. Bakı şəhəri, Zahid Xəlilov küçəsi 23 
Bakı Universiteti Nəşriyyalı 
Bakı Universiteti Nəşriyyatının mətbəəsi. 
 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə