Microsoft Word Kitabxana nasl q-Biblioqrafiya jurnal 2009 doc



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə60/61
tarix11.07.2018
ölçüsü1,35 Mb.
#55078
1   ...   53   54   55   56   57   58   59   60   61

 
146
daxildir. 
İstənilən cəmiyyətdə  və ölkədə elmi ədəbiyyatın rolu olduqca önəmlidir. 
Elmi nailiyyətlərin istehsalata tətbiqi, kompüterləşmə  və s. elmi ədəbiyyatın 
daha çox inkişaf etməsini  şərtləndirir. Elmi monoqrafiyaların  əhatə dairəsi 
olduqca genişdir. Onlar maarifləndirici nəşr olmaqla yanaşı informasiya 
daşıyıcısı rolunu da ifa edir (3, 25-26). 
Elmi  ədəbiyyatın orijinal mətninin üzərində  işləyərkən nəşriyyat redaktoru 
hadisələrin təqdimatının ardıcıllığına xüsusi diqqət yetirməlidir. 
Bütün kitablarda olduğu kimi, hər bir elmi ədəbiyyat da özünə münasib 
kompozisiyaya malikdir. Ümumilikdə  əlyazmaya olan tələblər onun 
kompozisiya quruluşuna da aiddir. Monoqrafiya mətnini redaktə edən hər bir 
nəşriyyat redaktoru əlyazmanın kompozisiyasının bir sıra tələblərə cavab 
verməsinə diqqət yetirməlidir: 
1. Kompozisiya əlyazma mətninin qarşıya qoyduğu məsələlərin həllində  ən 
yaxın köməkçi olmalıdır. 
2. Kompozisiya mətnin məntiqinə müvafiq olmalıdır.  
Elmi  əsəri yazan, tərtib edən müəllif və ya müəllif kollektivi onun 
kompozisiyasını oxucu auditoriyasına çatdırmaq qabiliyyətinə malik olmalıdır.  
Elmi  ədəbiyyatın kompozisiyasına olan tələblərdən biri də materialın dəqiq 
plan  əsasında işlənilməsidir. Mətnin kompozisiyası, onun prinsipləri və 
xüsusiyyətləri haqqında danışarkən, ilk növbədə,  əsərin planı düşünülməlidir. 
Mətnin kompozisiyası elmi təhlil və keyfiyyətlərin qiymətləndirilməsində əsas 
yer cümlələr arasında kompozisiya əlaqələrinin mahiyyətinə aiddir. Bu əlaqələr 
özünü bütün mətn boyu bildirir. Kompozisiyanı  və  məzmunu biri-birindən 
ayrılıqda təsəvvür etmək mümkün deyil. Əgər kompozisiya prinsipcə  mətnə 
uyğun deyilsə, elmi əsəri tam və bitmiş hesab etmək mümkün deyil.  
Elmi nəşrlərin kompozisiya və quruluşunda mühüm rollardan birini də 
müxtəlif illüstrativ materiallar oynayır. Real həqiqəti əksetdirmə xüsusiyyətinə 
görə illüstrativ materialları iki növə ayırmaq mümkündür: elmi-anlaşılan 
(qrafiklər, sxemlər) və sənədli (fotolar).  
Monoqrafiya müəllifi əsərin aparatına, ilk növbədə, onun mündəricatına fikir 
verməlidir. Müəllif çalışmalıdır ki, onun müvafiq oxucu auditoriyasına təqdim 
etdiyi əsərin hansısa fəsli və ya bölməsi digərindən güclü və ya zəif olmasın. 
Odur ki, müəllif əsərinin oxucuya qədər uğurlu olub-olmamasını özü müəyyən 
etmiş olmalıdır.  
Hər bir elmi ədəbiyyatın elmi rəyçisi olmalıdır. Monoqrafiyaya rəy verən 
mütəxəssis müvafiq bilik sahəsinə dərindən bələd olmalı, əsərdəki problemlərlə 
əlaqədar dövlətin sənəd, material və qərarlarını, tədqiq edilən problemə dair hər 
hansı bir analoqun olub-olmaması  məsələlərini dəqiq bilməlidir. Çünki onun 
verdiyi rəy əsərin hansı səviyyədə dəyərli olmasını bildirir. 
Elmi  əsər bütün hallarda inkişafetdirici rola malik olmalı, həm də ideya 


 
147
cəhətdən qüsursuzluğu ilə diqqəti çəkməlidir. Məzmun və formanın vəhdəti 
elmi  ədəbiyyatın  əsas amllərindəndir. Məzmunla formanın vəhdətinə nail 
olmaq hər bir müəllifin başlıca öhdəliyidir. 
Əlyazmalarda verilən terminlər, sxemlər, cədvəllər, illüstrasiyalar geniş 
dərketdirmə xüsusiyyətinə malik olduğundan müəllif onların tərtibinə də xüsusi 
diqqət yetirməlidir. 
Monoqrafiya elmi ədəbiyyat olduğu üçün faktlara əsaslanır. Bu faktlar da üç 
əsas tələbə cavab verməlidir: 
1. Tipiklik – cəmiyyət həyatının əsas qanunauyğunluqlarını əks etdirməli; 
2. Siyasi və elmi əhəmiyyət daşımalı; 
3. Müvafiq oxucu auditoriyasının marağını təmin etməlidir. 
Elmi  ədəbiyyatın predmeti (informasiyanın xarakteri) eyni zamanda elmin 
predmetidir. Bu predmetin düzgün qiymətləndirilməsi və  tədqiq edilməsi 
xüsusi dəqiqlik tələb edir. Burada heç bir sarpmalara yol verilməməlidir. 
Monoqrafiyanın strukturu təhlil edilib qiymətləndirilərkən əsas diqqət təqdim 
olunan məsələnin dəqiq qoyuluşuna, oxucu auditoriyasının nəzərə alınmasına, 
tədqiqatın nəticələrinin göstərilməsinə doğru yönəlməlidir. 
Elmi  əsərdə  də, digər nəşrlərdə olduğu kimi, məzmunun bütün təsvir 
vasitələri – mətn, formullar, illüstrasiyalar, cədvəllər, həmçinin  ədəbi janrın 
informasiya, analitik, bədii-publisistik elementləri istifadə olunur. 
Elmi ədəbi əsərlərin struktur komponentləri belə sistemləşdirilir: 
əsas mətn - elmi ədəbiyyatın predmetini və ya hadisənin əsasını təşkil edən 
biliklər təsbit olunur; 
-  əlavə mətn -  elmi  ədəbiyyatın predmetinin və ya hadisənin xarakterindən 
asılı olaraq müxtəlif formalarda və məzmunda verilir. 
-  izahedici mətn  -  tanıdan və populyarlaşdıran funksiyaları yerinə yetirən 
nümunələrdə əksini tapır.  
-  qavramanın təşkili aparatı (metodiki aparat)- strukturun əsas 
komponentidir. Bu komponent elmi ədəbi  əsərlərin predmetinin 
qavranılmasında yardımçı rolunu oynayır və  tədris prosesinin müstəqil 
qavrayış  fəaliyyətini istiqamətləndirir. Qavramanın təşkili aparatına müxtəlif 
suallar, tapşırıqlar, cədvəllər, illüstrasiyalara şəkilaltı sözlər və s. aiddir. 
-  müxtəlif səpkili illüstrasiyalar - rəngli, ağ-qara illüstrativ materiallar, 
çertyojlar, sxemlər, xəritələr məhz bu qəbildəndir.  
-istiqamətləndirici aparat - giriş, mündəricat, rubrikalar, göstəricilər və s.-
ni  əhatə edir. Onlar ümumilikdə  tədris  ədəbiyyatının məzmun və strukturunu 
istiqamətləndirir, kitabla müstəqil iş vərdişlərini aşılayır. 
 Biliklərin qavranılması məsələsi elmi ədəbiyyatın strukturuna həlledici təsir 
göstərir. Elmi ədəbiyyatın metodiki təhlili zamanı biliklərin qavranılmasının 
keyfiyyətlə həyata keçirilməsində strukturun bu və ya digər konponentinin rolu 
daim diqqətdə olmalıdır. 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə