Cavid və Cabbarlı. Müxtəlifliyin vəhdəti



Yüklə 0,85 Mb.
səhifə1/37
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51542
  1   2   3   4   5   6   7   8   9   ...   37


Səlahəddin Xəlilov 

 

 



 

 

 



 

Cavid və Cabbarlı.  

Müxtəlifliyin vəhdəti 

 

(fəlsəfi etüdlər

 

 

 

 

 

 

Bakı, «Azərbaycan Universiteti» nəşriyyatı, 2001 

– 180 səh. 

 

 


 

 



 

 

Elmi redaktor və ön sözün müəllifi: Yaşar Qarayev



filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi 

 

 

 



 

 

 



 

Hüseyn Cavidin 120, 

Cəfər Cabbarlının 100 illik 

yubileylərinə ithaf olunur. 

 

 



 


 

 



 

 

 



 

 

Müəllifdən 

 

Sovet dövründə, fəlsəfi fikir üçün əlçatmaz, ünyetməz 

ideoloji çəpər çəkildiyi bir vaxtda, neçə minillik tarixi olan 

milli məfkurə ancaq bədii ədəbiyyat vasitəsilə sızıb keçir və 

gələcək  nəsillərə  çatdırılmaq  üçün  öz  varisliyini, 

kəsilməzliyini təmin edirdi.  

Fəlsəfəyə  klassik  elmdən,  fizikadan  gələn  bu 

sətirlərin müəllifi də fəlsəfi fikirdə öz milli-mənəvi təsdiqini 

tapmaq  cəhdi  göstərərkən  peşəkar  fəlsəfədən  daha  çox 

bədii  ədəbiyyata  və  ilk  növbədə  milli  dramaturgiyaya 

müraciət  etməli  oldu.  İlk  diqqəti  cəlb edən  də,  təbii  ki,  öz 

həyatı  bahasına  ideoloji  tabuya  etinasızlıq  göstərərək 

bütün  yaradıcılığını  qadağan  məfkurə  zolağında  quran 

böyük  Cavidin  əzəmətli  siması  oldu.  Fizikanın  fəlsəfi 

məsələləri  və  elmşünaslığın  məhdud  problematikasından 

darıxıb 

böyük 

fəlsəfəyə 

boylandığım 



illərdə 

respublikamızda  Cavidin  100  illik  yubileyinə  hazırlıq 

gedirdi.  Cavidin  pyesləri  əsasında  yeni  tamaşalar, 



 

 



televiziya  filmləri  hazırlanırdı.  Məmmədcəfər  Cəfərovun, 

Mehdi  Məmmədovun,  Yaşar  Qarayevin  və  digər  görkəmli 

tədqiqatçıların  əsərləri  çap  olunur,  ədəbi  ictimaiyyətdə 

geniş müzakirələr gedirdi. Belə bir məqamda mən də Cavid 

yaradıcılığına  müraciət  edərək  «İblis»də  fəlsəfi  motivlər» 

adlı  bir  məqalə  yazdım.  Bu,  əslində,  əsərin  elmi-fəlsəfi 

tədqiqindən  daha  çox,  bir  fəlsəfə  tədqiqatçısının  «İblis» 

haqqındakı  təəssüratları  idi.  Sonralar  mən  Cavid 

yaradıcılığının  Şərqin  fəlsəfi  fikir  dünyasına  daxil  olmaq 

üçün ən kəsə yol, ən etibarlı pəncərə olduğunu görərək, bu 

sahədə  daha  ətraflı  tədqiqat  aparmaq  qərarına  gəldim. 

«Cavid  fəlsəfəsi»  kitabı  bu  istiqamətdə  ilk  addım  kimi 

ortaya çıxdı.  

Cavidin  100  illik  yubileyindən  Cabbarlının  100  illik 

yubileyinə  qədər  keçən  dövr  ərzində  ara-sıra  ədəbiyyatla 

bağlı  mövzulara  müraciət  etsəm  də,  əsasən  elmşünaslıqla 

məşğul olan bir tədqiqatçı üçün fizikadan ədəbiyyata qədər 

uzanan  böyük  bir  məsafəni  diqqət  mərkəzində  saxlamaq 

heç  də  həmişə  mümkün  olmamışdır.  Lakin  nə  qədər  çətin 

olsa da, böyük Cabbarlıya olan borcumu da, heç olmazsa, 

qismən  qaytarmalı  idim.  Kim  nə  deyirsə  desin,  müasir 

Azərbaycan  ədəbi-fəlsəfi  dili  və  üslubu  üçün  borclu 

olduğumuz  ən  böyük  simalardan  biri  Cəfər  Cabbarlıdır. 

Milli fəlsəfi fikrin hüdudları isə ilk növbədə dilin hüdudları 

ilə  məhdudlaşır.  Bəsit  dillə  böyük  fəlsəfə  ortaya  qoymaq 


 

 



mümkün deyil.  

Lakin  Cavidin  və  Cabbarlının  müasir  fəlsəfi  fikir 

qarşısındakı  xidmətləri  ancaq  geniş  dil  meydanının 

yaradılması  ilə  məhdudlaşmır.  Yaratdıqları  meydanda  ilk 

böyük abidələrin də müəllifləri onların özüdür.  

*** 

Ümumbəşəri,  kosmopolit  fizikadan  bəhrələnmiş 

rasional düşüncə tərzimin milli fəlsəfi fikir axarına düşməsi 

üçün  ən  çox  milli  ədəbiyyata  ehtiyac  duyduğumu  etiraf 

edirəm.  Həm  də  bu  təkcə  mənim  timsalımda  deyil,  bütün 

dövrlərdə  belə  olmuşdur.  Fəlsəfənin  məhz  düşüncə  tərzini 

şərtləndirən  özək  hissəsi  –  milli  fəlsəfi  fikir  təkcə  elmi-

fəlsəfi kateqoriyalardan istifadə etməklə məhdudlaşmamış, 

həm  də  yeri  gəldikcə  klassik  bədii  obrazlara  müraciət 

etmişdir.  Fəlsəfi  əsərin  təhkiyəsində  fikrin  ən  kəsə  yolla 

çatdırılmasına xidmət edən bədii obrazlar bir qayda olaraq 

milli 

klassik 

ədəbiyyatdan 

götürülür, 

rəmzləşir, 

standartlaşır,  kateqoriyalaşır.  Bu,  çox  spesifik  bir 

prosesdir.  Əgər  hər  bir  tədqiqatçı  bədii  obraz  nümunəsi 

kimi  başqa-başqa  mənbələrə  müraciət  etsə,  oxucu  onu 

anlamaq üçün gərək hər dəfə yeni əsərlər oxuya. Lakin Bir 

rəmz  olaraq  artıq  «Hamlet»  seçilibsə  və  ədəbi  tənqid 

buradakı  ayrı-ayrı  bədii  obrazların,  sücetlərin,  ifadələrin 

və  s.  fəlsəfi  açılışını  artıq  dönə-dönə  veribsə  və  bu 

obrazlar,  rəmzlər  hamılıqla  öyrənilibsə,  milli  düşüncənin 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə